Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-790/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; neft-qaz və qaz kondensatının hasilatı – “laylarda təzyiqin saxlanması üzrə operatorlar”, “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1969-cu il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2023/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişi lərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 2 ay 1 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər cəmi 1 il 1 ay 8 gün müddəti 2 qat ölçüdə hesablanmaqla)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən - 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçın ın xx.xx.2021-ci ildə 52 yaşı tamam olmuşdur. Bu səbəbdən də həmin tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.
5. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. Belə ki, o, 1987-1992-ci illərdə Bakı Neft-Energetika Kollecində əyani təhsil almışdır -2 il, 9 ay, 23 gün; 1987-1989-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur - 2 il; xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə kimi SOCAR-da, əvvəlcə lay təzyiqinin saxlanması üzrə operator, sonra isə neftqazçıxarma üzrə usta peşəsində işləmişdir - 13 il, 5 ay 25 gün. xx.xx.2007-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il 320 saylı q ərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə 1100000b-15868 nömrəli kodla lay təzyiqinin saxlanması peşəsi üzrə operator və 1100000b-23187 nömrəli kodla neftqazçıxarma üzrə usta peşəsi əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının, hərbi biletin, Bakı Neft-Energetika Kollecinin xx.xx.1992ci il tarixli 095648 nömrəli diplomunun təsdiq edilmiş surətlərinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli arayışına əsasən ümumi sığorta stajı 20 il, 3 ay 17 gün təşkil edir.
6. Cavabdeh orqan onun xx.xx.1993-cü ildən xx.xx.1993-cü il və xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Qarabağda döyüşən ordunun tərkibində Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrü düzgün hesablamayıbdır. Ona görə də ümumi stajı 20 ildən az çıxır. cavabdehin etirazı:
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1992-ci il tarixli ******* nömrəli əmək kitabçası və güzəştli arayışı araşdırılaraq ümumi iş stajının 20 ildən az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərində (əmək kitabçası, diplomu, hərbi bileti, güzəştli arayışı) qeyd olunan məlumatlardan göründüyü kimi, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 2 ay 1 gün (xx.xx.1987- xx.xx.1987-ci il tarixləri təhsil dövrü, xx.xx.1987- xx.xx.1989-cu il tarixləri hərbi xidmət dövrü, xx.xx.199022,06.1992-ci il tarixləri təhsil dövrü, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər cəmi 1 il 1 ay 8 gün müddəti 2 qat ölçüdə hesablanmaqla)) təşkil edir. Məhz bu səbəblərə görə də iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1304/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş dir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir.
10. İddiaçının 52 yaşı xx.xx.2021-ci ildə tamamlanmışdır.
11. İşdən görünür ki, iddiaçı iş stajı ümumi olaraq aşağıdakı dövrlərdən ibarətdir: xx.xx.1987 - xx.xx.1989-cu il tarixədək Azərbaycan SSR dövründə hərbi xidmət dövrü; xx.xx.1987 - xx.xx.1992-ci il tarixədək təhsil dövrü; xx.xx.1992 - xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərb aycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövr.
12. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövrün ümumi iş stajına hesablanmasına gəlincə, məhkəmə qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilir.
13. Həmin Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə iş stajına daxil edilir.
14. Hazırkı iş üzrə iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrün bir hissəsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünə təsadüf edir. Belə ki, məhkəmə sorğusu ilə Müdafiə Nazirliyindən əldə edilmiş hərbi xidmətkeçmə ilə əlaqədar arayışdan görünür ki, iddiaçının xx.xx.1993-xx.xx.1993-cü ilədək və xx.xx.1993xx.xx.1994-cü ilədək (atəşkəsə qədər) hərbi xidmət dövrü bilavasitə döyüş şəraitində aktiv döyüş əməliyyatlarında iştirak dövrüdür. Atəşkəsdən sonra t ərxis olunanadək olan dövr isə, yəni xx.xx.1994-xx.xx.1996-cı il tarixədək olan dövr ümumi hərbi xidmət dövrü olmuşdur.
15. Cavabdeh iddiaçının xx.xx.1993-xx.xx.1993-cü ilədək və xx.xx.1993-xx.xx.1994cü ilədək olan, cəmi 1 il 1 ay 10 gün olmaqla xidmət dövrünü xx.xx.2005-ci il tarixli 977İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin edilmiş dəyişikliyə uyğun olaraq ikiqat ölçüdə hesablayaraq iş stajına daxil etmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 1993-1994-cü illərdə iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi məhz döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dö vrünü 3 qat ölçüdə hesablanmasını nəzərdə tutmuşdu.
16. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.1993-xx.xx.1993-cü ilədək və xx.xx.1993-xx.xx.1994-cü ilədək olan, cəmi 1 il 1 ay 10 gün xidmət illəri 3 qat ölçüdə, yəni 3 il 4 ay olmaqla ümumi iş stajına daxil edilməlidir.
17. Beləliklə, iddiaçının yuxarıda qeyd edilənlərə əsasən iddiaçının ümumi iş stajı xx.xx.1987-xx.xx.1989-cu il tarixədək Azərbaycan SSR dövründə hərbi xidmət dövrü 2 il 13 gün, xx.xx.1987-xx.xx.1987-ci il tarixinədək 1 ay 20 gün və xx.xx.1990- xx.xx.1992-ci il tarixədək 2 il 5 ay 7 gün olan təhsil dövrü, xx.xx.1992-xx.xx.1993-cü ilədək 6 ay 17 gün və xx.xx.1996-xx.xx.2006-cı il tarixədək 9 il 11 ay 8 gün olmaqla əmək fəaliyyəti dövrü, xx.xx.1993-xx.xx.1993-cü ilədək və xx.xx.1993-xx.xx.1994-cü ilədək dövrü 3 qat ölçüdə hə rbi xidmət dövrü 3 il 4 ay, xx.xx.1994-xx.xx.1996-cı il tarixədək olan hərbi xidmət dövrü 1 il 8 ay 13 gün olmaqla, cəmi 20 il 1 ay 18 gün təşkil edir.
18. İddiaçının, həmçinin 10 ildən çox güzəştli iş stajı vardır. Belə ki, təqdim edilmiş güzəştli arayışa əsasən iddiaçının xx.xx-1992-xx.xx.1993-cü ilədək, xx.xx.1996xx.xx.2005-ci ilədək lay təzyiqinin saxlanması üzrə operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 11000000 Neft-qaz və qaz kondensatının hasilatı bölməsində 1100000a—15868 laylarda təzyiqin saxlanması üzrə operatorlar vəzifəsinə, xx.xx.2005-ci ildən xx.xx.2006- cı il tarixədək neft qazçıxarma üzrə usta vəzifəsi Siyahıda 1100000b—23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifəsinə uyğundur. Qeyd edilən dövrlər üzrə güzəştli iş stajı cəmi 10 il 5 ay 25 gün təşkil edir.
19. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir.
20. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2023/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1304/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.
25. Şikayətdə, həmçinin qeyd edilmişdir ki, iddiaçının xx.xx.1993-cü il t arixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, ikiqat ölçüdə hesablanmaqla iddiaçının sosial sığorta stajına daxil edilmişdir. İddiaçı pensiya yaşına xx.xx.2021-ci il tarixdə çatmış və həmin dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğundan həmin dövr ikiqat ölçüdə hesablanmışdır. Məhkəmənin əsaslandığı qərarlar hərbi qulluqçulara münasibətdə tətbiq olunur. İddiaçı hərbi qulluqçu statusu olan şəxs hesab edilmədiyindən və iddia tələbinin güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi olduğundan yuxarıda qeyd olunan qərarların sözügedən mübahisəyə tətbiq edilməsi əsassızdır. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
26. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatma q üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Hazırkı inzibati işdə cavabdeh inzibati orqanın mübahisələndirdiyi əsas məsələ iddiaçının xx.xx.1993-cü ildən - xx.xx.1993-cü il və xx.xx.1993-cü ildən -xx.xx.1994-cü ilə kimi Qarabağda döyüşən ordunun tərkibində Azərbaycan Respublika azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrün düzgün hesablamamasıdır.
28. Cavabdeh “Əmək pensiyası haqqında“ Qanunun 24-cü maddəsinə istinad edərək iddiaçının Qarabağda döyüşən ordunun tərkibində Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğr unda gedən döyüşlərdə iştirak etdiyi dövrü səhv olaraq ikiqat ölçüdə hesablayır.
29. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və 149-cu maddəsinin Vİİ hissəsinə, “Əmək pensiyası haqqında” Qanunun 9.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair xx.xx.2014cü il qərarına ziddir.
30. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradar qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 31. “Əmək pensiyası haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edildiyi vaxta qədər 2006-cı il yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 32. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 1 sentyabr 2005-ci ilədək qüvvədə olan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə iş stajına güzəştli şərtlərlə daxil edilir. 33. 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası yeni redaksiyada verilmişdir. Yeni redaksiyada hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə daxil edili r. 1 sentyabr 2005-ci il tarixli 977-İİQD) nömrəli qanunun Vİ hissəsində göstərilir ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu da o deməkdir ki, qanun 1 sentyabr 2005-ci il tarixindən sonra yaranan münasibətlərə şamil edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmi n işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 35. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmaya raq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... Maddə
68. İş stajının hesablanmasında güzəştlər (xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyada) Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti — üçqat ölçüdə;...
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahı”sı 11000000 Neft-qaz və qaz kondensatının hasilatı 1100000a—15868 “laylarda təzyiqin saxlanması üzrə operatorlar” 1100000b—23187 “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar”
37. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya q ərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məh kəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində 1993-1994-cü illərdəki xidmət müddəti “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üçqat ölçüdə hesablanmalıdır. Belə olan halda, iddiaçının qanunla tələb olunan 20 ildən artıq iş (sığorta) stajı vardır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi üzrə münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.
44. Apellyasiya instansiyası məhkəməsi, həmçinin haqlı olaraq qeyd etmişdir ki, təqdim edilmiş güzəştli arayışa əsasən iddiaçının xx.xx-1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “lay təzyiqinin saxlanması üzrə operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 11000000 Neft-qaz və qaz kondensatının hasilatı bölməsində 1100000a—15868 “laylarda təzyiqin saxlanması üzrə operatorlar” vəzifəsinə, xx.xx.200 5-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi “neftqazçıxarma üzrə usta” vəzifəsi həmin Siyahıda 1100000b—23187 “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar” vəzifəsinə uyğundur. Qeyd edilən dövrlər üzrə güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Həmin müddət və peşələr mübahisələndirilmir.
45. Məhkəmə kollegiyası, həmçinin şikayətin dəlili ilə razılaşaraq qeyd edir ki, hazırkı məzmunda mübahisənin həlli ilə bağlı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının müddəalarına istinad üçün əsaslar olmamışdır.
46. Bununla yanaşı, həmin istinadlar nəticəyə təsir etmədiyindən, şikayətin bununla bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Belə ki, İPM-in 96.7-ci maddəsinin tələbinə görə, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.
47. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2023/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.