Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-792/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (təhsil müddətinin sığorta stajına daxil edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqr Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynli Cavid Əli oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Şimiyev Toğrul Həşim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı 19871995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı, 02.10.1995-ci ildən 18.11.1996-cı ilədək Sumqayıt “Könül-94” firmasında və 03.01.1997-ci ildən 15.02.2006-cı ilədək Bakı İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-36/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan AЗ № ******* seriyalı doğum haqqında şəhadətnaməsindən görünür ki, Hüseynov Azər Şahbaz oğlunun soyadı “Hüseynzadə” soyadına dəyişdirilmişdir.
2. İş materiallarında olan AZE № 06894201 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 11.05.1970-ci il tarixdə anadan olmuşdur.
3. İş materiallarında olan НЗ №5747053 hərbi biletin surətindən görünür ki, İddiaçı 30.06.1988-ci il tarixdən 15.08.1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur.
4. İş materiallarında olan ИТ-İ № ******* seriyalı 24 sentyabr 1992-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1992-ci il tarixdən 22.10.1992-ci il tarixədək Azərbaycan Boru prokat zavodunda, 01.02.1995-ci il tarixdən 01.10.1995-ci il tarixədək Sumqayıt Tikiş fabrikində 5-ci dərəcəli çilingər, 02.10.1995-ci il tarixdən 18.11.1996-cı ilədək Sumqayıt şəhər “Könül-94” firmasında broker vəzifəsində və 03.01.1997-ci il tarixdən 15.02.2006-cı il tarixədək Bakı İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində sürücü vəzifəsində işləmişdir.
5. İş materiallarında olan AB-İ № 053453 seriyalı diplomun təsdiq olunmuş surətindən görünür ki, Hüseynov Azər Şahbaz oğlu 1987-1995-ci illərdə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsi üzrə tam kursu bitirmişdir.
6. İş materiallarında olan TSEK-in verdiyi arayışdan görünür ki, iddiaçıya 19.03.2018-ci il tarixdə İİ qrup əlillik dərəcəsi verilmişdir.
7. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin 27.11.2019-cu il tarixli **********5 saylı məktubundan görünür ki, “Könül-94” firması 04.10.1994-cü ildə DSMF Sumqayıt şəhər şöbəsində qeydiyyatdan keçmiş (qeydiyya t nömrəsi-2617) və 02.10.1995-ci ildən 18.11.1996-cı ilədək “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada hesabat təqdim etmişdir.
8. Bakı Dövlət Universitetinin 26.10.2020-ci il tarixli 01- 17/569 saylı məktubundan görünür ki, arxiv sənədlərinə əsasən İddiaçı 1987-ci il 27 avqust tarixli 3/407 nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1988-ci il 14 iyun tarixli 3/227 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılmış, 1989-cu il 13 sentyabr tarixli 3/334 nömrəli əmrə əsasən hərbi xidmətdən qayıtmış və əyani şöbənin İİ kursuna bərpa edilmişdir. 1991-ci il 13 sentyabr tarixli 3/224 nömrəli əmrlə əyani şöbənin İV kursundan həmin fakültənin axşam şöbəsinin V kursuna köçürülmüşdür. 1995-ci il 17 iyul tarixli 3/316 nömrəli əmr lə həmin fakültənin axşam şöbəsini “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə bitirmiş və ona 1996-cı il 03 yanvar tarixində qeydiyyat nömrəsi 10 olan AB-İ seriyalı 006373 nömrəli adi diplom verilmişdir
9. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin 13.04.2018-ci il tarixli 62/2884 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 10560.00 pensiya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 586.50 manat pensiya kapitalının olması, 1987-ci il tarixdən 1995-ci il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətinin yaranmadığ ı, əmək kitabçasında qeyd edilən 02.10.1995-ci il tarixdən 18.11.1996-cı il tarixədək və 03.01.1997- ci il tarixdən 15.02.2006-cı il tarixədək sosial sığorta stajın yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı, 02.10.1995-ci ildən 18.11.1996-cı ilədək Sumqayıt “Könül-94” firmasında və 03.01.1997-ci ildən 15.02.2006-cı ilədək Bakı İxtisaslaşdırılmış Tikinti Qur aşdırma idarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
11. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı müddətin, 1995-ci il 2 oktyabr tarixindən 1996-cı il 18 noyabr tarixinədək Sumqayıt “Könül94” firmasında və 1997-ci il 3 yanvar tarixindən 2006-cı il 15 fevral tarixinədək Bakı İxtisaslaşdırlmış Tikinti Quraşdırma İdarəsində sürücü vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1579/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilmiş, iddiaçının 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil aldığı, 1995-ci il 2 oktyabr tarixdən 1996-cı il 18 noyabr tarixədək Sumqayıt “Könül-94” firmasında və 1997-ci il 3 yanvar tarixdən 2006-cı il 15 fevral tarixədək Bakı İxtisaslaşdırlmış Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının diplomu ilə onun 1987-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil alması və əmək kitabçası ilə 1995-ci il 2 oktyabr tarixdən 1996-cı il 18 noyabr tarixədək Sumqayıt “Könül-94” firmasında və 1997-ci il 3 yanvar tarixdən 2006-cı il 15 fevral t arixədək Bakı İxtisaslaşdırlmış Tikinti Quraşdırma İdarəsində işlədiyi müəyyən olunur.
14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)704/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: N.M.Nəsibov, hakimlər: H.Ç.Babayeva və Z.İ.Məmmədov) Apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1579/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1286/2019 saylı iş üzrə 25 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: Z.M.Quliyev və N.İ.Rəsulbəyova) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-704/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi illərin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilər. Buradan, hazırkı məzmunda iddia o halda mümkü n sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia etdiyi illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və ya təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddia edilən təhsil müddətinin iş stajına daxil edilməli olduğu qənaətinə gələrkən 19871995-ci illərdə iddiaçının ali təhsil müəssisəsində əyani, yoxsa qiyabi təhsil aldığının fərqinə varmamışdır. İddiaçının əmək kitabçasının məlumatlarından göründüyü kimi, iddiaçı istinad etdiyi təhsil müddətində, 1989-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra 1992 və 1995-ci illərdə istehsalatdan ayrılmamışdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2-1(105)594/2019 saylı iş üzrə 18 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: G.F.Tağızadə və V.C.Cəfərov) Apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1579/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-818/2020 saylı iş üzrə 09 iyun 2020-cu il tarixli q ərarı ilə (sədrlik edən: K.Bədəlov, hakimlər: R.Nəbizadə və İ.Şəfiyev) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-594/2018 saylı iş üzrə 11 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna bilavasitə təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir.
24. Öz növbəsində, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazır kı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Başqa sözlə, maraqlı şəxs imtinanın səbəbləri ilə yanaşı, onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görməli, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Məhkəmənin bu qaydada davranmaq vəzifəsi İPM-in 13-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
25. İddiaçının tələbinin dəqiqləşdirilməsi istiqamətində göstərilən yardım isə onun hüquqi marağına uyğun olmalıdır. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bil ər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Beləliklə, hazırkı işdə qeyd edilənlər nəzərə alındıqda iddiaçının hüquqi marağı onu tələb edir ki, iddiaçı ona konkret pensiya təyin edilməsi tələbi ilə çıxış etməlidir.
26. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının hansı vaxtdan pensiya hüququnun yarandığını müəyyən etməli, eləcə də 2-ci qrup əlilliyə görə pensiya təyin edə bilmək üçün nə qədər stajın tələb olunduğunu nəzərə almaqla iddiaçının təqdim etdiyi stajla bağlı sənədləri tədqiq etməklə tələb olunun staj şərtinin ödənilibödənilmədiyinə qiymət verməlidir. e) apellyasiya instansiyası məhk əməsindəki üçüncü icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)36/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: S.Bəktaşi, hakimlər: T.Quliyev və L.Məmmədova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1579/2018 saylı 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. Cavabdeh Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAH ATLARİ Kassasiya şikayətinin dəlilləri:
30. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçının 2 il 9 ay 19 gün əyani şöbədə, 3 il 10 ay 5 gün isə axşam şöbəsində təhsil almasını onun sosial sığorta stajı kimi nəzərə almışdır. İddiaçının axşam şöbəsində təhsil aldığı müddətin sosial sığrota stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
34. İddiaçı İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona g örə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu
37. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
38. Maddə 4.1 bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir.
39. Maddə 21.1 qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
40. Maddə 22.1 əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir
41. Maddə 23.2. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı həmin maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
42. Maddə 12.1. əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığo rta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
43. Maddə 31.1 əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu
44. Maddə 67.3 - ğ) yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspirantura da, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
45. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
47. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
48. Maddə 94.4. Ş ikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
49. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
50. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
51. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Belə ki, iş materiallarından görünür ki, 11.05.1970-ci il təvəllüdlü İddiaçı 19.03.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur.
54. Yuxarıda qeyd olunan maddənin tələbinə görə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 10 il 8 ay (47,1 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=32 yaş x 4 ay =128 ay: 12 ay = 10 il 08 ay ) sığorta stajı olmalı, eləcə də 2-ci dərəcəli əlil olduğu üçün minimum-11161.92 manat ((10*12+8 ay)*144/192=96*116.27=11161.92) pensiya kapitalına malik olmalıdır (2018-ci il üçün əmək pensiyasının minimum məbləği 116.27 manat olmuşdur).
55. İş materiallarından aydın olur ki, iddiaçı 30.06.1988-ci il tarixdən 15.08.1989cu il tarixədək hərbi xidmətdə olmuş (1 il 1 ay 16 gün), əmək kitabçasına əsasən 01.09.1992-ci il tarixdən 22.10.1992-ci il tarixədək Azərbaycan Boru prokat zavodunda (1 ay 22 gün), 01.02.1995-ci il tarixdən 01.10.1995-ci il tarixədək Sumqayıt Tikiş fabrikində 5ci dərəcəli çilingər (8 ay 1 gün), 02.10.1995-ci il tarixdən 18.11.1996-cı ilədək Sumqayıt şəhər “Könül-94” firmasında broker vəzifəsində (1 il 1 ay 17 gün) və 03.01.1997-ci il tarixdən 15.02.2006-cı il tarixədək Bakı İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində sürücü vəzifəsində (9 il 1 ay 13 gün) işləmişdir.
56. İş materiallarında olan Bakı Dövlət Universiteti nin 26.10.2020-ci il tarixli 0117/569 saylı məktubundan müəyyən olunur ki, arxiv sənədlərinə əsasən İddiaçı 1987-ci il 27 avqust tarixli 3/407 nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1988-ci il 14 iyun tarixli 3/227 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılmış, 1989- cu il 13 sentyabr tarixli 3/334 nömrəli əmrə əsasən hərbi xidmətdən qayıtmış və əyani şöbənin İİ kursuna bərpa edilmişdir. 1991-ci il 13 sentyabr tarixli 3/224 nömrəli əmrlə əyani şöbənin İV kursundan həmin fakültənin axşam şöbəsinin V kursuna köçürülmüşdür. 1995-ci il 17 iyul tarixli 3/316 nömrəli əmrlə həmin fakültənin axşam şöbəsini “Riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisası üzrə bitirmiş və ona 1996-cı il 03 yanvar tarixində qeydiyyat nömrəsi 10 olan AB-İ seriyalı 006373 nömrəli adi diplom verilmişdir.
57. Göründüyü kimi iddiaçı 2 il 9 ay 19 gün əyani şöbədə, 3 il 10 ay 5 gün isə axşam şöbəsində təhsil almışdır. Axşam şöbəsində oxuduğu müddətin 7 ay 9 gününü (01.09.1992- 22.10.1992, 01.02.1995-17.07.1995) istehsalatla məşğul olmuşdur.
58. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının təhsil aldığı müddətdə istehsalatla məşğul olduğu 7 ay 9 gün nəzərə alınmamalı və sığorta stajına daxil edilməməlidir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı (6 il 15 gün), hərbi xidmət etdiyi (1 il 1 ay 16 gün) və işlədiyi illəri (11 il 23 gün) onun sığorta stajına daxil etdikdə, iddiaçının 18 il 2 ay 24 gün sığorta stajı yaranmış olur. Bununla da müəyyən olunur ki, iddiaçı ona əlilliyə görə pensiya təyini üçün zəruri sosial sığort a stajına (10 il 08 ay tələb olunurdu) malikdir.
60. İddiaçının toplamalı olduğu kapitala münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun “Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 61. 01.10.2019 -cu il tarixədək Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
62. İddiaçının 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5579,12 manat pensiya kapitalının pensiya hüququ yaranan tarixə (19 mart 2018ci il tarixə) indeksləşdirilmiş məbləği 13173,32 manat (5579,12+8.3%+16.7%+20.8%+1.5%+5.7%+7.9%+1.1%+2.4%+1.4%+4%+12.4%+5.7%+ 3 %=13173,32) təşkil edir. Göründüyü kimi iddiaçının həmin dövrə aid olan 18 il 2 ay 24 gün ümumi iş stajını nəzərə alsaq tələb olunan 11161.92 manat pensiya kapita lına qarşı 13173,32 manat pensiya kapitalı yaranmışdır
63. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi duzgün olaraq 01.01.2006-ci il tarixdən 15.02.2006-cı il tarixədək olan dovru iddiaçının sosial sığorta stajına daxil etməmişdir.
64. İddiaçının təhsil aldığı müddətin də əsassız olaraq əmək stajına daxil edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə gəlincə, məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini qanunvericiliyin müddəalarına zidd hesab edir və bildirir ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu Qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il t arixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir.
65. Analoji olaraq, 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən də ali, orta ixtisas, texnikipeşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil ed ilir... Bu qanunun norması 01.01.2006cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur.
66. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1987-1992-ci illər ərizində təhsil aldığı müddət 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunun olduğu dövrə təsadüf etdiyindən SSRİ Qanunu, 1992-1995-ci illər ərzində təhsil aldığı müddət 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun olduğu dövrə təsadüf etdiyindən Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir.
67. Bundan əlavə hər iki Qanunda təhsil müəssisələrində təhsil müddətinin ümumi iş stajına daxil edilm əsi göstərilmişdir.
68. İddiaçının təhsil aldığı müddətin bir hissəsi “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən onun ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsi nə səbəb ola bilməz.
69. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulayır ki, yuxarıda istinad olunan normativ hüquqi aktlarda da təhsil müəssisəsindəki təhsil müddətinin iş stajına daxil edilməsi üçün təhsilin konkret formasına (əyani, qiyabi, axşam) dair müddəa nəzərdə tutulmamışdır.
70. Bundan əlavə, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur.
71. Eyni zamanda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir.
72. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qayd aları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;..
73. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1992-2006-ci illərdə əmək fəaliyyəti ilə b ağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(105)-36/202 1 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərarı iddiaçının 01.01.2006-cı il tarixdən 15.02.2006-ci il tarixədək olan müddət çıxılmaqla dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.