Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-798/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsində şəhərsalma və tikinti qanunvericiliyinə istinad, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov S əyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)2279/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN: **********) əsas fəaliyyəti “digər qruplara daxil edilməyən ixtisaslaşmış tikinti işləri”ndən ibarət olmaqla xx.xx.2010-cu il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır.
2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi t ərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarla iddiaçıya bina tikintisi fəaliyyəti ilə əlaqədar 2017-ci ilin 4-cü rübü üzrə kameral qaydada 718165,32 manat əlavə sadələşdirilmiş vergi məbləği hesablanmışdır.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-286/2022 nömrəli qərarı ilə iddiaçı barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərar 57840,75 manat məbləğində hissə istisna olmaqla, qalan hissədə ləğv edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəy işdirilmədən saxlanılmışdır.
4. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155978 nömrəli qərarla iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə (212980338 nömrəli cinayət işinin istintaqı ilə əlaqədar hüquq mühafizə orqanının müvafiq qərarına) əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli, **********156067 nömrəli aktla rəsmiləşdirilmişdir.
5. Həmin akta əsasən, yoxlama nəticəsin də 2017-ci ilin 4-cü rübü üzrə kameral qaydada hesablanmış 718165,32 manat bina tikintisi fəaliyyəti ilə əlaqədar sadələşdirilmiş vergi məbləğinin təsdiq edildiyi və əlavə olaraq sadələşdirilmiş verginin 385091,67 manat azaldıldığı müəyyən edilərək 192665,84 manat maliyyə sanksiyasının tətbiq olunması, həmçinin 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələrinin, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
6. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial s ığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 nömrəli qərara əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2023-cü il tarixli **********156067 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1725 44 nömrəli qərarının “vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq, cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 nömrəli qərarın Vergi Məcəlləsinin tələbləri pozulmaqla qəbul edildiyini bildirmişdir.
9. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə sözügedən səyyar vergi yoxlaması cinayət işinə əlavə edilmiş materiallara, müəs sisə tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və vergi orqanına təqdim edilmiş bəyannamələrə, müəssisənin bank hesabı olan banklardan alınmış bank əməliyyatlarına dair məlumatlara, Dövlət Vergi Xidmətinin AVİS və Hesabat/Axtarış informasiya sistemində olan məlumatlara, yoxlamanın gedişində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən alınmış mütəxəssis rəyinə əsasən aparılmışdır. Yoxlanılan dövrdə iddiaçının fəaliyyəti yalnız mənzil tikintisindən ibarət olmuşdur. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385091,67 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 192545,84 manat məbləğində, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018 və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə isə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 nömrəli qərarı qanunsuz hesab edir. İddiaçı iddia ərizəsində müxtəlif normativ hüquqi aktların müvafiq müddəalarını sadəcə sadalamaqla kifayətlənmiş, mübahisələndirdiyi məsuliyyət qərarına əsasən hesablanan vergi və maliyyə sanksiyasını əsassız hesab etməsini konkret dəlil və nor malarla əsaslandıra bilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 29 sentyabr 2023-cü il tarixli, 2-1(112)-9387/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********172544 nömrəli qərarı – “vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi” hissəsi istisna olmaqla digər hissədə ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisələndirilən qərar əsasında iddiaçıya əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Nəzərə al ınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun vergi qanunvericiliyinin tələblərinə əməl edib-etməməsi ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt bir çox prosessual əsaslara görə əsassız hesab olunur. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün qanunvericilikdə qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərə findən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, yoxlama xx.xx.2022-ci il tarixdə başlasa da, yoxlama müddəti (təxminən 1 il) keçdikdən sonra xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yuxarıda göstərilən halların hər biri mübahisələndirilən inzibati aktın prosessual baxımından əsassız olduğunun göstəricisidir.
12. Həmçinin hazırkı işin faktiki hallarından göründüyü kimi, cavabdehin üst qurumu olan Dövlət Vergi Xidmətinin tabeliyində olan digər İdarə (Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən iddiaçının 2017-ci ilin 4-cü rübü üzrə, yəni eyni dövr üzrə fəaliyyəti yoxlanıldığından və həmin dövr üzrə iddiaçı artıq əlavə məsuliyyətə cəlb edildiyindən, hazırkı cavabdehin iddiaçını eyni hərəkətə görə yenidən vergi məsuliyyətinə cəlb etməsi Vergi Məcəlləsinin 53.2-ci maddəsinin müddəalarının pozulmasına səbəb olur. Belə ki, iddiaçı tərəfindən tikintisi başa çatdırılmış binanın (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən) ümumi sahəsi, o cümlədən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV məbləği digər inzibati iş üzrə müvafiq məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri əsasında müəyyən olunmuşdur ki, məhkəmələr məhz bu halı nəzərə alaraq iddiaçıya münasibətdə qəbul edilmiş həmin qərarı qismən, yəni 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57840,75 manat istisna olmaqla, ləğv etmişdir. Göründüyü kimi, iddiaç ı vergi ödəyicisi kimi 2017-ci ilin 4-cü rübü üzrə BTFSV tədiyyəsi üzrə artıq vergi məsuliyyətinə cəlb olunmuşdur ki, bu halın mövcudluğu bilavasitə hazırkı qərarın mövcudluğuna təsir edir.
13. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı həmin dövr üzrə artıq vergi məsuliyyətinə cəlb olunduğundan və o dövr ilə bağlı vergi orqanı tərəfindən qəbul edilmiş qərar inzibati icraat çərçivəsində mübahisələndirildiyindən, həmin inzibati iş üzrə təyin olunmuş ekspertiza tədqiqatının nəticəsi olan ekspert rəyləri hazırkı iddianın həllində də sübut qismində dəyərləndirilir. Nəzərə alsaq ki, ekspert rəylərində iddiaçının həmin dövr üzrə ödənilməli olan vergi məbləği (57840,75 manat) müəyyən olunduğundan və həmin hissə ilə bağlı iddiaçının özü də artıq razılaşdığından, iddiaçı barəsində cavabdeh tərəfin dən qəbul edilmiş həmin qərar BTFSV vergi hissəsində əsassızdır.
14. Hazırda mübahisələndirilən qərar hesablanmış maliyyə sanksiyası hissəsində də əsassızdır. Belə ki, mübahisələndirilən qərarla 192545,84 manat maliyyə sanksiyası iddiaçının bina tikintisi fəaliyyəti ilə əlaqədar 2017-ci il dövrü üzrə müəyyən edilmiş 385091,67 manata münasibətdə tətbiq edildiyindən və həmin məbləğin əsassız olduğu müəyyən edildiyindən, 192545,84 manat maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar 192545,84 manat maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 29 oktyabr 2024cü il tarixli, 2-1(103)-2279/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyi cisinin xeyrinə şərh edilməlidir. Maddə 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələ ri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Maddə 85.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 218.1 və 218.1.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Maddə 218.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. Maddə 219.3 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Maddə 220.8 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Maddə 220.8.1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələş dirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur: 3-4-cü zonalarda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi), habelə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə əmsal – 2,2. Maddə 220.8-1 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Maddə 221.5 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiya da). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesabla nmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.
22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanı
4. Müəyyən edilsin ki: 4.6. həmin Məcəllənin... 59.1-ci maddəsində nəzərdə tut ulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;
24. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il 04 dekabr tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxt alar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzib ati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmə si üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhk əmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipin in tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
32. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən mə qsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********172544 nömrəli qərarının “vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi” hissəsi istisna olmaqla, qalan hissədə ləğvinə nail olmaqdan ibarətdir.
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155978 nömrəli qərarı ilə iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********156067 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akta əsasən, yoxlama nəticəsində 2017-ci ilin 4-cü rübü üzrə kameral hesablanmış 718165,32 manat bina tikintisi fəaliyyəti ilə əlaqədar sadələşdirilmiş vergi məbləğinin təsdiq edildiyi, əlavə olaraq sadələşdirilmiş verginin 385091,67 manat azaldıldığı müəyyən edilərək 192665,84 manat maliyyə sanksiyasını n tətbiq olunması, həmçinin 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələrinin, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. Cavabdeh tərəfindən həmin akt nəzərə alınaraq, iddiaçının qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsinə dair hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə növbədənkənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar hüquq mühafizə orqanının müvafiq qərarı əsasında təyin edilmişdir və həmin qərar iş materialların a əlavə edilmişdir (1-ci cild, i.v.115). Bu baxımdan yoxlamanın keçirilməsi üçün qanunvericilikdə qeyd olunan əsasların mövcudluğunun, həmin əsasların mötəbərliyi və qanuniliyinin iş materialları ilə təsdiq olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsassız olmuşdur.
36. Həmçinin mübahisələndirilən dövrdə Vergi Məcəlləsinin 83.3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü ma ddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
37. İş üzrə materiallardan görünür ki, iddiaçıya 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə əlaqədar kameral qaydada 718165,32 manat əlavə sadələşdirilmiş vergi məbləğinin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qərarı ilə 57840,75 manat istisna olmaqla, qalan hissədə ləğ v edilmişdir. Hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla isə iddiaçıya eyni dövr üzrə kameral qaydada müəyyən edilmiş vergi məbləğindən əlavə, ödənilməli vergi məbləğinin 385091,67 manat azaldıldığı da müəyyən edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin iddiaçının eyni hərəkətə görə yenidən vergi məsuliyyətinə cəlb etməsi ilə bağlı hüquqi mövqeyi də əsassız olmuşdur.
38. Qeyd edilməlidir ki, hazırkı mübahisənin predmetini 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə əlaqədar sadələşdirilmiş verginin hesablandığı binanın vergitutma obyekti olan sahəsi təşkil edir. Cavabdeh həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsinin vergitutma obyekti olduğuna istinad edir.
39. Qeyd edildiyi kimi, hazırkı mübahisə birbaşa verginin hesablanması ilə deyil, yaşayış binasının hansı hissələrinin həmin binanın sahəsinə aid olub-olmaması və bunun üzərindən vergitutma obyektinin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, binanın sahəsi anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Vergi qanunvericiliyində binanın sahəsi anlayışının müəyyən olunmaması baxımından, bununla bağlı tikinti sahəsinə aid əlaqəli normativ-hüquqi akt qismində şəhərsalma və tikinti qanunvericiliyinə istinad edilməlidir.
40. Belə ki, Vergi Məcəlləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respu blikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 22-ci bəndində istinad edilən normaya görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin normaya əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda yaşayış binasının ümumi sahəsinin hesablanması qaydası müəyyən olunmuş və izahı verilmişdir.
42. İstinad edilən Qaydaların 3.1-ci bəndinə əsasən, “yaşayı ş binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, x arici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir”.
43. Hazırkı işə baxan aşağı instansiya məhkəmələri qərar qəbul edərkən iddiaçının daha əvvəl mübahisələndirdiyi kameral qərarla bağlı məhkəmə icraatı zamanı təqdim edilmiş ekspert rəylərini əsas götürmüşlər. Həmin rəylərə nəzər yetirildikdə isə görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş sual bundan ibarətdir ki, yaşayış binasının ümumi sahəsi yerində müayinə olunmaqla müəyyən edilsin. Lakin hər iki rəydə ölçülər layihə sənədlərinə istinad olunmaqla təqdim edilmiş, yerində müayinə aparılmaqla layihə üzrə və faktiki ölçülərin müqayisəli şəkildə müəyyən olunması istiqamətində məhkəmənin göstərişlərinin icrası təmin edilməmişdir. Həmçi nin, ekspert qarşısında binanın hər mərtəbəsinin faktiki sahəsinin müəyyən olunması barədə müvafiq sual qoyulmamışdır.
44. Bundan başqa, yalnız yaşayış və qeyri-yaşayış sahələrinə aid hissələrin vergiyə cəlb olunması qeyd edilmişdir. Halbuki, yuxarıda əks olunan normadan göründüyü kimi, balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də mərtəbənin sahəsinə daxildir.
45. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən ziddiyyətli halları nəzərə almamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində lazımi araşdırma aparmamışdır.
46. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qə bulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktları nda işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
48. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
51. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2279/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.