Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-8/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: (bağ sahəsinin mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-794/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışın dublikatından görünür ki, “Gülüstan” bağ sahəsində 102 saylı torpaq sahəsi (500 kv.m) X2 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır.
2. Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” Bağçılıq yoldaşlığının 39 nömrəli xx.xx.1990-cı il tarixli üzvlük kitabçasının surətindən görünür ki, X7 xx.xx.1989-cu ildə üzvlüyə qəbul edilmişdir, bağ sahəsi №102. 3. 15.05.1981-ci il tarixdə Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Vİİİ-JQ seriyalı 325706 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuşdur, X1, anası X8r. 4. 11.09.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 966623 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. 5. ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X2 adında qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olun muşdur. X2 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, “Gülüstan” bağ sahəsində 102 saylı (500 kv.m) torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün çıxarış verilməsi xahiş edilir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “G ülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanl anmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı İdarənin arxiv qovluğunda mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir, bağ sahəsinin ölçüsü isə göstərilməmişdir. “Gülüstan-1” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 102 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmamışdır və “Gülüstan-1” bağçılıq yoldaşlığı, Ləhiş bağ massivi, 102 bağ nömrə ilə bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının Ba ğçılıq Yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısında 102-ci sırada X3 adı qeyd edilmişdir.
8. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əs asında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla da həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsasında Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə dair orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. İŞ Ü ZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 102 saylı 500 kv.m torpaq sahəsi üzərində X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğun un Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989-cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 4 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşlarından bağçılıq yoldaşlığı üzvü olmaq arzusunda olan əməkdaşlar üçün Lenin (indiki Sabunçu) rayonunun Nardaran qəsəbəsi yaxınlığındakı Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsind ə hər adama 500 kv. metr torpaq sahəsi vermək üçün 150 nəfərə ayrılmış sahə nömrələnmiş və püşkatma yolu ilə həmin şəxslər arasında bölünərək siyahı tutulmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasda Bağçılıq Yoldaşlığı üzvləri bir-bir səsə qoyulmuş və “Gülüstan” bağ sahəsindəki 102 saylı, sahəsi 500 kv. m. olan torpaq sahəsi mərhum X1nun hesab edilərək, ona Bağçılıq Yoldaşlığının üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. 25 sentyabr 1990-cı il tarixdə sözügedən bağ sahəsinə dair X1na Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan da uzun müddət ərzində Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsində yerləşən 102 saylı 500 kv. m. torpaq sahəsi onları n sahiblik və istifadələrində olmuşdur. X1 06 sentyabr 2018ci il tarixdə ölmüşdür. Tərəflərindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri. Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 500 kv. m. torpaq sahəsi üzərində X1nun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi xahiş edilmişdir. Lakin müraciətinə verilmiş 18 noyabr 2022-ci il tarixli cavab məktubu ilə müraciəti təmin edilməmişdir.
13. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış, bununla bağlı iddiaçıya **********16 saylı, xx.xx.2022-ci il və **********09 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı ŞİHB-nın xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5653/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsa sən İddiaçı mülkiyyətində hər-hansı əmlakın aşkar edilməsi və həmin tələbin borclunun əmlakına yönəldilməsi məqsədi ilə “İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən adları qeyd olunan borcluların mülkiyyətində hər-hansı daşınmaz əmlakın, nəqliyyat vasitəsinin və hesablaşma hesabının, əmanətin olub-olmaması, borclu fiziki şəxsin pensiya alıb-almaması və ya işləyib-işləməməsi barədə, qeyd edilən əmlak aşkar olunduğu təqdirdə isə həmin əmlakın üzərinə həbs qoyulmasına dair müvafiq məhkəmə qərarı göndərilənədək hər hansı sənədləşdirmə aparılma zamanı məlumat verilməsinə dair Bakı şəhəri, Binəqədi rayon icra şöbəsinin xx/xx-11665/20 saylı, xx.xx.2016-cı il tarixli məktubu idarəyə daxil olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barəd ə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan ç ıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. DƏDKR publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaql arın yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
14. Bakı İnziba ti Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-5051/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 4 ünvanda yerləşən 500 kv. m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsusluğu (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs inin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi xx.xx.1989-cu il tarixli protokol və üzvlük kitabçasıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007- ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir. İddiaçının mərhum atasına məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və y a digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Nəzərə almaq lazımdır ki, iddiaçının mərhum atası ilə bərabər eyni müəssisənin üzvü olan digər şəxsə torpaq sahəsinin ayrılması barədə eyni hüquqmüəyyənedici sənədlərlə onun hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səl ahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bər abər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur.
16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) 2-1(103)-794/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, A zərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışa əsasən “Gülüstan” bağ sahəsində 102 saylı torpaq sahəsi X2 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağtikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri g örməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır. Bundan sonra bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli akt tərtib edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsasında Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi, X5 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır. Məhkəmə kollegiy ası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, iş materiallarından da məlum olduğu kimi məhkəmə kollegiyasının istinad etdiyi xx.xx.2005-ci il tarixli aktda, eləcə də di gər hər hansı bir sənəddə adlı siyahı mövcud deyil. Belə olan halda X5 məxsus torpaq sahəsi barəsində akt tərtib edilməsi müəyyən edilmir. Digər tərəfdən belə bir akt tərtib edilmiş olsaydı belə, torpaq üzərində mövcud olan hüququn hansısa aktla ləğv edilməsi tamamilə absurddur. Bundan başqa əgər doğrudan da bağ sahəsi H.F.Əsgərov tərəfindən istifadə edilməmiş olsaydı və bağ sahəsi ondan alınmış olsaydı, onda həmin bağ sahəsi bugünədək digər şəxsə verilmiş olardı. Buna görə də məhkəmə kollegiyasının X5 ayrılmış torpaq sahəsinin guya geri alınması və torpaq sahəsinə dair sənədlərin etibarsız sayılması barədə gəldiyi qənaət əsassız olmaqla, yanaşı, tamamilə absurddur. Belə ki, akt torpaq üzərində mövcud olan hüququn etibarsız sayılması üçün əsas ola bilməz. Həmçinin məlumdur ki, Azərbaycan D övlət Neft Akademiyasına ayrılmış bağ sahələri üzrə ayrı-ayrı şəxslərə məxsus mülkiyyət hüququnu təsdiq edən çıxarışlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçının mərhum atası ilə bərabər eyni müəssisənin üzvü olan digər şəxsə torpaq sahəsinin ayrılması barədə eyni hüquqmüəyyənedici sənədlərlə onun hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzib ati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasın a bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Həmçinin publi k hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin qeyd olunan normalarının tələbləri də əsassız olaraq nəzərə alınmamışdır. İş materiallarından da göründüyü kimi İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 500 kv.m torpaq sahəsi üzərində X1nun hüququnun daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona müvafiq arayışın verilməsi xahiş edilmişdir. Lakin müraciətə verilmiş 18 noyabr 2022-ci il tarixli cavab məktubu ilə əsassız olaraq müraciət təmin edilməmişdir. Halbuki, məhkəməyə təqdim etdikləri əmək kitabçasının təsdiq olunmuş surətindən də görünür ki, X7 xx.xx.1967ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda işə daxil olmuş və xx.xx.2016-cı il tarixədək həmin İnstitutda müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışdan müəyyən olunur ki, Az.SSR NS və AHİŞ-nın 122 saylı, 12.04.85-ci il tarixli qərarı ilə BY-nın nümunəvi nizamnaməsinə əsasən AzNKİ rektorluğunun və HİK-n ın birgə iclasında “Gülüstan” bağ sahəsində 102 saylı torpaq sahəsinin (500 kv. m.) X2 hesab olunması və ona Bağçılıq Yoldaşlıq üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1990-cı il tarixdə üzvlüyə qəbul olunmuş X5 xx.xx.1990-cı il tarixdə 102 nömrəli bağ sahəsinə dair 39 nömrəli üzvlük kitabçası verilmişdir. Təqdim etdikləri ölüm haqqında şəhadətnamədən də göründüyü kimi iddiaçının X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. ünvan 6 ünvanlanmış 29 №-li, xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, X2 adında qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X2 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, “Gülüstan” bağ sahəsində 102 saylı (500 kv.m) torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün çıxarış verilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən təqdim olunmuş DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********48 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı İdarənin arxiv qovluğunda mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir, bağ sah əsinin ölçüsü isə göstərilməmişdir. Məktuba əlavə olunmuş Azərbaycan Dövlət Neft Akademiyası Əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısının 102-ci sıra nömrəsində Ümumi kimya kafedrasının dosenti X3 adı qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fər di, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə Bənd
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindi kdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur.
9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu q anuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). 10.2.1. Qeydiyyat orqanı na verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təl imat” 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün f aktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir k i, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
31. İddiaçının hüquqi marağı Bakı şəhər XDS İcraiyyə Komitəsinin 6/255 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə iclasının 3 saylı xx.xx.1989-cu il tarixli protokolu və Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 39 №-li üzvlük kitabçası ilə ünvan 4 ünvand a yerləşən 500 kv.m. torpaq sahəsinin iddiaçının mərhum X1na məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın verilməsi ilə bağlıdır. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən... 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mülkiyyət hüquqlarının daşınmaz əmlakı dövlət reyestrində qeydiyyatı üçün əsasdır.
33. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş üzvlük kitabçası əsasında torpaq sahəsi üzərində hüququn qeydiyyatı (arayışın verilməsi) həyata keçirilə bilər. Lakin bunun üçün işin digər zəruri halları, o cümlədən cavabdehin dəliləri də aydınlaşdırılmalıdır.
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi 3 saylı 10 mart 1989-cu il tarixli iclasın protokolundan çıxarışa əsasən “Gülüstan” bağ sahəsində 102 saylı torpaq sahəsi (500 kv.m) X2 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmış, X7 xx.xx.1989-cu ildə üzvlüyə qəbul edilmiş, ona Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” Bağçılıq yoldaşlığının 39 nömrəli xx.xx.1990-cı il tarixli üzvlük kitabçası verilmiş, Azərb aycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir.
35. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahısı İdarənin arxiv qovluğunda mövcuddur. Həmin siyahıda 102 sıra nömrəsində X3 (siyahıda olduğu kimi) adına 102 saylı bağ sahəsi qeyd edilmişdir.
36. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaş lar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına və bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli aktına istinad edərək X5 ayrılmış torpaq sahəsinin geri alındığını və torpaq sahəsinə dair sənədlərin etibarsız sayıldığını bildirmişdir.
37. Kollegiya qeyd edir ki, həmin aktda Azərbaycan Dövlət Neft Akademiyası qeyd olunsa da, hansı bağçılıq üzvlərinin üzvlük kitabçalarının ləğv olunması (bağçılıq üzvlərinin adı, bağ nömrələri olan hər hansı siyahı mövcud deyil), yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının icrasının təmini məqsədilə tərtib edilmiş həmin aktda idd iaçının X1na məxsus üzvlük kitabçasının da ləğv edilib-edilməməsi müəyyən edilmir.
38. Bundan başqa, cavabdeh iddiaya dair etirazın və apellyasiya şikayətinin dəlili kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edildiyini qeyd etmiş, lakin hazırkı iş materialları ilə Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 mart 1989-cu il tarixli protokolundan çıxarışın dublikatından görünür ki, iddiaçının atasına ayrılmış bağ sahəsinin verilməsinin əsasını xx.xx.1989-cu il tarixdə 6/255 saylı qərar təşkil etmişdir.
39. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli imtina məktubunda imtinanın əsası kimi başqa dəlillərə - çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamasına, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsünün qeyd olunmamasına, həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürünün olmamasına istinad etmiş, apellyasiya məhkəməsi cavabdehin bu dəlili ilə bağlı araşdırma aparmamışdır.
40. Bundan başqa, qeyd edilməlidir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağtikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamında Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır.
41. İddiaçı iddia ərizəsində 25 sentyabr 1990-cı il tarixdə sözügedən bağ sahəsinə dair X1na Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığının üzvlük kitabçasının verildiyi vaxtdan uzun müddət ərzində Ləhiş bağ massivinin “Gülüstan” bağ sahəsində yerləşən 102 saylı 500 kv.m. torpaq sahəsi onların sahiblik və istifadələrində olduğunu bildirir.
42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının atasına ayrılmış torpaq sahəsinin onların faktiki istifadələrində olub-olmaması, habelə akt tərtib edildiyi dövrədək həmin torpaq sahəsindən istifadə edilib-edilməməsi, hər hansı abadlıq və becərmə işlərinin aparılıb-aparılmaması, iddiaçının atasına ayrılmış bağ sahəsinin həqiqətən geri alınması, həmin bağ sahəsinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan hər hansı şəxsi n istifadəsinə verilməsi araşdırılmamışdır.
43. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
44. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi həm bərabərlik prinsipinin tələbləri baxımdan da araşdırma aparmamış və mübahisəyə münasibət bildirməmişdir.
46. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyy atı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan-1” b/y-nın 51 saylı bağ sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi **********29) Daşınmaz əmlakın Dövlət reyestrində 398 nömrəli reyestr kitabının 37672 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır.
47. DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********71 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı 10 sentyabr 1989-cu il tarixli protokolundan çıxarışa əsasən Az.SSR NS və AHİŞ-nın 122 sayl ı, 12.04.85-ci il tarixli qərarı ilə BY-nın nümunəvi nizamnaməsinə əsasən AzNKİ rektoruluğunun və HİK-nın birgə iclasında qərara alınmışdır: “Gülüstan-1 bağ sahəsində 51 saylı torpaq sahəsinin (500 kv. m.) X4 hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmış, Azərbaycan Neft Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən 60 №-li xx.xx.1990-cı il tarixli üzvlük kitabçası verilmiş, X9 xx.xx.1989cu il tarixdə üzvlüyə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən X6 Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/255 saylı Qərarı və “Gülüstan-1” b/y-nın xx.xx.1989-cu il tarixli 3 saylı protokoluna əsasən 51 saylı bağ evinin tikintisi üçün 500 kv.m. torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə dair X4 adına torpaq sahəsinin plan ölçüsü hazırlanmış, dövlət kadastr kitabında xx.xx.2021-ci il tarixdə 32404 nömrə ilə uçota alınmışdır.
48. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 49. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə müna sibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
50. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üz rə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
51. Kollegiya qeyd edir ki, xx.xx.2005-ci il tarixli aktda konkret siyahı üzrə şəxslərə və bağ sahələrinə aid edilmədən, bütün Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış bağ sahələrinə münasibətdə order və üzvlük kitabçalarının ləğv edilməsi nəzərdə tutulması müəyyən edildiyi halda, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum atası ilə bərabər eyni müəssisənin üzvü olan digər şəxsə torpaq sahəsinin ayrılması barədə eyni hüquqmüəyyənedici sənədlərlə hüquqları qeydə alındığı və ona bu barədə müvafiq çıxarı şın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması ilə bağlı araşdırma aparılmalıdır.
52. Növbəti apellyasiya baxışında qeyd edilən yuxarıdakı bütün xüsusatlar ətraflı şəkildə təhlil edilməli, iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmalı, iddiaçının atasına ayrılmış bağ sahəsinin xx.xx.2005-ci il tarixli aktın təsir dairəsinə düşüb-düşməməsi, həmin akt tərtib edilənədək mübahisə predmeti olan bağ sahəsində abadlıq və becərmə işlərinin aparılıbaparılmaması, faktiki istifa dəsində olub-olmaması, müəyyən edilməli, habelə aktın təsiri dairəsinə düşdüyü halda eyni müəssisənin üzvü olan digər şəxsə torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.
53. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət olduğundan iddianın təmin olunması hissəsində şikayət təmin olunmamalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-794/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.