Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-80/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi PHŞ-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi; mülkiyyətdə olan əmlakın bir hissəsinin yolun mühafizə zolağına düşməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi PHŞ-yə qarşı “Yevlax rayonu Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X4, eyni rayonda başqa əraziyə köçürülməsi üçün 821.505,0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 164.301,0 manat, 1.743.767,0 manat (249109,68 manat x 7 il) əldən çıxmış gəlirin tutulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2024-cü il tarixli 2-1(107)-26/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 15 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Kürdəmir-Ucar-YevlaxBərdə-Tərtər Avtomobil yolu, hissə 1C (km 130 +940) magistral avto mobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün işlərə başlanılmışdır.
2. Bakı-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 272-ci kilometr hissəsi “Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması” layihəsinin tərkibinə daxil olmaqla, inşası xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2016cı il tarixdə başa çatdırılmışdır. 3. 15.03.2013-cü il tarixli seriyalı AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanında yerləşən 1 nömrəli ağ neft satışı məntəqəsi adlanan qeyri yaşayış sahəsini X1 almışdır. 4. 17.05.2013-cü il tarixli 4326 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı Müqaviləsi”nə əsasən iddiaçı Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax yolunun 272-ci km-nin sol tərəfi ünvanındakı Yanacaqdoldurma Stansiyasının istifadəsində olan 1172.95 kv.m torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsindən satın almışdır. 5. 29.06.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində yerləşən 0.1173 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binaları (operator binası, talvar, ayaqyolu) iddiaçının mülkiyyətindədir. 6. 02.07.2013-cü il tarixdə iddiaçıya məxsus yanacaq doldurma məntə qəsinin texniki pasportu tərtib edilmişdir.
7. İddiaçı cavabdehə müraciət edərək onun xüsusi mülkiyyətində olan yanacaqdoldurma və X4 Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunda magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsi nəticəsində mülkiyyətində olan yanacaq doldurma məntəqəsinin bir hissəsi yeni salınacaq yola, bir hissəsi də mühafizə zolağına düşdüyündən, yanacaqdoldurma məntəqəsinin başqa yerə köçürülməsi üçün 420.000 manat və 2013-2016-cı illərdə gəlirdən məhrum edildiyi 210.000 manat olmaqla cəmi 630.000 manat pul ödənilməsini xahiş etmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 1-3/16-1310 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçıya məxsus əmlakın yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiya hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yanacaqdoldurma və X4 başqa əraziyə köçürülməsi üçün 417.492,0 manat, 83.498,4 manat əlavə haqqın, 207.317,1 manat əldən çıxmış gəlirin tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Yanacaqdoldurma və X8 Məntəqəsi keçmiş sovetlər dövründə, 70-80-cı illərdə inşa edilmiş, Bakı-Qazax şosesindən ayrılan xüsusi yol vasitəsi ilə oraya daxil olmaq və çıxmaq mümkün olmuşdur. Məntəqənin fəaliyyəti normal ahəngdə davam etdiyi dövrdə, 2009-2013-cü illərdə regionların sosialiqtisadi inkişafı Dövlət Proqram ı çərçivəsində Kürdəmir-Ucar-Yevlax Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi, yəni "xxxx" ASC tərəfindən Kürdəmir-UcarYevlax-Tərtər avtomobil yolunun yenidən bərpası, genişləndirilməsi və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi həyata keçirilirdi. Ona xəbərdarlıq edilmişdi ki, genişlənmə nəticəsində yolun bir hissəsi Yanacaqdoldurma və X8 Məntəqəsinin ərazisini tam əhatə edəcək və bu səbəbdən məntəqə başqa əraziyə köçürüləcək, ona kompensasiya veriləcəkdir. Buna baxmayaraq tikinti işlərinin getdiyi ərəfədə "xxxx" ASC heç bir kompensasiya vermədən Bakı-Qazax şosesindən ayrılan məntəqənin xüsusi yolunu dağıdaraq uçurmuş, beləliklə də oraya nəqliyyat vasitələri tərəfindən girib-çıxmaq mümkün olmamışdır. Bununla bağlı iddiaçı "xxxx" ASC-yə öz pretenziyalarını bildirəndə onlar cav ab vermişlər ki, bu dövlət layihəsidir, Yanacaqdoldurma və X8 Məntəqəsi başqa əraziyə köçürüləcək və ona kompensasiya veriləcəkdir. Belə olan halda iddiaçı məcburiyyət qarşısında fəaliyyətini dayandırmış və düşünmüş ki, dövlət layihəsidir, kompensasiyanın verilməsini gözləməlidir. İllər ötmüş, yol çəkilişi başa çatmış, məntəqə fəaliyyət göstərə bilməmiş və müştərilərini itirmiş, lakin vəd edilmiş kompensasiya verilməmişdir. Cavabdehdən iddiaçıya verilmiş xx.xx.2017-ci il tarixli məktubda Yanacaqdoldurma və X4 yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat məbləğində kompensasiyanın hesablandığı göstərilmişdir. İddiaçı bu məbləğlə bağlı etirazını bildirmişdir. O hesab edir ki, yuxarıda göstərilənlər Yanacaqdoldurma və X4 başqa əraziyə köçürülməsi ilə əlaqədar görülməli təmir-bərpa işləri ilə bağlı "xxxx" ASC-dən onun xeyrinə bazar qiyməti ilə hesablanmış 417492,0 manat xərcin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanında nəzərdə tutulan 83498,4 manat kompensasiyanın, son 3 il ərzində (ötən müddət 5 ildən artıq olsa da, iddiaçı humanistlik göstərərək son 3 ili iddia edir) əldən çıxmış 207317,1 manat (69105,7 manat*3 il) gəlirin tutulması üçün əsasdır.
11. Cavabdeh “çıxarışın etibarsız edilməsi” tələbi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərardadı ilə qarşılıqlı iddia mümkün sayılmamışdır. Qərardaddan ərizə üzrə iddiaçı tər əfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018ci il tarixli 2-1(107)-246/2018 nömrəli Qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1726/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
12. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-492/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərardadı ilə iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 13. 21.02.2019-cu il tarixdə aparılan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində aşağıdakılar qeyd edilmişdir: - Azərbaycan Respublikası Nəqliyyat nazirliyi "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilən məktuba əsasən Yanacaq Doldurma məntəqəsinin rekl am lövhəsi və 2,57 sot torpaq sahəsi yolun tikintisinin atına düşərək istifadə olunduğu müəyyən olunur; - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsi A tikilisi (talvar və ya kalonka) yeni salınmış yolun oxundan 20,0 metr kənarda yerləşdiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil yollarında təhkim və mühafizə zolağından istifadəsinin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” 28 fevral 2004-cü il tarixli 18 nömrəli qərarına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun qorunma (mühafizə) zolağının eni yolun orta hissəsindən hər iki tərəfə 30 m olmaqla torpaq sahəsinin bir hissəsi və A tikilisi (talvar və ya kalonka) avtomobil yolunun qorunma (mühafizə) hissəsinə düşdüyü müəyyən olunur; - Bakı-Qazax magistral yolunun 272-ci kilometrliyinin sol tərəfində yerləşən və iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin torpaq sahəsinin çox hissəsinin (2.57 sot) yol tikintisinin altında qaldığını, talvar və çənlərin yolun mühafizə zolağına düşdüyünü və yanacaq-maye qaz çənlərin yolun kənarına yaxın ərazidə (təqribən 5/6m) yerləşdiyini nəzərə alaraq, iddiaçının mülkiyyətində olan yanacaqdoldurma və maye qaz məntəqəsinin təyinatı üzrə istifadəsinin mümkünsüz olduğu, inşa olunmuş yeni magistral yolun yanacaqdoldurma və maye qaz məntəqəsinin giriş-çıxışına maneə yaratdığı müəyyən olunur. Yanacaq və qaz doldurma talvarı ilə yolun arasında az məsafə olduğu və yolun mühafizə zolağına düşdüyü və Avtomobil yolları haqqında Azərbaycan Respubl ikasının Qanunun 14-cü və 33-cü maddələrinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında tikililərin yerləşdirilməsi qadağan olduğu üçün yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst girişçıxışı məhdudlaşır və təyinatı üzrə istifadəsi mümkün deyil; - Yanacaqdoldurma və X5n təyinatı üzrə istifadəyə mövcud olan maneənin aradan qaldırılması üçün həmin yanacaqdoldurma və maye qaz məntəqəsi başqa əraziyə köçürülməlidir. İstifadəyə yaranmış maneəni aradan qaldırmaq üçün görülməli tikinti- təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 436607.0 manat məbləğində olduğu müəyyən edilmişdir; -Yanacaqdoldurma və X6 xidmət edən yanacaq çənləri Bakı Qazax yolunun mühafizə zolağında yerləşdiyi üçün həmin çənlər yolun istifadəsi üçün tə hlükə törədir. Yuxarıda göstərilənlərə yanacaqdoldurma və maye qaz məntəqəsinin (çənlərlə birlikdə) başqa əraziyə köçürülməsi zəruri olduğu və başqa sahəyə köçürülməsi nəticəsində tikintitəmir işlərinin dəyəri smetada ətraflı göstərilmişdir. 14. xx.xx.2019-cu il tarixdə aparılan məhkəmə-mühasibat ekspertizasının nəticəsində aşağıdakılar qeyd edilmişdir: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Yevlax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesinin 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X4 fəaliyyəti, analoji olaraq "xxxx" müəssisəsi ilə eyni götürüldükdə 2018-ci il üzrə 249.109,68 manat (20.759,14 x 12 ay) həcmində gəlir əldə edə bilər.
15. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək cavabdehdən onun xeyrinə mülkiyyətində olan Yevlax ray onu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaqdoldurma və X4 başqa əraziyə köçürülməsi üçün 436.620,0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 87332.4 manat, 1245548.4 manat (249109.68 manat illik gəlir*5 il) əldən çıxmış gəlirin tutulması barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(116)-6/2020 nömrəli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yolun çəkilməsi ilə əlaqədar dövlət iddiaçının yanacaq doldurma məntəqəsinə hər hansı ziyan yetirmədiyindən və dövlət yalnız yolun çəkilməsinə istifadə edilmi ş torpaq sahəsinin dəyəri həddində hazırki vəziyyətdə məsuliyyət daşıdığından iddiaçının tələbi üzrə məntəqənin köçürülməsi və müasir standartlara cavab verən məntəqənin tikintisinə görə məsuliyyət daşımır və dövlətdən bununla bağlı pul tutula bilməz.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli 21(107)-122/2021 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və İ.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2-1(102)-1197/2021 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə - məruzəçi, Z.Quliyev və İ.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-122/2021 nömrəli 16 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
23. İşə baxmış məhkəmə kollegiyası aşağıdakıları qeyd etmişdir: - Apellyasiya instansiyası məhkəməsi İPM -in 13, 48.1 və 52-ci maddələrinin tələbləri təmin edilməmişdir. İddiaçı tələbində Yanacaqdoldurma və X4 başqa əraziyə köçürülməsi üçün kompensasiya ödənilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi iddiaçı ilə tələbi dəqiqləşdirməmiş, Yanacaqdoldurma və X4 konkret olaraq hansı əraziyə, o cümlədən qonşu əraziyə, yaxud başqa ünvana (hansı ünvana) köçürülməli olmasını müəyyən etməmiş, iddiaçı ilə bu barədə dəqiqləşdirmə aparmamış, həmçinin yanacaqdoldurma məntəqəsi (onun bir hissəsi) yolun tikinti altına və mühafizə zolağına düşdüyündən fəaliyyət göstərmədiyinə görə, yoxsa məntəqənin başqa əraziyə köçürülməsi ilə bağlı xərclər də nəzərə alınmaqla dəyən ziyan üçün kompensasiya ödənilməli olması ilə bağlı iddia tələbini dəqiqləşdirməmişdir. - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Yevl ax rayonu, Aşağı Qarxun kəndi, Bakı-Qazax şosesi, 272-ci km-nin sol tərəfi ümumi sahəsi 15,2 kv.m tikili, 0,1173 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin çıxarışda qeyri-yaşayış sahəsinin tərkibi kimi operator binası 43,85 kv.m, talvar 58,10 kv.m, ayaqyolu 2,56 kv.m, cəmi 104,51 kv.m olduğu göstərilmiş, qeyd edilən tikililərin (hansının) yolun tikinti altına və mühafizə zolağına düşməsi araşdırılmamışdır. - Apellyasiya məhkəməsi iddiaçının yolun tikinti altına və mühafizə zolağına düşməyən əmlakından təyinatı üzrə istifadə etməsinin mümkünlüyünü tərəflərin və ekspertin iştirakı ilə yoxlamamış, yanacaq-maye qaz doldurma məntəqəsinə nəqliyyat vasitəsinin sərbəst giriş-çıxışın məhdudlaşmasının hansı həddə olduğunu müəyyən etməmiş, bundan asılı olaraq bütövlükdə əmlakın hamısı və yo lun tikinti altına və mühafizə zolağına düşən hissəsi üçün dəyən ziyanın məbləğini müəyyən etməmişdir. - İddiaçının əmlakı alınarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə əməl olunması araşdırılmamış, əmlakın dəyəri həmin Qanuna uyğun qiymətləndirilməmişdir. - Apellyasiya instansiyası məhkəməsi fotoşəkillərə və iddiaçının mülkiyyət sənədlərinə istinad edərək məntəqənin 1992-1995-ci illərdə tikildiyini və avadanlıqların həmin dövrə aid olduğunu, bu səbəbdən məntəqə və onun ləvazimatının köhnə olduğunu bildirmiş, lakin fotoşəkillərin çəkilmə vaxtını, həqiqətən iddiaçıya aid yanacaqdoldurma məntəqəsi olduğunu, yol çəkilərkən məntəqənin fəaliyyət göstərib-göstərməməsini araşdırmamış, 1992-1995-ci ildə tikilmiş məntəqənin 2011-2013-cü illərdə köhnə olmasını əsaslandırmamış, yolun çəkilişi zamanı istismara yararlı olub-olmamasını müəyyən etməmiş, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 29 iyun 2013-cü il tarixli çıxarışda qeyri-yaşayış binasının tərkibi kimi ayrı-ayrı tikililərin qeyd edilməsini, texniki pasportda əsas tikililərin texniki təsviri və vəziyyəti səhifəsində köhnəlmə faizinin 20 faiz göstərilməsini və s. nəzərə almamışdır. - Apellyasiya məhkəməsi hesab etmişdir ki, yanacaqdoldurma və X8 məntəqəsi 28 dekabr 2012-ci il tarixdən bağlandığından Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən əldən çıxmış fayda tələb etməkdə iddiaçı haqlı olmamışdır. Lakin adı çəkilən obyekti iddiaçı aldıqdan və iddiaçının mülkiyyət hüququ yarandıqdan sonra təsərrüfat subyekti kimi fəaliyyət göstərməsi araşdırılmamış, bununla bağlı vergi o rqanına, statistika idarəsinə və s., həmçinin kommunal xərclər ödənilməsi ilə bağlı sorğular edilməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli 2-1(107)-401/2021 nömrəli qərardadı ilə (hakimlər: A.Eyvazov - sədrlik edən və məruzəçi, A.Mahmudov və M.Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(116)-6/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi əhəmiyyətli sayda və ya geniş həcmdə sübutları araşdırmadan yekun qərar qəbul etmişd ir. d. Birinci instansiyası məhkəməsində ikinci icraat
26. İddiaçı tələbini yenidən dəqiqləşdirərək cavabdeh orqandan “Yevlax rayonu Aşağı Qarxun kəndi, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən Yanacaq Doldurma və X4, eyni rayonda başqa əraziyə köçürülməsi üçün 821.509,0 manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20 faiz satınalma qiymətinə əlavə haqqın 164.301 manat, ******* manat (249109,68 manat illik gəlir x 7 il) əldən çıxmış gəlirin tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-648/2022 nömrəli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki, məhkəmə-mühasibatlıq, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.
28. Məhkəmə Ekspertizası Mərk əzinin xx.xx.2022-ci il tarixli 10/4867, 9/5420 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinin talvar tikilisindən yolun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafənin 15.50 metr, yanacaq çənlərindən isə yolun hərəkət hissəsinin mərkəzinə qədər olan məsafənin 13.20 metr təşkil etdiyini nəzərə alaraq həmin talvar tikilisinin və yanacaq çənlərinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298№-li qərarına əsasən yolun mühafizə zolağına düşdüyü müəyyən olunur. - Tədqiq olunan yanacaq doldurma məntəqəsinin yanacaq çənlərinin və talvar tikilisinin yolun mühafizə zolağına düşdüyünü nəzərə alaraq həmin yanacaq doldurma məntəqəsinə aid digər tikililərin təyinatı üzrə istifadə edilməsi mümkün deyildir. - Tədqiq olunan ünvanda baxış keçirilmən zaman mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə nəqliyyat vasitələrinin giriş-çıxışına faktiki olaraq texniki cəhətdən maneə aşkarlanmamışdır. - Tədqiq oluna yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək ümumi xərcin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təxminən 664715.67 manat məbləğində müəyyən olunur.
29. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1160/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən qeyd edilmişdir ki, iddiaçının mülkiyyətinə RX seriyalı ******* nömr əli çıxarışla verilmiş 0,1173 ha torpaq sahəsinin 508.43 ha hissəsi və üzərində mövcud olan talvarın 34.33 ha hissəsi Bakı-Qazax şosse yolunun mühafizə zolağına düşür.
30. Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2-1(116)-49/2023 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia qismən təmin edilmiş, cavabdehin üzərinə 361360 manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi öhdəliyi qoyulmuşdur.
31. Birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir: - cavabdeh orqanın iddiaçının mülkiyyət hüququna müdaxiləsi ümumiyyətlə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olmamış və iddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Sözügedən Qanunda alınmanın təsirinə məruz qalan torpaq sahələrinin əvəzləşdirilməsi və tikililərin köçür ülməsi ilə bağlı məsələlər ətraflı tənzimlənməsinə baxmayaraq, cavabdeh orqan bununla bağlı heç bir tədbir görməmiş, iddiaçının məruz qaldığı ziyana ekvivalent olan kompensasiyanın ödənilməsini həyata keçirməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.1-ci maddəsi anlamında alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Sözügedən normanın tələbinə uyğun olaraq iddiaçı torpağın müəyyən hissəsinin alınması nəticəsində öz torpağında yerləşən əmlakından təyinatı üzrə istifadə hüququnu itirmiş, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalmışdır. Həmin Qanunun 7.2-ci maddəsində alınmanın təsirinə məruz qalan şəxsin bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəz ərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququ təsbit edilmişdir. - mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə nəqliyyat vasitələrinin giriş-çıxışına faktiki olaraq texniki cəhətdən maneə olmasa da, talvar tikilisi və yanacaq çənləri yolun mühafizə zolağına düşdüyünə görə həmin yanacaq doldurma məntəqəsinə aid digər tikililərin təyinatı üzrə istifadə edilməsi mümkün olmadığından, iddiaçının bütövlükdə əmlakın hamısına münasibətdə dəyən ziyanın məbləği müəyyən edilməlidir. - Məhkəməyə təqdim edilmiş ekspert rəyində tədqiq olunan yanacaq doldurma məntəqəsinin təyinatı üzrə istifadə edilməsi mümkün olmadığından dəymiş ziyanın məbləğini həmin yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək xərcləri hesablamaqla müm kün olması qeyd edilmiş, aparılmış hesablama nəticəsində tədqiq olunan yanacaq doldurma məntəqəsinin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək ümumi xərcin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təxminən 664715.67 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq edilən rəyin məzmunundan görünür ki, ümumi xərcin dəyəri iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə dair tərtib edilmiş eskiz layihəyə əsasən hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq qiymət normativləri tətbiq olunmaqla müəyyən edilmişdir. - Məhkəmə təqdim edilmiş ekspert rəyinin məzmunu ilə qismən razılaşmışdır. Belə ki, iş materiallarında olan yanacaq doldurma məntəqəsinin texniki pasportundan görünür ki, ümumiyyətlə nasosxana, təmir binası ayr ıca tikili kimi mövcud olmamışdır. Eyni zamanda ekspert rəyinə əlavədə qeyd edilmiş suyun saxlanması üçün nəzərdə tutulan tutum bunkeri, yanğın su çəninin sözügedən texniki pasportda qeyd edilmədiyi müəyyən olunur. Nəzərə alınmalıdır ki, ekspert rəyində 4 ədəd yanacaq çəni qeyd edilsə də, faktiki olaraq mövcud olan və texniki pasportda əks olunmuş yanacaq çənləri 2 ədəd olmuşdur. Ekspert müasir standartlara uyğun yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuş normativlərə uyğun tərtib edilmiş eskiz layihəyə istinad edərək yenidən həmin tikilinin inşa olunması üçün tələb olunan xərc məbləğini müəyyən etmişdir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının malik olduğu əmlakın özü təqdim etdiyi eskiz layihədə qeyd edilmiş tikilinin xüsusiyyətlərini daşımamışdır. Yəni, id diaçı, faktiki olaraq cavabdeh orqandan ona dəymiş ziyan həddində deyil, özünün əvvəllər malik olmadığı həcmdə tikilinin və onun komponentlərinin inşası və quraşdırılması ilə bağlı xərcləri tələb edir. İddiaçı məruz qaldığı ziyan həcmində cavabdeh orqandan kompensasiyanın tələb edilməsində haqlı sayılmalı, tikiləcək yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərməsi üçün zəruri olan digər tikinti quraşdırma işlərini öz vəsaitini hesabına həyata keçirməlidir. 1992-1995-ci ildə tikilmiş məntəqənin 2011-2013-cü illərdə köhnə olması və iddiaçının təqdim etdiyi eskiz layihəyə uyğun olmaması işin mübahisəsiz halıdır. - İddia tələbinin əldən çıxmış fayda hissəsində münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı “məntəqənin fəaliyyəti normal ahəngdə davam etdiyi dövrdə, "xxxx" ASC tərəfindən Kürdəmi r-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən bərpası, genişləndirilməsi və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi həyata keçirməsi nəticəsində məcburiyyət qarşısında fəaliyyətini dayandırmasını” bildirsə də, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 'Ələsgər' Firması (VOEN **********) tərəfindən 20.11 2007-ci il tarixdə təsərrüfat subyekti olaraq qeydiyyata alınmasına baxmayaraq, “ƏLƏSGƏR” firmasına maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti üzrə lisenziya verilməmişdir. Azərbaycan Respublikası "xxxx" ASC 7 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 01/01/02/2-418 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, sözügedən obyektə dair içməli sudan istifadə edilməsi haqqında Azərsu ASC-y ə məxsus X2 heç bir müqavilə bağlanmamış, Azərsu ASC-nin 7N-İİ Regional Sukanal İdarəsi tərəfindən xidmət göstərilməmişdir. Həmçinin Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01/4/01-7/5/13260 nömrəli məktubunda iddiaçı ilə "xxxx" ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair abonent elektron bazasında heç bir ünvanda qeydiyyatdan keçmədiyi və müqavilə bağlanmadığı qeyd edilmişdir. Sadalanan sənədlərin məzmunundan göründüyü kimi sözügedən yanacaq doldurma məntəqəsi yol çəkilərkən faktiki olaraq fəaliyyət göstərməmişdir. Odur ki, faktiki fəaliyyət göstərməyən sahibkarlıq subyektinin əldən çıxmış fayda ilə bağlı tələbi də mahiyyət etibarilə əsassızdır.
32. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdirlər. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
33. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2024-cü il tarixli 21(107)-26/2024 nömrəli qərarı ilə (hakimlər: X.Səmədov - sədrlik edən və məruzəçi, G.Cavadova və E.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2-1(116)-49/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
35. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri
36. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: – İş materiallarında olan və ayrı-ayrı vaxtlarda keçirilmiş ekspert rəylərində iddia tələbi ilə bağlı məsələlər öz təsdiqini tapmışdır. Belə ki, Binəqədi rayon Məhkəməsinin Qərardadı əsasında keçirilmiş xx.xx.2016-cı il tarixli kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyində Məntəqənin köçürülməsi və yenidən tikilməsi üçün mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 417492,0 manat vəsait lazım olduğu və Məntəqənin 2015-ci il ərzində fəaliyyət göstərəcəyi halda 69.105,7 manat gəlir əldə edə biləcəyi müəyyən edilmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)492/2018 saylı, xx.xx.2018-cim il tarixli qərardadı ilə iş üzrə yenidən kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.20219-cu il tarix li rəyinə əsasən Məntəqənin təyinatı üzrə istifadəsinə maneənin aradan qaldırılması üçün həmin Məntəqə başqa əraziyə köçürülməli və köçürülmə və yenidən inşa edilməsindən ötrü təqribən 436.607,0 manat məbləğində vəsait müəyyən edilmişdir. İlkin ekspertiza ilə bu ekspertizanın qiymətlərlə bağlı nəticələri arasındakı fərq tikinti materiallarının qiymətlərinin ötən müddət ərzində qalxması ilə bağlıdır. Həmçinin Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən Məntəqənin fəaliyyəti, analoji olaraq "xxxx" müəssisəsi ilə eyni götürüldükdə 2018ci il üzrə 249.109,68 manat (20,759,14 x 12 ay) gəlir əldə edə bilməsi müəyyən olunmuşdur. Bundan sonra iş Şəki İnzibati Məhkəməsində baxılarkən həmin məhkəmə tərəfindən iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi üçün yenidən kompl eks məhkəmə tikinti-texniki, məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Keçirilən xx.xx.2022-ci il tarixli, 10/4867, 9/5420 saylı ekspertiza rəyində yenə əvvəlki müəyyən edilmiş hallar təsdiq edilmiş və Məntəqənin başqa yerə köçürülərək yenidən qurulması üçün çəkiləcək ümumi xərc mövcud bazar qiymətlərinə uyğun olaraq təxminən 664.715,67 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, göründüyü kimi iş üzrə təyin edilmiş bütün ekspert rəylərində iddia tələbi təsdiq olunmuşdur. – Məntəqədəki yanacaq çənlərinin sayının 2 ədəd olması barədə məhkəmənin fikri yanlışdır. Belə ki, Yanacaq doldurma stansiyasının Texniki Pasportunun “göstəricilər” adlanan hissəsində 10-cu sırada növlər üzrə 5 ədəd yanacaq çəni (20,0+11+5+5+5=46) qeyd olunmuşdur. Ekspert rəyində çənlərin sayı 4 ədəd göstərilir. Sual olunur ki, işə baxan apellyasiya məhkəməsinin Məntəqənin yerləşdiyi əraziyə əyani baxış keçirdiyi zaman çənlərin sayını həqiqətən də 5 ədəd olmasının şahidi olduğu halda nə üçün öz qərarında bunu göstərmir? Halbuki işə əlavə edilmiş Məntəqənin fotoşəkilindən də çənlərin 5 ədəd qapaqları görünür. Həmçinin fotoşəkildə su çəni və mövcud tikililər görünür, lakin iş apellyasiya məhkəməsində baxılan müddətdə məntəqəyə aid bütün tikililər, yalnız yanacaq çənləri istisna olunmaqla Yevlax rayon İcra Hakimiyyəti tərəfindən özbaşına sökülüb talan edilmişdir. – "xxxx"ASC ilə iddiaçı arasında su təchizatı və tullantı suların axıdılmasına dair müqavilə bağlanmaması barədə məhkəmənin mövqeyi ilə bağlı qeyd edilmişdir ki, Məntəqənin həyətində olan artezian quyusundan istifadə etməklə suya olan ehtiyacı təmin edilmişdir. – Əldən çıxmış faydanın tələbi ilə bağlı qeyd edilmişdir ki, son on ildə Məntəqənin fəaliyyətsiz qalmasının günahkarı cavabdehin olması bütün iş materialları ilə sübut olunur. Cavabdeh tərəfində Məntəqənin fəaliyyəti məhdudlaşdırılan zaman işdə olan sübutlar göstərir ki, Məntəqə işlək vəziyyətdə olmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə (ünvan: Yevlax rayonu, Aşağı Qarxun kəndi) "xxxx" MMC ilə "xxxx" QSC arasında 01/715 saylı “Alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" QSC, "xxxx" MMCyə 16.930.000 (on altı milyon doqquz yüz otuz min) manat dəyərində neft məhsulları satmağı öhdəsinə götürmüşdür. – xx.xx.2018-ci il tarixli 01/715 saylı müqavilənin ayrılmaz hissəsi olan təsnifatda Aİ92 markası üçün 10.000.0 ton satışın aparılması, 1 (bir) tonun qiyməti (ƏDV daxil) 1052 manat, 1 (bir) ton üçün yol vergisinin 26,2 manat olması nəzərə alınmaqla ümumi məbləğ 10.790.000.0 manat (ƏDV daxil) olması qeyd edilmişdir. Dizel yanacağı üçün isə 10.000.0 ton satışın aparılması, 1 (bir) tonun qiyməti (ƏDV daxil) 590,2 manat, 1 (bir) ton üçün yol vergisinin 23,8 manat olması nəzərə alınmaqla ümumi məbləğ 6.140.000.0 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunmuşdur. Bundan sonra müqaviləyə əsasən "xxxx" MMC-yə dəyəri 222.375,45 manat dəyərində bura 8619,77 manat məbləğində yol vergisi və 32606, 84 manat ƏDV daxil olmaqla xx.xx.2018-ci il tarixdə 362,175 ton dizel yanacağı satılmışdır. Həmin dizel yanacağının qiyməti "xxxx" QSC-nin bank hesabına elektron qaimələr vasitəsilə ödənilmişdir. Bundan sonra həmin dizel ya nacağı təhvil alınaraq, bir hissəsi hazırkı məhkəmənin mübahisə predmeti olan Yanacaqdoldurma və X6 daşınaraq orada pərakəndə satılmış, bir hissəsi isə loqistik şirkətlərə satılmışdır. Yanacağın satışından əldə edilən xalis gəlir, vergilər və digər xərclər iş materiallarında olan xx.xx.2019-cu il tarixli 33506 saylı ekspert rəyində hesablanaraq göstərilmişdir. Bir ay fəaliyyətdə olduqdan sonra "xxxx" QSC-nin təhlükəsizlik idarəsinin göstərişi ilə Yanacaqdoldurma və X5 yanacaq satışının həyata keçirilməsi yol tikintisi ilə əlaqədar təhlükəli olduğuna görə müqavilənin icrası dayandırılmış və yanacaq buraxılmamışdır. b. Cavabdehin kassasiya şikayətinin dəlilləri
37. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: – İddiaçının daşınmaz əmlakının geri alınmasının qanunverici liklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11ci maddəsinə müvafiq olaraq komp ensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. – torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkə mə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Mülki Məcəllə Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, h üququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orq anlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir;... Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 39. “Torpaqların dövlət ehtiyacları üçün alınması haq qında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətl ərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;... Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyi ni daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qay dada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə
59. Bərpa qiyməti... 59.3. Evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin müəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər, hər hansı işlər və podratçılarla bağlı çəkilən xərclər, habelə hər iki halda layihələndirmə və üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesabla nan qiyməti deməkdir. 40. “Avtomobil yolları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar... qorunma (mühafizə) zolağı – təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir; yolkənarı xidmət obyektləri – qorunma (mühafizə) zolağında yerləşən, avtomobil yollarından istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş tikililər və qurğular, o cümlədən sosial, ticarət, ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı obyektlərdir; Maddə 15-1. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları... Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzar əti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında yerləşən yolkənarı xidmət obyektlərinin alğı-satqısı zamanı onun yeni sahibkarı torpaqdan istifadə şərtləri ilə tanış edilməlidir.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa bo rcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində ic raat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası işin materialla rını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
46. Hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbindən görünür ki, onun hüquqi marağı Yevlax rayonu Aşağı Qarxun kənd i, Bakı-Qazax şossesi, 272-ci km-nin sol tərəfində yerləşən ona məxsus Yanacaq Doldurma və X4, eyni rayonda başqa əraziyə köçürülməsi üçün kompensasiyanın və əmlakından istifadə edə bilməməsinə görə əldən çıxmış gəlirin ödənilməsinə yönəlmişdir.
47. İddiaçının dəlillərinə görə Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolunda magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması üçün işlərə başlanılmış, bu zaman mülkiyyətində olan Yanacaqdoldurma və X4 bir hissəsi yeni salınacaq yola, bir hissəsi də mühafizə zolağına düşdüyündən mülkiyyətindən istifadə edə bilməmiş, nəticədə ona dəyən ziyanın məbləği ekspertiza rəyi ilə müəyyən edilmişdir.
48. İlk öncə qeyd edilməlidir ki, 15 sentyabr 2011-ci il tarixində A zərbaycan Respublikası Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər Avtomobil yolu, hissə 1C (km 130 +940) magistral avtomobil yolu üzrə tikinti işlərinin yerinə yetirilməsinin planlaşdırılması və işlərin yerinə yetirilməsi, başa çatdırılması və qüsurların aradan qaldırılması üçün işlərə başlanılmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Bakı-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 272-ci kilometr hissəsi “Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması” layihəsinin tərkibinə daxil olmaqla, inşası xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2016cı il tarixdə başa çatdırılaraq istifadəyə verilmişdir.
49. Həmçinin işdən görünür ki, iddiaçı hazırda mübahisə predmeti olan ağ neft satışı məntəqəsi adlanan qeyri-ya şayış sahəsini 2013-cü ildə satın almışdır.
50. Beləliklə, iddiaçı hazırda köçürülməsinə görə kompensasiya tələb etdiyi yanacaqdoldurma məntəqəsini alan zaman artıq həmin ərazidə yol infrastrukturunun inşası başlanılmışdır.
51. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan yanacaq doldurma məntəqəsinə nəqliyyat vasitələrinin giriş-çıxışına faktiki olaraq texniki cəhətdən maneə olmasa da, talvar tikilisi və yanacaq çənləri yolun mühafizə zolağına düşdüyünə görə həmin yanacaq doldurma məntəqəsinə aid digər tikililərin təyinatı üzrə istifadə edilməsi mümkün olmadığından, iddiaçının bütövlükdə əmlakın hamısına münasibətdə dəyən ziyanın məbləği müəyyən edilməlidir.... cavabdeh orqanın iddiaçının mülkiyyət hüququna müdaxiləsi ümumiyyətlə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olmamış və iddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olmuşdur. Sözügedən Qanunda alınmanın təsirinə məruz qalan torpaq sahələrinin əvəzləşdirilməsi və tikililərin köçürülməsi ilə bağlı məsələlər ətraflı tənzimlənməsinə baxmayaraq, cavabdeh orqan bununla bağlı heç bir tədbir görməmiş, iddiaçının məruz qaldığı ziyana ekvivalent olan kompensasiyanın ödənilməsini həyata keçirməmişdir.
52. Kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən iş üçün əhəmiyyət kəsb edən geniş həcmdə sübutlar araşdırılmamış, mülkiyyətində olan Yanacaqdoldurma və X4 köçürülməsi zərurəti və bununla bağlı kompensasiya məbləğinin hesablanması aydınlaşdırılmamışdır.
53. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya məxsus yanacaqdoldurma və maye qaz məntəqəsinin 257 kv.m hissəsi Kürdəmir-Ucar-YevlaxBərdə-Tərtər Avtomobil yolunun tikintisi zamanı istifadə edilmiş, bundan əlavə məntəqənin talvar tikilisi və yanacaq çənləri yolun mühafizə zolağına düşmüş, lakin yanacaqdoldurma məntəqəsinə nəqliyyаt vаsitələrinin giriş-çıxışınа texniki cəhətdən maneə olmamışdır. 54. “Avtomobil yolları haqqında” Qanunun 1-ci maddəsinə əsasən qorunma (mühafizə) zolağı – təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir.
55. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobi l yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır.
56. Yolkənarı xidmət obyektləri – qorunma (mühafizə) zolağında yerləşən, avtomobil yollarından istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş tikililər və qurğular, o cümlədən sosial, ticarət, ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı obyektlərdir.
57. İddiaçıya məxsus qeyri-yaşayış obyekti yanacaqdoldurma məntəqəsi olduğundan həmin obyekt yolkənarı xidmət obyektləri sırasına aiddir.
58. Bundan əlavə, obyektin fəaliyyətinin davam etdirilməsinin qadağan olunması və ya mühafizə zolağına düşən yanacaq çənləri ilə talvarın oradan çıxarılması tələbinin olması da işdən görünmür.
59. Belə bir maneənin olmamasına baxmayaraq cavabdehin hərəkətləri nəticəsində iddiaçının əmlakının bir hissəsi yolun mühafizə zolağına düşdüyündən iddiaçı texniki və təhlükəsizlik baxımından yanacaq çənləri ilə talvarın yerini dəyişdirilməsini tələb edə bilər.
60. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə işin müzakirə və müəyyən edilməli olan halı yanacaq çənləri ilə talvarın iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində başqa əraziyə köçürülməsi imkanının olubolmamasıdır.
61. Belə bir imkan olduğu halda, iddiaçının tələb edə biləcəyi – yanacaq çənləri ilə talvarın k öçürülməsi və ya köçürülməsi üçün çəkiləcək xərcin ona kompensasiya olaraq verilməsi ilə məhdudlaşır.
62. Yolun mühafizə zolağında yerləşən yanacaq çənləri və talvarın yerinin dəyişdirilməsi mümkün olmadıqda, apellyasiya məhkəməsi yanacaqdoldurma məntəqəsinin hazırkı vəziyyətdə texniki baxımdan fəaliyyət göstərib-göstərə bilməsini müəyyən etmək üçün aidiyyəti inzibati orqanlara sorğu verməlidir. Yolun istismar və hərəkət təhlükəsizliyi, həmçinin yanğın və texniki təhlükəsizlik tələblərinə cavab verilmədiyi müəyyən edildiyi halda, iddiaçı zərərin ödənilməsinin tələb etməkdə haqlı sayıla bilər.
63. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə gəldikdə isə, kollegiya qeyd edir ki, həmin rəydə yanacaq doldurma məntəqəsinin yanacaq çənlərinin və talvar tikilisinin yolun mühaf izə zolağına düşdüyünü nəzərə alaraq həmin yanacaq doldurma məntəqəsinə aid digər tikililərin təyinatı üzrə istifadə edilməsi mümkün olmaması qeyd edilsə də, bunun səbəbi ekspert tərəfindən açıqlanmamış sadəcə mühafizə zolağına düşməsinə istinad edilmişdir.
64. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
66. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilm əlidir.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2024-cü il tarixli 21(107)-26/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.