Məhkəmə qərarları › İş №2-1(102)-801/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-801/2023

07.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-801/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: müavinətin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1955-ci il, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişl ərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 2-1(103)-2582/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 22 aprel 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 011374 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, 10 mart 2013-cü ildə Bakı şəhərində doğulmuş X2 Həsən Tofiq oğlu və X13 tərəfindən övladlığa götürülmüş və ona Abbasova soyadı, Duyğu adı, Həsən qızı ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 02 nömrə ilə qe yd edilmişdir.

2. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 26 aprel 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 931589 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 10 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X13 qeyd edilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-441/2017 saylı 15 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçilər İddiaçı və X8 «övladlığa götürülmə» tələbinə dair ərizəsi təmin edilmiş, 10 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 İddiaçı və X13 tərəfindən övladlığa götürülmüş hesab edilməsi, X6 yeni doğum haqqında şəhadətnamənin verilməsinin, şəhadətnamədə və doğum akt qeydində müvafiq qrafalarda soyadının "Abbasova”, adının Duyğu”, atasının a dı "Həsən”, doğulduğu il "2013”, ay "mart”, gün "10”, doğulduğu yer "Bakı şəhəri”, milliyyəti "azərbaycanlı”, ata qrafasında "İddiaçı”, atasının milliyyəti "azərbaycanlı”, ana qrafasında "X13”, anasının milliyyəti "azərbaycanlı” yazılmasının Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir.

4. İddiaçı, ona uşağı övladlığa götürməyə görə müavinət təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasərı əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox oimamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Bu Qanunun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunur. Həmçinin bu Qanunun 9.1.11 -ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən, sağlamlıq imkanları məhdu d 18 yaşınadək uşağa görə müavinət 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Qeyd edilənləri nəzərə alaraq bildirir ki, iddiaçı, X9 xx.xx.2017-ci ildə övladlığa götürdüyü üçün, övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, onun "Sosial müavinətlər haqqında” qanuna əsasən uşağı övladlığa götürməyə görə müavinət hüququ yarandığı üçün 2021-ci ilin yanvar ayının 1-dən hesablanmaqla ona müavinət təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin mart ayında məhkəmə qərarı ilə Duyğu Fətəliyevanı övladlığa götürmüşdür. O, uşağın qidalanması, geyimi, təhsili, rahat mənzillə təmin olunması ilə əlaqədar üzərinə düşən öhdəlikləri yerinə yetirir. O, uşağı övladlığa götürəndə kimdənsə, hətta dövlətdən də heç bir iqtisadi kömək ummamışdır, hazırda da ummur. Bu, onun atalıq - valideynlik borcudur. Lakin "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən övladlığa götürülmüş uşaqlara görə müavinət almaq hüququ yarandığından onun övladlığa götürdüyü qızına müavinətin təyin olunması üçün ərizə ilə 07 oktyabr 2021-ci il tarixində 4 saylı Bakı “DOST" Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dayanıqlı və Operativ Sosial X1 ərizəsinə baxılaraq uşağı 15 mart 2017-ci ildə övladlığa götürdüyü üçün “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1.14-cü maddəsi, yəni övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa görə müavinət növü 2021-ci ilin yanvar ayının 1-dən qüvvəyə mindiyinə görə bu müavinət növünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmamış və müavinətin təyin olunmasından 17 noyabr 2021-ci il taarixli **********6 saylı məktubla imtina edilmişdir. Cavabdeh orqan qanunun məzmununu düzgün təfsir etməmiş, nəticədə səhv tətbiq edərək, əsassız olaraq övladlığa götürülən uşağa görə müavinət təyin edilməsi barədə müraciətini təmin etməmişdi r. Övladlığa götürülən uşağa görə müavinət təyin olunmasında heç bir ayrı- seçkilik ola bilməz və bu qərarda da yoxdur. Bu gün 13 yaşı olan və ya 10 il bundan öncə övladlığa götürülmüş uşaqlara da, dekabr 2020-ci ildə övladlığa götürülmüş uşaqlara da, 01 yanvar 2021-ci il tarixində və sonrakı dövrdə övladlığa götürülmüş uşaqlara da 2021-ci ildən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək müavinət təyin edilməlidir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubl ikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Bu Qanunun 4.0.1.14-cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin edilir. Bu Qanunun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götür ülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunur. Həmçinin bu Qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - 2021-ci il yanvarın 1dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. İddiaçı xx.xx.2017-ci ildə uşağı övladlığa götürdüyü üçün övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin iddiaçının övladlığa götürdüyü Duyğu Abbasova sağlamlıq imkanları məhdud uşaq, o cümlədən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq kateqoriyasına aid olmadığından, Qanunun 7.0.10-4-cü maddəsinin o na tətbiq edilməsi mümkün deyil. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrind ən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Göründüyü kimi, qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürmüş şəxs, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürmüş şəxs) iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin təyin edilməsi və ödənil məsi mümkün deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin (P.A.Hüseynov) 20 aprel 2022-ci il tarixli, 2-1(112)4022/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən uşaq xx.xx.2017-ci ildə övladlığa götürülmüşdür, övladlığa götürülən uşağa görə müavinətin isə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün təyin edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Tanrıverdiyev /sədrlik edən və məruzəçi/ İ.S.Şirinov və C.A.Yusifov) 6 dekabr 2022-ci il tarixli, 2-1(103)-2582/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının övladlığa götürdüyü X11 iddiaçının nəvəsi olmuş, valideynlərini itirməmiş, həmçinin sağlamlıq imkanları məhdud deyildir. Belə olan halda, iddiaçı "Sosial müavinətlər haqqında” Qanunun 7.0.10-4-cü maddəsinin təsir dairəsinə düşmür. İddiaçının iddia tələbi övl adlığa götürdüyü Abbasova Duyğunun valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, o cümlədən sağlamlıq imkanları məhdud olmamasına görə əsassız olmuşdur.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiya məhkəməsi qanunun məzmununu düzgün təfsir etməmiş, nəticədə səhv tətbiq edərək, əsassız olaraq övladlığa götürülən uşağa görə müavinət təyin edilməsi barədə iddianı təmin etməmişdir.

15. Məhkəmənin yanaşması bərabərlik prinsipinin pozulması deməkdir. Əgər bu müavinət təyin edilirsə bütün övladlığa uşaq götürənlərə şamil edilməlidir.

16. Uşağın övladlığa götürülmə tarixi ilə bu hüququn itirilməsi demokratik cəmiyyət üçün vacib və əhəmiyyətli olduğundan yolverilməzdir.

17. Cavabdehin Qanunun maddəsini səhv təfsir edərək iddiaçıya müavinət təyin edilməsindən imtina etməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, həmçinin beynəlxalq-hüquqi aktların müvafiq normalarına zidd olmaqla vətəndaşlıq hüququnun həyata keçirməsində məhdudiyyət yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Sosial müavinətlər haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəy yən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə

3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət. Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.10-4. övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cüml ədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə). Maddə

9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.11. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – 2021-ci il yanvarın 1-dən tez olmamaq la uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. 21. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Qanun (6 oktyabr 2020-ci il tarixli): Maddə 1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 4.0.1.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.0.1.14-cü maddə əlavə edilsin: “4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət.”; 1.2. Aşağıdakı məzmunda 7.0.10-4-cü maddə əlavə edilsin: “7.0.10-4. övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə).” Maddə

2. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

22. İnzibati Prosessual Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya insta nsiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla belə, məhkəmə kollegiyası aşağ ıdakıları qeyd etməyi zəruri hesab edir. 29. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir.

30. Göstərilən normanın tələbindən göründüyü kimi övladlığa götürülən uşağa görə müavinətin təyin edilməsi üçün övladlığa götürülən uşaq (3-18 yaş arası) ya valideynlərini itirmiş, ya da valideyn himayəsindən məhrum olmalı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud olmalıdır. Yalnız bu hallar mövcud olan övladlığa götürülən uşağa görə qanunda nəzərdə tutulan müavinət təyin oluna bilər.

31. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)441/2017 saylı 15 mart 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı, nəvəsi - X9 övladlığa götürmüşdür.

32. Odur ki, övladlığa götürülən uşağa görə qanunda nəzərdə tutulan müavinətin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tələblər hazırki iş üzrə iddiaçının övladlığa götürdüyü X10 münasibətdə ödənilmir.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 7.0.10-4-cü maddəsinin təsir dairəsinə düşmədiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməli olması qənaətinə gəlmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qəra rı hazırki qərarın 19-22-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

35. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 21(103)-2582/2022 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar