Məhkəmə qərarları › İş №2-1(102)-801/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-801/2025

30.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-801/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinə borcun ödənilməsi üçün vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh MMC-yə qa rşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-3512/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh MMC-yə 6 aprel 2023-cü il tarixli bildiriş göndərərək 6 aprel 2023-cü il tarixə ümumilikdə 58,435.12 manat borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

2. Azərbaycan Respublikası İqtis adiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi “Əmlakın siyahıya alınması haqqında” 20 aprel 2023-cü il tarixli qərarı ilə Cavabdeh MMC vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır.

3. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə 51996,55 manat məbləğində vergi borcu yaranmışdır. 4. xx.xx.2023-cü il tarixli **********1 saylı əmlakın siyahıya alınması barədə protokol və ona 14 saylı əlavə olan siyahıdan görünür ki, fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qe ydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) 99JL101 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) 99JR101 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeyd iyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 2019-ci il buraxılış olan “X5“markalı (qarametallik rəngli, SALGA3BE7KA540845 kuzov nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə, 60.000,00 manat məbləğində əmlakı siyahıya alınmışdır.

5. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla birlikdə təqdim olunan DİN Baş X4 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud məlumatların kompüter çıxarışından görünür ki, “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeyd iyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri xx.xx.2022-ci il tarixli şəhadətnamələr ilə Cavabdeh MMCnin adına qeydiyyata alınmışdır, “X5 Rover minik” markalı (qara metallik rəngli, SALGA3BE7KA540845 BAN nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixd ə Cavabdeh MMC-nin adına qeydiyyatdan çıxmışdır, həmin avtomobil **-AD-*** dövlət qeydiyyat nişanı ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyatdan çıxaraq X1 adına qeydiyyatdan keçmişdir və hazırda **-TR-*** dövlət qeydiyyat nişanı ilə onun adına qeydiyyatdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində borcuna görə onun, ümumilikdə, 60000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy i orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmiş, həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi ol an sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarılmaqla, həmin qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 58704,79 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2 MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) 99JL101 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) 99JR101 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 2019-ci il buraxılış olan “X5“markalı (qar ametallik rəngli, SALGA3BE7KA540845 kuzov nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə, 60.000,00 manat məbləğində əmlakı siyahıya alınmışdır. Bu barədə xx.xx.2023-cü il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokol siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində ödənilməm iş borcu qalmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(112)-2724/2024 nömrəli qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixə borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG2 markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 50000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması, göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcunun tutularaq dövlət b üdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarı ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus əmlak (fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2011-ci il buraxılış olan “Nissan Tida“ markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil) siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. Cavabdeh (VÖEN: **********) barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi cavab dehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına (daşınar) yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Vergi borcunun ödənilməsinin təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin məktubuna qoşma edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən “Otokar Kent LF2MCNG” markalı müvafiq kuzov nömrəli və qeydiyyat nişanlı avtomobillər xx.xx.2022-ci il tarixli şəhadətnamələr ilə Cavabdeh MMC-n in adına qeydiyyata alınmışdır və hazırda da qeydiyyatdadır. Göründüyü kimi sözügedən avtonəqliyyat vasitələri hazırda cavabdehin mülkiyyətindədir. Belə olan halda, cavabdeh vergi borcunun tam şəkildə ödənilməsi təmin etmədiyindən iddiaçı həmin borcların cavabdehin qeyd olunan əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3512/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən-məruzəçi hakim C.A.Yusifov, hakimlər C.B.Məmmədov və G.M.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İn zibati Məhkəməsinin 2-1(112)-2724/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı vergi orqanı tərəfindən cavabdeh vergi ödəyicisinin mülkiyyətində olan nəqliyyat vasitələri siyahıya alınması proseduru vergi qanunvericiliyinin qeyd olunan tələblərindən irəli gələn vəzifələri çərçivəsində həyata keçirilmiş və həmin nəqliyyat vasitələrinin ticarət şəbəkələrində satılması barədə öhdəliyin icrası haqqında hazırkı iddia qaldrılmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclaslarının yeri və vaxtı barədə ona bildiriş göndərilsə də, məhkəmə çağırışlarına g əlməmiş, iddia ərizəsi ilə bağlı etiraz və dəlillərini irəli sürməmiş, hazırkı apellyasiya mərhələsində də məhkəmə iclası barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətində istinad etdiyi dəlillərini sübutlarla əsaslandırmamış və dövlət büdcəsinə borcunun mövcud olmadığına dair hər hansı mötəbər sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin işə əlavə olunmuş şəxsi hesab vərəqəsindən isə görünən odur ki, onun xx.xx.2023-cü il tarixinə həqiqətən də dövlət büdcəsinə 51996,55 manat məbləğində vergi borcu yaranmışdır. Başqa sözlə, iddianın təmin edilməsini zəruri edən faktiki şərtlər mövcuddur.

13. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və inzibati işin araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı inzibati iş materiallarından görünür ki, cavabdehə məxsus nəqliyyat vasitələri siyahıya alınaraq dəyəri 10.000 manat hesablanıb və apellyasiya instansiyası məhkəməsində əmlakın dəyəri mübahisələndirilib. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Vergi orqanı vergi ödəyicisinin borcu həcmində (kifayət etdiyi həcmdə) onun əmlakını siyahıya alıb müvafiq icra hakimiyyəti orqanı vasitəsilə satılıb borcunu ödəməsi barədə hüququ var. Lakin, onun vergi ödəyicisinin borcundan artıq məbləğdə əmlakının satılıb borca ödənilməsi barədə tədbir görməsi səlahiyyəti yoxdur. Vergi orqanının siy ahıya aldığı əmlaklar qeyri-obyektiv və qərəzli şəkildə qiymətləndirilib. Bu isə iddiaçı Şirkətə külli miqdarda maddi zərər vurulması ilə nəticələnəcək və eyni zamanda 3-cü şəxslərin hüquqlarını kobud şəkildə pozacaq. Belə olan halda işin süni şəkildə uzanmasına səbəb olacaq. İnzibati işin materiallarından görünür ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan xüsusatları yəni siyahıya alınmış əmlakların dəyərini araşdırmamışdır. Halbuki, 10000 manat qeyd edilən avtonəqliyyat vasitələrinin birinin dəyəri 349.000 manat təşkil edir. Həmin nəqliyyat vasitəsinin təkcə birinin dəyəri vergi borcuna nisbətdə 7 dəfə bahalıdır. Məhkəmə isə bu cür əhəmiyyətli hala hüquqi qiymət vermədən, araşdırmadan iddiaçı Şirkətə külli miqdarda zərər vurulmasına s əbəb olacaq qərar qəbul edib. Məhkəmə əmlakların obyektiv dəyərləndirilməsi istiqamətində araşdırma aparmayaraq Vergilər Məcəlləsinin 89.1 və 89.10-cu maddələrinin tələblərini pozub. Məhkəmə siyahıya alınmış əmlakların real dəyərindən qat-qat aşağı qiymətləndirilməsini araşdırmaması işin faktiki hallarına uyğun olmayan qərar çıxarılmana səbəb olub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağı dakılardır: 23.1.6. Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə ə sasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhs ullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiym ətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 89.12. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, v ergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllən in 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelly asiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 51922,61 manat məbləğində borcuna görə onun, ümumilikdə, 60000 manat məbləğində siyahıya alınmış əm lakının satılmasına yönəlmişdir.

24. İşdə olan sənədlərə əsasən cavabdeh vergi borcundan dövlət büdcəsinə ödənilməmiş borcu qalmışdır. Həmin borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülmüş, lakin həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.

25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarı ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola əlavə tərtib edilmişdir.

26. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə 51996,55 manat məbləğində vergi borcu yaranmışdır.

27. Cavabdehin əmlakı siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. Cavabdeh barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, onun dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Odur ki, həmin borcun cavabdehin əmlakına (daşınar) yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir.

28. Bəhs olunan hallara və Vergi Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarına əsasən cavabdeh borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51922,61 manat məbləğində borcuna görə siyahıya alınmış əmlakı müvafiq icr a hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

29. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın siyahıya alınması ilə bağlı vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunvericiliyin tələbinə uyğun olduğundan, habelə, cavabdeh hüquqi şəxsin dövlət büdcəsinə qeyd olunan məbləğdə borcunun olması ona məxsus şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapdığından, iddianın təmin edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3512/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar