Məhkəmə qərarları › İş №2-1(102)-803/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-803/2024

06.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-803/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.03.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi) qarşı “Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə və torpağın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-248/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Ərizənizə əlavə olunmuş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi sizə Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci İİ tarixli 15 saylı qərarı əsasında ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə ə ldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 15 saylı qərarı əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini Şabran rayon şöbəsində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. ”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsinə əsasən bələdiy yə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və X2 X3 kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Qeyd olunanlara əsasən ərizənin icrasından imtina olunmuşdur.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı Şabran rayonu Ağalıq bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 15 saylı qərarı əsasında ayrılmış Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin kateqoriyası, X2 X3 (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. İddiaçı Şabran rayonu Ağalıq bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 15 saylı qərarı əsasında ayrılmış Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyası, X2 X3 (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X1 adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddia tələbinin həcmini artıraraq Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin və torpağın mülkiyyət hüquqlarının X1 dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon XDS RH-nin xx.xx.1995-ci il tarixli 02 N-li protokol-qərarına əsasən iddiaçıya fərdi mənzil tikintisi üçün hazırki Şabran rayonu, Ağalıq ərazisindən 0,12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Şabran rayon Ağalıq bələdiyyəsi Dəvəçi rayon XDS RH-nin xx.xx.1995-ci il tarixli, 02 №li protokol qərarını nəzərə alınmaqla fərdi mənzil tikintisi məqsədi ilə 0,12 he ktar torpaq sahəsinin İ qrup Qarabağ Müharibəsi əlili kimi ona əvəzsiz satılması barədə xx.xx.2011-ci il tarixli 15 saylı iclas protokol-qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin xx.xx.2004-cü il tarixli 13Ü saylı əmrinə əsasən həmin torpaq sahəsində onun üçün 1 mərtəbəli 2 otaqlı ev tikilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək 1-ci qrup Qarabağ müharibəsi əlili kimi əvəzsiz ona verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, imtina edilmiş və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edərək bildir mişdir ki, iddiaçı Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi sizə Ağbaş bələdiyyəsinin xx.xx.2011- ci İİ tarixli 15 saylı qərarı əsasında ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyy ə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.”

8. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2015/2022 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilmiş, Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı yaşayış evi üzərində X1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması (reyestrdən müvafiq çıxarışın, torpağın plan və ölçüsü sənədinin, yaşayış evinin texniki pasportunun verilməsi ilə) öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Əlillərin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi tərəfindən təsdiq edilmiş başa çatmış tikintinin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının 28 avqust 2004-cü il tarixli Aktı ilə Dəvəçi rayonu, Ağalıq kənd sakini, İ qrup Qarabağ müharibəsi əlili X4 üçün tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi istismara qəbul edilmişdir. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnm işdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(105)-248/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi sizə Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 15 saylı qər arı əsasında ayrılmış, lakin torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının əldə olunması üçün torpaq hərracları və ya müsabiqələri təşkil edilməmişdir, buna görə də ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.

15. Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 15 saylı qərarı əsasında ayrılmış lakin torpaq sahəsi ayrılarkən maddi hüquq normasının tələblərinə zidd olaraq alqı-satqı aktı ancaq xx.xx.2013-cü ildə DT və XK Şabran rayon şöbəsində qeydə alınmışdır.

16. İddiaçı Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 15 saylı qərarı əsasında Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi torpaq hərracları və müsabiqələri vasitəsilə deyil, birbaşa bələdiyyənin özü tərəfindən ayrılmışdır, bu isə qanunvericiliyin pozulması kimi qiymətləndirilməli idi. 17. sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə Ağbaş bələdiyyəsinin torpaq sahəsinin ayrılmasına hüququ yox idi, buna görə də qərar və gec də olsa bağlanmış Müqavilə etibarsız hesab edilməlidir.

18. İddiaçı Ağbaş bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 15 saylı qərarı əsasında Şabran rayonu Ağalıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və X2 uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bununla bağlı bildiririk ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarəyə verilə bilər, alqı-satqı predmeti deyildir. Qeyri-kənd təsərrüfatı məqsədilə ayrılması, istifadə edilməsi və orada fərdi yaşayış evlərinin inşa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla yanaşı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrıla bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olun muş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binal ara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;.... Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Madd ə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam veril məsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə t ənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bunun yanaşı məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

30. Hazırkı iş üzrə iddia çının hüquqi marağı Şabran rayonu, Ağalıq kənd ərazisində yerləşən sahəsi 0.12 ha torpaq sahəsi üzərində tikilmiş 1 mərtəbəli 2 otaqlı evin və torpağın mülkiyyət hüquqlarının X1 dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması ilə bağlıdır.

31. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlilləri, torpaq sahəsinin xx.xx.2011-ci il tarixli bələdiyyə qərarı ilə ayrılması, qanunvericiliyin tələbinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını yalnız hərrac və ya müsabiqə keçirilmək yolu ilə əldə edilə bilməsinin mümkünlüyü, habelə torpaq sahəsinin alqı-satqı aktının tarixinin xx.xx.2013-cü il olduğu halda, xx.xx.2013-cü il tarixə qeydə alınması, torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyin atlı torpaq sahəsi olması hallarından ibarət olmuşdur.

32. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, Ağalıq bələdiyyəsinin xx.xx.2011ci il tarixli qərarı ilə iddiaçının adına fərdi yaşayış evinin tikintisi məqsədilə Şabran rayonu, Ağalıq kəndi ərazisində 0,12 ha torpaq sahəsinin ayrılmış, buna dair alqı-satqı aktı tərtib edilmiş, həmin aktda torpaq sahəsinin əvəzsiz olaraq satılması qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Şabran rayonu İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının adına ayrılmasının məqsədə müvafiq hesab edilməsi barədə rəy verilmişdir.

33. Məhkəmə kollegiyası torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının dispozitiv şərtlərinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər, lakin istisna norma kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması halı qeyd edilmişdir.

34. Bununla yanaşı mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyy ən edilmişdir ki, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı iş materiallarında olan başa çatmış tikilinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 28 avqust 2004-cü il tarixli aktına əsasən, iddiaçı üçün tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin istismara qəbul etmək məqsədilə sənədlərə və obyektə texniki baxış keçirilmiş, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin tikintisinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 22 aprel 2004-cü il tarixli 13 Ü nömrəli əmrinə əsasən aparıldığı, layihə-smeta sənədlərinin həmin İdarə tərəfindən qeyd edilən Əmr ilə təsdiq edildiyi, sifarişçi qismində Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi çıxış etdiyi, 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin əsas texniki göstəriciləri ümumi sahəsi 68 kv.m, yaşayış sahəsi 30 kv.m, otaqların sayı 2 qeyd edilmiş, obyektin tikintisinin 01 iyun 2004-ü ildə başlandığı, 03 avqust 2004-cü ildə başa çatdığının müəyyən edildiyi və həmin fərdi yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır. Eyni zamanda sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi ilə bağlı icazə sənədi də mövcud olmuşdur.

35. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinə görə, sözügedən torpaq sahəsinin və onun ətrafında yerləşən qo nşu torpaq sahələrinin kateqoriyası, X2 X3 (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla uqodiyası - fərdi yaşayış kimi göstərilmişdir.

36. Göründüyü kimi məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ, habelə həmin torpaq sahəsi üzərində inşa edilmiş tikilinin inşasına dair müvafiq icazə və istismara qəbul aktı mövcud olduğundan, indiki halda həmin fərdi yaşayış evinin tikintisinin sifarişçisi qismində çıxış edən inzibati orqan əmlakın özəlləşdirilməsinin yol verilməsi halına istinad edərək, həmin əmlaka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etirazı olmadığından, cavabdehin imtinası əsassız olmuşdur.

37. Bütün yuxarıda göstərilənlərə əsasən mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-248/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar