Məhkəmə qərarları › İş №2-1(102)-806/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-806/2025

06.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-806/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarlarının ləğvi) 06.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2378/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə aşağıda qeyd olunan qərarlar qəbul edilmişdir: – təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş vergi hesab-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən iddiaçıya xx.xx.2020-ci il tarixli, **********540500 nömrəli qərarla 2019-cu il yanvar ayının əlavə dəyər vergisi üzrə 6915,75 manat əlavə vergi məbləği hesablanmışdır; – 2018-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələri ilə mənfəət vergisi bəyannaməsinin gəlir hissəsindəki dövriyyə arasında fərq old uğuna görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********608200 nömrəli qərarla 2018-ci ilin mənfəət vergisi üzrə əlavə 46244,42 manat vergi məbləği hesablanmışdır; – bəyannamə məlumatı ilə son xronometraj metodu qaydasında aparılmış müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********866100 nömrəli qərarla 2017-ci il may ayının əlavə dəyər vergisi üzrə 11625,63 manat əlavə vergi məbləği hesablanmışdır; – bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********922200 nömrəli qərarla 2017-ci il iyul ayının əlavə dəyər vergisi üzrə 14013,35 manat əlavə vergi məbləği hesablanmışdır; – bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********485600 nömrəli qərarla 2017-ci il iyun ayının əlavə dəyər vergisi üzrə 16047,01 manat əlavə vergi məbləği hesablanmışdır; – bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********486300 nömrəli qərarla 2017-ci il oktyabr ayının əlavə dəyər vergisi üzrə 16360,85 manat əlavə vergi məbləği hesablanmışdır; – bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********488700 nömrəli qərarla 2017-ci il avqust ayının əlavə dəyər vergisi üzrə 25233,46 manat əlavə vergi məbləği hesablanmışdır; – b əyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********551400 nömrəli qərarla 2017-ci il noyabr ayının əlavə dəyər vergisi üzrə 15811,38 manat əlavə vergi məbləği hesablanmışdır; – bəyannamə məlumatı ilə son xronometraj metodu ilə aparılan müşahidənin nəticələri arasında olan uyğunsuzluğa görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********883500 nömrəli qərarla 2017-ci il sentyabr ayının əlavə dəyər vergisi üzrə 9428,22 manat əlavə vergi məbləği hesablanmışdır; – əvəzləşmənin qəbul edilməməsinə görə (elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması) iddiaçıya xx.xx.2020-ci il tarixli, **********611600 nömrəli qərarla 20 20-ci il fevral ayının əlavə dəyər vergisi üzrə 762,85 manat əlavə vergi məbləği hesablanmışdır; – aksiz vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığına və azalmanı təsdiq edən sənədlərin olmamasına görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********687000 nömrəli qərarla 2018-ci il iyul ayının aksiz vergisi üzrə 5194 manat əlavə vergi məbləği hesablanmışdır; – aksiz vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığına və azalmanı təsdiq edən sənədlərin olmamasına görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********688700 nömrəli qərarla 2018-ci il dekabr ayının aksiz vergisi üzrə 31377,80 manat əlavə vergi məbləği hesablanmışdır; – aksiz vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığına və azalmanı təsdiq edən sənədlərin olmamasına görə iddiaçıya xx.xx.2020-ci il tarixli, ********* *689400 nömrəli qərarla 2019-cu il yanvar ayının aksiz vergisi üzrə 17571,20 manat əlavə vergi məbləği hesablanmışdır; – 2019-cu il fevral ayının ayının aksiz vergisi üzrə ilkin bəyannamədə göstərilən məbləğlərin sonradan dəqiqləşmiş bəyannamədə azaldılmasına və azalmanı təsdiq edən sənədlərin olmamasına görə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********690800 nömrəli qərarla əvvəlki vergi məbləği bərpa edilmişdir; – elektron qaimə-fakturalarda olan dövriyyə ilə ƏDV bəyannaməsindəki dövriyyə arasında olan fərqə görə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********299700 nömrəli qərarla 2020-ci il dekabr ayının əlavə dəyər vergisi üzrə 57600,36 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı idd ia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********08200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il tarixli **********488700 nömrəli, xx.xx.2020-ci il tarixli **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********68870 0 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

3. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, mübahisələndirilən qərarlar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə ləğv olunmalıdır.

4. Cavabdeh iddiaya qarşı etirazını işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıya münasibətdə qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş kameral vergi yoxlaması zamanı müvafiq vergi hesabat dövrləri üzrə uyğunsuzluqlar aşkar edilmiş, bununla bağlı iddiaçıya uyğunsuzluq məktubları göndərilərək dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri və uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından, ona müvafiq qaydada əlavə vergi məbləğlərinin hesablanması barədə qərarlar qəbul edilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4898 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş iş materiallarında olan mühasibat sənədlərinə (elektron VHF, e-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113191,03 manat məbləğində deyil, ümumilikdə 51906,60 manat məbləğində ƏDV-nin iddiaçı tərəfindən büdcəyə az hesablandığı müəyyən olunur. Müvafiq digər dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur, eyni zamanda, 2017-ci ilin sentyabr ayı üzrə büdcəyə 11956,56 manat artıq ödəmə müəyyən olunur. Bundan başqa, tədqiqata təqdim edilmiş iş materiallarında iddiaçının ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin iddiaçının tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər bir inin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8339 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ilkin ekspertiza tədqiqatı zamanı xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********8200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il **********488700 nömrəli, xx.xx.2020-ci il **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli, xx.xx.2022-ci il tarixli **********79630 nömrəli qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat sənədlərinə (elektron VHF, e-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113191,03 manat məbləğində deyil, ümumilikdə 51906,60 manat məbləğində ƏDV-nin iddiaçı tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Qeyd olunan qərarlar üzrə təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən dövlət büdcəsinə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadı. Beləliklə, göstərilən dövrlər üzrə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 22 dekabr 2022-ci il tarixli, 2-1(112)-233/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********08200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il tarixli **********488700 nömrəli, xx.xx.2020ci il tarixli **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********611600 nömrəli, 05.10.020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üz rə verilmiş ekspert rəyləri məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Bundan əlavə, xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********8200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il **********488700 nömrəli, xx.xx.2020-ci il **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli ********** 690800 nömrəli, xx.xx.2021ci il tarixli **********299700 nömrəli, xx.xx.2022-ci il tarixli **********79630 nömrəli qərarlar üzrə tədqiqat aparılaraq, iş materiallarında olan mühasibat sənədlərinə (elektron VHF, eqaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113191,03 manat məbləğində deyil, ümumilikdə 51906,60 manat məbləğində ƏDV-nin iddiaçı tərəfindən büdcəyə az hesablanması müəyyən olunduğundan, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadığından, cavabdehin xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli ********* *08200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il tarixli **********488700 nömrəli, xx.xx.2020-ci il tarixli **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 51906,60 manat ƏDV məbləği istisna edilməklə ləğv ed ilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədova) 05 iyul 2023cü il tarixli, 2-1(103)-2200/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdehin əlavə dəyər vergisi ilə bağlı 2017-ci ilin may ayı üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********866100 nömrəli qərarı 9549,35 manat, 2017-ci ilin iyun ayı üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********485600 nömrəli qər arı 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********922200 nömrəli qərarı 10129,18 manat, 2017-ci ilin avqust ayı üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********488700 nömrəli qərarı 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********486300 nömrəli qərarı 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********551400 nömrəli qərarı 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********883500 nömrəli qərarı və digər – **********540500 nömrəli xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli **********08200 nömrəli, xx.xx.2020-ci il tarixli **********611 600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi 2017-ci ilin may ayı üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********866100 nömrəli qərar 9549,35 manat, 2017-ci ilin iyun ayı üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********485600 nömrəli qərar 7489,08 manat, 2017-ci ilin iyul ayı üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********922200 nömrəli qərar 10129,18 manat, 2017-ci ilin avqust ayı üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********488700 nömrəli qərar 1489,65 manat, 2017-ci ilin oktyabr ayı üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********486300 nömrəli qərar 9619,73 manat, 2017-ci ilin noyabr ayı üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********551400 nömrəli qərar 8302,86 manat, ümumilikdə 46579,85 manat əlavə vergilərin hesablanması istisna olmaqla, 2017-ci ilin sentyabr ayı üzrə vergi orqanı tərəfindən 9428,22 manat vergi hesablansa da, ekspert tərəfindən iddiaçının həmin dövr üzrə 11956,56 manat artıq hesablaması müəyyən olunduğundan və buna görə də həmin dövrə vergilərin hesablanması əsassız olduğu üçün xx.xx.2020-ci il tarixli **********883500 nömrəli qərar bütövlükdə və xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tari xli **********08200 nömrəli, xx.xx.2020-ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarları əlavə vergilərin hesablanması əsassız olduğundan bütövlükdə ləğv edilməlidir.

12. Vergi orqanı 2017-ci ilin may, iyun, iyul, avqust, oktyabr və noyabr ayları üzrə ümumilikdə 46579,85 manat istisna olmaqla, qalan hissələrdə, həmçinin 2017-ci ilin sentyabr ayı üzrə xx.xx.2020-ci il tarixli **********883500 nömrəli qərarı və mübahisələndirilən digər – xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********08200 nömrəli, xx. xx.2020-ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarları ilə iddiaçıya əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və əsaslı olmasını əsaslandıra bilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da qeyd etmişdir ki, məhkəmə qərarının nəticəvi hissəsində mübahisələndirilən vergi orqanının qərarlarının məhz hansı hissədə ləğv olunması dəqiq göstərilmədiyi üçün həmin hissədə məhkəmə qərarı qeyrimüəyyənlik yaradır. Odur ki, apellya siya baxışı zamanı ekspertin verdiyi dəqiqləşməyə uyğun olaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Dadaşov) 25 yanvar 2024-cü il tarixli, 2-1(102)-91/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddianı qismən təmin edərkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəydə qeyd olunan göstəricilərə və rəyi tərtib etmiş ekspert Toğrul Cəfərlinin məhkəmə iclasına verdiyi ifadəyə əsaslanmış, bundan başqa hər hansı sübuta istinad etməmişdir. Həmin rəyləri araşdırarkən, rəylərdə işin halları, tərəflərin dəlilləri sadalanmış, hər hansı hesablama və açıqlama aparılmadan cəmi 51906 manat ƏDV-nin iddiaçı tərəfindən az ödənildiyi qeyd olunmuşdur. Lakin müvafiq dövrlər üzrə ayrıayrılıqda hesablamanın azalmasına səbəb olacaq hallar barədə məlumat qeyd olunmamış, məhz hansı “mühasibat sənədləri” ə sasında məbləğin azaldılması rəydə öz əksini tapmamış, əsaslandırma aparılmadan sadəcə hesablanmış vergi məbləğlərinin düzgünlüyünün müəyyən olunmadığı bildirilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, ƏDV üzrə 2020-ci ilin fevral və dekabr ayları, aksiz vergisi üzrə 2018-ci ilin iyul və dekabr ayları, 2019-cu ilin fevral ayı ekspertizasının tədqiqi predmetini əhatə etməmiş, həmin dövrlərə ekspert münasibət bildirməmiş, lakin məhkəmə ekspert tədqiqatını əhatə etməyən qərarları da ləğv etmişdir. Göründüyü kimi, iş materiallarında ekspert rəyinin nəticə hissəsində qeyd olunmuş göstəricilərin hansı qaydada alındığını əks etdirən əsaslandırma mövcud olmadığından, rəydə göstərilən rəqəmlərin həqiqiliyini müəyyən etmək mümkün deyildir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və İkram Şirinov) 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2378/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********08200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il tarixli **********488700 nömrəli, xx.xx.2020ci il tarixli **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il t arixli **********611600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli qərarları vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan 57600,36 manat ƏDV məbləği istisna edilməklə ləğv edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişinə uyğun olaraq əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/4623 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilm iş iş materiallarında olan mühasibat sənədlərinə (elektron VHF, e-qaimələr, ƏDV depozit hesabından çıxarış, bank sənədləri, xronometraja dair məktublara və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə və bütün yuxarıda göstərilənlərə əsasən 2017-ci il may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə xronometraj dövriyyələr və əvəzləşmələr nəzərə alınaraq 2017-ci il may ayı üzrə azaldılmış vergi məbləği 9549,35 manat, 2017-ci il iyun ayı üzrə azaldılmış vergi məbləği 7489,08 manat, 2017-ci il iyul ayı üzrə azaldılmış vergi məbləği 10129,18 manat, 2017-ci il avqust ayı üzrə azaldılmış vergi məbləği 1489,65 manat, 2017-ci il oktyabr ayı üzrə azaldılmış vergi məbləği 9619,73 manat, 2017-ci il noyabr ayı üzrə azaldılmış vergi məbləği 8302,86 manat, 2017-ci il sentyabr ayı üz rə isə artıq hesablanmış vergi məbləği 11956,56 manat müəyyən edildi. Yekun olaraq 2017-ci il üzrə ümumilikdə 46579,86 manat ƏDV-nin az hesablanması və 11956,56 manat artıq hesablanması müəyyən edilir. Tədqiqatla 2018-ci il mənfəət vergisinin 1117,87 manat təşkil etdiyi müəyyən edildi. Göstərilənlərə əsasən qeyd edilir ki, 2018-ci ilin mənfəət vergisi bəyannaməsi ilə kənarlaşma aşkar edilmədi. Bundan başqa, tədqiqata təqdim edilmiş iş materiallarında iddiaçının ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin iddiaçının tətbiq etdiyi metodun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xər c sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Hazırkı tədqiqatla 2019-cu ilin yanvar ayı üzrə əlavə dəyər vergisinin 6915,75 manat, 2020-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisinin 762,85 manat, 2020-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisinin və 2020-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisinin 57600,36 manat azaldılması və ya artıq hesablanması müəyyən edilmədi. Yəni tədqiqatla təqdim edilən bəyannamə üzrə kənarlaşma müəyyən edilmədi. Hazırkı tədqiqatla 2018-ci ilin iyul ayı aksiz vergisinin 5194 manat azaldılması, 2019-cu ilin yanvar ayı üzrə aksiz vergisinin 17571,2 manat azaldılması, 2018-ci ilin d ekabr ayı üzrə aksiz vergisinin 17571,2 manat azaldılması, 2019-cu ilin fevral ayı və 2020-ci ilin sentyabr ayı üzrə isə aksiz vergisinə dair əlavə hesablama müəyyən edilmədi.

19. Təqdim edilmiş ekspert rəyindən görünür ki, iş materiallarında olan mühasibat sənədlərinə (elektron VHF, e-qaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən ümumilikdə 57600,36 manat məbləğində ƏDV-nin vergi ödəyicisi tərəfindən büdcəyə az hesablanması müəyyən olunmuş, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmamışdır. Kollegiya iddia tələbinin qalan hissələrinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə və ekspert rəy lərinə əsasən xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********8200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020ci il tarixli **********488700 nömrəli, xx.xx.2020-ci il tarixli **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixli **********299700 nömrəli, xx.xx.2022-ci il tarixli **********79630 nömrəli qərarlar üzrə tədqiqat apa rılaraq, iş materiallarında olan mühasibat sənədlərinə (elektron VHF, eqaimələr, əmək haqqı ilə bağlı cədvəllər, ƏDV depozit hesabından çıxarış, bank sənədləri və s.), hesabatlara və Vergi Məcəlləsinin tələblərinə əsasən 2017-ci il may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə 113191,03 manat məbləğində deyil, ümumilikdə 51906,60 manat məbləğində ƏDV-nin iddiaçı tərəfindən büdcəyə az hesablanması müəyyən olunduğundan, digər qərarlarda göstərilən dövrlər üzrə isə büdcəyə əlavə hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmadığından, cavabdehin xx.xx.2020-ci il tarixli **********540500 nömrəli, xx.xx.2020-ci il tarixli **********08200 nömrəli, xx.xx.2020-ci il tarixli **********866100 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixl i **********485600 nömrəli, xx.xx.2020ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il tarixli **********488700 nömrəli, xx.xx.2020-ci il tarixli **********551400 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********611600 nömrəli, xx.xx.2020-ci il tarixli **********687000 nömrəli, xx.xx.2020-ci il tarixli **********688700 nömrəli, xx.xx.2020-ci il tarixli **********1689400 nömrəli, xx.xx.2020-ci il tarixli **********690800 nömrəli, xx.xx.2021-ci il tarixi **********299700 nömrəli qərarları iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan 57600,36 manat ƏDV məbləği istisna edilməklə ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ekspert rəyinə münasibətdə təqdim edilmiş mülahizə ilə bağlı bildirir ki, ekspert rəyi məhkəmə tərə findən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəs i qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqan ları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmas ından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habel ə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı müba hisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları b axımından iddia tələbinin hazırkı kassasiya icraatının predmetini təşkil edən hissədə təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Məhkəmə kollegiyası kas sasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gə ldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2378/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar