Məhkəmə qərarları › İş №2-1(102)-815/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-815/2021

18.05.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-815/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı X1 in cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-457/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı 13.11.2019-cu il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.

2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və 12.02.2020-ci il tarixli, İQ-35/3 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə mər uz qalmadığı müəyyən edilmişdir.

3. İddiaçı 12.02.2020-ci il tarixli, İQ-35/3 №-li qərardan inzibati şikayət vermiş, cavabdehin 11.03.2020-ci il tarixli, 79 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 12.02.2020-ci il tarixli İQ-35/3 nömrəli və 11.03.2020-ci il tarixli 79 nömrəli qərarlarının qanunsuz hesab edilərək ləğv olunması, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112) -4236/2020 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia əsassızdır.

7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-457/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və X.A.Cəmilova) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4236/2020 saylı qə rarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı üçün vətəndaşı olduğu ölkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiya məhkəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlmiş, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul et mişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılm asının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəm əyən şəxsdir. Maddə

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) A zərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

16. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967 -ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə t əhvil verir.... Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırıl ır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, şikayət əsassızdır.

21. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.

22. İddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, iddiaçı 21.10.2019-cu il tarixdə Azərbaycana gəlmiş, 13.11.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, vəsatət qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə xristian (katolik) olduğunu (ərizəçi əvvəllər müsəlman olduğunu və sonradan dinini dəyişdiyini bildirmişdir), 1991-2003-cü illərdə orta təhsil aldığını, 2005-ci ildə mühasib ixtisası üzrə İBL adlı kolleci bitirdiyini, 2010-cu ilə qədər Pakistanın müxtəlif şəhərlərində mühasib, təmir, satış və s. işlər ilə məşğul olduğunu, sonradan taksi sürücüsü olaraq fəaliyyət göstərdiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən iddiaçı evli olduğunu, bu evlilikdən bir övladının doğulduğunu, üç bacısı olduğunu, atasının 2010-cu ildə qətlə yetirildiyini, anasının və bacılarının isə hazırda Pakistanda yaşadıqlarını bildirmişdir. İddiaçı 201 5-ci ildə arvadı xxxx ilə ailə həyatı qurduğunu, arvadının xristian dininə etiqad etdiyini, lakin evlənməzdən bir ay öncə onun dinini dəyişərək İslamı qəbul etdiyini, lakin bir müddət sonra arvadının İslamı anlamaqda çətinlik çəkdiyini və onun İncili yenidən oxumağa başladığını bildirmişdir. Ərizəçi müəyyən müddət sonra özünün də bu dinlə (xristian) maraqlandığını, tez-tez kilsəyə getdiyini, 2019-cu ilin aprel ayında arvadı ilə birlikdə xristianlığı qəbul etdiklərini, xaç suyuna salındıqlarını, ailə üzvlərinin (iddiaçının) bundan xəbər tutduqları zaman onlara fiziki təzyiq göstərdiklərini və evdən qovduqlarını bildirmişdir.

23. İddiaçı bundan sonra yaxın qohumları və din xadimləri tərəfindən təhdid edildiklərini, İslama qayıtmayacağı təqdirdə öldürüləcəyi, uşağının ondan alınacağı ilə bağl ı naməlum şəxslərin ona xəbərdarlıq etdiklərini və barələrində fətva qəbul edildiyini əsas gətirərək Pakistanda yaşamaqdan ehtiyat etdiyini, bu səbəbdən ölkəsini tərk edərək ailə üzvləri ilə birlikdə 21.10.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiyini söyləmişdir.

24. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun cavabdeh inzibati orqan tərəfindən təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçının ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı onun verdiyi məlumatlarda bir sıra ziddiyyətli məqamlar aşka r edilmiş, ona belə məqamlara izah verməsi üçün imkan yaradılmış, lakin o, əsaslı cavablar verə bilməmiş, bu səbəbdən onun söylədikləri inandırıcılıq baxımından qəbul edilməmişdir. Belə ki, o, ilk öncə arvadı ilə birlikdə xristianlığı qəbul etməsi, xaç suyuna salınması ilə bağlı verilən suala cavab olaraq əvvəlcə 2019-cu ilin aprel ayında, müsahibə zamanı isə 2018-ci ilin aprel ayında xristianlığı qəbul etdiklərini bildirərək fərqli cavablar vermişdir. Bundan başqa, ərizəçi xristianlığı qəbul etdiyini, hər həftə kilsəyə getdiyini desə də, o, bu dinlə bağlı ona verilən sadə sualları cavablandıra bilməmişdir.

25. Qeyd edilənlərdən əlavə, iddiaçı müsahibə zamanı barəsində fətva verildiyini qeyd edərək bu barədə sənədi (fətvanı) təqdim etmişdir. Təqdim edilən sənədin təhlili zamanı məlum olmuş dur ki, həmin sənəd fətva deyil və yalnız xxxx adlı şəxs tərəfindən din xadiminə ünvanlanan sorğu olmuşdur.

26. Bundan başqa, şübhə doğuran digər məqamlardan biri iddiaçının və arvadının pasportunda dini etiqadlarının islam olaraq göstərilməsidir. İddiaçı bunun səbəbini müsəlman dinini tərk edib başqa dini qəbul edən şəxslərin cəmiyyətdə pis qarşılanması və nəticədə belə şəxslərin həbs edilməsi qorxusunun olması ilə əsaslandırmışdır. İddiaçı arvadının birinci pasportunda isə onun dini etiqadının xristian olduğunu (birinci pasportu təqdim edilməmişdir) qeyd etsə də, sonuncu pasporta baxış zamanı bu pasportun 27.08.2019-cu il tarixdə alındığı, həmin pasportu xristianlığı yenidən qəbul etdikdən sonra əldə etdiyi təqdirdə orada dini etiqadının xristian olaraq göstərilməməsi şübhə doğurmuş və bu şübhə onun xeyrinə həll edilməmişdir.

27. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o və ailə üzvləri vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.

29. İşə baxılarkən a pelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-457/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar