Məhkəmə qərarları › İş №2-1(102)-817/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-817/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-817/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X24 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; X24; nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtis adiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X24 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1512/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2023-ci il tarixli “X24nin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən gözəllik salonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət edilməsi məqsədilə X24nin həyata keçirilməsini qərara almışdır. 2. 020656 nömrəli, xx.xx.2023-cü il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 020656 nömrəli akta əsasən xx.xx.2023-cü ildə “Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən X24 zamanı göstərilmiş makiyaj xidmətinə görə 15 manat ödənilmiş, lakin ödənilmiş məbləğ NKA fiskal yaddasına vurulmamış, çek təqdim edilməmişdir. 3. xx.xx.2023-cü il tarixli, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, “Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən X24 tədbiri zamanı nəzarət-kassa aparatı tətbiq edilmədən nağd pul hesablaşmaları nın aparılması və fərdi sahibkar tərəfindən 5 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən xidmətlərin göstərilməsinə (işlərin görülməsinə) cəlb edilməsi müəyyən edilmişdir. Aşkar olunmuş hüquq pozuntuları fərdi sahibkar İddiaçı iştirakı ilə müvafiq qaydada rəsmiləşdirilmişdir (xx.xx.2023-cü il tarixli, DVX 020656 nömrəli və 000796 nömrəli aktlarla). Fərdi sahibkar İddiaçı vergi ödəyicisi üzrə təyin olunmuş “X24nin həyata keçirilməsi haqqında”, xx.xx.2023-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar, xx.xx.2023-cü il tarixli “X24nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə və tərtib edilmiş aktlarla tanış edilmişdir. Tələbnamənin bir nüsxəsi vergi ödəyicisinə təqdim olunmuş və tələbnamədə OVN-nin həyata keçirilməs i üçün qeyd olunan sənədlərin təqdim olunması fərdi sahibkar İddiaçı tələb edilmişdir. Fərdi sahibkar İddiaçı tərəfindən şəxsiyyət vəsiqələrinin surətləri təqdim olunmuş, digər Tələbnamədə qeyd olunan sənədlər - əmək müqavilələri bildirişləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqında qəbzlər, xidmət müqavilələri və s. mövcud olmaması səbəbindən təqdim olunmamışdır. OVN zamanı fərdi sahibkar İddiaçı, Ü.Hacıyevanın, K.Qurbanovanın yazılı izahatı təqdim olunmuş, digər işçilər yazılı izahat verməkdən imtina etmişlər. 4. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli qərara əsasən iddiaçı əhali ilə pul hesablaşmal arının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 5. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9441 nömrəli qərara əsasən iddiaçı 5 fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli *** *******41 nömrəli və xx.xx.2023-cü il tarixli **********9451 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 020656 nömrəli akta əsasən çıxarılmış xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 6000 manat məbləğində və aparıcılıq, çalğıçılıq, rəqqaslı q, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi haqqında” qərarı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının poz ulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə iddiaçı 1000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarlar poçt vasitəsi ilə iddiaçıya xx.xx.2023-cü ildə təqdim edilmişdir. İddiaçı fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə qadın gözəllik salonu işlətmək üçün xx.xx.2022-ci il tarixdə obyektə kod almış və obyektin təmiri və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərini görmüşdür. xx.xx.2023-cü ildə onun Nəzarət kassa aparatının (NKA) qoyulması barədə müraciəti əsasında obyektə xx.xx.2023-cü il tarixli aktla NKA qoyulmuşdur. Obyekt təzə təmir olunduğundan, lazımi avadanlıqlar quraşdırılmadığından və müvafiq xidmətlər göstərəcək ustalar işə cəlb olunmadığından, gözəllik salonu yoxlama tarixində fəaliyyət göstərməmişdir və bu səbəbdən də hər hansı bir işçinin ə mək və ya xidmət müqaviləsi bağlanmadan salonda işləməsi, eləcə də müştərilərə xidmət göstərilməsi və onlardan müvafiq kassa qəbzi verilmədən xidmət haqqı alınması halları olmamışdlr. Bundan başqa, xx.xx.2023-cü il tarixli 000796 nömrəli aktda göstərilən şəxslər barədə bildirir ki, X16 iddiaçının qaynının arvadı və həyat yoldaşının dayısı qızıdır, həm də təmirdən sonrakı müddətdə salonda səliqə saxlamaq üçün həmin şəxs ona bir qohum kimi kömək etmiş və yoxlama zamanı təsədüfən salonda olmuşdur. X1 kimi, X5 ustası kimi, X7 da işçi kimi eyni vaxtda salonda olmaları onların bacarıqlarının yoxlanılması üçün dəvət edilmələri ilə izah olunur. X20 isə kirayədə yaşadığından, çox kasıb olduğundan bütün təmir müddətində zərurət olduqda görəcəyi işlərə görə verəcəyi pulu cəmləyərək sonda verilməsini xahiş etmişdir və hər dəfə 100 manat olmaqla ona cəmi 300 manat pul verilmişdir. Aktda xx.xx.2023-cü ildə saat 16:20-də guya müştəriyə xidmət göstərilməsi, ondan alınan 15 manatın NKA-nın yaddaşına vurulmaması və çek verilməməsi barədə göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, xx.xx.2023-cü ildə salonda hər hansı bir müştəri olmamış və heç bir xidmət göstərilməmişdir. Tərtib edilmiş aktda nə həmin müştərinin şəxsiyyəti, nə də ona xidmət göstərildiyi vaxt, habelə onun tərəfindən hər hansı bir şikayətin olması qeyd olunmamışdır.

8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X29 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9721 nömrəli "X24nin həyata keçirilməsi haqqında” Qəra rına əsasən xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən obyektdə keçirilmiş X24 tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli DVX seriyalı 020658 nömrəli "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması barədə" akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********9451 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ö dənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi iddiaçının ünvanına və elektron qutusuna göndərilmişdir. O cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, bu barədə xx.xx.2023-cu il tarixli DVX seriyalı, 000796 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləği n və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X24nin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2023-cü il tarixli **********9441 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin ünvanına və elektron qutusuna göndərilmişdir. xx.xx.2023-cü il saat 16:20-də iddiaçıya məxsus obyektə keçirilmiş X24 tədbiri zamanı göstərilmiş makiyaj xidmətinə görə ödənilmiş 15 manat məbləğində məbləğin nəzarət-kassa aparatının fiskal yaddaşına vurulmadığı, müştəriyə çek təqdim edilmədiyi müəyyən edilmişdir. Müşahidə aparılarkən nağd pul hesablaşmalarının nəzarətkassa aparatı tətbiq edilmədən həyata keçirilməsi faktı aşkar edilmiş, bu səbəbdən də dövriyyədən yayındırılmış məbləğin nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa etmək mümkün olmamışdır. Məlum olduğu kimi, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi isə göstərilmiş xidmətlə rə görə ödənilmiş məbləğlərin vergidən yayındırılması deməkdir. Habelə iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxslərin izahatları alınmışdır. X4 xx.xx.2023-cü ildə etirafedici izahat verərək iddiaçı tərəfindən xx.xx.2022-ci ildən xadimə vəzifəsinə iş qəbul edildiyini, əmək haqqının 350 manat olduğunu və hər ayın sonunda nağd ödənildiyini, həmin obyektdə digər işçilərdən Günel, Azadə və Ülkər adlı şəxsləri tanıdığını bildirmişdir. Digər işçi X16 da xx.xx.2023-cü ildə etirafedici izahat vermiş və izahatında “Q-line” gözəllik salonunda işlədiyini, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən inzibatçı vəzifəsinə qəbul edildiyini, onunla əmək müqaviləsi bağlanmadığını, sınaq müddətində olduğu üçün əmək haqqı almadığını, əgər orada işləyəsi olsa əmək haqqının 350-400 manat olacağını, həmin obyektdə digər işçilərdən Günel, Kəmalə və Azadə adlı şəxsləri tanıdığını bildirmişdir. Digər 3 işçi - X23, X15 və X17 hər hansı bir səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişlər. Həmçinin iddiaçı xx.xx.2023-cü ildə yazdığı izahatında xx.xx.2022-ci ildən ünvan 2 ünvanında yerləşən “Q-line” qadın gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə başladığını, obyektdə faktiki olaraq kassa aparatı quraşdırılmadığını, lakin qısa müddətdə bunun təmin ediləcəyini, həmçinin obyektdə ümumilikdə 5 nəfər fiziki şəxs - qeydiyyatçı X8, stilist X3, kosmetoloq X19, stilist X6 və xadimə X13 onun tərəfindən işə cəlb olunduğunu, həmin şəxslərlə əmək və ya xidməti müqavilənin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını, əldə edilən gəlirin 60 %-nin işçilərə, qalan faizinin ona aid olduğunu bildirmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-9203/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********41 nömrəli Qərarı və xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli Qərarı ləğv olunmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi aktlarda və SD diskdə göstərilənlər bir-birilə ziddiyyət təşkil edir. Belə ki, aktlarda yoxlama aparılan obyektdə iddiaçı tərəfindən 5 nəfər işçinin əmək müqaviləsi cəlb edilmədən işə cəlb edilməsi göstərilsə də SD diskə baxış zamanı məhkəmə müəyyən etmişdir ki, obyektdə 5 nəfər şəxsin olması SD diskdə əks olunmuş çəkilişlə təsdiqlənsə də həmin 5 nəfər şəxsin hər hansı bir əmək fəaliyyəti, hər hansı bir müştəriyə xidmət göstərmələri, əllərində hər hansı bir makiyaj edilməsi, saç kəsimi və düzümü üçün daraq və qayçının, başqa alətlərin olması, habelə avadanlıqlar üzərində qeyd edilən makiyaj üçün kosmetika ləvazimatlarının, daraq, qayçı və başqa vasitələrin olması müəyyən edilmir, habelə hər hansı bir müştəri üzərində iş aparılması da öz əksini tapmır, eyni zamanda xadimə kimi göstərilən şəxsin təmizlik işləri aparması, əlində əski, süpürgə, döşəməsilən vasitənin olması, inzibatçı kimi göstərilən şəxsin isə hər hansı bir şəxsi – müştərini istiqamətləndirməsi, məlumatlandırması müəyyən edilmir. Eyni z amanda SD diskdəki görüntüdə hər hansı bir müştəridən 15 manat məbləğinin alınması da əks olunmur. Bundan başqa, xx.xx.2023-ci il tarixində keçirilən X24 tədbirinə dair materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən 10 gün müddətində qərar qəbul edilməli olan halda, iddiaçıya aid qərarlar xx.xx.2023-ci il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra qəbul edilmişdir. Bu da Vergi Məcəlləsinin 49.5ci maddəsinə görə, vergi orqanının qərarlarının ləğv edilmiəsi üçün əsasdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-1512/2024 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, E.Əliyev və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı qismən – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarının tam, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********41 nömrəli Qərarının isə “3 nəfərə (X20, X18 və X9) münasibətdə 6000 manat maliyyə sanksiyasının tətbiqinin ləğv edilməsi” hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi rədd olunmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: -iddiaçıya məxsus obyektdə aparılmış X24 nəinki qanunvericil iyin tələblərinə müvafiq şəkildə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olmuş, eyni zamanda həmin X24 zamanı aşkar olunmuş hal- 3 nəfər şəxslə (X20, X18, X15 ilə) əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmə faktı tam sübuta yetirilir. Həmin şəxslərdən ikisi yuxarıda da qeyd olunduğu kimi, operativ vergi yoxlaması zamanı verdikləri izahatlarında, digəri isə apellyasiya baxışı zamanı verdiyi ifadəsində əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunmaları faktını təsdiqləmişlər. Digər iki şəxs- X23 (kosmetoloq) və X17 (stilist) operativ vergi yoxlaması zamanı yazılı izahat verməkdən imtina etmişlər, həmin şəxslərin operativ vergi yoxlaması zamanı hansı işlərin görülməsinə cəlb edilməsi aparılmış videoçəkilişə baxış zamanı da təsdiqini ta pmadı. -Nəzarət kassa aparatları haqqında məlumatdan görünür ki, TPS 320 Smart POS markalı kassa aparatı xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus obyektdə quraşdırılmış və həmin tarixdə də qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı ona məxsus obyekti (qadın gözəllik salonunu) vergi orqanında xx.xx.2022-ci il tarixdən qeydiyyatdan keçirsə də, həmin obyektdə nəzarət kassa aparatı yalnız xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə obyektdə X24 həyata keçirilərkən nəzarət kassa aparatı olmadığı üçün göstərilmiş makiyaj xidmətinə görə ödənilmiş 15 manatın NKA-nın fiskal yaddasına vurulması və çek təqdim edilməsi mümkün olmamışdır. -İddiaçıya məxsus obyektdə NKA-nın X24 həyata keçirildiyi xx.xx.2023-cü il tarixdə quraşdırılmadığı iddiaçının özünün hə min tarixdə verdiyi izahatı ilə də təsdiq olunur. Həmçinin həmin gün obyektdə olan X15 tərəfindən model üzərində makyaj işinin icra edildiyi həm onun özünün məhkəmə iclasında verdiyi ifadəsi ilə, həm də SD diskdəki görüntülərlə tam təsdiq olunur. Qeyd olunan makiyaj xidmətinə görə 15 manat pulun verilməsi, lakin onun NKA-ya vurulub çekin verilməməsi SD diskdəki görüntüdə olmasa da, həmin hal vergi nəzarətini həyata keçirən vergi orqanının müfəttişləri tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıya məxsus obyektdə NKA-nın yoxlama keçirilən zaman quraşdırılmaması və həmin vaxtda da həm SD diskdəki görüntüyə, həm də işçi Azadə Mütəllimovanın verdiyi ifadəyə əsasən makyaj xidmətinin göstərilməsi faktı həqiqətən də həmin xidmətə görə ödənilən 15 m anatın NKA-ya vurulmaması (NKA mövcud olmamışdır) və çekin verilməməsini bir daha təsdiqləyir və bu hal vergi qanunvericiliyinin tələbinə görə vergi orqanı tərəfindən iddiaçıya 1000 manat maliyyə sanksiyasının tətbiq olunması üçün əsas olmuşdur.

14. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün, Vergi Məcəlləsinin 39.5, 39.6, 49.1, 50.1, 50.3, 50.4, 50.6, 58.7.1, 58.10, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə və 12.1-ci maddəsinə istinad etmişdir.

15. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan CD diskdəki görüntülərlə, eləcə də şahid qismində dindirilən X15 ifadəsi ilə təsdiq ol unur ki, görüntülərdə xidmət göstərilən xanım müştəri deyil, X3 ustalıq səviyyəsinin müəyyən edilməsi üçün model qismində cəlb etdiyi şəxsdir. A.Mütəllimova məhkəmədə verdiyi sərbəst ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə model üzərində işləyərkən (makiyaj edərkən) vergidən gələnlər oldu. X13, X8 və X3 əmək müqaviləsi bağlanmadan işə cəlb olunması barədə də apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün deyildir. Belə ki, məhkəmədə verdikləri ifadələrdə X16 bildirdi ki, İddiaçı baldızının yoldaşıdır, Eldar obyekti açan vaxtdan o, təmizlik işlərində onlara köməklik etmiş, 3 ay müddətində tərəfindən hər bir işdə köməklik göstərilmiş, özü ixtisasca tibb bacısı olsa da, ona təklif olunan işdə özünü görmürdü, ona görə də düşündü ki, bir neçə gün həmin obyektə getsin, işi öyr ənsin, həmin işin məsuliyyətini daşıya bilərsə, həmin işdə də işləyər. 2 gün idi ki, sınaq müddəti kimi həmin obyektə işə gedirdi, hələ bəlli deyildi ki, həmin işdə çalışacaq, ya yox. X15 isə məhkəmədə verdiyi ifadəsində bildirdi ki, əvvəllər yaxınlıqda olan salonda işləmiş, lakin sonradan həmin salon satıldığı üçün o da özünə iş axtarırdı, bu salona Günel xanımla (İddiaçı həyat yoldaşı) iş görüşməsinə gəlmiş, lakin müdiriyyət olmadığına görə ona deyilmişdi ki, model çağırsın, model üzərində işləyin, işinə baxılacaq, əgər işi yaxşı olarsa, o zaman işə götürülə bilər. 2-ci gün yenə həmin obyektə işə getmiş, xx.xx.2023-cü il tarixdə model üzərində işləyərkən (makiyaj edərkən) vergidən gələnlər oldu. Həmin obyektdə ümumilikdə 2 model bəzəmişdi, birini 12 yanvar tarixində, digərini isə növbəti günlərdən birində bəzəmişdi. Sonradan da Günel xanımla işləməkdə davam etmişdi. Əvvəllər başqa salonda işləyəndə sabit qəbz ödəyicisi olmuş, lakin bu obyektə gələndə fəaliyyətini dondurmuşdu. Bu obyektdə səhər saat 10-dan axşam 7-yə qədər iş saatı olacaqdı. Əslində bu obyektdə gələcəkdə icarəyə götürən olacaqdı, işçilərdən Kəmalə xanımı tanıyırdı, o, xadimə kimi işləyirdi. Kəmalə xanımın o gələnə qədər işçi kimi neçə gün işlədiyini bilmir, təzə gəldiyi üçün onunla nə xidmət, nə də əmək müqaviləsi bağlanmamışdı. Sonradan aralarında razılıq əldə olunduğu üçün müqavilə imzalamışlar, lakin bir neçə aydan sonra salon bağlanmış və o, işdən çıxmışdı. Beləliklə, həmin şəxslərin işə götürülmədiyi, yalnız sınaq üçün baxışa cəlb edildiyi sübut olunur. Göründüyü kimi, adlan qeyd olunan şəxslərlə id diaçı arasında hər hansı bir fərdi əmək münasibətləri mövcud olmadığından, onlarla fərdi əmək müqaviləsi bağlana bilməzdi. Bu baxımdan da, apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. b. cavabdehin kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh inzibati orqan X24 zamanı videoçəkiliş həyata keçirmiş və qeyd olunan görüntüləri CD diskdə məhkəmə araşdırmasına təqdim etmişdir. Həmin görüntülərin araşdırılması zamanı aktda adları çəkilən 5 nəfər şəxsin X24 zamanı obyektdə olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə isə X23 (kosmetoloq) və X6 hər hansı işlərin görülməsinə cəlb edilməsi ilə bağlı mötəbər sübut olmadığını əsas gətirərək iddia tələbini həmin şəxslərə münasibətdə maliyyə sanksiyasının tətbiq olunması hissəsində təmin etmişdir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə görə, X 24 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Başqa sözlə, X24 həyata keçirilən zaman obyektdə aşkar edilən şəxslərin həmin an konkret olaraq hansı iş görmələrini sübut etmək inzibati orqanın üzərinə vəzifə olaraq qoyula bilməz. İçəridə müştəri olub-olmaması, işlərin görülməsinə cəlb edilmiş şəxslərin həmin an faktiki olaraq xidmət göstərib-göstərməməsi fərdi sahibkarı həmin şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyindən azad etmir. Müştəri olmadığı üçün salonun stilist və kosmetoloqunun həmin an fiziki olaraq hər hansı iş görməməsi onun salonda işçi kimi işə cəlb olunmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Bütün proseslərin qanunauyğun aparılmasına baxmayaraq, fərdi sahibkarın öz izahatında da X23kos metoloq, X17- stilist tərəfindən işə cəlb edilməsinin etiraf olunmasına baxmayaraq, məhkəmənin sadəcə videoda həmin şəxsləri iş başında görməməsi səbəbindən həmin hissədə vergi orqanının qərarının ləğv edilməli olması nəticəsinə gəlməsi tamamilə əsassızdır. Belə ki, İddiaçı operativ vergi yoxlaması zamanı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən qeyd olunan ünvanda qadın gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə sahibkarlıq növünə başlamış, qeyd olunan ünvandan başqa digər ünvanda hər hansı başqa obyekti yoxdur, obyektdə kassa aparatı quraşdırılmayıb, lakin qısa müddət ərzində təmin ediləcəkdir, kassa aparatının obyektə quraşdırılması üçün tərəfindən kassa şirkətinə (operatora) müraciət olunmuşdu, obyektə ümumilikdə 5 nəfər fiziki şəxs tərəfindən işə cəlb olunmuş, onlardan X18 qeydiyyatçı, X15 - stilist, X23kosmetoloq, X17- stilist, X20 - xadimə, həmin şəxslərlə onun arasında əmək müqaviləsi və ya xidmət müqaviləsi hələ bağlanılmayıb, lakin qısa bir zamanda əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanacaq. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində isə X2, X12 ustası, X10 isə manikür ustası kimi təxminən saat 17:00-da salona dəvət etdiyini onların əl qabiliyyəni, iş stajlarını, əvvəllər harada işlədiklərini, köhnə müştərilərinin bizim salona cəlb edib-edə bilməyəcəklərini, xidmət haqlarını, habelə iş rejimi, iş şərait və s. barədə məsələləri qarşılıqlı şəkildə yerində müzakirə etmək və bundan sonra onlarla müvafiq müqavilə bağlamağı razılaşdıracağını bildirmişdir. Odur ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində də videoda olmamasına baxmayaraq, X17, X19 OVN tədbiri zamanı obyektdə olduğunu etiraf etmişdir. c. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanu nsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

20. Vergi Məcəlləsi Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X24ni keçirmək;... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi … 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

50. X24 50.1. X24 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. X24nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfind ən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X24 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X24 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X24nin müddəti və X24ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsl əri) göstərilir. 50.4. X24 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X24ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.... 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı;... Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsu liyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesabla şmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iş əgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetiri lməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

21. İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkə mə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

25. İlk öncə qeyd olunmalıdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ ver gi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

26. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları müəyyən etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. V ergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktının, eləcə də vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

27. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya məxsus gözəllik salonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, nağd pul hesablaşmalarının apa rılması qaydalarına riayət edilməsinə nəzarət edilməsi məqsədilə X24nin həyata keçirilmiş və bunun nəticəsində hazırda mübahisələndirilən qərarlarla iddiaçıya əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün 1000 manat məbləğində, 5 fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir.

28. Hazırkı iş üzrə də iddiaçının hüquqi marağı qeyd olunan cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********41 nömrəli və xx.xx.2023-cü il tarixli **********9451 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəl b edilməsi haqqında” Qərarların ləğv edilməsinə yönəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə iddiaçının 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsinin qanuniliyini onunla əsaslandırmışdır ki, makiyaj xidmətinə görə 15 manat pulun verilməsi, lakin onun NKA-ya vurulub çekin verilməməsi CD diskdəki görüntüdə olmasa da, həmin hal vergi nəzarətini həyata keçirən vergi orqanının müfəttişləri tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunmuşdur.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qənaətini əsaslı hesab etmir. Belə ki, hazırkı işdə vergi orqanın tərtib etdiyi xx.xx.2023-cü il tarixli 020656 nömrəli aktda, xx.xx.2023-cü il tarixdə saat 16:20-də X24 zamanı iddiaçıya məxsus gözəllik salonunda göstərilmiş makiyaj xidmətinə görə 15 manat ödənişin NKA-ya mədaxil edilməməsi göstərilsə də, həmin akt yalnız onun tərtibində iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur.

31. Həmçinin vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş aktda kassa əməliyyat çekinin təqdim olunmadığı güman edilən müştərinin məlumatları əks olunmamış, konkret hansı müştəriyə xidmət göstərildiyi qeyd edilməmişdir. Eyni zamanda xidmət göstərilən şəxsdən izahat alınması və akta onun imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, beləliklə vergi orqanının gəldiyi nəticə aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir.

32. Bundan əlavə, X24 zamanı vergi orqanının əməkdaşları tərəfindən aparılmış video çəkiliş materiallarında da nağd pulun alınması lakin çekin veril məməsi faktı öz təsdiqini tapmır.

33. Belə olan halda, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.

34. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli qərara əsasən iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdehin qərarı qanunsuz olmuş və iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuş və bu hissədə iddia təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli qərarı ləğv edilməlidir.

35. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus obyektdə X24 zamanı keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən olunan beş nəfərdən üçünün - X13, X11 və X3 əmək müqaviləsi bağlanmadan (o cümlədən sabit qəbz almada n) işlərin görülməsinə cəlb edilmə faktı tam sübuta yetirilmişdir. Belə ki, həmin şəxslərdən ikisi, operativ vergi yoxlaması zamanı verdikləri izahatlarında, digəri isə apellyasiya baxışı zamanı verdiyi ifadəsində əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunmaları faktını təsdiqləmişlər.

36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus obyektdə X24 həyata keçirilən xx.xx.2023-cü il tarixdə - X23 (kosmetoloq) və X17 (stilist) əmək müqaviləsi bağlanmadan hər hansı işlərin görülməsinə cəlb olunması faktı işin araşdırılmış halları ilə öz təsdiqini tapmadığından vergi orqanı tərəfindən iddiaçıya münasibətdə 3 nəfərə görə 6000 manat maliyyə sanksiyasının tətbiq olunması əsaslı olmuşdur.

37. Beləli klə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qismən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarın ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarı ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 21(103)-1512/2024 nömrəli qərarı qismən, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarın ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilsin. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarı ləğv edilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2-1(103)-1512/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar