Məhkəmə qərarları › İş №2-1(102)-820/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-820/2021

08.06.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-820/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: DİO-nın xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarına edilən əlavələr nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, iddiaçının vəkili V əkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs olmaqla) əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-610/2021 saylı, 08 fevral 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 27.08.2011-ci il tarixdə daxili işlər orqanlarından xidmətdən tərxis olunmuş xüsusi rütbəli əməkdaşdır. Ona 28.08.2011-ci il tarixdən “Əmək pen siyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı vəzifə maaşına əlavələr nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının 01.06.2014-cü il tarixdən yenidən hesablanması və ödənilməsi barədə 11.09.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh 27.09.2019-cu il tarixli **********3 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın 4-cü bəndinə görə, əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra DİN) üzrə verilmiş 05.06.2014-cü il tarixli Ə456-00İ-14 nömrəli əmrə əsasən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarında xidmət edən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına edilən və əmək pensiyasına hesablanan, vəzifə maaşlarına əlavələr adlandırılan, reallıqda stabil vəzifə maaşı artımı kimi əks olunan dəyişiklik nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin 2014-cü il 01 iyun tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçı DİO-da xüsusi rütbəsi olan əməkdaş kimi xi dmət etmiş, 27.08.2011-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsi istintaq və təhqiqat idarəsinin ağır çinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi vəzifəsindən azad olunaraq xidmətdən tərxis olunmuşdur. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nın 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə DİN rəhbərliyinə ixtiyar verilmişdir ki, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin. Belə ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” NK-nın 2014-cü il 29 may tarixli 169 nömrəli qərarı ilə 73 nömrəli qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən" sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yeti rilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin”. DİN üzrə verilmiş 05.06.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrə əsasən xüsusi rütbəsi olan əməkdaşların vəzifə maaşlarına 01.06.2014-cü il tarixdən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr müəyyən edilmişdir. DİN-in Maliyyə Plan İdarəsinin daxili işlər orqanlarının rəislərinə ünvanladığı 9 iyun 2014-cü il tarixli 027-1820-1214 nömrəli məktubun 8-ci bəndinə müvafiq olaraq, əməkdaş xidmətdən tə rxis olunarkən bu əlavə onun pul attestatında göstərilməklə əmək pensiyasına hesablanır. NK-nın 169 nömrəli qərarına əsasən, vəzifə maaşına əlavələr müvafiq fondlar dairəsində təyin edilir. Təqaüdə çıxan əməkdaşın əmək pensiyasına hesablanan əlavə isə artıq “müəyyən olunmuş müvafiq fondlar dairəsində” deyil, dövlət büdcəsi hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. 01.06.2014-cü ildən etibarən istintaq, təhqiqat və kriminalistik tədqiqatlar qurumlarından tərxis olunmuş bütün xüsusi rütbəlilərin əmək pensiyalarına bu əlavələr istisnasız olaraq hesablanmışdır. Bu artım NK-nın 169 nömrəli qərarının verildiyi tarixədək tərxis olunmuş xüsusi rütbəli şəxslərə də şamil edilməli olduğu halda, əsassız olaraq iddiaçıya şamil edilmir.

6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, AR Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı 20.04.2000-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələrin təyin edilməsi imperativ şəkildə müəyyən edilməmiş, həmin əlavələrin təyin edilməsi üçün DİN rəhbərliyinə ixtiyar verilmişdir. Ona görə də mübahisə predmeti olan əlavəni alacaq şəxslərin dairəsini müəyyən etmək və zərurət olduğu halda həmin əlavənin verilməsini dayandırmaq inzibati orqanın diskresion səlahiyyətindədir. Nazirlər Kabinetinin istinad olunan qərarı Filiala daxil olmamış və müstəntiqlərə, təhqiqatçılara, kriminalistlərə onların bir ay yarım lıq vəzifə maaşı məbləğində əmək haqqının artırılması ilə bağlı məlumat, ştat cədvəli də göndərilməmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya artımı ilə bağlı AR Nazirlər Kabineti tərəfindən müvafiq vəzifələrə uyğun olaraq ştat cədvəlləri Filiala daxil olduqda həmin artımlar tətbiq edilərək, pensiyalar yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarına əsasən, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

7. Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-4913/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia tələbi təmin edilməmişd ir

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ehtiyata buraxılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 29 may 2014-cü il tarixli 169 nömrəli Qərarı ilə nəzərdə tutulmuş əlavə haqq almadığından və həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmədiyindən, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

9. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(103)-610/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və X.A.Cəmilova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-4913/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti əsasən iddia ərizəsi ilə ey ni məzmundadır. İddiaçı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosesual hüquq normaları pozulmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni hesab edilə bilməz. Ona əlavələri verilməməsi onun hüququnun pozulması ilə nəticələnir.

14. Bundan əlavə qeyd edilir ki, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı və onun vəkili məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işlə onların iştirakı olmadan baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

17. Ca vabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 3.3 Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 19. “Hərbi xidmət keçmə haqqında” Əsasnamə: Bənd

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”: Bənd

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsin də nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuları n hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; Bənd

3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pe nsiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; Bənd

4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə g östərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.”

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan h əmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə ap elyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsindən, cavabdehə müraciət ərizəsinin məzmunundan, eləcə də kassasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçı hesab edir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydalarının təsdiq edilməsi haqqında” 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarla müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) təyin edilən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr məhz “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin mənasında vəzifə maaşından hesablanan (digər) əlavələr kimi təfsir edilməklə, artım kimi ona da şamil olu nmalıdır.

27. Məhkəmə kollegiyası iddiaçının mövqeyinin qanunvericiliyin müddəalarına zidd olduğunu bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15.05.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə, pensiya hesablanan zaman əlavələrin nəzərə alınması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır.

28. Bundan əlavə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin “Əmək pensiyaları haqqında” Qanunun və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın təhlili ilə razılaşaraq bildirir ki, bu qanunvericilik aktları hərbi qulluqçuların v ə xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə olan pul təminatından (həmin günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir. İddiaçının məlumat vərəqi də məhz bu şəkildə tərtib olunmuş, “Əmək pensiyaları haqqında Qanunun 1.0.5-ci maddəsində və Qaydaların 2-ci bəndində nəzərdə tutulduğu kimi, 22.09.2011-ci il tarixli məlumat vərəqi tərtib edilərkən iddiaçının aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzində kompensasiya və vəzifə maaşından hesablanan digər növ əlavə kimi məharət dərəcəsi də nəzərə alınmışdır.

29. Həmçinin, Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 29.05.2014-cü il tarixli 169 nömrəli Qərarı ilə “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən” sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələri nə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin”. 30. 169 nömrəli Qərarın elan olunması barədə DİN üzrə verilmiş 05.06.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrin 3-cü bəndi ilə bu əmrə 1 nömrəli əlavədə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli əməkdaşların vəzifə maaşlarına 01.06.2014-cü il tarixdən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Əmrin 4-cü bəndi ilə gös tərilən əməkdaşlar tərəfindən intizamsızlığa və ya xidmətdə nöqsanlara yol verildiyi halda, təyin edilmiş əlavənin ləğv edilməsi barədə Nazirliyin rəhbərliyi qarşısında vəsatət qaldırması DİN-nin aidiyyəti orqan rəislərindən tələb olunmuşdur.

31. İddiaçı əmək pensiyasının artırılaraq yenidən hesablanması tələbini vəzifə maaşından hesablanan digər əlavələrdə artımın olması ilə əsaslandırır. O, hesab edir ki, 73 nömrəli Qərarla müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) təyin edilən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr məhz “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi mənasında vəzifə maaşından hesablanan (digər) əlavələr kimi təfsir edilməklə, artım kimi ona da şamil olunmalıdır.

32. Bu mövqe isə işin mübahisə doğuran əsas məqamı olmaqla, qanunvericiliklə tək zib olunur. Bu baxımdan, 73 nömrəli Qərarın təhlili göstərir ki, normayaradıcı orqan bu aktı ilə xüsusi rütbəli polis əməkdaşının maddi təminatlarını iki növə ayırmışdır: 1) təyin edilməsi bilavasitə qanunvericilikdə təsbit olunan təminatlar; 2) təyin edilməsi DİN rəhbərliyinin ixtiyarına verilən təminatlar.

33. Birinci növə aid təminatların məbləği və təyin edilməsi qaydaları Qərarın 1.1-ci bəndi ilə tənzimlənmişdir. Sözügedən normaya görə, DİN polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu Qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilir. 73 nömrəli Qərara 1 nömrəli əlavə olaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fas iləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”ndan aydın görünür ki, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa təminat xərcliyinə daxil olmaqla vəzifə maaşından hesablanan digər əlavələr dedikdə: 1. fasiləsiz xidmət illərinə görə verilən haqq; 2. məharət dərəcəsinə görə verilən əlavə; 3. şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi; 4. post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrində atlara və ləvazimatına qulluğa və ayıltma məntəqəsində işləməyə görə əməkdaşlara ödənən əlavə; 5. sürücülərə dərəcəyə görə verilən əlavə və 6. yüksəkliyə görə ödənən əlavə başa düşülməlidir. Bu kateqoriyaya aid təminatların t əyin edilməsi aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı əvəzinə verilən pul kompensasiyasında olduğu kimi DİN-in rəhbərliyinin istəyindən asılı deyil və sonuncu tərəfindən ləğv edilə bilməz.

34. Tam əksinə, ikinci növə daxil olan, yəni Qərarın 1.3-cü bəndində sadalanan təminatların təyin edilməsi birbaşa DİN rəhbərliyinin hüquqlarına aiddir ki, onlardan biri də müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla təyin edilən əlavələrdir. Yəni, sözügedən bəndə görə, DİN rəhbərliyi bu növ təminatların təyin, yaxud ləğv edilib-edilməməsi səlahiyyətinə malikdir.

35. Bundan əlavə, iş materiallarında olan DİN Maliyyə-plan idarəsinin iddiaçının vəkili Vəkil ünvanladığı 2019-cu ilin noyabr tarixli məktubunda da göstərilmişdir ki, “... Əməklaşlar tərəfindən intizam tənbehi tətbiq edildiyi təqdirdə həmin əlavələrin ödənilməsi dayandırılır.”

36. Bu da onu deməyə əsas verir ki, 73 nömrəli Qərara əsasən müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) Əmrlə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələrin təyin olunması DİN rəhbərliyi üçün mütləq (məcburi) xarakter daşımır və intizam məsuliyyəti tədbirlərinə paralel qaydada ləğv edilə bilər.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində vəzifə maaşından hesablanan digər əlavələr dedikdə, təyin edilməsi imperativ xarakter daşıyan, yəni müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin iradəsindən asılı olmayan əlavələri nəzərdə tutmuşdur. Başqa sö zlə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi mənasında vəzifə maaşından hesablanan digər əlavələr, 73 nömrəli Qərarın 1.3-cü bəndində nəzərdə tutulan müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) xidmətdə olduqları dövrdə onlara ödənilməyən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələri ehtiva etmir və bu səbəbdən də onu almayan xüsusi rütbəli polis əməkdaşının təminat xərcliyinin, ondan isə pensiyasının yenidən hesablanmasında nəzərə alına bilməz. Eynilə, 169 nömrəli Qərarla 73 nömrəli Qərara edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 29.05.2014-cü il tarixdən sonra xidmətdə olan DİO-nun hər hansı xüsusi rütbəli əməkdaşına təyin olunan belə bir əlavə sonradan ləğv olunmuşsa və o, xidmətdən buraxıldığı günə bu əlavəni almamışsa, qeyd olunan əlavə onun da pensiyasına h esablanmayacaqdır.

38. Həmçinin, 73 nömrəli Qərarın 1.3-cü bəndinin təfsiri belə bir qənaət formalaşdırır ki, adıçəkilən normanın predmeti daha çox müəyyən olunmuş müvafiq fondlar dairəsində verilən maddi yardım və mükafatlar, yaxud bu xarakterli digər ödənişlərlə (əlavələrlə) bağlıdır.

39. Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci bəndi də DİO əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidmət illərinə görə haqqı, məharət dərəcəsinə görə verilən əlavəni, ərzaq payını və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyasını, digər müavinət və ödənişləri daxil etməklə, vəzifə maaşından hesablanan d igər əlavələr ifadəsinə yer verməmiş, onun əvəzinə digər müavinət və ödənişlər sözlərindən istifadəyə üstünlük vermişdir ki, bunlar da 73 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə ilə tənzimlənmişdir.

40. İddianın əsaslılığı ilə bağlı o da diqqətə alınmalıdır ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq, xüsusi rütbəli şəxslərin əmək pensiyalarının yenidən hesablanması məqsədi ilə təminat xərcliyində baş verdiyi iddiaçı tərəfindən irəli sürülən artımlar barədə məlumat cavabdehə təqdim olunmamışdır. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin qanunun səhv təfsirindən ibarət olan dəlilləri ilə bütövlükdə razılaşmır.

41. Kassasiya şikayətində hə mçinin qeyd edilir ki, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı və onun vəkili məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onların iştirakı olmadan baxılmışdır.

42. Kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçı işə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının istifadəsində olan və özü tərəfindən qeyd edilmiş mobil telefon nömrəsinə 21.12.2020-ci il tarixdə SMS xəbərdarlıq göndərilmiş, orada prosesin yeri və vaxtı barədə məlumat verilmişdir. (iş vər 121)

43. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticəni işin faktik hallarına və iddia t ələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

44. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-610/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar