Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-825/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi siyahısından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma və qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2-1(103)-2198/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********507400 №-li, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi İddiaçı barəsində aparılmış araşdırma nəticəsində, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 58,6 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Avtoşin texnika 7.00R15 Athena SP, Avtoşin texnika 11.2-20 FBC -35 CX, Avtoşin tex nika 28.1 R26 TR-301 C 158A8/158B - 4 ГД və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və qeyd olunan qərarla vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
2. X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********033100 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı 2022ci il gəlir vergisi üzrə - vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 15701,40 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində - 15701,40 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Əlavə verginin hesablanmasına əsas olaraq, 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən 78681 manat dəyərində elektron qaimə fakturaların təqdim olunmasına baxmayaraq 2022ci il üzrə gəlir (mənfəət) vergisi bəyannaməsinin təqdim edilməməsinin (və ya göstəricilərin azaldılmaqla təqdim edilməsi) kənarlaşmanın yaranmasına səbəb olması göstərilmişdir.
3. İddiaçı tərəfindən X2 üzrə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətdə tərəflərindən riskli vergi ödəyicisi hesab edilməkləri barədə qəbul edilmiş qərarda qeyd edilənlərin aradan qaldırıldığı, EBBS 283543, EBBQ 518883 nömrəli qaimələrin ləğv edildiyi bildirilmişdir.
4. İddiaçı tərəfindən X2 üzrə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətdə 2022-ci ildə satış əməliyyatlarının olmadığı, Vergi Məcəlləsinin 37-ci və 62-ci maddəsinə əsasən hesablanan kameral məbləğin ləğv edilməsi və şəxsi hesab vərəqələrində düzəliş edilməsi xahiş edilmişdir. 5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********391700 №-li, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçı barəsində 2022-ci il gəlir vergisi üzrə vergi orqanı tərəfindən apar ılmış kameral vergi yoxlama nəticəsində vergi orqanı tərəfindən 15701,40 manat vergi və ya sığorta haqqı müəyyən edilmiş, kameral yoxlama nəticəsində - 15701,40 manat əlavə vergi borcu hesablanmışdır. Bu qərarla **********033100, 20230904 №-li qərar ləğv edilmişdir. Əlavə verginin hesablanmasına əsas olaraq göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərində 75 % həcmində güzəştin tətbiq edilməsi, həmçinin tərəfindən ləğv edilmiş elektron qaiməfakturaya görə əldə edilmiş vəsaitin geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. 6. “Ləğv olunmuş e-Qaimə fakturalar barədə məlumat”dan görünür ki, 58681 manat dəyərində EBBS seriyalı 283543 nömrəli xx.xx.2022-ci il tarixli qaimə-faktura 21 iyul 2023cü il tarixdə, 20000 manat dəyərində EBBQ seriyalı 518883 nömrəli xx.xx.2022-ci il tarixli qaimə-faktura 21 avqust 2023-cü il tarixdə ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə (indiki Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdeh X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci il gəlir vergisi üzrə 30 yanvar 2024-cü il tarixli, **********391700 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********507400 saylı qərara əsasən iddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 58.6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Avtoşin texnika 7.00R15 Athena SP, Avtoşin texnika 11.2-20 FBC-35 CX, Avtoşin texnika 28.1R26 TR-301 C 158A8/158B - 4 ГД” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalınd a qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd olunanlar barədə vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmişdir. Tərəflərindən xx.xx.2023-ci il tarixində məktub ilə vergi orqanına müraciət edilərək riskli hesab edilməməsi üçün qeyd edilmiş məlumatlar barədə bildirilmişdir ki, tər əflərindən riskli vergi ödəyicisi hesab edilməsi barədə qəbul edilmiş qərarda qeyd edilənlər aradan qaldırılmışdır. EBBS 283543, EBBQ 518883 nömrəli qaimələr ləğv edilmişdir. Eyni məzmunlu məktublar bir neçə dəfə tərəflərindən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılması təmin edilməlidir.
9. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli **********033100 nömrəli qərar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. İddiaçı Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********507400 nömrəli qərar qəbul olunaraq göndərilmişdir. Həmin qərarda xx.xx.2022-ci il tarixdə ümumilikdə 58,6 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Avtoşin texnika 7.00R15 Athena SP, Avtoşin texnika 11.2-20 FBC35 CX, Avtoşin texnika 28.1 R26 TR-301 C 158A8/158B - 4 ГД və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicis inin fəaliyyətini müvəqqəti dayandırdığı müəyyən edilmişdir. Vergi ödəyicisinin əsas fəaliyyət növü olan “Kommersiya müəssisələri və dövlət xidmətləri üçün məsləhətlər, tövsiyələr, praktiki yardım göstərilməsi” fəaliyyətinin obyektin olmasını tələb edən fəaliyyət sahəsi olmadığı, həmçinin tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş cəmi 58.6 min manat məbləğində olan 1 ədəd riskli elektron qaimə-fakturanın ləğv edildiyi, lakin təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Kameral he sablamaya münasibətdə isə bildirmək istəyirlər ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fizik i şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyd olunanlarla əlaqədar vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********900500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 15701,40 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və i şsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********645700 nömrəli Qərar qəbul olunmuşdur. Sonradan iddiaçı tərəfindən 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 15701,40 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********033100 nömrəli Qərar qəbul olunmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2726/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilərək, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi siyahısından çıxarılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xi dməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulması və X2 üzrə Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 yanvar 2024-cü il tarixli, **********391700 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi riskli vergi ödəyicisi siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə qeyd etmişdir ki, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********507400 nömrəli qərarından görü nür ki, cavabdeh iddiaçının Meyarların 2.1.3 və 3.1.1-ci bəndlərində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmiş və iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturanı ləğv etmişdir. Eyni zamanda həmin əməliyyatlar üzrə iddiaçının bank hesabı mövcud olmadığından, onun hesabına vəsait daxil olmamışdır. Bu, cavabdeh tərəfindən də mübahisələndirilməmiş, elektron qaimə-fakturaların ləğv edilməsini qəbul etmişdir.
12. Belə olan halda, iddiaçı onun barəsində xx.xx.2023-cü il tarixli **********507400 nömrəli qərarın qəbul edilməsinə əsas olan halları aradan qaldırmışdır. Yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hal larını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır.
13. Cavabdeh inzibati orqanın onun barəsində kameral vergi yoxlaması nəticəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 yanvar 2024-cü il tarixli, **********391700 saylı qər arının ləğv edilməsi tələbinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir.
14. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı tərəfindən riskli əməliyyatlara dair elektron qaimə-faktura ləğv edilmiş, eyni zamanda həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmadığı müəyyən olunmuşdur. Lakin cavabdeh vergi orqanı tərəfindən qeyd olunan hallar nəzərə alınmadan hazırda mübahisələndirilən qərar qəbul edilmişdir.
15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2-1(103)-2198/2024 saylı (sədrlik edən-məruzəçi hakim: X.A.Cəmilova, hakimlər: R.Ə.Səmədov və E.Ə.Əliyev) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən riskli əməliyyatlara dair elektron qaimə-faktura ləğv edilmiş, eyni zamanda həmin əməliyyatlar üzrə iddiaçın ın bank hesabına vəsait daxil olmamışdır. Lakin cavabdeh vergi orqanı tərəfindən qeyd olunan hallar nəzərə alınmadan hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Odur ki, vergi ödəyicisi riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq alışında (idxalında) olmayan malın təqdim edilməsi nəticəsində mədaxil etdiyi vəsaiti geri qaytardığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Həmin əməliyyat ləğv olunduğundan bu əməliyyatın aparılması ilə əlaqədar hesablanmış vergi məbləği də əsassız hesab olunmalıdır. Belə ki, qərarın qəbul edildiyi 30 yanvar 2024-cü il tarixə artıq elektron qaimə-faktura ləğv olunmuş və mədaxil edilmiş vəsait geri qaytarılmışdır. Bu fakt işin apellyasiya baxışı zamanı vergi orqanının nümayəndəsi tərəfindən də təsdiq olunmuş və bu bar ədə “Ləğv olunmuş e-Qaimə fakturalar barədə məlumat” sənədi məhkəməyə təqdim olunmuşdur.
18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə iddiaçının riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün əsas olan səbəb aradan qalxdığından və bu fakt vergi orqanının özü tərəfindən də təsdiq edildiyindən iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 2022-ci il gəlir vergisi üzrə 30 yanvar 2024-cü il tarixli, **********391700 saylı qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddiaçının hər iki iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməs ini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2024-cü il tarixli **********391700 nömrəli qərar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Qərarda məhkəmə ziddiyyətli mövqe sərgiləyərək əvvəlcə vergi ödəyicisinin bank hesabına vəsaitin daxil olmadığını, daha sonra isə riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq alışında (idxalında) olmayan malın təqdim edilməsi nəticəsində mədaxil etdiyi vəsaiti geri qaytardığını qeyd etmişdir. Vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən xx.xx.2015ci il tarixdən vergi orqanında uçotda olmasına baxmayaraq, bugünədək vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar hər hansı bank hesabının açılmadığı müəyyən olunmuşdur. Beləliklə məhkəmənin sadəcə elektron qaimə-fakturaların ləğv olunması ilə aparılmış əməliyyatın ləğv olunduğu və vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılmalı olduğu və kameral qərarın ləğv olunmalı olduğu barədə gəldiyi yekun qərar tamamilə əsassızdır. Belə ki, iş materialına əlavə olunmuş şəxsi hesab vərəqəsindən də aydın olduğu kimi vergi ödəyicisinin fəaliyyət göstərdiyi illər üzrə özü tərəfindən də bəyan olunmuş kifayət qədər əməliyyatları olmuşdur. Həmin əməliyyatlarının aparıldığı dövrlərdə d ə vergi ödəyicisinin bank hesabı olmadığından gəlirlər nağd şəkildə əldə edilmişdir. İndiki halda isə məhkəmə əməliyyat üzrə gəlirin nağd əldə edilə biləcəyi halını və bu halda da pul vəsaitinin geri qaytarılıb-qaytarılmamasını ümumiyyətlə araşdırmamışdır. İddiaçı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********507400 nömrəli Qərarın mübahisələndirilməməsi həmin qərarın əsaslı və qanuni olmasını sübut edir. İddiaçı indiki halda həmin qərarın qanuni olması ilə razı olub, həmin qərarda qeyd olunan risk meyarlarını aradan qaldırdığını iddia etdiyi üçün qeyd olunan halda qərarda göstərilmiş riskli elektron qaiməfakturalarla bağlı əməliyyatın tamamilə ləğv edilməsini sübutetmə yükü vergi ödəyicisinin üzərinə düşür. Vergi ödəyicisi əməliyyat üzrə vəsaitin ümumiyyətlə hesabına daxil olmadığını iddia etdiyi halda məhkəmənin qərarında heç bir sübut olmadan mədaxil edilmiş həmin vəsaitin geri qaytarıldığını qeyd etməsi arasında böyük bir ziddiyyət vardır. Belə olan halda vergi ödəyicisinin bank hesabı olmadığından nağd şəkildə əldə olunmuş vəsaitin geri qaytarılıb-qaytarılmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən kassa məxaric orderinin olub-olmaması, əgər pul ümumiyyətlə vergi ödəyicisinə nağd şəkildə ödənilmədiyi iddia edilirsə bu halda vergi ödəyicisi ilə elektron qaimə-fakturaların təqdim edildiyi vergi ödəyicisi arasında tərtib olunmuş üzləşmə aktının olub-olmaması araşdırılmalı idi. Bundan əlavə, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi kollegiyası öz qərarlarını əsaslandırarkən vergi ödə yicisi tərəfindən qeyd edilən dövr üzrə müvafiq bəyannamə təqdim edilməsini, habelə vergi ödəyicisinin məhz özü tərəfindən bəyannamədə xərclərin göstərilməməsini qərəzli olaraq diqqətlərindən kənarda saxlamaqla bu barədə heç bir münasibət bildirməyərək, xərclərin sanki cavabdeh tərəfindən nəzərə alınmamasını süni şəkildə təqdim etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti məzmun etibarilə apellyasiya şikayəti ilə eynilik təşkil edir. Öz-özlüyündə heç bir diqqətə layiq yeni bir halı əks etdirmir. İş üzrə apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində kassasiya şikayətində təkrarən vurğuladığı məqamları ətraflı şəkildə araşdırmış və özünün hüquqi mövqe yini ortaya qoymuşdur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəy yən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödə yicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçını n və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 4.5.1. Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ol araq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı riskli vergi ödəyiciləri siyahısından çıxarılması və 2022-ci il gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********391700 №-li, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi kimi qəbul edilməsininə yönəlmişdir.
32. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Riskli əməliyyatların araşdırılması barədə” bildirişlə iddiaçıya xx.xx.2022-ci il tarixdə ümumilikdə 58,6 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilmədiyi, eyni zamanda təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığının müəyyən edildiyi bildirilmiş və malların təhviltəslim aktları, müqavilələr, kassa məxaric sənədləri, üzləşmə aktları, əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatların beş gün müddətində vergi orqanına təqdim olunması təklif olunmuş, daha sonra cavabdeh “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********507400 №-li, xx.xx.2023-cü il tarixli qərar ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisini n, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və qeyd olunan qərarla vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
33. Daha sonra X2 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********033100 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı 2022-ci il gəlir vergisi üzrə - vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 15701,40 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində - 15701,40 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Əlavə verginin hesablanm asına əsas olaraq, 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən 78681 manat dəyərində elektron qaimə fakturaların təqdim olunmasına baxmayaraq 2022-ci il üzrə gəlir (mənfəət) vergisi bəyannaməsinin təqdim edilməməsinin (və ya göstəricilərin azaldılmaqla təqdim edilməsi) kənarlaşmanın yaranmasına səbəb olması göstərilmişdir.
34. İddiaçı tərəfindən X2 üzrə Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətdə tərəflərindən riskli vergi ödəyicisi hesab edilməkləri barədə qəbul edilmiş qərarda qeyd edilənlərin aradan qaldırıldığı, EBBS 283543, EBBQ 518883 nömrəli qaimələrin ləğv edildiyi bildirilmişdir.
35. Daha sonra iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********391700 №-li, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək 2022 -ci il gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində vergi orqanı tərəfindən 15701,40 manat vergi və ya sığorta haqqı müəyyən edilmiş, kameral yoxlama nəticəsində - 15701,40 manat əlavə vergi borcu hesablanmış və **********033100, 20230904 №-li qərar ləğv edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin tələbinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edi lməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçını riskli vergi ödəyicisi hesab etmiş, iddiaçı cavabdehin bu qərarı ilə bağlı mübahisə açmamışdır. Mübahisə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə siyahıdan çıxarılması ilə bağlıdır.
38. Risk meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə tənzimlənir.
39. Həmin Meyarların 4.5.1-ci bəndinə görə vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəti cələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir.
40. Məhkəmə kollegiyası vurğulayır ki, vergi orqanı tərəfindən təqdim edilmiş “Ləğv olunmuş e-Qaimə fakturalar barədə məlumat”dan görünür ki, 58681 manat dəyərində EBBS seriyalı 283543 nömrəli xx.xx.2022-ci il tarixli qaimə-faktura 21 iyul 2023-cü il tarixdə, 20000 manat dəyərində EBBQ seriyalı 518883 nömrəli xx.xx.2022-ci il tarixli qaimə-faktura 21 avqust 2023-cü il tarixdə ləğv edilmişdir.
41. Apellyasi ya baxışı zamanı 2024-cü il 23 oktyabr tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi də izahatında qaimələrin ləğv olunduğunu, ancaq üzləşmə aktının təqdim olunmasını istədiklərini bildirmişdir.
42. Odur ki, vergi ödəyicisi riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq elektron qaimə-fakturaları ləğv etdiyi üçün Meyarların 4.5.1-ci bəndinə əsasən riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.
43. Həmin əməliyyat ləğv olunduğundan bu əməliyyatın aparılması ilə əlaqədar hesablanmış vergi məbləği də əsassız hesab olunmalıdır. Belə ki, qərarın qəbul edildiyi 30 yanvar 2024-cü il tarixə artıq elektron qaimə-faktura ləğv olunmuşdur.
44. Cavabdeh özü də kassasiya şikayətində hazırda mübahisə predmetini təşkil edən xx.xx.2024-cü il tarixli **********391700 n ömrəli qərarın bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlı olduğunu bildirmişdir.
45. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması əsasları sadalanmışdır. Hazırkı halda vergi ödəyicisində onun riskli vergi ödəyicisi siyahısından çıxarılması halı mövcud olmuşdur.
46. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısından çıxarılma və 2022-ci il mənfəət vergisi üzrə vergi orqanının qəbul etdiyi 30 yanvar 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlar ının hesablanması barədə” qərarının ləğv edilməsi ilə bağlı iddiaçının tələbi əsaslı olmuşdur.
47. Cavabdeh təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyini bildirsə də, hazırkı işin halları ilə həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olması müəyyən edilmir, cavabdeh tərəfindən də bununla bağlı təsdiqedici dəlillər təqdim edilməmişdir.
48. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil dir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2-1(103)-2198/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.