Məhkəmə qərarları › İş №2-1(102)-827/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-827/2025

17.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-827/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-827/2025) (Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 25 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2117/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 451 nömrəli sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2003-cü il tarixli, 9a nömrəli protokolundan çıxarışa əsasən, Ermənistan Respublikasından qaçqın düşmüş X5 yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 46 nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına alınmasına və qeydiyyat vəsiqəsinin verilməsinə dair Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli məktubuna razılıq verilmişdir. 2. 30.10.20 03-cü il tarixli, 208666 nömrəli müqaviləyə əsasən, X7 xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,20 kv. metr, yaşayış sahəsi 28,8 kv. metr olan 2 otaqlı həmin evi X2, sonuncunun adına xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi verilmiş, torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

3. Daha sonra həmin evlə birlikdə evin yerləşdiyi 0,0729 ha torpaq sahəsinə X8 xüsusi mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 4. 27.07.2010-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X15 ona məxsus həmin evi və evin yerləşdiyi torpaq sahəsini X1.

5. İddiaçı həmin evə və evin yerləş diyi torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2013cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı ilə X11 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılmış və ona ayrılmış sahədə İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

7. X3 Taleh Tapdıq oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” yaşayış massivində, 285 nömrəli mək təbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin mülki iş üzrə icraat hazırkı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X14 olmaqla) iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qa raçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamının etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsindəki 46 saylı ev, həmçinin evin yerləşdiyi 0,0729 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs X14 hazırkı iş üzrə iddiaçıya qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldıraraq, qanunsuz zəbt olunmuş torpaq sahəsi nin geri qaytarılmasını tələb etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 465 nömrəli sərəncamı ilə Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsi ona ayrılmış və ona həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Hətta ona ayrılmış torpaq sahəsinin sxemi olmadığı halda üçüncü şəxs hesab edir ki, hazırkı iş üzrə iddiaçı ona məxsus torpaq sahəsini zəbt etmişdir, bu səbəbdən də, məhkəmədən hazırkı iş üzrə iddiaçının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını tələb edir. Eyni zamanda, Suraxanı Rayo n İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/1252 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli müətəxəssis rəyinə əsasən elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X9 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmiş, eyni zamanda, mübahisələndirilən ərazidə İddiaçı adına 0,0729 hektar torpaq sahəsinin qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 07 sentyabr 2021-ci il tarixli, 21(112)-1641/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının X11 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamını mübahisələndirməyə dair iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud deyil. Belə ki, məhkəmə araşdırması zamanı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyal ı, ******* nömrəli çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi ünvanında, 46 nömrəli evin yerləşdiyi 0,0729 ha mülkiyyətdə olan torpaq sahəsinin koordinatları ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı ilə üçüncü şəxs X11 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” yaşayış massivində 285 nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 kv.metr torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşmədiyini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza təyin olunmasına baxmayaraq, keçirilən ekspertiza zamanı elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şə xs X9 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumatın aşkar edilməməsi müəyyən olunmuşdur. Belə olan halda RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi ilə, üçüncü şəxsə mübahisələndirilən xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamla ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməsini müəyyən etmək mümkün olmamışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) 20 dekabr 2021-ci il tarixli, 21(103)-29 00/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının hazırkı iş üzrə üçüncü şəxs qismində keçən X11 Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsi ayrılması haqqında xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamını mübahisələndirmək hüququna malik olduğundan, iddianın mümkün sayılmamasına dair qərardad ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati mə hkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, üçüncü şəxs qismində keçən X4 Rayon İcra Hakimiyyəti başçısının 465 nömrəli sərəncamını əsas kimi göstərərək iddiaçıya qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldırmış və qanunsuz zəbt olunmuş torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. İddiaçı həmin sərəncamı mübahisələndirdiyi üçün Suraxanı Rayon Məhkəməsində iş üzrə icraat dayandırılmışdır. İddiaçı hesab edir ki, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin sxemi yoxdur və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının həmin vaxtı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır. Ona görə də iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yaranmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia çı mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququ olmaqla ona qarşı məhkəmədə torpaqdan çıxarılma iddiası qaldırmış üçüncü şəxsin adına verilmiş sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqa malik olduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. c) birinci instansiya məhkəməsində ikinci icraat

16. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 465 nömrəli sərəncamının etibarsız sayılması barədə qərar çıxarılması xahiş edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

17. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbayca n Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6796 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 0,0729 ha torpaq sahəsinin (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. Üçüncü şəxs X11 fərdi yaşayış evi tikmək üçün Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır (Bundan əlavə, xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil).

18. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 22 fevral 2023-cü il tarixli, 21(112)-124/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı etibarsız hesab edilmişdir.

19. Birinci instansiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixdən belə bir səlahiyyətə malik olmadığı halda, Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamla X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” ma ssivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsini ayırmışdır. Qeyd olunanlara əsasən, mübahisələndirilən sərəncam Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Qanunun (maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş) tələbləri pozulmaqla qəbul edilmişdir.

20. Üçüncü şəxs X14 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci in stansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində 0,0729 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) olmasına baxmayaraq, faktiki olaraq istifadəsində 0,1470 ha torpaq sahəsi mövcuddur. İş üzrə apellyasiya baxışı zamanı da iddiaçının mübahisələndirdiyi sərəncamla üçüncü şəxsə ayrılan torpaq sahəsinin, məhz xüsusi mülkiyyətində olan torpaq sahəsi olması ilə bağlı dəlil irəli sürülməmiş, buna dair sübut təqdim edilməmiş, hətta bu məsələ mübahisələndirilməmişdir. Ekspert rəyi ilə də bu hal müəyyən edilə bilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncamla üçüncü şəxsə ayrı lan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan (0,0729 ha) torpaq sahəsi ilə üst-üstə düşmədiyi işin mübahisəsiz halıdır. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin üst-üstə düşmə məqamı olsa belə, işin araşdırılmış hallarından aydın göründüyü kimi, 0,1470 ha torpaq sahəsinin tərkibində qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsindən kənar sahəyə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Sözügedən sahənin iddiaçının hasarı daxilində olması, hələ ona həmin sahə ilə üst-üstə düşsə belə, üçüncü şəxsə ayrılan torpaq sahəsinə dair inzibati aktı mübahisələndirmək hüququ vermir. Digər bir tərəfdən aydındır ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 2001-ci il tarixlidir. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

23. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsində ikinci icraat

24. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: S.Ə.Kərimov /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) 01 fevral 2024-cü il tarixli, 2 -1(102)-321/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, obyektiv araşdırma prinsipinin tələbinə əsasən, iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırma predmetini həm də iddiaçının adına qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin perimetr üzrə dəqiq ölçülərinin (perimetr üzrə hər tərəfdən faktiki zəbt olunmuş sahənin ölçülərinin) müəyyən olunması təşkil etməli idi. Məhkəmə tərəfindən eləcə də iddiaç ının faktiki istifadəsində olan hissədə ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasının mümkünlüyü araşdırılmalı və bunun üzərindən işin halları qiymətləndirilməli idi. Başqa sözlə, üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin iddiaçının zəbtində olan torpaq sahəsində yerləşə bilməsinin və həmin sahədə fərdi yaşayış evinin tikintisinin mümkünlüyü yoxlanılmalıdır. Bundan əlavə, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin naturada dəqiq yerinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi məqsədilə cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iş üzrə məhkəmə icraatında iştirakı təmin edilməmiş və onun vasitəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən olunması üçün müvafiq tədb irlər görülməmişdir. Qeyd edilən hallar araşdırıldıqdan sonra və üçüncü şəxsə ayrılmış torpaq sahəsinin naturada dəqiq yerinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı təqdirdə, mübahisələndirilən sərəncam faktiki icrası mümkün olmayan sənəd kimi qiymətləndirilə bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, bu halların müəyyən edilməsi həm də iddiaçı və üçüncü şəxs arasında mülki mübahisənin həlli, yeni mübahisələrin qarşısının alınması və prosessual qənaət prinsipi baxımından əhəmiyyət kəsb edir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamının inzibati məhkəmə qaydasında mübahisələndirilməsi imkanının aradan qalxmasına dair apellyasiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının həmin sərəncamd an xx.xx.2011-ci il tarixədək məlumatlı olması və sözügedən sərəncamı həmin dövrdə qüvvədə olan qanunvericilik baxımından mübahisələndirə bilmək imkanına malik olması iş materiallarından müəyyən edilmir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

26. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin qərarında qeyd etdiyi göstərişləri nəzərə alaraq 2-1(103)-2117/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadla məhkəmə texniki-tikinti ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4712 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin planlı yerləşmə vəziyyətini, konfiqurasiyasını, həmin torpaq sahəsində tikililər inşa edilməsini, boş qalan hissənin isə torpaq sahəsinin şimal tərəfində olan uçurum ilə həmsərhəd olan hissədə yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin (3 sot) ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və K.H.Əkbərov) 25 oktyabr 2024-cü il tarixli, 21(103)-2117/2024 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli, 465 nömrəli sərəncamı əsasında X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 kv. metr torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Bu səbəbdən də, iddiaçı sözügedən inzibati aktın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin işin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” mas sivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı faktiki icrası mümkün olmayan sənəddir. Bundan əlavə, 01 yanvar 2001-ci il tarixdən cavabdeh inzibati orqanın belə bir səlahiyyətə malik olmadığı halda, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 29 iyun 2001-ci il tarixli, 465 nömrəli sərəncam qəbul edilərək X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması qərara alınmışdır.

29. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a) kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları təşkil edir. Əlavə olaraq kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərinə düzgün qiymət verməmiş və iddia tələbini təmin etmişdir. Hətta iddiaçıya torpaq satan şəxs də izahat verərək bildirmişdir ki, onun satdığı torpaq sahəsinin qonşuluğunda yerləşən sahə üçüncü şəxsə məxsusdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inz ibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Od ur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi (0,0729 ha) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bununla yanaşı, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,1470 ha-dır. Digər tərəfdən, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 465 nömrəli sərəncamı ilə üçüncü şəxsə fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, üçüncü şəxs X3 Taleh Tapdıq oğl una qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” yaşayış massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin X9 qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir ki, bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (üçüncü şəxsə məxsus hüquqmüəyyənedici sənədin etibarsızlığı ilə bağlı).

37. Qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli qərarındakı hüquqi mövqeyə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahis ələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 38. “M.Bağırovun şika yəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Plenumunun 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. Hazırkı iş üzrə iddiaçı üçüncü şəxsin ona qarşı mülki icraat qaydasında iddia qaldırmasından sonra ona dair hüquqmüəyyənedici sənədin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır.

40. İddiaçının hazır kı halda üçüncü şəxsə dair sərəncamı mübahisələndirməyə subyektiv hüququnun olması üçün üçüncü şəxsin hüquqmüəyyənedici sənədi ilə ona ayrılan torpaq sahəsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməlidir.

41. İşin araşdırılan halları ilə müəyyən olunur ki, üçüncü şəxs iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinə deyil, faktiki mülkiyyətində olan torpaq sahəsinə iddialıdır. Başqa sözlə, üçüncü şəxsin iddialı olduğu torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi yoxdur, yəni qanuni sahibliyində və istifadəsində deyil.

42. Digər tərəfdən, üçüncü şəxs barəsində icra hakimiyyətinin sərəncamı ona torpaq sahəsinin ayrılması barədə olsa da, torpaq sahəsinin koordinatları və yerləşmə cizgisi mövcud deyil. Başqa sözlə, hazırda olan iş materialları ilə üçüncü şəxsə ayrılan torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyil.

43. Başqa sözlə, torpaq sahələrinin üst-üstə düşməsi iş üzrə mötəbər sübutlarla təsdiqini tapmadığından mübahisələndirilən sərəncam iddiaçının mülkiyyət hüquqlarına toxunmur.

44. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli, 465 nömrəli sərəncamı əsasında X11 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 kv. metr torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyini qeyd etmişdir. Lakin apellyasiya in stansiyası məhkəməsinin istinad etdiyi bu hal iş materialları ilə təsdiqlənmir. Bununla yanaşı, hətta bu hal təsdiqini tapmış olsa belə, nə qədər ki, mübahisəli torpaq sahəsi apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının yalnız faktiki istifadəsində olan, yəni ona qanuni əsaslarla məxsus olmayan torpaq sahəsinin daxilində yerləşir (apellyasiya instansiyası məhkəməsinin qərarında belə qeyd edilsə də, yuxarıda qeyd edildiyi kimi, bu hal sübuta yetirilmir) bu halda da iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmamasına görə).

45. Beləliklə, iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüququ olmadığından, baxılan iddia mümkünlük şərtlərinə cavab vermir. 4

6. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 21(103)-2117/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar