Məhkəmə qərarları › İş №2-1(102)-833/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-833/2025

24.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-833/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlər in Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-945/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “Qəyyum təyin etmə” barədə 13 dekabr 2019-cu il tarixli, 369 nömrəli sərəncamına əsasən İddiaçı nəvəsi xx.xx.2013cü il təvəllüdlü X5, 12 mart 2020-ci il tarixli, 63 nömrəli sərəncamına əsasən isə digər nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)3968/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə anadan olmuş X10 2017-ci il tarixdən İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilmiş, qətnamənin qanuni qüvvədə mindiyi gün 17 oktyabr 1991-ci il təvəllüdlü Ş.A.Məmmədkərimovun ölüm günü hesab edilmişdir.

3. Ataları Ş.A.Məmmədkərimovun ölümü ilə əlaqədar A.ƏşNovruzovanın nəvələri X3 və X6 xx.xx.2023-cü il tarixdən ailə başçısını itirilməyə görə müavinət təyin edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, nəvələri X9 və X2 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 2017-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə müavinət təyin olunmasını xahiş etmişdir.

5. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-311486/3/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla ə saslandırılmışdır ki, Ş.Məmmədkərimovun vəfatı ilə əlaqədar İddiaçı nəvələri X3 və X6 xx.xx.2023-cü il tarixdən hər birinə 120 manat məbləğində ailə başçısının itirilməsinə görə sosial müavinət təyin edilmişdir. Təqdim edilən “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən Ş.Məmmədkərimov xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən 2017-ci il tarixdən sözügedən müavinətin təyin edilməsi mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli X5 və xx.xx.2017-ci il tarixli X2 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 21 noyabr 2020-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə müavinət təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X10 iddiaçının qızının həyat yoldaşı olmuşdur. O, qızı X13 ilə Suriya dövlətinə getmiş və İraq Respublikasında vəfat etmişdir. Onların birgə nikahından 2 övladları - X1 X18 olmuşdur. Hər iki uşaq 2019-cu ilin dekabr və 2020-ci ilin mart ayından onun qəyyumluğu altında yaşayır. Uşaqların anası hal-hazırda İraq Respublikasındadır. Uşaqların atası isə 2017-ci ildən ölmüş hesab edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehə müraciət edərək nəvələrinin atalarının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 2017-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmiş, lakin cavabdeh onun müraciətini müsbət həll etməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Ş.Məmmədkərimov 2017-ci ilin avqust ayında İraq Respublikasında naməlum şəraitdə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi ilə onun 2017-ci ilin avqust ayında İraq döyüşlərində ölməsi təsdiq edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(118)-3090/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixli X5 və xx.xx.2017-ci il tarixli X2 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 21 noyabr 2020-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə müavinət təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.x x.2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi ilə X7 2017-ci ildə İraq Respublikasında itkin düşməsi təsdiqləndiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” na 7 nömrəli əlavənin 2.7.1-ci yarımbəndinin ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının xəbərsiz itkin düşməsi meyarı, yəni itkin düşdüyü tarixindən tətbiq olunmalıdır. Həmçinin, qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavi nətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Göründüyü kimi, qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(105)945/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, G.Cabbarova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum Ş.A.Məmmədkərimovun xəbərsiz itkin düşməsi barədə deyil, onun ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi mövcuddur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xəbərsiz itkin düşmə faktı deyil, şəxsin ölmüş elan edilməsi faktı nəzərə alınmalıdır. Bu həm də Mülki Məcəllənin tələblərindən irəli gəlir. Belə ki həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin ölüm vaxtı müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən müəyyən edildiyindən, həmin şəxsin itkin düşdüyü vaxtdan ölməsi istisna edilir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş xx.xx.1991-ci il tarixdə doğulmuş Ş.A.Məmmədkərimovun ölmüş elan edilməsi və onun ölüm tarixinin məhkəmə qə tnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanması qət edilmiş, iddia tələbi Ş.A.Məmmədkərimovun 2017-ci il tarixdən ölmüş elan edilməsi hissəsində təmin edilməmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi məhkəmə qətnaməsinə əsasən mərhum Ş.A.Məmmədkərimovun qətnamənin qanuni qüvvəsini aldığı xx.xx.2023-cü il tarixdən ölmüş elan edildiyi üçün cavabdeh inzibati orqan həmin tarixindən mərhumun övladlarına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsində haqlı olmuşdur. Bu baxımdan, həmin tarixdən əvvəlki illər üçün müavinətin verilməsinə dair hazırkı iddia tələbi əsassızdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi ilə X7 2017-ci ildə İraq Respublikasında itkindüşməsi təsdiqləndiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 7 nömrəli əlavənin 2.7.1-ci yarımbəndinin ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının xəbərsiz itkin düşməsi meyarı, yəni itkin düşdüyü tarixindən tətbiq olunmalıdır. 1

5. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olsa da, bunu etməmiş və ətraflı araşdırma etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda 7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına bax dıqda və işləmədikdə. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4. ailə başçısını itirməyə görə müavinət: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına bax an və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. Maddə 10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 368 nömrəli, 30 iyul 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”: 4.1.5. vəfat etmiş şəxsin uşağına (uşaqlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: 4.1.5.1. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya on un xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti; 4.1.5.2. vəfat etmiş şəxsin uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti; 4.1.5.3. vəfat etmiş şəxsin 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı; 4.1.6. vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladına (övladlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansi yası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İşin hallarına əsasən qeyd edilməlidir ki, iddiaçının qəyyumu olduğu şəxslərin (nəvələrinin) mərhum atası Ş.A.Məmmədkərimovun Sum qayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsinə əsasən ölmüş elan edilmiş və onun ölüm tarixi qətnamənin qanuni qüvvədə mindiyi gün 17 oktyabr 1991-ci il tarixdən hesablanmışdır. İddiaçıya nəvələrinə atalarının ölümü ilə əlaqədar xx.xx.2023-cü il tarixdən ailə başçısını itirilməyə görə müavinət təyin edilmişdir.

26. Hazırda iddiaçının hüquqi marağı mərhum Ş.A.Məmmədkərimovun 2017-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə müavinətin “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq təyin edildiyi tarixdən əvvəlki 3 illik dövr üzrə hesablanıb verilməsidir.

27. Apellyasiya instansiyasında aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, mərhum Ş.A.Məmmədkərimovun xəbərsiz itkin düşməsi barə də deyil, onun ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi mövcuddur.

28. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 368 nömrəli, 30 iyul 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 4.1.5-ci bəndinə əsasən, vəfat etmiş şəxsin uşağına (uşaqlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün, ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti təqdim olunmalıdır.

29. Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hans ısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

30. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

31. Sözügedən şəxsin ölüm vaxtı müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması ilə müəyyən edildiyindən, həmin şəxsin itkin düşdüyü vaxtdan ölməsi istisna edilir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.1991-ci il tarixdə doğulmuş Ş.A.Məmmədkərimovun ölmüş elan edilməsi və onun ölüm tarixinin məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanması qət edilmiş, iddia tələbi Ş.A.Məmmədk ərimovun 2017-ci il tarixdən ölmüş elan edilməsi hissəsində təmin edilməmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır.

32. Göründüyü kimi məhkəmə qətnaməsinə əsasən mərhum Ş.A.Məmmədkərimovun qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2023-cü il tarixdən ölmüş elan edildiyi üçün cavabdeh inzibati orqan həmin tarixindən mərhumun övladlarına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsində haqlı olmuşdur.

33. Nəticə etibarı ilə, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-945/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar