Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-834/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Ordusunun xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dö vrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-690/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletdəki qeydlərlə müəyyən olunur ki, o, xx.xx.2013-cü il tarixli 0510 nömrəli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”j ” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Eyni zamanda, xx.xx.1991-ci ildən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Komandirlər Məktəbində kursant kimi təhsil almışdır.
2. İddiaçı hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Heydər Əliyev adına hərbi liseyin 1991-ci il tarixli və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sənədləri müdafiə nazirinin katibliyi Mərkəzi Arxivə daxil olmadığından onun Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandanlıq məktəbinə göndərilməsi barədə araşdırma aparılması mümkün olmadığından, qüsursuz xidməti və mənzil verilməsi üçün siya hıya daxil edilməsinə hüquqi qiymət verilməsi barədə məlumat almaq üçün aidiyyəti üzrə müvafiq orqanlara müraciət etməsi məqsədəuyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ehtiyatda olan mayor İddiaçı Ağaməhəmməd oğlu 1974-cü il fevral ayının 13-də Şamaxı şəhərində doğulmuş, 1980-cı ildə Şamaxı şəhərində 2 saylı orta məktəbə, 1988-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə Ukrayna Respublikasının Poltava şəhərində Ali Hərbi Rabitə Komandanlıq Məktəbinə göndərilmiş və 1995-ci ildə həmin məktəbi "Rabitə vasitələrinin istismarı üzrə mühəndis" ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdə ona “leytenant” hərbi rütbəsi verilmiş və o, öz xahişi ilə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. 1995-ci ilin avqust ayından 1996-cı ilin dekabr ayına qədər N saylı hə rbi hissədə məxfi bölmənin növbə rəisi, 1996-cı ilin dekabr ayından 1997-ci ilin may ayına qədər N saylı hərbi hissədə rabitə bölüyünün idarəetmə tağım komandiri, 1997ci ilin may ayından 1998-ci ilin dekabr ayına qədər N saylı hərbi hissədə radio kəşfiyyat bölük komandiri, 1998-ci ilin dekabr ayından 2000-ci ilin avqust ayına qədər N saylı hərbi hissənin qarnizon rabitə qovşağının rəisi-qərargah rəisinin məxfi aparatlar üzrə köməkçisi, 2000-ci ilin avqust ayından 2003-cü ilin iyul ayına qədər 476 saylı xüsusi təyinatlı alayın rabitə rəisi, 2003-cü ilin iyul ayından 2004-ci ilin may ayına qədər N saylı hərbi hissənin rabitə rəisi, 2004-ci ilin may ayından 2005-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə rabitə rəisinin radio üzrə baş köməkçisi, 2005-ci ilin avqust ayından 2010-cu ilin fevral ayına qədər N saylı hərbi hissənin rabitə rəisi Q-6 bölmə rəisi, 2010-cu ilin fevral ayından 2011-ci ilin iyun ayına qədər N saylı hərbi hissədə Q-6 bölmə rəisi, 2011-ci ilin iyun ayından 2013-cü ilin noyabr ayına qədər 502 saylı hərbi mobil rabitə bölməsinin rəisi vəzifələrində xidmət etmişdir. 2013-cü ilin noyabr ayında öz arzusu ilə tərxis olunmuşdur. Ona 17 iyun 1991-ci ildə “leytenant”, dekabr 1996-cü ildə “baş leytenant”, 28 dekabr 1998ci ildə “kapitan”, 19 mart 2003-cu ildə “mayor” hərbi rütbələri verilmişdir. Xidmət etdiyi müddətin 14 ilini döyüş bölgəsində xidmət etmişdir. xx.xx.2007-ci il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2010-cu il tarixdə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, xx.xx.2008-ci il tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələri nin 90 illiyi (1918-2008)” yubiley medalı, xx.xx.2009-cu il tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə də təltif olunmuşdur. Mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etdikdə onun 20 il qüsursuz xidmət etməsi sual altına alınmışdır. Belə ki, cavabdeh onun Ukraynada aldığı təhsili hərbi xidmət illərinə daxil etməkdən imtina etmişdir.
5. Cavabdeh iddia tələbinə yazılı etirazının imtinanın dəlilləri ilə əsaslandırmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 27 mart 2024-cü il tarixli 2-1(118)-468/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və T.B.Axundov) 29 oktyabr 2024cü il tarixli, 2-1(105)-690/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının 1995-2013-cü illərdə xidmət illərini qəbul etmiş, lakin onun Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyinə görə müraciətini təmin etməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 1991-1995-ci illərdə Ukrayna Respublikasının Poltava Ali Hərbi Komandirlər Məktəbində təhsil aldığı dövrü mübahisələndirməklə, keçmiş SSSR Silahlı Qüvvələrində xidmət illəri hesab edərək, həmin dövrü Azərbaycan Ordusunda xidmət illərinə daxil etməmiş, bu səbəbdən də iddiaçının məhz Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət illərinə malik olmadığını, müvafiq Fərmanın təsiri altına düşmədiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən ona dövlət vəsaiti hesabına mənzil verilməsindən ibarətdir. Qanunvericilik normasının dispozisiya şərtində məhz Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət hesabına mənzil almaq hüququnun olması nəzərdə tutulmuşdur. SSSR Silahlı Qüvvələrində xidmət illəri həmin normanın dispozisiya şərtində ehtiva olunmamışdır. Bu baxımından, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə məhz Azərbaycan Ordusunda qüsursuz xidmət etdiyi 1995-2013-cü illərə aid dövrü əsas götürməklə, keçmiş SSSR Silahlı Qüvvələrində xidmət etdiyi (təhsil aldığı) dövrü nəzərə almamaqda haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, qanunvericilik normasının tələbləri düzgün tətbiq etməmiş, cavabdehin hərəkətləri qanunauyğun olduğu halda, cavabdehin imtinasını əsassız hesab etməkdə haqlı olmamış, bununla da məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı 25 iyun 2007-ci il tarixli Əmr əsasında verilmişdir. Qeyd edilən medal məhz Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətinə görə verilir. Göründüyü kimi, həmin halda da iddiaçının məhz Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət illəri nəzərə alınmış, 1991-1995-ci illərə aid dövr onun qüsursuz xidmət illəri kimi nəzərə alınmamışdır. Bu baxımından, iddiaçının həmin dövrün xidmət illəri kimi nəzərə alınaraq, ona medal verilməsi ilə bağlı istinad etdiyi arqumenti də əsassız olmaqla, iş materialları əsasında təkzib olunmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddia tələbi qanunver icilik normasının dispozitiv şərtləri ilə uzlaşmadığından, iddiaçı qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmamış, iddiaçıya münasibətdə cavabdehin hərəkətləri isə qanunauyğun olmuşdur. Nəticə etibarilə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi işin hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun: Maddə 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqan ı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 14. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanı: Bənd
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bənd
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın. Bənd 3-1. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə ola n inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların ara şdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ape llyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri ə sasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzillə təmin edilməli olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qər arında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən ona dövlət vəsaiti hesabına mənzil verilməsindən ibarətdir. Qanunvericilik normasının dispozisiya şərtində məhz Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət hesabına mənzil almaq hüquq unun olması nəzərdə tutulmuşdur. SSRİ Silahlı Qüvvələrində xidmət illəri həmin normanın dispozisiya şərtində ehtiva olunmamışdır. Bu baxımından, cavabdeh inzibati orqan iddiaçının məhz Azərbaycan Ordusunda xidmət etdiyi 1995-2013-cü illərə aid dövrü əsas götürməklə, keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət etdiyi (təhsil aldığı) dövrü nəzərə almamaqda haqlı olmuşdur. Odur ki, iddiaçıya münasibətdə istinad edilən normanın dispozisiya şərtləri tam ödənilmədiyindən (Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmə) apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə nəticəsi düzgün olmuşdur.
23. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmaqla hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-690/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.