Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-835/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Şüvəlan bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda artıq sahələrin eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Şüvəlan bələd iyyəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0.065 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3747/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixli AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 tərəfindən iddiaçıya satılmış, həmin bağ sahəsi üzərində (sahəsi 0.0735 ha göstərilməklə) iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına ********** qeydiyyat nömrəli çıxarış hazırlanmışdır.
2. İddiaçı həmin bağ sahəsinə bitişik 0.065 ha əlavə torpaq sahəsinin mülkiyyətinə ayrılmasına dair qərar qəbul edilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Xəzər rayon Şüvəlan bələdiyyəsinə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “Bələdiyyələrin torpaq mülkiyyətinin özəlləşdirilməsinə dair Qanun”u ilə özəlləşdirmə dayandırılmışdır. Bu məsələ bələdiyyənin səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İdd iaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0.065 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində özünə məxsus 734 saylı bağ sahəsinin 735 kv.m torpaq sahəsinə bitişik 650 kv.m torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtina etmişdir. Cavabdeh bu hərəkətini bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsinin dayandırılması, bu məsəl ənin bələdiyyənin səlahiyyəti xaricində olması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus 734 saylı bağ sahəsinin daxilindəki 650 kv.m torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Belə ki, 734 saylı bağ sahəsini xx.xx.2015-ci ildə X1 daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Ona məxsus olan 734 saylı bağ sahəsində torpaq sahəsi rəsmi sənədlər üzrə 735 kv.m (0,0735 ha), faktiki torpaq sahəsi isə 1385 kv.m təşkil edir. Artıq 7 ildir ki, ona məxsus 0.0735 ha torpaq sahəsinə bitişik olan 0.065 ha torpaq sahəsindən də istifadə edir, orada təsərrüfat aparır, həmin sahədə onlarla ağac və qulluq olunmuş bağ var. Əlavə 650 kv.m torpaq sahəsi dörd t ərəfdən orada yaşayan qonşuların torpaq sahəsi ilə əhatə olunub, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur, küçəyə çıxmaq üçün mütləq şəkildə ona aid 735 735 kv.m torpaq sahəsindən istifadə edilməlidir. O, 734 saylı bağ sahəsini aldığı vaxtdan həmin 650 kv.m sahəyə heç kimin torpaq iddiası olmamışdır və həmin torpaq sahəsinin onun istifadəsində olması hamıya bəllidir, orada yaşayan qonşular da bunu təsdiq edə bilərlər.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 27 iyul 2023-cü il tarixli 21(112)-7575/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0.065 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyi c avabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin situasiya planından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 00735 ha torpaq sahəsinə bitişik 0.065 ha torpaq sahəsinin geri alınması və ya həmin torpaq sahəsindən digər şəxslərin istifadə etməsi mümkün deyildir. Bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara münasibətdə müvafiq yerli icra hakimiyyətlərinin sərəncam vermək səlahiyyəti 534 nömrəli Fərmana əsasən yalnız bələdiyyələr yaradılanadək saxlanmışdır və 237 nömrəli Fərmana əsasən torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılmalı idi. Odur ki, həmin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti qan una əsasən bələdiyyələrə məxsusdur. İddia ərizəsində göstərilən hal, yəni iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0,0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin üç tərəfdən orada yaşayan qonşularla əhatə olunması, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxışın olmaması (işıq dirəklərinin olması), küçəyə çıxmaq üçün iddiaçıya aid 0,0735 ha torpaq sahəsindən istifadə edilməli olması torpaq sahəsinin situasiya planına əsasən təsdiqini tapır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha torpaq sahəsində iddiaçı 5 ildən çox yaşayır və torpaq sahəsinin situasiya planından da göründüyü kimi, mü lkiyyətə verilməsi tələb olunan torpaq sahəsinə iddiaçının inşa etdiyi evin bir hissəsi düşməklə orada bağ salınmışdır. Odur ki, həmin torpaq sahəsinə münasibətdə (mülkiyyətə verilməsi ilə bağlı) yerli icra hakimiyyəti orqanının rəyi tələb olunmadığından, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə uyğun olaraq “qanuni gözləntisi” var.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və C.C.Musayeva) 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3747/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (i carəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilm iş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə m ülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndiskommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, yerli icra ha kimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati əraz i vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla, tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayr ılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.
10. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Halbuki, hazırda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi müvəqqəti dayandırılmışdır. Odur ki, belə nəticəyə gəlmək o lur ki, hazırda (müvəqqəti olaraq) iddiaçının qaldırdığı məsələnin həlli ilə bağlı cavabdeh müvafiq səlahiyyətlərə malik deyildir.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsində torpaq sahəsi rəsmi sənədlər üzrə 735 kv.m (0,0735 ha), faktiki torpaq sahəsi isə 1385 kv.m təşkil edir. İddiaçı artıq 7 ildir ki, ona məxsus 0,0735 ha torpaq sahəsinə bitişik olan 0,065 ha torpaq sahəsindən istifadə edi r, orada təsərrüfat aparır, həmin sahədə onlarla ağac və qulluq olunmuş bağ var. Əlavə 0.065 ha torpaq sahəsi dörd tərəfdən orada yaşayan qonşularla əhatə olunmuş, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur, küçəyə çıxmaq üçün mütləq şəkildə ona aid 0,0735 ha torpaq sahəsindən istifadə edilməlidir. İddiaçının 734 saylı bağ sahəsini aldığı vaxtdan həmin 0,0650 ha sahəyə heç kimin torpaq iddiası olmamışdır və həmin torpaq sahəsinin onun istifadəsində olması hamıya bəllidir və orada yaşayan qonşular da bunu təsdiq edə bilər. İddiaçı həmin ünvanda 5 ildən çox yaşayır və mülkiyyətə verilməsi tələb olunan torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Odur ki, həmin torpaq sahəsinə münasibətdə ətəyyiklüm) verilməsi ilə bağlı) yerli icra hakimiyyəti orqanının rəyi tələb olunmadığından, iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16-cı maddəsinə “qanuni gözləntisi” var. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi hüquqi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarına əsasən, məhkəmə yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı et iraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə
16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri - qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisə nin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİN İN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən qərardad ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
19. Belə ki, Bakı şəhəri, Xəzər r ayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mülkiyyətində olan həmin bağ sahəsinə bitişik 0.065 ha əlavə torpaq sahəsinin ona satılması barədə bələdiyyənin üzərinə öhdəlik qoyulması barədədir.
20. İddiaçının bu barədə tələbini əsaslandırmaq üçün istinad etdiyi işin faktiki halları ondan ibarətdir ki, mülkiyyətində olan 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0.065 ha əlavə torpaq sahəsi üç tərəfdən orada yaşayan qonşuların torpaq sahələri ilə əhatə olunmuşdur, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur (işıq dirəkləri var), küçəyə çıxmaq üçün mütləq ona aid 0.0735 ha torpaq sahəsindən istifadə edilməlidir. Həmçinin, ona aid 0.0735 ha torpaq sahəsində inşa etdiyi evin bir hissəsi, mülkiyyətə verilməsi tələb olunan 0.065 ha torpaq sahəsinə düşür və orada bağ salmışdır. İddiaçı istinad etdiyi bu halları təsdiq etmək üçün torpaq sahəsinin situasiya planını təqdim etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, mülkiyyətə verilməsini tələb etdiyi torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir və 5 ildən çox müddətdir ki, həmin ünvanda yaşayır.
21. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunması, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Halbuki, hazırda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi müvəqqəti dayandırılmışdır. Odur ki, belə nəticəyə gəlmək olur ki, hazırda (müvəqqəti olaraq) iddiaçının qaldırdığı məsələnin həlli ilə bağlı cavabdeh müvafiq səlahiyyətlərə malik deyildir.
22. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
23. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş ”Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu maddəsinə əsasən, “Bələdiyyə to rpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqların ın idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən, bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 24. “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən (bundan sonra 1184 nömrəli Fərman ), yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır.
25. Beləliklə, 1184 nömrəli Fərman, Əsasnamənin 7-ci bəndinə uyğun olaraq (yəni, fərdi yaşayış və bağ evlərinin, fərdi və koope rativ qarajların tikintisi məqsədilə) bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyə qərarının qəbul edilməsi halına aiddir. Hazırkı mübahisə isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16-cı maddəsinə və Əsasnamənin 10-cu bəndinə uyğun olaraq, fərdi yaşayış və bağ evinin tikintisi üçün qeyri-qanuni istifadə edilən qifavüm) qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpağının fiziki şəxsdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlıdır.
26. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qanunvericilik aktlarını hazırkı mübahisəyə münasibətdə yanlış tətbiq etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iddiaya “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun un 16.4-cü maddəsinin tələbi baxımında qiymət verməli idi.
27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3747/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.