Məhkəmə qərarları › İş №2-1(102)-837/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-837/2024

25.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-837/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin tarixinin dəyişdirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin e dilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3443/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyətinə Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Uşaq yaşına görə inkişafdan geri qalır. Sərbəst gəzə bilmir, sadə əmrləri yerinə yetirə bilmir. Nitqi anlaşılmazdır. Ətrafa reaksiyası qeyri adekvatdır, hərəkətləri xaotikdir. Aqresi v fon var. Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, Uşaq danışmır, xaotik anlaşılmaz səslər çıxarır, istədiyini etmədikdə inildəyir. Fikrini, istəyini bildirə bilmir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Stasionar müalicə müddəti yetərsizdir.” səbəbi ilə imtina verilmişdir.

2. İddiaçı əlillik vəziyyətinə Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F78 - Əqli geriliyin digər formaları, Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozğunluğu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbə b: Xəstənin TSEK-ə göndərişində aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapmır." səbəbi ilə imtina verilmişdir.

3. İddiaçı əlillik vəziyyətinə Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “ Səbəbi: Ümumi xəstəlik; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik. qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Qeyriüzvi mənşəli enkoprez. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması..." səbəbi ilə 3 il müddətinə əlillik müəyyən edilmişdir.

4. Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu 17 nömrəli Şəhər Poliklinikasının 0047003AABJP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və 3 il müddətinə (xx.xx.2024-cü ilədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən oğlu İ ddiaçı sağlamlıq imkanlarının məhdud əlilliyinin verilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı anadangəlmə əqli gerilik ciddi davranış pozuntularından əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq mərkəzi tərəfindən “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Nitqin artikulyasiyasının spesifik pozuntuları. Anamnezində periventrikulyar leykomalyasiya” diaqnoz qoyulmuşdur. Həmin diaqnoza əsasən 2021-ci ilin mart ayında əlillik təyin edilmiş və müavinət alır. Əlilliyin təyin olunmasına görə müraciət etmişdir.

7. İddiaçı Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əsl olmayan iddiaçı Nümayəndə1 əsl iddiaçı olan İddiaçı ilə, əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi əsl olan cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, bununla yanaşı “İddiaçı sağlamlıq imkanlarının məhdudluğunun (əlilliyinin) xx.xx.2020-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərardadı ilə əsl olmayan iddiaçı Nümayəndə1 əsl iddiaçı olan İddiaçı ilə, əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi əsl olan cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, bununla yanaşı iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı ümumi xəstəlik səbəbi ilə təyin edilmiş əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən hesab edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(112)-3919/2023 saylı qərarı ilə (hakim X5) iddia tələbi təmin edilmiş, İddiaçı ümumi xəstəlik səbəbi ilə təyin edilmiş əlilliyin təyinat t arixinin xx.xx.2020-ci il tarixdən dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 17 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, eyni diaqnozla sonradan əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

14. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia t ələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3443/2023 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(112)-3919/2023 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə “Əlilliyin və sağlamlıq imkanların ın məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnaməyə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

19. Qeyd edilir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Əlillik təyini ilə bağlı qeyd edilməlidir ki, iddiaçının Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 Orta dərəcəli əqli gerilik Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntu su. Uşaq yaşına görə inkişafdan geri qalır. Sərbəst gəzə bilmir, sadə əmrləri yerinə yetirə bilmir. Nitqi anlaşılmazdır. Ətrafa reaksiyası qeyri adekvatdır, hərəkətləri xaotikdir. Aqressiv fon var. Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesifik pozğunluğu, Uşaq danışmır, xaotik,anlaşılmaz səslər çıxarır, istədiyini etmədikdə inildəyir. Fikrini, istəyini bildirə bilmir. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Stasionar müalicə müddəti yetərsizdir.” səbəbi ilə imtina verilmişdir. 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F78 Əqli geriliyin digər formaları Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozğunluğu. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin TSEK-ə göndərişində aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapmır.” səbəbi ilə imtina verilmişdir. Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Qeyriüzvi mənşəli enkoprez. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərə ça rpan pozulmaları ilə və ya davranışın patoloji forması i...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: Stasionar müalicə müddəti yetərsizdir” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İddiaçıya yalnız qiymətləndirmə elektron qaydada aparılaraq göstərilən səbəb aradan qalxdıqdan sonra 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında həmin tarixdən 3 il müddətinə əlillik təyin edilməsi mümkün olmuşdur. Bu səbəbdən də, iddiaçının 2020-ci il tarixindən əlilliyin təyin olunması tələbi əsassız və qanunsuzdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

64. İnzibati a ktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktı n təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məl umatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həc mdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən ap ellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

28. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının əlillik vəziyyətinə ilk dəfə 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması - Səbəb: Stasionar müalicə müddəti yetərsizdir.” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F78 - Əqli geriliyin digər formaları, Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davran ış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozğunluğu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin TSEK-ə göndərişində aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapmır." səbəbi ilə imtina verilmişdir.

29. Sonradan, iddiaçının əlillik vəziyyətinə Bakı 17 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “ Səbəbi: Ümumi xəstəlik; X1 V Sinif Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik. qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Qeyri-üzvi mənşəli enkoprez. Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və di gər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması..." səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir.

30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, ona təyin edilmiş əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən, ilkin imtina tarixindən hesab edilməsidir.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə 28 yanvar 2020-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasnın 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqınd a” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 33. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

34. Qeyd edilməlidir ki, cavabdehi n yuxarıda göstərilən xx.xx.2020-ci tarixli imtina qərarı məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2020-ci il tarixli qərarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir.

35. Cavabdehin xx.xx.2020-ci il tarixli imtinası, inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, iddiaçının əlillik təyinatın dəyişdirilərək tibb müəssisəsinin birinci göndərişi, yəni xx.xx.2020-ci il tarixindən hesablanması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir.

36. Odur ki, kassasiya şikayəti ə saslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 21(103)-3443/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı ümumi xəstəlik səbəbi ilə təyin edilmiş əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar