Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-837/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması barədə qərarın və rəyin verilməsi, lizinq müqaviləsi obyektinin idxal zamanı ƏDV-dən azad olması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “idxal edilmiş avadanlığa görə tutulmuş pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsi və rəy verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(105)541/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” idxal edilmiş avadanlığa görə hesabından tutu lmuş 46270,08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin ona geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(118)-370/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(105)-541/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbi müvafiq gömrük bəyannaməsi ilə rəsmiləşdirilən idxal edilmiş avadan lığa görə ƏDV və dəbbə pulu qismində iddiaçının hesabından tutulmuş müvafiq məbləğdə pul vəsaitinin geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsindən ibarət olmuşdur. İddiaçı idxal etdiyi lizinq obyekti olan avadanlığın kənd təsərrüfatı təyinatlı avadanlıq olaraq ƏDV-dən azad olduğuna istinad edərək onun barəsində qeyd edilən gömrük borcunun tələb edilməsinin qanunauyğun olmadığını bildirmişdir. Cavabdeh isə qeyd edilən avadanlığın kənd təsərrüfatı təyinatlı avadanlığa aid olmadığını, emal üçün nəzərdə tutulduğunu, avadanlığın lizinq obyekti olmasına dair sənədlərin təqdim edilmədiyini, lizinq obyekti kimi bəyan edilmədiyini, malın təsnifat kodu XİF MN ********** kimi sinifləşdirildiyindən, müvafiq Siyahı üzrə ƏDV-dən azad olunan mallara aid olmadığını əsas gətirər ək, gömrük borcunun yarandığını bildirmişdir.
5. Qanunvericiliyə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitin idxalı, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı zamanı ƏDV tutulmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən avadanlıq lizinq müqaviləsinin obyekti kimi idxal olunmuşdur. Başqa sözlə desək, iddiaçı qeyd edilən avadanlığı məhz lizinqə vermək üçün idxal etmişdir, bu hal iş materiallarında olan lizinq alan və lizinq verən arasında bağlanılmış lizinq müqaviləsi və ona əlavə, habelə xarici şirkət lə iddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsi və ona əlavəyə aid sənədlər əsasında öz təsdiqini tapmışdır. Belə ki, hər iki müqvailə və ona əlavələrdə qeyd edilən avadanlıq barədə məlumat ətraflı qeyd edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin avadanlığı lizinq obyekti qismində qəbul etməməsi ilə bağlı arqumenti əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh sözügedən avadanlığı lizinq obyekti kimi qəbul etməməsini, həmin avadanlığın lizinq obyekti kimi bəyan edilməməsi və sənədlərin təqdim edilməməsi halına istinad etsə də, həmin halı təsdiq edən heç bir dəlilə istinad etməmiş, əksinə qeyd edilən hal iş materialları əsasında təkzib olunmuşdur. Bundan əlavə, cavabdeh inzibati icraat çərçivəsində həmin sənədləri əldə etmək (tələb et mək) imkanına malik olduğu halda, formal olaraq həmin əsasa istinad etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin əsasa istinad edilməklə, iddiaçı barəsində sözügedən avadanlığın idxalı zamanı ƏDV üzrə borcun müəyyən edilməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır.
6. Cavabdehin istinad etdiyi digər arqumentlə bağlı qeyd edilməlidir ki, cavabdeh həmin avadanlığın kənd təsərrüfatı təyinatlı olmadığına istinadən vergi qanunvericliyi ilə müəyyən edilmiş güzəştin əhatə dairəsinə düşmədiyini bildirmişdir. Həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə araşdırması zamanı müvafiq inzibati orqandan mütəxəssis rəyinin verilməsi tələb edilmişdir. Qeyd edilən mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən avadanlıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin x x.xx.2022-ci il tarixli, 430 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda yumurtaların, meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlara (XİF MN üzrə kod: **********) aiddir. Göründüyü kimi, indiki halda sözügedən avadanlığın təyinatına və funksiyasına görə ƏDVdən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı avadanlıq olması halı məhz mütəxəssis rəyi əsasında da öz təsdiqini tapmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. Hətta həmin halı müəyyən etmək mümk ün olmasa idi belə, qeyd edilən avadanlıq lizinq obyekti kimi idxal olunduğundan və bu əsasa görə Vergi Məcəlləsinin müvafiq normasının dispoztiv şərtinə əsasən ƏDV-dən azad olduğundan həmin avadanlğın idxalı ilə bağlı ƏDV üzrə borcun müəyyən edilməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı avadanlıqlarla bağlı siyahı mövcud olsa da, idxalı ƏDV-dən azad olunan lizinq obyekti olan əsas vəsaitlərə dair siyahını ehtiva edən qanunvericilik norması mövcud olmamışdır. Başqa sözlə desək, qeyd edilən avadanlıq lizinq obyekti qismində idxal olunan zaman qanunvericilik normasında lizinq obyekti olan əsas vəsaitlərin təsnifat kodunu müəyyən edən siyahı mövcud olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, “İdxal ı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı” məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 383 nömrəli qərarı ilə təsdiq edilmişdir. İndiki halda məhz həmin Siyahı üzrə cavabdehin sözügedən avadanlıqla bağlı istinad etdiyi malın təsnifat kodu olan ********** kodu ƏDV-dən azad olunan lizinq obyekti kimi qeyd edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində sözügedən avadanlığın idxalı zamanı ƏDV üzrə və onunla bağlı dəbbə pulu hesablanmaqla, gömrük borcunun tutulması ilə bağlı cavabdehin hərəkətləri qanunvericilik normasının tələblərinə zidd olmuşdur.
7. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərə k, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsasl andırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-2297/2023 nömrəli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV-dən azaddır. İstinad edilən həmin normaya əsasən, idxal edilmiş müvafiq malın lizinq müqaviləsinin obyekti olduğu məhkəmə araşdırması nəticəsində müəyyən edildiyi halda, iddiaçı həmin malın gömrük rəsmiləşdirilməsi ilə əlaqədar ödənilmiş ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı sayılmalıdır.
12. Beləliklə, mübahi səli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məs ələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(105)-541/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.