Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-84/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmtəə nişanının qeydiyyatının ləğv edilməsi, əmtəə nişanlarının oxşarlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs “xxxx” MMC) qarşı qərarın ləğv edilməsi və qeydiyyata xit am verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-20/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçmiş və öz fəaliyyətinə başlamışdır.
2. İddiaçıya xx xxxxxx 2007-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 20070775 nömrəli “EL” əmtəə nişanlı Şəhadətnamə verilmişdir (bütün siniflər istisna olmaqla) və bu şəhadətnamə xx xxxxxx 2017-ci ilə qədər qüvvədədir. 3. “elsu” əm təə nişanı üçüncü şəxs “xxxx” MMC-in adına xx xxxxxx 2009-cu ildə qeydiyyata alınmışdır.
4. İddiaçı etiraz ərizəsi ilə cavabdehə müraciət edərək göstərmişdir ki, “elsu” əmtəə nişanı üçüncü şəxsin adına 32, 35 və 39-cu siniflər üzrə xx xxxxxx 2009-cu ildə qeydiyyata alınmışdır ki, bu da "Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında Qanunun 6-cı maddəsinin "a" bəndinə ziddir.
5. Cavabdehin apelyasiya şurasının xx xxxxxx 2014-cü il tarixli, E-987 saylı qərarı ilə “elsu” adlı əmtəə nişanının 32, 35 və 39-cu siniflərinin əmtəələri və xidmətləri üzrə xxxx qeydiyyatına xitam verilməsi barədə iddiaçının etiraz ərizəsi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və P atent üzrə Dövlət Komitəsinə (üçüncü şəxs «xxxx» MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli, E-987 saylı Qərarını ləğv edərək, "xxxx" MMC-nin "elsu" adlı əmtəə nişanının 32, 35, 39 saylı siniflərdə əmtəələri və xidmətləri üzrə xx.xx.2009-cu il tarixli, xxxx nömrəsi altında qeydiyyatına xitam verilməsi və etiraz ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli, E-987 saylı Qərarını ləğv edərək, "xxxx" MMC-nin "elsu" adlı əmtəə nişanının 32,35,39 saylı siniflərdə əmtəələri və xidmətləri üzrə xx.xx.2009-cu il tarixli, xxxx nömrəsi altında qeydiyyatına xitam verilməsinin vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli E-987 saylı qərarı ilə İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə "elsu" adlı əmtəə nişanının 32, 35 və 39-cu siniflərinin əmtəələri və xidmətləri üzrə xxxx qeydiyyatına xitam verilməsi barədə etiraz ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bu qərar maddi hüquq normalarına uyğun qəbul edilməmişdir. İddiaçı 2005-ci il tarixdə Azərbaycan Respublikası Əd liyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçmiş və öz fəaliyyətinə başlamışdır. xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 20070775 nömrəli "EL" əmtəə nişanlı Şəhadətnamə verilmişdir (bütün siniflər istisna olmaqla) və xx.xx.2017-ci ilə qədər qüvvədədir. İddiaçı etiraz ərizəsi ilə cavabdehə müraciət edərək göstərmişdir ki, "elsu" əmtəə nişanı "xxxx" MMC-nin adına xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. Bu da "Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında Qanunun 6-cı maddəsinin "a" bəndinə ziddir. Hər iki əmtəə nişanının dominant elementi olan “EL” hərf birləşməsi “elsu” və “el” sözlərinin bir-biri ilə qarışıq salma dərəcəsinə qədər oxşar olmasını göstərir. Hər iki əmtəə nişanın fonetik oxunuş nöqteyi nəzərdən təhlili də onların arasında yaxın oxşarlığın olmasına dəlalət edir. Belə ki, "el" sözünün fonetik oxunuşu "el" və "elsu" sözlərinin fonetik oxunuşu kimi eyni səslənir. Hər iki nişanda dominant elementlər olan "el" hərf birləşməsi "elsu" və "el" sözlərinin fonetik oxunuş tərzi kimi nəinki oxşar, hətta eynidir. Bundan əlavə, ********* №li "elsu" əmtəə nişanının ilkinlik tarixi xx.xx.2009-cu ilə aiddir, halbuki "EL" əmtəə nişanının qeydiyyat tarixi xx.xx.2007-ci ildir. Göründüyü kimi, "elsu" əmtəə nişanının qeydiyyat tarixi "EL" əmtəə nişanının qeydiyyat tarixindən iki il əvvəl qeydə alınıb xxxx N-li "elsu" və 20070775 N-li "EL" əmtəə nişanının iddia edilmiş 32, 35, 39-cu siniflərdə əmtəələrin və xidmətlərin siyahısı həmçinin əmtəələr və xidmə tlər olmaqla bərabər həm də eynilik təşkil edir. Beləliklə, "xxxx" MMC-nin adına qeydiyyata alınmış "elsu" xxx nömrəli əmtəə nişanı əmtəələrin istehsalçısı barədə yanlış təəssürat yaradan nişan kimi qiymətləndirilməlidir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2-1(81)1048/2015 saylı qərarı ilə (hakim Ş.A.Məmmədova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx.xx.2014-cü il tarixli, E-987 saylı Qərarı ləğv olunmuş, "xxxx" MMC-nin "elsu" adlı əmtəə nişanının (32,35,39) saylı siniflərdə əmtəələri və xidmətləri üzrə xx.xx.2009 tarixli, xxxx nömrəsi altında qeydiyyatına xitam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MM C-nin adına qeydiyyata alınmış "elsu" xxxx nömrəli əmtəə nişanı əmtəələrin istehsalçısı barədə yanlış təəssürat yaradan nişan kimi qiymətləndirilməlidir. Bu nişanın İddiaçı -nin adına öncə qeydiyyata alınmış "EL" nişanı ilə qarışıq salma dərəcəsinə qədər oxşar olması səbəbindən "elsu" nişanının qanunvericiliyə zidd olaraq, əsassız qeydiyyata alınması, onun sahibinə haqqsız rəqabət nəticəsində gəlir əldə etmək imkanı verir və müvafiq olaraq İddiaçı-yə maddi zərər vurur və onun kommersiya nüfuzuna xələl gətirir.
11. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayətləri verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1533/2015 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: Ü.A.Mayılov və C.A.Yusifov) cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 21(81)-1048/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh və üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 21(102)-3/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: X.S.Məmmədov və S.Ə.Hüseynova) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1533/2015 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər iki əmtəə nişanının dominant elementi olan “EL” hərf birləşməsi “elsu” və “el” sözlərinin bir-biri ilə qarışıq salma dərəcəsinə qədər oxşarlığın mövcudluğu tam araşdırılmamışdır. Hər iki əmtəə nişanının fonetik oxunuş nöqteyi-nəzərdən təhlili də onların arasında yaxın oxşarlığın olması və hər iki nişanda dominant elementlər olan “el” hərf birləşməsi “elsu” və “el” sözlərinin fonetik oxunuşunun eyniliyi də dəqiqləşdirilməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-20/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: V.M.Məmmədov və E.E.Nağıyeva) cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onun hüquqi varisi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmişdir.
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-20/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: V.M.Məmmədov və E.E.Nağıyeva) apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2-1(81)-1048/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarından üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-20/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
21. Üçüncü şəxs hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş, gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, iddiaçı etiraz ərizəsində qeyd edir ki, hər iki nişanın dominant elementi olan “EL” hərf birləşməsi “elsu” və “EL” sözlərinin bir-biri ilə qarışıq salma dərəcəsinə qədər oxşardır. Bu mövqenin əsassız olması ilk əvvəl onunla sübut olunur ki, “EL” hərf birləşməsi deyil. Ümumiyyətlə, Azərbaycan dilinin qrammatikasında hərf birləşməsi anlayışı yoxdur. “EL” sözdür, söz isə bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahididir. “EL” sözü digər sözlərlə birləşərək yeni məna kəsb edən sözbirləşməsi yarada bilir. “elsu” sözbirləşməsi də məhz bu yolla yaranmış, yeni məna kəsb edən sözbirləşməsidir.
22. Yuxarıda izah edilən xüsusatlar nəzərə alınarsa, iddiaçının mövqeyi tama milə əsassızdır. İddiaçının mövqeyindən çıxış edilərsə, “EL” sözünün ifadə olunduğu heç bir yeni söz əmtəə nişanı kimi qeydə alına bilməz. Lakin, əmtəə nişanlarının qeydiyyat reyestri araşdırılarsa “EL” sözünün ifadə olunduğu yeni sözlərin əmtəə nişanı kimi artıq qeydiyyata alındığı müəyyən olunar.
23. Daha sonra qeyd edilir ki, İddiaçı “EL” əmtəə nişanını xx.xx.2007-ci il tarixdə qeydiyyata aldırsa da, hal-hazıradək həmin əmtəə nişanı altında su istehsalı ilə məşğul olmamışdır. 5 ildən artıq müddətdə əmtəə nişanından istifadə edilmədiyi halda, necə müəyyən edilə bilər ki, istehlakçılar əmtəə nişanlarının zahiri görünüşünə görə onları səhv salırlar?! Bundan əlavə, “xxxx” MMC 5 ildən artıq müddətdir ki, “elsu” əmtəə nişanından aktiv istifadə edir. Bu adla istehsal olunan əmtəələri daxili ba zarda stabil satılır və istehlakçılar tərəfindən tanınır. Bütün bunlara baxmayaraq, məhkəmələr heç bir hüquqi əsas olmadan patent müvəkkilinin rəyini mötəbər sübut kimi qəbul edərək iddianı təmin etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlı q olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Maddə 5 Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:.. b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;.. Maddə
6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); Maddə 31 (abzas 2). Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbay can Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. 27. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə ma rkasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 1999-cu il tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”: Bənd
3. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Bənd
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması. (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7 Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü v ə 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhk əmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İş materia llarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək bildirmişdir ki, “elsu” əmtəə nişanı üçüncü şəxsin adına 32, 35 və 39-cu siniflər üzrə xx xxxxxx 2009-cu ildə qeydiyyata alınmışdır. Lakin bu qeydiyyat "Əmtəə nişanı və coğrafi göstəricilər" haqqında Qanunun 6-cı maddəsinin "a" bəndinə ziddir. Cavabdehin qərarı ilə iddiaçının etiraz ərizəsi təmin edilməmişdir.
35. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, üçüncü şəxs isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
36. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, “EL” nişanı ilə “elsu” nişanı arasında nə zahiri, nə də oxunuş (fonetik) oxşar lığı mövcud olmadığından apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni sayıla bilməz.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərini əsassız hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin bütün halları araşdırılmış və müəyyən edilmişdir ki, "elsu" əmtəə nişanı, "EL" əmtəə nişanı ilə qarışıq salma dərəcəsinə qədər oxşardır. Belə ki, hər iki əmtəə nişanının dominant elementi olan "EL" hərf birləşməsi "elsu" və "el" sözlərinin bir-biri ilə qarışıq salma dərəcəsinə qədər oxşar olmasını göstərir. Hər iki əmtəə nişanı fonetik oxunuş nöqteyi nəzərdən təhlili də onların arasında yaxın oxşarlığın olmasına dəlalət edir. Hər iki nişanda dominant elementlər olan "el" hərf birləşməsi "elsu" və "el" sözlərinin fonetik oxunuş tərzi kimi nəinki oxşar, hətta eyn idir.
38. Bundan əlavə, iş materiallarından görünür ki, ********* №li "elsu" əmtəə nişanının qeydiyyat tarixi xx.xx.2009-cu ilə aiddir, halbuki "EL" əmtəə nişanının qeydiyyat tarixi xx.xx.2007-ci ildir. Göründüyü kimi, "EL" əmtəə nişanı “elsu” əmtəə nişanından iki il əvvəl qeydə alınıb, xxxx №li "elsu" və 20070775 №li "EL" əmtəə nişanının iddia edilmiş 32, 35, 39-cu siniflərdə əmtəələrin və xidmətlərin siyahısı eynilik təşkil edir.
39. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3676 saylı ekspert rəyində qeyd edilmişdir ki, “EL” və “elsu” əmtəə nişanlarının “EL” hissəsində məna (sematik) və səsli (fonetik) uyğunluqlar olduğuna görə həmin nişanlar istehlakçı tərəfindən qarışdırılacaq qədər oxşardırlar. Ekspert həmçinin, " Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” qanunun 5-ci maddəsinin "c" bəndinə istinad edərək bildirmişdir ki, əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanların qeydə alınmasına yol verilmir. "Su" sözü məhsul növü olduğu üçün onun qeydiyyatı yol verilməzdir və qeyri qanunidir.
40. Beləliklə, işə baxan məhkəmələr düzgün olaraq belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC-nin adına qeydiyyata alınmış "elsu" xxxx nömrəli əmtəə nişanı əmtəələrin istehsalçısı barədə yanlış təəssürat yaradan nişan kimi qiymətləndirilməlidir, bu nişanın İddiaçı-nin adına öncə qeydiyyata alınmış "EL" nişanı ilə qarışıq salma dərəcəsinə qədər oxşar olması səbəbindən "elsu" nişanının qanunv ericiliyə zidd olaraq, əsassız qeydiyyata alınması, onun sahibinə haqsız rəqabət nəticəsində gəlir əldə etmək imkanı verir və müvaffiq olaraq İddiaçı-yə maddi zərər vurur və onun kommersiya nüfuzuna xələl gətirir.
41. Bundan əlavə, apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də üçüncü şəxs İddiaçı-nin “EL” əmtəə nişanını xx.xx.2007-ci il tarixdə qeydiyyata aldırsa da, 5 ildən artıq müddətdə həmin əmtəə nişanı altında su istehsalı ilə məşğul olmadığını bildirmiş və hesab etmişdir ki, həmin əmtəə nişanını qeydiyyatına xitam verilməlidir.
42. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, üçüncü şəxs iddiaçının fasiləsiz olaraq 5 il ərzində qeyd edilən əmtəə nişanından istifadə etməməsini hər hansı bir dəlillə sübut etməmişdir.
43. Patent müvəkkilinin rəyinin əs assız olaraq məhkəmələr tərəfindən sübut kimi qəbul olunması ilə bağlı üçüncü şəxsin kassasiya şikayətində əks etdirdiyi mövqe ilə də razılaşmayan məhkəmə kollegiyası bildirir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. İş materiallarından görünür ki, məhkəmələr iş üzrə olan bütün sübutları ətraflı təhlil edərək qanunvericiliyin müvafiq norma və müddəaların a istinad etməklə qərar qəbul etmişdir.
45. Apelyasiya instansiyası məhkəməsi üçüncü şəxs tərəfindən verilmiş təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməməsi və bunun da nəticəsində qanunsuz qərarın qəbul edilməsi ilə bağlı kassasiya şikayətində qeyd edilən arqumentin də heç bir hüquqi əsası yoxdur. Belə ki, mübahisə edilən ekspert rəyi xx xxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bu tarixdən sonra üçüncü şəxs tərəfindən hər hansı vəsatətin verilməsi iş materialları ilə təsdiq olunmur.
46. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən sa xlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-20/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.