Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-84/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılan qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, X8) “daş ınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024cü il tarixli, 2-1(103)-13/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən mövcud pavilyon Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamı ilə vətəndaş X5 adına rəsmiləşdirilmişdir.
2. X2 ərizə ilə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edərək onun adına sənədləşdirilmiş sözügedən pavilyonun vətəndaş X10 adına sənədləşdirilməsini xahiş etmişdir.
3. Nəsimi RİH-in 24 sentya br 2012-ci il tarixli sərəncamı ilə 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamının 2-ci bəndinə dəyişiklik edilərək, obyektin X10 adına rəsmiləşdirilməsi qərara alınmışdır.
4. Bundan başqa, X5 adına xx.xx.2014-cü il tarixdə “Tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir.
5. Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli sərəncamları etibarsız sayılmışdır.
6. Nəsimi RİH-in 26 fevral 2016-cı tarixli, 33 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində, 644-cü məhəllədə yerləşən, 1 mərtəbəli ümumi sahəsi 146.0 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının adına sənədləşdirilmişdir. 7. 17 may 2016-cı il tarixdə X5 həmin obyektə mülkiyyət hüququ da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir.
8. İddiaçı cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir.
9. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********47 nömrəli məktubla iddiaçının müraciətinin icrasından imtina etmiş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərkən bir inzibati orqan kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və aparılan qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində, 644-cü məhəllədə yerləşən, uzun müddət əvvəl mövcud olan qeyri-yaşayış sahəsi uzun müddətdir iddiaçının istifadəsində olmuşdur. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı tarixli, 33 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində, 644cü məhəllədə yerləşən, 1 mərtəbəli ümumi sahəsi 146.0 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının adına sənədləşdirilmişdir. 2016-cı ilin may ayının 20-dən sonra vətəndaş X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyriyaşayış binasının X5 tam mülkiyyətində olmasına dair DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışı və Nəsimi rayon İcra Hakimiyyəti Başçıs ının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı təqdim edərkən qeyri-yaşayış sahəsini 3 günə boşaldılmasını tələb etmiş, əks təqdirdə hüquqmühafizə orqanlarına müraciət edilməsi ilə iddiaçını təhdid etmişdir. İddiaçı ona təqdim olunmuş sənədlərin surətlərini götürərək qeyriyaşayış sahəsini boşaltmış və şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyyətindən iddiaçıya bildirilmişdir ki, DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarış qanunsuzdur və çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına rəsmiləşdirilərkən bir inz ibati orqan kimi cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hərəkəti qanunsuz hesab edilməli və aparılan qeydiyyat ləğv edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin qanunun 8.0.1- ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu normanı rəhbər tutaraq X5 adına qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə cavabdeh tərəfindən rəsmiləşdirilmişdir. X5 müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamının birinc i bəndində dəyişiklik edilərək həmin qeyri-yaşayış sahəsini başqa bir vətəndaş - X10 adına rəsmiləşdirilməsi nəzərə alınmamışdır. Beləliklə, cavabdeh qeydiyyat orqanı olaraq, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının ilkin redaktədə olub-olmamasını yoxlamayaraq bu qeyri-yaşayış sahəsinə ixtiyarı olmayan şəxsin adına rəsmiləşdirmişdir. Cavabdeh qeydiyyat orqanı kimi qanunvericiliyin tələblərinə uyğun olmadan A.Nəsirovun adına daşınmaz əmlak üzərində hüquqları qeydiyyata almışdır.
12. Cavabdeh iddiaya etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 328 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı, xx.xx.2014-cü il tarixli 7 nömrəli tikinti obyektinin istismarına icazə sənədi və yerli icra haki miyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında müvafiq qeyri-yaşayış binasına dair X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə əsaslanaraq qanuni həyata keçirilmişdir.
13. Üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti iddiaya dair yazılı münasibət bildirirək qeyd etmişdir ki, X4 rayon İcra Hakimiyyətinə 13 sentyabr 2007-ci tarixli, 01-04/261 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbu dov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli, 18/03- 8/5974 saylı məktubu nəzərə alınaraq Nəsimi rayonu A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyon onun adına rəsmiləşdirilmışdır. X4 rayon İcra Hakimiyyətinə 15 sentyabr 2012-ci tarixli, N-232 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən ist irahət parkının ərazisində onun adına rəsmiləşdirilmiş pavilyonun qarşılıqlı razılıq əsasında X10 adına sənədləşdirilməsini xahiş etmişdir. Bu müraciət əsasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı verilmiş və həmin sərəncamın birinci bəndinə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamın 2-ci bəndində dəyişiklik edilərək: - “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X10 adına rəsmiləşdirilsin” qeyd olunmuşdur. Beləliklə, 24 sentyabr 2012-ci tarixdən X5 bu qeyriyaşayış sahəsi ilə bağlı hüquqları X3. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərəncamı ilə Nəsimi RİH B aşçısının 05 oktyabr 2007-ci il tarixli, 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli, 246 nömrəli sərəncamları etibarsız hesab edilmişdir. Vətəndaşlar A.Nəsirov və A.Əsgərov tərəfindən qanunsuzluğun güman ediləcəyi nəzərə alınaraq sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı RİH-nin sərəncamlarının surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-ci il tarixdə göndərilmişdir, lakın sənədlər xx.xx.2016-cı il tarixdə Bakı şəhər Ərazi İdarəsi tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tə rəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı X8 13 iyun 2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavadehin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamış, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 22 avqust 2017-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamışdır. Daha sonra X8 xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmiş dir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2019- cu il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası 21 oktyabr 2020-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin hər iki qərarı qanuni qüvvəyə minmişdir və Nəsimi RİH başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab olunması məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. X5 adına qeyd olunan ünvanla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarış ın verilməsi X5 adına verilmiş Nəsimi rayon İcra Hakimiyyətinin 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamı ləğv edildikdən sonra həyata keçirilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-9048/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına X5 tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il) cavabdeh Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına X5 tam xüsusi mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən X5 adına daşınmaz əmlakın dövlət reyestrində hazırda mübahisələndirilən qeydiyyat aparılarkən X8 tərəfindən təqdim edilən sənədlər tam tədqiq olunmamış, sərəncamın kimə aid olması, sərəncamın hazırda qüvvədə olub-olmaması, ləğv və ya etibarsız hesab edilib-edilməməsi aydınlaşdırılmamış, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyi müəyyən edilməmiş, zəruri sənədlər əldə edilməmiş, maraqlı şəxslərin iştir akı təmin edilməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır.
16. Həmin qərardaddan narazı qalan üçüncü şəxs X8 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın ləğv edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)-13/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: – Tərəflər arasınd a mövcud olmuş mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2017/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinin X1 qeyri-yaşayış sahəsinə dair verdiyi 17 may 2016-cı il tarixli, seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq olunur. Eyni zamanda adıçəkilən çıxarışın hazırda qüvvədə olması Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(102)-3520/2021 nömrəli qərarı ilə də müəyyən olunur. Yəni həmin məsələ işin təkzibolunmaz halını təşkil edir. Həmin qərarında Ali Məhkəmənin Məhkəmə Kollegiyası müəyyən etmişdir ki, daşınmaz əmlaka mü lkiyyət hüququ həmin əmlaka aid digər hər hansı bir inzibati aktdan daha yüksək hüquqi qüvvəyə malikdir. (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri). – Nəsimi rayon İcra Hakimiyyəti müvafiq qeyri-yaşayış sahəsinin üçüncü şəxs X5, sonradan X10 adına rəsmiləşdirilməsini nəzərdə tutan sərəncamları ləğv edərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasına, yaşıllığa ziyan vurulmasına, ekoloji və sanitar normaların tələblərinin pozulmasına istinad etmişdir. – İcra Hakimiyyəti xx.xx.2016-ci il tarixli sərəncamla yuxarıda qeyd edilənlərə əsaslanaraq, müvafiq sərəncamları ləğv etsə də, cəmi 1 ay 15 gündən sonra 26 fevral 2016-cı il tarixli 33 saylı sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məh əllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164,85 kv.m. olan həmin qeyri-yaşayış sahəsini vətəndaş İddiaçı adına sənədləşdirilməsinə dair yeni qərar vermişdir. – İnzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” qanunun tələblərinə zidd olmamış, cavabdeh tərəfindən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə əsaslanaraq qanuni həyata keçirilmişdir.
19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikay ətinin dəlilləri
20. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: - X5 adına qeyd olunan ünvanla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi X5 adına verilmiş Nəsimi rayon İcra Hakimiyyətinin 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamı ləğv edildikdən sonra həyata keçirilmişdir. - apellyasiya instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə, yəni Nəsirov Azimin əldə etdiyi mülkiyyət hüququna dair çıxarışın prezumsiyasına istinad etmişdir. Lakin həmin maddənin dispozisiyasından göründüyü kimi çıxarış prezumsiyası o halda qüvvədə olur ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin. Lakin sübuta yetirilmişdir ki, cavabdeh qanunsuz olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarış vermişdir. - Hazırki iş üzrə iddia tələbinin əsasını cavabdeh tərəfindən Nazim Nəsirovun qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qanunsuzluğu təşkil edir. Yəni məhkəmə cavabdeh tərəfindən Nəsirov Azimin mülkiyyət hüquqlarının qeydiyyata alınması zamanı qanunvericiliyin tələblərinə riayət edib-etməməsi məsələsini aydınlaşdırmalıdır. Faktiki olaraq, şəxsin qeyri-yaşayış sahəsinə dair Sərəncamı olmadan çıxarış verilmişdir, bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir.
21. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 11.1, 23.1-ci və “İnzibati icraat haqqında” Qanunun 19.2, 21.1, 24.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qa rşı üçüncü şəxs X8 etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur....
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 25. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qey diyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya ş ikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılan qeydiyyatın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin mə sələləri təkrarlamağa lüzum qalmır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İşin hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 05 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyonun X5 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bundan sonra A.N.Nəsirov ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək onun adına sənədləşdirilmiş sözügedən pavilyonun X10 adına sənədləşdirilməsini xahiş etmişdir, eyni zamanda A.Ə.Əsgərov özü də ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qarşılıqlı razılıq əsasında yuxarıda göstərilən ünvanda yerləşən pavilyonun onu n adına sənədləşdirilməsini xahiş etmişdir və Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2012-ci il tarixli 246 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamının 2-ci bəndində qismən dəyişiklik edilərək aşağıdakı kimi oxunması qərara alınmışdır: “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X10 adına rəsmiləşdirilsin”. Bundan başqa, X5 adına xx.xx.2014-cü il tarixdə “Tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir.
36. Həmçinin işdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 11 yanvar 2016-cı il tarixli 01 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tari xli 328 saylı və xx.xx.2012-ci il tarixli 246 saylı sərəncamları etibarsız hesab edilmişdir. Bir müddət sonra Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 2016-cı il tarixli 33 saylı sərəncamı ilə müvafiq qeyriyaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.
37. Bundan əlavə 17 may 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə üçüncü şəxs X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir.
38. Hazırda iddiaçının hüquqi marağı məhz həmin qeydiyyatın ləğv edilməsinə yönəlmişdir.
39. İddiaçının dəlillərinə görə X5 adına qeyd olunan ünvanla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi X5 adına verilmiş Nəsi mi rayon İcra Hakimiyyətinin 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamı ləğv edildikdən sonra həyata keçirilmişdir.
40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 139-1.1.9.2-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı dövlət qeydiyyatı üçün əsas hesab olunur.
41. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından qeyri yaşayış sahəsinin istismara qəbul aktı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün müstəqil bir əsas kimi müəyyən edilmişdir.
42. Üçüncü şəxs tərəfindən də X5 adına xx.xx.2014-cü il tarixdə “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş və həmin sənəd hazırkı qərarın 25-ci bəndinin tələbləri baxımından geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət edərək üzərinə düşən vəzifəni icra etmiş, qüvvədə olan hüquqmüəyyənedici sənəd əsasında qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparmış və üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüqu qunu qeydə almışdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 23-27(a) bəndlərində göstərilən hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-13/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.