Məhkəmə qərarları › İş №2-1(102)-840/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-840/2024

28.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-840/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmə tinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı yoxlanılan dövrdə meşə materiallarının, tikinti materiallarının və sanitartexniki avadanlıqların topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur.

2. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2019-cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral yoxlama zamanı cavabdeh tərəfindən bəyan edilməli vergi məbləğinin 286992,28 manat müəyyən edildiyi halda, iddiaçı tərəfindən bəyannam ədə 174792,28 manat vergi məbləğinin hesablandığı müəyyən olunmuş və nəticədə iddiaçıya 112200 manat məbləğində əlavə verginin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərar qəbul edilmişdir. İddiaçının 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561000 manat gəlir əldə etməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0 manat gəlir göstərməsi cavabdeh vergidən yayınma halı kimi qiymətləndirilmişdir.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********197997 nömrəli qərarına əsasən, iddi açı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

4. Həmin akta əsasən, yoxlama nəticəsində iddiaçı tərəfindən 2017-2019-cu illər üzrə mənfəət vergisinin ümumilikdə 1599436,21 (546723,20+603920,08+448792,93) manat azaldılması, 2017-2019-cu illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 2017948,55 (748017,25+1054309,24+215622,06) manat azaldılması, eləcə də 791754,55 (0+632775,33+158979,22) manat artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, iddiaçıya mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1599436,21 manat azaldılmasına görə 50% miqdarında, yəni 799718,11 manat; ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2017948,55 manat azaldılmasına görə 50% miqdarında, yəni 1008974,275 manat, həmçinin nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə ******* manat məbləğində əməliyyatın 10 faizi miqdarında, yəni 618499,8 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

5. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********329300 nömrəli qərarın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********140954 nömrəli qərarın: 2017-ci il ü zrə 546723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546723,20 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 273361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603920,08 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 301960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448792,93 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 224396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748017,25 manat ƏDV-nin azaldılmasına görə 748017,25 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 374008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1054309,24 manat ƏDV-nin azaldılmasına görə, 1054309,24 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 527154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, VM-in 58.1ci maddəsinə əsasən 107811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə, 3617384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2427192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2 020-ci il tarixli, **********329300 nömrəli qərarına əsasən, kameral qaydada iddiaçıya əsassız olaraq 2019-cu il üzrə 112200 manat mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq göstərilmişdir ki, 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş DTA 01 ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561000 manat gəlir əldə edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0 manat gəlir göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Halbuki, iddiaçıya xx.xx.2019-cu il tarixində 100052,11 avro və xx.xx.2019-cu il tarixində isə 31242,48 avro bonus köçürülmüşdür. Göründüyü kimi, iddiaçının bonus gəliri 561000 manat deyil, 242895 manat olmuşdur. Bundan əlavə, c avabdehin xx.xx.2020-ci il tarixli, **********197997 nömrəli qərarına əsasən, iddiaçı tərəfindən 2017 - 2019-cu illər (ƏDV üzrə fevral 2017 - dekabr 2019) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl olunması vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin aktda yoxlamanın Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli, **********141279, **********1277 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına, xx.xx.2020-ci il tarixli, VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında ” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və iddiaçının Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldığı göstərilmiş və ƏDVyə cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV-yə 0% ilə cəlb edilən əməliyyatlar 1039359,24 manat, əvəzləşdirilən ƏDV 9562029,16 manat, büdcədən 791754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1008974,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Lakin göstərilən hesabların mənbəyi, əsası, açıqlaması verilməmişdir. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan ******* manat əməliyyatın 10 faizi miqdarında, yəni 618499,8 manat maliyyə sanksiyası ilə bağlı isə hansı nağd əməliyyatlara istinad edilməsi göstərilməmişdir. İddiaçı hesab edir ki, həmin yoxlama aktı əsasında hesablanmış vergilər əsassızdır.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması zamanı, 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561000 manat gəlir əldə edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində (217.2-ci sətir) Azərbaycan Respublikasının hüdudlarından kənarda 0 manat gəlir göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma barəd ə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktublarının, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə mənfəət vergisi üzrə 2019-cu il üçün iddiaçıya 112200 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya “Vergi lərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərar göndərilmişdir. xx.xx.2020-ci il tarixli, **********197997 nömrəli qərara əsasən, iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına, xx.xx.2020-ci il tarixli VN 0 0784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparılmışdır. Yoxlanılan dövr ərzində iddiaçının vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən onun ƏDV-yə cəlb olunan əməliyyatları 55862922,08 manat, ƏDV-yə 0% ilə cəlb olunan əməliyyatları 1202043,11 manat, əvəzləşdirilən ƏDV 9563373,51 manat, büdcəyə çatan ƏDV 491952,46 manat olmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ƏDV-yə cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV-yə 0% ilə cəlb edilən əməliyyatlar 1039359,24 manat, əvəzləşdirilən ƏDV 9562029,16 manat, büdcəyə hesablanan ƏDV 1718146,50 manat olmuşd ur. Yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə ******* manat, büdcədən 791754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1008974,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) iddiaçının gəlirləri məlum olduğu üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2017-ci ilin yekunu üzrə gəlir 16157547,11 manat, xərclər 15390442,97 manat, vergiyə cəlb olunan mənfəət 767104,14 manat, mənfəət vergisi 153420,83 manat, 2018-ci ilin yekunu üzrə gəlir 19449814,39 manat, xərclər 18836103,37 manat, vergi yə cəlb olunan mənfəət 613711,02 manat, mənfəət vergisi 122742,2 manat, 2019-cu ilin yekunları üzrə gəlir 21468160,58 manat, xərclər 20594199,17 manat, vergiyə cəlb olunan mənfəət 873961,41 manat, mənfəət vergisi 174792,28 manat olmuşdur. Vergi orqanı tərəfindən kameral qaydada iddiaçının gəliri 561000 manat artırılmış və nəticədə ümumi olaraq 286992,28 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, iddiaçının 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 3500720,17 manat, mənfəət vergisi 700144,03 manat, 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 3633311,41 manat, mənfəət vergisi 726662,28 manat və 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 3678926,05 manat, mənfəət vergisi isə 735785,21 manat müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, yoxlama nəticəsində ümum ilikdə 1599436,21 manat mənfəət vergisinin azaldılması müəyyən edilmiş və 799718,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017ci ildə alınmış 11600 manat (ƏDV-siz) avans məbləği 2018-ci ilin yekunu üzrə mənfəətə cəlb edilmişdir. Bundan başqa, kameral qaydada 2019-cu ilin yekunu üzrə artırılmış 561000 manat (Respublika hüdudlarından kənarda əldə edilən) gəlir yoxlama ilə düzəliş edilərək 246473,93 manat göstərilmişdir. Yoxlama zamanı iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (“qara mühasibatlıq”) əsasında ******* manat əməliyyatların nağd qaydada aparılması halı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10% miqdarında, yəni 618499,9 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdeh qeyd olunanlar nəzərə alınmaqla iddianın t əmin olunmamasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/1996 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövrə aid vergilər (ƏDV və mənfəət) və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi əsasında hesablanmış 618499,8 manat məbləğində maliyyə sanksiyası üzrə əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda göstərilənlərin də düzgünlüyü müəyyən olu nmadı. Həmçinin, iddiaçı tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla iddiaçının 2017-2019-cu illərə dair dövriyyəsi üzrə yoxlama aktında əlavə hesablanmış mənfəət vergisinin və ƏDV-nin azaldılması, 618499,8 manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunmur.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 07 may 2021-ci il tarixli, 21(112)-1297/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı 2017-ci il üzrə 546723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748017,25 manat ƏDV-nin azaldılmasına görə 748017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Ve rgi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1054309,24 manat ƏDV-nin azaldılmasına görə, 1054309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019cu il üzrə 215622,06 manat ƏDV-nin azaldılmasına görə 215622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3617384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2427192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hi ssələrində ləğv edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə, iddiaçı vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. İddiaçı apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablaya rkən qanunvericiliyin tələblərini pozmuşdur.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərarının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarının ləğv edilməsi xahiş edilmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin şikayətinin dəlil ləri, habelə, səyyar vergi yoxlaması ilə iddiaçıya əlavə hesablanmış vergilərin və tətbiq olunmuş maliyyə sanksiyalarının elektron daşıyıcıda olan “qara mühasibatlıq” məlumatları əsasında hesablandığı nəzərə alınaraq, birinci instansiya məhkəməsinə verilmiş ekspert rəyinin aydın olmadığına, elektron daşıyıcıda mövcud olan “qara mühasibatlıq” məlumatlarına əsasən hesablanmış vergilərin nə dərəcədə həqiqəti əks etdirdiyinə və yoxlamanın nəticələrinin düzgünlüyünə aydınlıq gətirilməsi üçün iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə ilkin ekspert rəyində göstərilən ifadə tərzinə uyğun xx.xx.2022-ci il tarixli ekspert rəyi verilmişdir.

16. İş üçün əhəmiyyət kəsb edən sualların tam ayd ın olmadığı və cavabdeh tərəfindən də “qara mühasibatlığa dair” əlavə materiallar təqdim edildiyi nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yenidən məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “Ekspertizaya təqdim olunmuş iddiaçıya aid kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan vergi dövrləri üzrə hesablanıb dövlət büdcəsinə ödənilməli mənfəət vergisi və əlavə dəyər vergisinin məbləğləri nə qədər təşkil edir?

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2527 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya aid kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrləri üzrə hesablanma aparılması vergilərin hesablanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində yoxlama ilə əlavə hesablanmış vergilərin (ƏDV və mənfəət) və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi əsasında hesablanmış 618499,8 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanmadığı müəyyən olunur. Yəni səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilərin 618499,8 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanmadığı müəyyən olunur. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, ********* *329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda da göstərilənlərin düzgünlüyü müəyyən olunmadı. Həmçinin, iddiaçı tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla müəssisənin 2017-2019-cu illərə dair dövriyyəsi üzrə yoxlama aktında göstərilən əlavə hesablanmış mənfəət vergisinin, ƏDV-nin azaldılması və 618499,8 manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunmur. Həmçinin, müəssisənin özünün hesabladığı və vergi orqanına təqdim edilmiş mənfəət vergisi üzrə sonuncu bəyannamə məlumatları 2017-ci il üzrə 153420,83 manat, 2018-ci il üzrə 122663,13 manat, 2019-cu il üzrə 174792,28 manat, ümumilikdə 450876,24 manat təşkil edir. Müəssisə tərəfindən xx.xx.2017-ci il t arixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər üzrə hesablanıb dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisinin məbləğləri üzrə açıqlama aşağıdakı kimi olmuşdur: 2017-ci il ƏDV vergisi üzrə 748017,25 manat, 2018-ci il ƏDV vergisi üzrə 1054309,24 manat, 2019-cu il ƏDV vergisi üzrə 215622,06 manat əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Eyni zamanda, tədqiqat materiallarında səyyar vergi yoxlaması ilə yoxlamanın ayrı-ayrı dövrləri üzrə 7917554,55 manat əlavə dəyər vergisi üzrə artıq hesablanma müəyyən edilmişdir

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Həmid Həmidov və Xəyalə Cəmilova) 21 iyul 2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin “qara mühasibatlıqla” bağlı mübahisələndirilən hallarına aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verə bilməmiş, həm də iddiaçının ikinci tələbi, mənası baxımından həmin qərarın tam ləğvini eh tiva etdiyi halda, iddiaçıya həmin hissədə İPM-in 13-cü maddəsinə uyğun olaraq xidməti vəzifəsindən irəli gələrək, tələbini sadə ifadə tərzində dəqiqləşdirilməsində yardımçı olmamışdır.

20. Məhkəmə kollegiyası iş üzrə xx.xx.2022-ci il tarixli ekspert rəyindəki xx.xx.2020ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda göstərilənlərin düzgünlüyünün müəyyən olunmaması barədə nəticə ilə razılaşmır. Çünki, ekspert gəldiyi bu nəticəni qətiyyən əsaslandırmamışdır. Cavabdehin həmin qərarı ilə bağlı aparılan məhkəmə tədqiqatının halları ilə sübuta yetirilir ki, həmin qərarla iddiaçıya 2019-cu ilin hesabat dövrü üçün hesablanmalı olan mənfəət vergisi 112200 manat məbləğində deyil, 62905,21 manat məbləğində təşkil edir. Yəni 62905,21 manat məbləğində hissənin əsassız olduğu sübuta yetirilmişdir. Belə ki, səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktının 13/25 nömrəli vərəqindən görünür ki, həmin aktda 2019-cu ilin yekunu üzrə artırılmış olan respublika hüdudlarından kənarda əldə edilən gəlirin 561000 manat həcmində düzəliş edilərək 246473,93 manat gəlir əldə olunduğu göstərilmişdir. Cavabdehin hazırkı apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, kameral yoxlama ilə müəyyən olunan gəlir məbləğinə səyyar vergi yoxlaması ilə düzəliş olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 105.1.1-ci maddəsinə əsasən, 20 faiz dərəcəsi ilə hesablama aparıldıqda 561000 manatdan hesablanan mənfəət vergisi 112200 manat təşkil etdiyi halda, 24 6473,93 manat məbləğində gəlirdən hesablanan mənfəət vergisi 49294,79 manat təşkil edir. Yəni iddiaçıya əsassız olaraq 62905,21 manat əlavə mənfəət vergisi hesablanmış olur. Beləliklə də, xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 112200 manat mənfəət vergisinin 62905,21 manat məbləğində hissəsinin əsassız hesablandığı sübuta yetirilir. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin hissədə iş materialları hərtərəfli araşıdırlmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, həmin sübutlarla müəyyən edilən hallar üzrə düzgün nəticəyə gəlinməmişdir.

21. İddia tələbinin xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozu lmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli **********198097 səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama vergi orqanının xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına və xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin vergi orqanında olan baza məlumatlarına əsasən aparılmışdır. xx.xx.2022-ci il tarixli ekspert rəyində ekspert, “qara mühasibatlıq” materiallarında təsbit olunan məlumatların qeyrimüəyyənliyi, ilkin mənbə məlumatlarının yoxluğu üzündən həmin məlumatlara əsasən vergiləri hesablaya bilməmişdir. Məhkəmə kol legiyası faktlar nöqteyi- nəzərindən ekspertin ona təqdim olunmuş qara mühasibatlığa dair elektron daşıyıcıda olan məlumatlara əsasən iddiaçının vergi öhdəliyini dəqiqliyi ilə müəyyən etməsini əslində mümkün də hesab etmir. Belə ki, vergi orqanı tərəfindən hesablanmış həmin vergilərin düzgünlüyü elektron daşıyıcıdakı fayllarda olan cədvəldəki kəmiyyət göstəricilərinin əsasını təşkil edən sübutetmə vasitələri, o cümlədən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun.

22. Qanunvericiliyin tələbinə görə, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi və s. vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kə miyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında hesablanmışdır, həmin məlumatların doğruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz vergi orqanının öz üzərinə düşür. İş materiallarında olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol müəssisənin rəhbərinin (X1) iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında müəssisədən g ötürülən elektron daşıyıcıların hansı məlumatları özündə əks etdirməsi, hansı mənbədə işlənildiyi və haradan çıxarıldığı həmin prosesdə iştirak edən müəssisə rəhbərinin diqqətinə çatdırılmamışdır. Yuxarıda qeyd olunanlar baxımından, elektron daşıyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir.

23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyova) 03 fevral 2023-cü il tarixli, 2-1(102)-44/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində ekspert onun qarşısında qoyulmuş suala cavab verməkdən, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, “qara mühasibatlıq” materiallarında təsbit olunan məlumatların qeyri-müəyyənliyi, ilkin mənbə məlumatlarının yoxluğu” səbəbi ilə deyil, “kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən hesablamanın qanunvericilikdə nəzərdə tutulmaması” məzmununda hüquqi mövqedən çıxış etməklə imtina etmişdir. Qoyulan sual üzrə tədqiqatın aparılmasının faktlar nöqt eyi-nəzərindən mümkünsüzlüyünə dair qənaət isə apellyasiya instansiyası məhkəməsinin özünün subyektiv mülahizələrinə əsaslanır.

26. İddiaçıdan götürüldüyü müvafiq protokolda təsbit olunan “qara mühasibatlıq” sənədlərinin mənbəyi və ya mənsubiyyəti, buradan, vergi ödəyicisi tərəfindən özünün maliyyə-təsərrüfat fəaliyyətində ikili mühasibatlıq tətbiq etdiyi mübahisəsiz olduğu halda, həmin sənədlərdəki məlumatlara münasibətdə cavabdehin dəlilləri, o cümlədən, VM-in 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən təmin olunmamasının səbəbləri araşdırma predmeti olmayıb.

27. Digər tərəfdən, əgər apellyasiya instansiyası məhkəməsi inzibati orqanın qərarının qanunsuzluğunu icraat qaydalarının inzibati orqan tərəfindən pozulması ilə (işin hallarının tam və hərtərəfli araşd ırılmaması və s.) əlaqələndirirsə, bu halda, İPM-in 70.1-ci maddəsinin tələbini nəzərə almalı idi. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamışdır. Bunun üçün isə hazırkı işin xüsusiyyətləri və cavabdehin dəlilləri nəzərə alınmaqla, VM-in 16.1.3, 130.1 və 130.2ci maddələrinin tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunub-olunmadığı, cavab mənfi olduqda, bunun səbəbləri araşdırılmalı idi. Çünki, vergi orqanının əlavə araşdırma aparıb-aparmamasından asılı olmayaraq, həmin normaların tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunmadığı, bu səbəbdən də vergitut ma obyektinin müəyyənləşdirilməsi mümkün olmadığı aşkardırsa, deməli, vergi orqanı ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən, VM-in 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanmaqla, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda isə, həmin mənfəəti (gəliri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ əldə edir. Bu hüququn VM-in tələblərinə uyğun həyata keçirilibkeçirilmədiyi isə sonrakı araşdırmanın predmetidir və hüququn yaranma əsasına təsir etmir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

28. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, ikili mühasibat lığa dair iddiaçıda heç bir sənəd mövcud olmamışdır. Operativ vergi yoxlaması zamanı ofisdəki noutbuklardan sənədlər götürüblər, lakin həmin sənədlərin iddiaçıya aidiyyəti nə istintaqda, nə də ekspertizada müəyyən olunmamışdır. İddiaçıya aid heç bir disk olmayıb. Həmin sənədlərin iddiaçıya, onun sahibkarlıq fəaliyyətinə aidiyyəti yoxdur. Həmin sənədlərlə məhkəmədə tanış olmuşlar.

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Pərviz Hüseynov) 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının birinci tələbindən göründüyü kimi, o, cavabdehin xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvini tələb edir. İddiaçının 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş (DTA 01) ərizələrinə əsasən cavabdeh kameral qaydada gəliri 561000 manat müəyyən etmiş və nəticədə ümumi olaraq 286992,28 manat mənfəət vergisi hesablamışdır. xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktının 13/25 nömrəli vərəqindən görünür ki, həmin aktda 2019-cu ilin yekunu üzrə artırılmış olan respublika hüdudlarından kənarda əldə edilən gəlirin 561000 manat həcmində düzəliş edilərək 246473,93 manat gəlir əldə olunduğu göstərilmişdir. Vergi Məcəlləsinin 105.1.1-ci maddəsinə əsasən 20 faiz dərəcəsi ilə hesablama aparıldıqda 561000 manatdan hesablanan mənfəət vergisi 112200 manat təşkil etdiyi halda, 246473,93 manat məbləğində gəlirdən hesablanan mənfəət vergisi 49294,79 manat təşkil edir. Yəni iddiaçıya əsassız olaraq 62905,21 manat əlavə mənfəət vergisi hesablanmış olur. Beləliklə də, xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Ver gilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə hesablanmış 112200 manat mənfəət vergisinin 62905,21 manat məbləğində hissəsinin əsassız hesablandığı sübuta yetirilir.

31. İddiaçının ikinci tələbindən göründüyü kimi, o, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2017-xx.xx.2019-cu illərin fəaliyyət dövrü üzrə müəssisədə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsini tələb edir. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama vergi orqanının xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına və xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin vergi orqanında olan baza məlumatlarına əsasən aparılmışdır.

32. İkinci apellyasiya baxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərilənlər baxımından araşdırma zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) verilən suallara cavabında bildirmişdir ki, ikili mühasibatlığa dair iddiaçıda heç bir sənəd mövcud olmamışdır. Operativ vergi yoxlaması zamanı bildirilir ki, ofisdəki noutbuklardan sənədlər götürüblər, lakin həmin sənədlərin iddiaçıya aidiyyəti nə istintaqda, nə də ekspertizada müəyyən olunmamışdır. İddiaçıya ai d heç bir disk olmayıb. Həmin sənədlərin iddiaçıya, onun sahibkarlıq fəaliyyətinə aidiyyəti yoxdur. Həmin sənədlərlə məhkəmədə tanış olmuşlar.

33. Qanunvericiliyin tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s. vergilər) ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyən olduğundan iddiaçının sahibkarlıq fəaliyyətinə aid etmək mümkün olmur. Ən azından, həmin məlumatları formalaşdıran hallar (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyri-qanuni liyi təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil.

34. Məhkəmə kollegiyası qeyd edir ki, elektron daşıyıcıda təsbit olunan məlumatların iddiaçıya aid edilməsi, bununla yanaşı, həmin məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəliyidir. Belə ki, İPM-in 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının “qar a mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.

35. Bu, onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu v ə həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

36. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almal ı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).

37. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

38. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin qərarında qeyd etdiyi göstərişlərin heç birinə əməl etməmiş, əksinə əvvəlki apellyasiya baxışı zamanı qeyd edilən əsaslandırmanı təkrarlamışdır. İddiaçıya mün asibətdə səyyar vergi yoxlaması Vergi Auditi Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına, xx.xx.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və iddiaçının Dövlət Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparılmışdır. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinə əsasən, nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar – cədvəllər ilkin uçot sənədi hesab edilir. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş və “qara mühasibatlıq” sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu haqqında qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi vergilərin hesablanması əsasları ilə mühasibat uçotunun aparılması qaydalarını fərqləndirməmiş və bu istiqamətləri eyni xətt hesab etdiyi üçün vergilərin hesablanması zamanı mütləq şəkildə rəsmi sənədlərə istinad edilməsini vacib tələb hesab etmişdir ki, bu da birbaşa Vergi Məcəlləsinin 130.1-ci maddəsinə ziddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi nin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyic isinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Maddə 13.2.11. Xidmət (iş) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyə tdir. Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan d igər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borclud ur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçir ildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəx sləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 41. “Mühasib at uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

42. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-сi il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” 2.1.14. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habe lə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir; 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv ar aşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Ə saslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkil də öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verili r. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

46. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə qismən əsaslıdır. Belə ki, iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, həmin hissədə kassasiya instansiyası məhkəməsinin göstərişl ərinin icrası baxımından işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, qeyd edilən hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

49. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

50. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən mə qsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

51. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarlarının ləğv edilməsinə və bunun üzərindən həmin qərarlarla onun üzərinə qoyulmuş əlavə vergi öhdəliyinin aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Bu zaman iddiaçı ona istinad edir ki, cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində ona əlavə vergi məbləği Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli, **********141279, **********1277 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına, xx.xx.2020-ci il tarixli, VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar əsasında hesablanmışdır və vergilərin bu qaydada hesablanması qanunsuzdur.

52. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı yoxlanılan dövr üzrə meşə materiallarının, tikinti materiallarının və sanitar-texniki avadanlıqların topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, idd iaçının 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561000 manat gəlir əldə etməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0 manat gəlir göstərməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və nəticədə iddiaçıya 112200 manat məbləğində əlavə vergi hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərar qəbul edilmişdir.

53. İddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərarın ləğv edi lməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən qərar 62905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində ləğv olunmuşdur.

54. Apellyasiya instansiyası məhkəməsi həmin hissə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş (DTA 01) ərizələrinə əsasən, cavabdeh kameral qaydada 561000 manat gəlir məbləği müəyyən etmiş və son olaraq iddiaçıya 286992,28 manat mənfəət vergisi hesablamışdır. xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktından (13/25 nömrəli vərəqədən) görünür ki, həmin aktda 2019-cu ilin yekunu üzrə respublika hüdudlarından kənarda əldə edildiyi iddia olunan 561000 manat gəlir məbləğinə düzəliş edilmiş və müvafiq olaraq 246473,93 manat gəlir əldə edildiyi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 105.1.1-ci maddəsinə əsasən, 20 faiz dərəcəsi ilə hesablama aparıldıqda 561000 manatdan hesablanan mənfəət vergisi 112200 manat təşkil etdiyi halda, 246473,93 manat məbləğində gəlirdən hesablanan mənfəət vergisi 49294,79 manat təşkil edir. Yəni iddiaçıya əsassız olaraq 62905,21 manat əlavə mənfəət vergisi hesablanmışdır.

55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qeyd edilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, həmin hissədə işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

56. Qanunvericiliyin yuxarıda i stinad olunan normaları baxımından “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərarın 62905,21 manat məbləğində əlavə vergi hesablanması hissəsində ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

57. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən həmin hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gə ldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Həmin hissədə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə isə iş üzrə materiallardan müəyyən edilir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********197997 nömrəli qərarına əsasən, iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə səyyar verg i yoxlaması keçirilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir.

59. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama vergi orqanının xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına və xx.xx.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlara (“qara mühasibatlıq” sənədlərinə) və iddiaçının vergi orqanında olan baza məlumatlarına əsasən keçirilmişdir.

60. Səyyar vergi yoxlaması nəticəsində iddiaçının 2017-2019-cu illər üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1599436,21 manat, həmçinin 2017-2019-cu illər üzrə ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2017948,55 manat azaldıldığı, eləcə də nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların ******* manat məbləğində nağd qaydada həyata keçirildiyi müəyyən edilmiş və cavabdeh tərəfindən iddiaçıya münasibətdə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərar qəbul edilmişdir.

61. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərar ın ləğv edilməsi hissəsində apellyasiya məhkəməsinin qərarının ləğv olunması Ali Məhkəmə tərəfindən “qara mühasibatlıq” sənədlərinə əsasən vergilərin hesablanmasına dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən yayınma və ya həmin təcrübənin dəyişdirilməsi kimi qəbul olunmamalıdır. Belə ki, hazırkı iş bu qəbildən olan əvvəlki işlərlə yalnız zahiri baxımdan oxşardır, işin mahiyyəti baxımından isə bu oxşarlıq müəyyən olunmur. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə fərqli yanaşma baxılan işin fərqli faktiki hallara (xüsusatlara) malik olması və iş üzrə obyektiv qərarın qəbulu baxımından həmin halların şübhələri aradan qaldıracaq həcmdə yoxlanılması, həmin halları təkzib və ya təsdiq edən sübutların araşdırılması zərurətindən irəli gəlir.

62. Məhkəmə kollegiyası cavabdeh tərəfindən “q ara mühasibatlıq” sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya məhkəməsinin formalaşmış hüquqi mövqeyinə sadiqliyini bir daha vurğulayaraq qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.

63. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aşağıdakı aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər.

64. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərin in elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir.

65. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.

66. Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən is tifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi cavabdeh tərəfindən vergilərin hesablanması zamanı istifadə olunmuş “qara mühasibatlıq” sənədlərini bu qərarın 63-65-ci bəndlərində qeyd olunan tələblər baxımından yoxlamamış, bununla bağlı bu qərarın 61-65-ci bəndlərində qeyd olunan qaydada araşdırma aparmamışdır.

68. İş üzrə materiallardan görünür ki, ikinci apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) bildirmişdir ki, ikili mühasibatlığa dair iddiaçıda heç bir sənəd mövcud olmamış, sənədlər operativ vergi yoxlaması zamanı ofisdəki noutbuklardan götürülmüş, lakin həmin sənədlərin iddiaçıya aidiyyəti müəyyən olunmamışdır. İstinad olunan sənədlərin iddiaçıya, onun sahibkarlıq fəa liyyətinə aidiyyəti yoxdur. Apellyasiya məhkəməsi ən azından operativ vergi yoxlaması zamanı sözügedən sənədlərin götürüldüyü noutbukların kimə aid olduğunu, hansı səbəbdən iddiaçının ofisində olduğunu, götürülmüş sənədlərdəki məlumatların iddiaçının fəaliyyət sahəsi ilə bağlılığını (iddiaçının satdığı və aldığı mal və ya xidmətlə uyğunluq baxımından) müəyyən etməli və bu qərarın 63-65-ci bəndlərində qeyd olunan tələblərə uyğunluğunu yoxlamalı idi. Lakin apellyasiya məhkəməsi həmin sənədlərin, yəni elektron daşıyıcıda olan cədvəllərdə əksini tapmış kəmiyyət göstəricilərinin əsasını təşkil edən sübutetmə vasitələrinin, o cümlədən ilkin mühasibat sənədlərinin mövcud olmamasına istinadən həmin məlumatlardan istifadəni mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı həmçinin qeyd ed ir ki, apellyasiya məhkəməsi bu qənaətə gələrkən nəzərə almalı idi ki, həmin sənədlər ona görə “qara mühasibatlıq” sənədləri adlanır ki, həmin sənədlərin və orada əksini tapmış məlumatların hər hansı ilkin mənbəyi (müvafiq mühasibatlıq sənədləri və s.) apriori mövcud olmur və ola da bilməz.

69. Bundan başqa, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin bu qərarın 25-27-ci bəndlərində qeyd olunmuş göstərişlərini də tam şəkildə və lazımi qaydada icra etməmiş (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(102)44/2023 nömrəli qərarı), sadəcə olaraq iddiaçının nümayəndəsinin izahatı və ekspert rəyi əsasında qərar qəbul etmişdir.

70. Qeyd edilənlər baxımından, iddia tələbinin “Ve rgi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, qeyd edilən hissədə məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

71. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

72. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaql a kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

73. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə qismən təmin edilməli və iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə və bu qərarın 61-65-ci bəndlərində ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

75. Qeyd edilən hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına gö ndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

76. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarı qismən, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilir. İş qeyd edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2013/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar