Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-847/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; qazmaçı, mexanik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1967-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosia l Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2102/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək müddətli həqiqi hərbi xidmət keçmiş, 1984-cü il tarixdə Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1991-ci ilin iyun ayında bitirmişdir.
2. İddiaçıya məxsus ******* saylı əmək kitabçasından müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildən 1991-ci ilədək Əzizbəyov adına Azərbaycan Sənaye Universitetində təhsi l almış, xx.xx.1986-ci ildən xx.xx.1988-ci ilədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf1" X7 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş (Əmr 149/k, xx.xx.1991-ci il), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-1” X7 5-ci dərəcəli qazmaçı köməkçisi (Əmr 30/k, xx.xx.1992-ci il) xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək “Şelf-3” X3maçı köməkçisi (Əmr 96/k, xx.xx.1992-ci il), xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək “Şelf-3" X7 buruq avadanlığı üçün mexanik vəzifəsində, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək “X4” şirkətində sıravi köməkçi, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək “Deutsche Tiefbohr A.G” şirkətində boru operatoru, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək “KCA Deutag Tiefbohr gesellschaft mbH” şirkətində qazmaçı köməkçisi, xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı, xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində növbə rəisi vəzifələrində işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 saylı imtina məktubu ilə bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təs diq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) quyuların tədqiqatı üzrə operatorlar, quyuların yoxlanılması (sınanması) üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “X1”-in xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətdə sıravi köməkçisi və boru operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sıravi köməkçisi və boru operatoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifələrə uyğun deyil. Bu səbəbdən d ə güzəştli iş stajı xx.xx.2006-cı il tarixinədək 10 ildən az (1 il (xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - X.Ne ftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1 Qazma siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş qərarını nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. iddiaçının əsaslandırması:
7. İddia onunla əsaslandırılmışdır k i, iddiaçı 1984-1991-ci il tarixində M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda ali təhsil almış, 1991-ci ilin oktyabr ayından şirkətdə müxtəlif dövrlərdə sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrində çalışmışdır.
8. SOCAR-ın xx.xx.2022-ci il tarixli arxiv arayışı və "xxxx" MMC-nin verdiyi arayışlarda göründüyü kimi, iddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində işləmişdir.
9. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı,
1. Qazma siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda
10. Neftin qazılması və hasilatı neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.1 Qazma fəhlə hissəsinə nəzərdə tutulduğu, onun 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stajı olduğu halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. cavabdehin etirazı:
10. Cavabdeh iddia tələbinə y azılı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1984-cü il tarixdən əmək fəaliyyətinə başladığını, 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stajı olduğunu, lakin cavabdeh tərəfindən güzəştli stajının 1 il nəzərə alındığını qeyd etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən l/İT-l ******* nömrəli əmək kitabçasına və əlavə olunmuş sənədlərə əsasən onun güzəştli iş stajının 10 ildən az (1 il (xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajın a malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pens iya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hə dləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, dənizdə neftçi kimi çalısan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var.
12. İş üzrə icraat materiallarına əlavə edilmiş “Turan Drilling & Engineering LLC”-nin xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında iddiaçı xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.1998-xx.xx.2004-cü il tarixlər i arasındakı dövr ərzində boru operatoru, xx.xx.2004-xx.xx.2005-ci qazmaçı köməkçisi, xx.xx.2005-xx.xx.2005-ci il tarixlə arasındakı dövr ərzində isə qazmaçı vəzifələrində işlədiyi, həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının 1 nömrəli siyahısının X bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalının ******* şifrəsinə (Qazmaçı- a) fəhlə) uyğun olduğu göstərilmişdir. 13. "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il t arixli, 320 №-li qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının X bölməsinin (“Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və sistin emalı”) 1-ci bəndində qazmaçı - fəhlə, quyuların tədqiqatı üzrə operatorlar, quyuların yoxlanılması (sınanması) üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur.
14. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və “Turan&Drillinq Engineering LLC”-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr, yəni sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi istinad olunan Siyahıda öz əksini tapmamış, həmin arayışda istinad olunan Siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir.
15. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Arxiv arayışları və arayışlar:
16. SOCAR xx.xx.2022-ci il tarixli SOCAR**********80020123 X00165 saylı arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1991-ci ildən (Əmr №149/k, xx.xx.1991-ci il) “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X5 İdarəsində işləmişdir. “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin xx.xx.1993-cü il 78 №li əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X5 İdarəsinin adı dəyişdirilərək X2 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft“ İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə X2 Qazma İdarəsi Qazma Sexi kimi "Bayıl Limanı“ X5 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri" tresti yaradılmışdır və “Bayıl Limanı“ X5 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” X5 İdarəsinin adı dəyişdirilərək “Xəzər“ X5 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən "Xəzər” X5 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCARyi3-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri“ trestinin “Sahil“ Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid“ İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqınd a” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf-1" X7 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş (Əmr 149/k, xx.xx.1991-ci il.), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-1” X7 5-ci dərəcəli qazmaçı köməkçisi ( Əmr 30/k, xx.xx.1992-ci il.), xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-3” X7 5-ci dərəcəli qazmaçı köməkçisi (Əmr 96/k, xx.xx.1992-ci il.), xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-3” X7 buruq avadanlığı üzrə mexanik ( Əmr 125/k, xx.xx.1992-ci il), xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək “Şelf-3” X7 5-ci dərəcəli qazma çı köməkçisi peşəsinə keçirilmişdir (Əmr 93/k, xx.xx.1993-cü il), xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək “Şelf-3" X7 buruq avadanlığı üçün mexanik vəzifəsinə keçirilmiş (Əmr 8/k, xx.xx.1995-ci il), xx.xx.1997-ci ildən işdən azad edilmişdir (Əmr 276/k, xx.xx.1997-ci il). Ümumi iş stajı: 5 il 11 ay 6 gün, Güzəştli iş stajı: 5 il, 11 ay, 6 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-11297-kodu ilə qazmaçılar peşəsi, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər peşəsi 5 il, 11 ay, 6 gün güzəştli iş stajı təşkil edir.
17. Azərbaycan Dövlət Neft və Sə naye Universitetinin 01843 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1984-cü ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyularının qazılması texnologiyası” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş (Əmr: №02/882, xx.xx.1984-cü il), 1984-ci ildə əyani şöbənin İİ kursundan həqiqi hərbi xidmətə çağırılmış (Əmr: № 02/718, xx.xx.1986-cı il) və 1988-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa olmuş (Əmr: № 02/781, xx.xx.1988-ci il), 1991-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmiş (Əmr: № 02/906, xx.xx.1991-ci il), OB-İ № 082060 seriyalı diplom verilmişdir. 18. “Turan Drilling and Engineering” şirkətinin xx-xx-2022-ci il saylı xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı (FİN- xxxxxxx) xx.xx.2019-cu il tarixindən etibarən “Turan Drilling and Engineering” şirkətində növbə supervayzeri vəzifəsində işləyir, işçinin xahişi ilə əmək kitabçasına əsasən nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı bundan başqa xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək “X4” şirkətində sıravi köməkçi, xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Deutsche Tiefbohr A.G” şirkətində boru operatoru, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı köməkçisi, xx.xx.2005-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı, xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində növbə rəisi vəzifələrində işləmişdir. 26 iyul 2018-ci il tarixində "KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. "xxxx" MMC təsis olunanadək 1995-ci ildən başlayaraq BP (British Petroleum) əməliyyat şirkətinin Xəzər dənizindəki neft-qaz buruqlarında - Çıraq, Qərbi Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Şahdəniz və X8 yataqlarında "X4”, "Deutsche Tiefbohr-AG., Baku", "KCA Deutaq Caspian Limited" və "KCA Deutag Tiefbohrgesellschaft" adlanan Azərbaycan Respublikasındakı nümayəndəliklər qazma və mühəndislik xidmətlərini həyata keçirmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin və şirkətlərin adlarının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İşçi yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İşçinin işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. İddiaçı yuxarıda qeyd edilən şirkətlərdə və hazırkı “Turan Drilling and Engineering Company" MMC-də işlədiyi bütün peşələrin (vəzifələrin) vəzifə təlimatları arayışa əlavə edilir. Nəzərinizə çatdırmaq istərdik ki, İddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan neft və qaz quyularının qazılması işlərində iştirak edib. Bu fəaliyyətə aid olan peşələr Azə rbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən - “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı,
1. Qazma” siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1. Qazma a) fəhlə hissəsində göstərilmişd ir. 19. “Turan Drilling and Engineering” şirkətinin xx.xx.2022-ci il tarixli arayışı ilə bildirilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) həqiqətən, əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixində “X4” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Sıravi köməkçi” vəzifəsinə qəbul edilib. xx.xx.1998-ci il tarixində “Deutsche Tiefbohr-A.G., Baku” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Boru operatoru” kimi keçirilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Qazmaçı köməkçisi” vəzifəsinə təyin olunub. xx.xx.2005-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Qazmaçı” vəzifəsinə təyin edilib. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə rəisi” vəzifəsinə keçirilib. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2011-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin nümayəndəliyinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə rəisi” vəzifəsinə qəbul edilib. xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbh” şirkətinin nümayəndəliyində əmək müqaviləsinə xitam verilib. xx.xx.2019-cu ildə "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə “Növbə supervayzeri” vəzifəsinə keçirilib. Hal-hazırda " xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neftqaz əməliyyatları üzrə “Növbə supervayzeri” vəzifəsində işləyir. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx"' MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft- qaz əm əliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazmaçı köməkçisi, Qazmaçı, Növbə rəisi və Növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun olaraq adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi Sıravi köməkçi, Boru operatoru, Qazmaçı köməkçisi, Qazmaçı, Növbə rəisi və Növbə supervayzeri vəzifələri siyahıda göstərilən neft və qaz ü çün istismar və kəşfiyyatqazma quyularının qazmaçıları peşəsinə uyğundur. Həmin işin funksiyaları barədə hazırkı arayışla aşağıdakı kimi izah veririk: Yuxarıda göstərilən peşələr, yəni İddiaçı: xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək işlədiyi (1 il, 21 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi (5 il, 3 ay, 23 gün) Boru operatoru (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi (1 il, 1 gün) Qazmaçı köməkçisi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək işlədiyi (6 i l, 1 ay, 1 gün) Qazmaçı (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək işlədiyi (8 il, 3 ay, 1 gün) Növbə rəisi (bu vəzifədə faktiki olaraq qazmaçı fəhləsinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.2019-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 3 il, 7 ay) növbə supervayzeri (bu vəzifədə faktiki olaraq qazmaçı rəisi peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının
10. Neftin qazı lması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 25 il, 3 ay 12 gün təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2552/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin t əmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır.
22. İddiaçıya məxsus əmək kitabçası və güzəştli iş stajı haqqında arayışlarla müəyyən edilmişdir ki, iddiaçının güzəştli iş stajı 10 ildən artıq təşkil edir.
23. Cavabdeh iddiaçının “X1”də xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sıravi köməkçisi və boru operatoru vəzifəsində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında göstərilmədiyini əsas gətirmişdir.
24. Halbuki, iddiaçı xx.xx.1991-xx.xx.1992-ci illərdə “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ “Şelf-1" X6 4-cü dərəcəli qazmaçı köməkçisi – 5 ay 20 gün, xx.xx.1992-xx.xx.1992-ci illərdə “Şelf-1” X7 5-ci dərəcəli qazmaçı köməkçisi – 6 ay 11 gün, xx.xx.1992-xx.xx.1995-ci illərdə “Şelf-3” X3maçı köməkçisi – 2 il 5 ay 20 gün, xx.xx.1995-xx.xx.1997-ci illərdə “Şelf-3" X7 buruq avadanlığı üzrə mexanik – 2 il 5 ay 17 gün, xx.xx.1997-xx.xx.1998-ci illərdə “X4” şirkətində sıravi köməkçi – 1 il 20 gün, xx.xx.1998-xx.xx.2004-cü illərdə “Deutsche Tiefbohr A.G” şir kətində boru operatoru – 5 il 3 ay 21 gün, xx.xx.2004-xx.xx.2005-ci illərdə “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı köməkçisi – 1 il 29 gün, xx.xx.2005xx.xx.2006-ci illərdə “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində qazmaçı – 1 il işləməklə, ümumilikdə 14 il 18 gün xüsusi iş stajını toplamışdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi ndə: 1100000a—11297 saylı şifrlə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər peşəsi təsbit olunmuşdur.
26. Həmçinin iş materiallarında olan “Turan Drilling and Engineering” şirkətinin güzəştli işlər barədə arayışları ilə bildirilmişdir ki, iddiaçının işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun olaraq adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, iddiaçının yuxarıda işlədiyi peşələr (vəzifələr) qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələri siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə uyğundur.
27. Belə olan halda cavabdeh tərəfindən sıravi köməkçi və boru operatoru vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında göstərilmədiyini əsas gətirərək güzəştli iş stajı kimi nəzərə alınmaması əsassız olmuşdur.
28. İddiaçının ümumi iş stajını t oplaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarından məlum olur ki, iddiaçı tələb olunan 20 ildən artıq ümumi, tələb olunan 10 ildən artıq isə xüsusi iş stajını toplamışdır.
29. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-2102/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2552/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
32. Cavabdeh kassasiya şik ayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.
34. Şikayətdə, həmçinin qeyd edilmişdir ki, işə apellyasiya instansiyası məhkəməsi qismində baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023cü il tarixli 2-1(103)-2102/2023 nömrəli qərarının əsaslandırma hissəsindən görünür ki, məhkəmə iddiaçının güzəştli iş stajına aşağıdakı kimi münasibət bildirmişdir: “Turan Drilling and Engineering” şirkətinin güzəştli işlər barədə tədqiq olunan arayışlarından da göründüyü kimi, iddiaçının işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun olaraq adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı yuxarıda işlədiyi peşələr (vəzifələr) qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi sıravi köməkçi, boru operatoru, qazmaçı köməkçisi, qazmaçı, növbə rəisi və növbə supervayzeri vəzifələri siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat- qazma quyularının qazmaçıları peşəsinə uyğundur. Həmçinin, tədqiq olunan təlimatlardan aydın görünür ki, qazmaçı və qazmaçı köməkçisi eyni işləri görürlər. Digər tərəfdən, məhkəmə praktikasında analoji işlərdə həmin vəzifələrdə çalışan dəniz neftçilərinin fəaliyyəti güzəştli pensiya hüququ verən göstəricilər kimi nəzərə alınmışdır. 35. 11.12.2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışım təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərin i əks etdirməli, əsaslandırılmış olmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.
37. Etirazda qeyd edilmişdir ki, məhkəmə kollegiyası işin hallarını hər tərəfli və obyektiv araşdırıb müvafiq prosessual və maddi hüquq normalarım düzgün tətbiq edərək, mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri görərək, düzgün nəticəyə gəlmişdir. Buna görə də cavabdehin kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2102/2023 saylı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçı xx.xx.1784-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 20 ildən çox ümumi, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı var. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada). Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 39. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) ye raltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı: 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şi stin emalı. 1100000a- a) fəhlələr 1100000a - 11297-neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər 41. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
42. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəmə sinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində təkrarlanan dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına malik olduğu işin mübahisəsiz halıdır.
48. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə isə, iddiaçının xx.xx.2006-cı il tarixədək çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000a – 11297 və 1100000b23485 kodları üzrə ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir.
49. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışlar təqdim edilmişdir.
50. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur.
51. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların h əqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
52. İddiaçının iş yerindən təqdim edilmiş arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
53. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
54. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apelly asiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2102/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.