Məhkəmə qərarları › İş №2-1(102)-850/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-850/2021

26.05.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-850/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər: «xxxx» firması və Nizami rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: cavabdehin qanunsuz hərəkəti, əmlakın sökülməsi, kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: «xxxx» firması və Nizami rayon İcra Hakimiyyəti) «ma ddi ziyanın tutulması» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 21(103)-1451/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli, 498 saylı sərəncamı ilə İddiaçına ünvan 1 ünvanında yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilmişdir.

2. İddiaçı tərəfindən həmin ərazidə bir neçə ictimai iaşə obyektləri yaradılmışdır.

3. Nizami rayon İcra Hakimiyyətinin 29.05.2007-ci il tarixli, 03/582 saylı məktubu və iddiaçının 28.04.2007-ci il tarixli, AS/İ-91 saylı müraciəti əsasında, Bakı şəhər İcra Hakimiyyətinin 13.08.2007-ci il tarixli, 378 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli, 498 saylı sərəncamı ləğv edilmişdir.

4. İstirahət parkı 2008-ci il tarixdən hasara alınaraq təmirə dayanmış, parkda iddiaçıya məxsus əmlaklar parkın rekonstruksiya işləri ilə əlaqədar sökülmüşdür.

5. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14.09.2010-cu il tarixli 267 saylı və 22.04.2011-ci il tarixli, 192 saylı sərəncamlarına əsasən istirahət parkı 49 illik müddətə “xxxx” MMC-nin istifadəsinə verilmişdir.

6. Bundan sonra iddiaçı 05.12.2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus tikililərin sökülməsinə görə dəymiş ziyanın əvəzi olaraq 208.610 manatın ödənilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavabdeh tər əfindən cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

7. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən istirahət parkının ərazisində yerləşən obyektlərin və avadanlıqların məhv edilməsinə görə cavabdehdən iddiaçının xeyrinə 208.201 manat məbləğində maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli, 498 saylı sərəncamı ilə İddiaçına ünvan 1ndə yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılması üçün torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə firma ya ayrılmış ərazidə 3 ədəd kafe inşa olunub fəaliyyət göstərməyə başlamışdır. 2011-ci ildə park hasara alınıb və ərazidə rekonstruksiya işləri aparılmış, firmaya məxsus 3 ədəd kafe, avadanlığı ilə birlikdə xəbərdarlıq edilmədən sökülmüşdür. Nəticədə firmanın mülkiyyəti qanunsuz məhv edilmişdir. Cavabdeh tərəfindən firmaya rekonstruksiya zamanı kafe obyektlərinin orada yerləşdirilmiş avadanlığı ilə götürülməsinə dair heç bir rəsmi və ya şifahi təklif göndərilməmişdir. Parkın rekonstruksiyası başa çatanda və firma həmin əraziyə daxil olanda məlum olmuşdur ki, 3 ədəd kafe tam sökülüb və avadanlıqlar yoxa çıxmışdır. Əvəzinə həmin ərazidə eyni adlı təzə kafe tikilmişdir. Nizami rayon İcra Hakimiyyətinin Heydər X1 İdarəsi 26 noyabr 2015-ci il tarixli məktubu ilə onlara Bakı şəhəri İcra Hakimiyyə ti Başçısının 14.09.2010-cu il tarixli, 267 saylı və 22.04.2011-ci il tarixli, 192 saylı sərəncamları ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən Heydər Əliyevin adını daşıyan parkın 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verildiyi bildirilmişdir. Əraziyə firmaya məxsus obyektlərin sökülməsi nəticəsində ciddi maddi ziyan vurulmuşdur. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1301/2018 saylı, 11.10.2018-ci il tarixli qərarı ilə (hakim E.M.Mustafayev) iddia rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçı maddi zərərin ödənilməsi barəsində tələb irəli sürsə də, göstərilən zərərin məhz cavabdeh tərəfindən vurulması işin halları ilə müəyyən edilmir.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. b. A pelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2-1(103)-540/2019 saylı qərarı ilə, (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abiyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 1998-ci ildə ona ayrılmış ərazidə parkın 2008-2012-ci illərdə aparılmış rekonstruksiyası nəticəsində ona məxsus obyektlərin və avadanlıqların cavabdeh tərəfindən söküldüyünü və buna görə də məhv edilmiş əmlakın dəyərinin cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, mübahisəli əmlakın cavabd eh tərəfindən sökülməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də iddiaçı mübahisəli əmlakın 3 ədəd kafe və içərisində avadanlıqlar olmaqla söküldüyünü və bununla bağlı 208,610 manat məbləğində maddi ziyan çəkdiyini iddia etsə də, kafelərin tikilməsi və ya quraşdırılmasına çəkilmiş xərclər, avadanlıqların maddi dəyəri barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2-1(102)-1960/19 saylı qərarı ilə (hakimlər R.Nəbizadə (sədrlik edən və məruzəçi), A.Hüseynov və X.Məmmədov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya baxışına göndərilmişdir.

16. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya ayrılan torpaq sahəsində iddiaçı tərəfindən 3 ədəd kafenin inşa edilərək vaxtilə mövcud olması və cavabdeh tərəfindən sökülməsi barədə dəlillərinə və sadalanan sübutlara münasibət bildirməmişdir.

17. Bundan başqa, işin 87-ci səhifəsində olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti “Heydər bağı” Park-Bulvar İdarəsinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanlanan 28 fevral 2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, B.Nuriyev küçəsində yerləşən parkın ərazisində fəaliyyət göstərən iddiaçıya məxsus kafelərin sökülməsi parkın yenidən kons truksiya işləri ilə əlaqədardır. İddiaçıya məxsus sökülmüş obyektlərə parkın ərazisində yenidən bərpası üçün yer verilməsi nəzərdə tutulmamışdır.

18. Bu məktubla bağlı da apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymətləndirmə aparılmamışdır.

19. Bundan əlavə, cavabdehin Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı 28.04.2007-ci il tarixli, AŞ/İ-91 nömrəli məktubda qeyd edilmişdir ki, 27.05.1998-ci il tarixli, 498 saylı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən Heydər parkında uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına dair verilmiş sərəncamın ləğv olunmasına etiraz etmir.

20. Cavabdeh rayon İcra Hakimiyyətinə belə məktub göndərmədiyini bildirsə də, apelyasiya məhkəməsi cavabdehin dəlilini araşdırmamışd ır. Cavabdehin və onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilməmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2248/2019 nömrəli ilə qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), V.Ağayev, A.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tikinti obyektinin eskiz-layihəsinin tərtib olunub Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmasını aparsa da, Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılışdırılmış tikinti pasportu almamış və tikintini qeyd iyyatdan keçirməmişdir. Bundan əlavə, iddiaçının dəymiş ziyanla bağlı istinad etdiyi sübutetmə vasitələrini mötəbər sübutlar kimi qəbul edilə bilməz. Birincisi, ona görə ki, istinad olunan mütəxəssis qiymətləndirmələri eskiz-layihəyə söykənir və nəzəri baxımdan tərtib olunmuşdur. Kafelərə çəkilən xərclər və avadanlıqlarla bağlı siyahılara gəldikdə isə, iddiaçının sadə bir kağız parçasında tərtib etdiyi, həqiqliyi qeyri-müəyyən və əsası bilinməyən həmin xərclər və alınan avadanlıqlar hüquqmüəyyənedici sənədlərlə öz təsdiqini tapmır. Beləliklə də onların mötəbər sübutetmə vasitələri kimi qəbul olunması istisna olunur. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin 27.05.1995-ci il tarixli 498 saylı sərəncamının ləğv edilməsi qarşılıqlı razılıq əsasında həyata keçirilmişdir. İş materiallarının 87-ci vərəqində olan «Heydər-bağı» Park-Bulvar İdarəsinin Bakı şəhər Vergilər Departamentinə ünvanlanmış 28 fevral 2012-ci il tarixli məktubunda – «parkın ərazisində fəaliyyət göstərən İddiaçına məxsus kafelərin sökülməsinin parkın yenidən rekonstruksiya işləri ilə əlaqədar olması»nın qeyd olunması da, məhz tədqiq olunan sənədlərlə müəyyən olunan halların məntiqi davamıdır, yəni iddiaçının, üçüncü şəxs və yerli icra hakimiyyətinin öz aralarında qarşılıqlı razılığından irəli gələn nəticəni özündə əks etdirir. Hər bir halda, qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqan tərəfindən 27.05.1995-ci il tarixli 498 saylı sərəncamın ləğv edilməsi haqqında 378 №-li, 13.08.2007ci il tarixli sərəncamın qəbulunu şərtləndirən faktiki hallar mövcud olmuş və onun hərəkətlərində iddiaçıya ziyan vurulmasına g ətirib çıxaran qanunsuzluq, mülki hüquqa zidd hərəkətin mövcudluğu müəyyən edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2248/2019 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2-1(102)-482/20 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi), İ.Hüseynov və K.Bədəlov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iş materiallarında iddiaçının müvafiq maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə pretenziya məktubu olsa da (iş v.15), həmin məktubun cavabdehə çatdırılmasına dair sübut iş materiallarında mövcud deyildir. Belə olan halda, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbinə mahiyyəti üzrə qiymət verməmişdən öncə, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini yoxlamalı idilər. İşə baxan məhkəmə ilk növbədə parkın ərazsində fəaliyyət göstərən İddiaçına məxsus kafelərin sökülməsinin kim tərəfindən həyata keçirildiyini müəyyən etməlidir ki, bu hazırkı iş üzrə cavabdehin düzgün müəyyən edilməsi baxımından vacibdir. İş materiallarında olan Nizami rayon İcra Hakimiyyətinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanladığı məktubda iddiaçıya məxsus kafelərin sökülm əsinin parkın yenidən rekonstruksiya işləri ilə əlaqədar olduğu qeyd edilsə də, sözügedən rekonstruskiya işlərinin kim tərəfindən (Nizami rayon İcra Hakimiyyəti ya Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən və ya digər inzibati orqan) həyata keçirilməsi iş materialları ilə müəyyən edilmir və bu istiqamətdə aşağı instansiya məhkəmələri araşdırma aparmamış, müvafiq orqanlara sorğu ünvanlamamışdır. Bundan əlavə, iş materiallarında Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıya isitrahət parkında tikinti işlərinin aparılmasına icazə verilməsinə dair sərəncam və bu sərəncamın ləğvinə dair sərəncam mövcuddur ki, tikililərin sökülməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş hər hansı sənəd iş materiallarında yoxdur. Hər bir halda, hazırkı iş üzrə iddiaçıya qanuni əsaslarla verilmiş sahədə icti mai iaşə obyektlərini inşa etməsi və həmin obyektlərin sökülməsi iş materiallarında olan sənədlərlə müəyyən olunur. Belə olan halda, hazırkı iş üzrə söküntünün hansı qurum tərəfindən və hansı qaydada aparılmasının müəyyən olunması, söküntünün aparılmasının qanuniliyinin qiymətləndirilməsi və söküntü nəticəsində maddi ziyan dəyməsi məsələsinin müəyyən edilməsi zərurəti yaranır. c. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 21(10)-1451/2020 saylı qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), V.Məmmədov və N.Cəfərov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əs aslandırmışdır ki, apelyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında rekonstruksiya işlərinin aparılmasının Nizami RİH tərəfindən həyata keçirildiyini bildirmiş, iddiaçının vəkili isə izahatında ziyanın kim tərəfindən vurulduğunu bilmədiklərini bildirmişdir. 11.İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin faktik halları təkrarlanmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamış, iddiaçıya ayrılan torpaq sahəsində iddiaçı tərəfindən 3 ədəd kafenin i nşa edilərək vaxtilə mövcud olması və cavabdeh tərəfindən sökülməsi barədə dəlillərinə və sübutlara münasibət bildirməmişdir. İddiaçının kafelərin tikilməsi və ya quraşdırılmasına çəkilmiş xərclər, avadanlıqların maddi dəyəri barədə iş materiallarının 13, 14, 28, 29 səhifələrində olan sübutlarla bağlı hüquqi qiymətləndirmə aparmamışdır. İşin 87-ci səhifəsində olan “Heydər bağı” Park-Bulvar İdarəsinin Vergilər Departamentinə ünvanlanmış 28 fevral 2012-ci il tarixli məktubu ilə iddiaçının obyektlərinin sökülməsi parkın rekonstruksiyası ilə əlaqədar olmasının bildirilməsinə apelyasiya instansiyası məhkəməsi hüquqi cəhətdən diqqət yetirməmişdir. Cavabdehin istinad etdiyi 28.04.2007-ci il tarixli məktubu ilə torpaq ayrılmasına dair 27.05.1998-ci il tarixli sərəncamının ləğvinə etiraz etməməsini n iddiaçı tərəfindən etiraf edilməməsi və belə məktubun göndərilməməsi faktı və buna aid dəlilləri araşdırılmamışdır. İş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2- 1(102)482/20 saylı qərarı ilə kassasiya şikayəti təmin edilib iş təkrar baxılması üçün apelyasiya instansiyasına göndərilmiş, apelyasiya məhkəməsinə araşdırılmalı olan məsələlər göstərilmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsi tövsiyyələrə müstəqil və heç bir hüquqi cəhətlərə əhəmiyyət vermədən yenə işə formal baxaraq qərar qəbul etmişdir. Heydər Parkı ərazisində rekonstruksiyanı aparan təşkilat müəyyən edilməmiş, bu istiqamətdə müvafiq sorğular göndərilməmiş, iş üzrə tərəf - cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən lazımi sənədlər və məlumatları məhkəməyə təqdim edilməsi tələb olunmamışdır. Üçüncü şəxs “xxxx” firmasından torpağın icarəyə alınması zamanı yerində təhvil-təslim aktı tərtib olunub-olunmaması müəyyən edilməmişdir ki, həmin akt ilə torpaq üzərində mövcud obyektlərin mövcudluğu əks oluna bilərdi. Söküntünün aparılmasının qanuniliyi qiymətləndirilməmişdir və maddi ziyan məsələsi araşdırılmamışdır. Digər üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məhkəmədə prosessual iştirakı təmin olunmamışdır, ona da işlə bağiı heç bir sorğu göndərilməmişdir. Kassasiya şikayətinə qarşı etirazlar

13. Kassasiya şikayətinə qarşı etirazlar daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılması nı və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDDLƏRİ

16. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Kassasiya şikayətində məhkəmənin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmə k və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 386.1. zərərin vurulması öhdəliyin əmələgəlmə əsaslarından biridir. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidi r. Maddə 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

16. «İnzibati icraat haqqında» Qanun Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsində n imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayəti n əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası m əhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə iddiaçıya məxsus tikililərin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üzrə yaranmış mübahisədir.

25. Bu iddia tələbinin hüquqi əsasları kimi “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsi və Mülki Məcəllənin 21, 110-cü maddələrinin tətbiqi üçün iddiaçı onun iddia ərizəsində göstərilən tikililərinin cavabdeh tərəfindən söküldüyünü sübut etməlidir.

26. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil edərək göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.08.2007ci il tarixli, 378 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin 27.05.1998-ci il tarixl i, 498 saylı sərəncamı ləğv edilsə də, iş materiallarında qeyd edilən park ərazisində söküntü işlərinin cavabdeh qismində göstərilmiş Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmasını təsdiq edən hər hansı sərəncam mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi həmçinin tikililərin kim tərəfindən sökülməsi ilə bağlı araşdırma aparmış, həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi tikililərin Nizami rayon İH tərəfindən həyata keçirildiyini bildirmişlər. Məhkəmə kollegiyası bu araşdırmanın davamında göstərmişdir ki, iddiaçının vəkili izahatında ziyanın kim tərəfindən vurulduğunu bilmədiklərini, əvvəl Nizami RİH-ə qarşı iddia qaldırdıqlarını, daha sonra birinci instansiya məhkəməsinin cavabdeh Nizami RİH deyil, Bakı şəhər İH olmalı olduğunu bildirdiyini, bu səbəbdən də yenidən iddia qa ldıraraq cavabdeh qismində Bakı şəhər İH qoyduqlarını qeyd etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində cavabdehlə o dövrdə müqavilə münasibətlərinin mövcud olduğu, məhz cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 14.09.2010-cu il tarixli, 267 saylı və 22.04.2011-ci il tarixli, 192 saylı sərəncamları ilə sözügedən torpaq ərazisinin başqa şəxsə (“xxxx” MMC-yə) icarəyə verildiyi, yəni cavabdehin torpaq sahəsinə və üzərində olan firmaya məxsus əmlaka dair sərəncam verdiyi, bu nöqteyi-nəzərdən cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşımalı olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçının iddia qaldırarkən belə söküntü işlərinin Bakı şəhər İcra Hakimiyyəti və ya Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən aparılması barədə məlumatı olmamışdır. Ape lyasiya instansiyası məhkəməsi bu hallara əsasən o nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçına ünvan 1 ünvanında yerləşən istirahət parkının ərazisində obyektlərin və avadanlıqların məhv edilməsinə görə 208.610 manat məbləğində maddi ziyanın vurulmasını təsdiq edən hər hansı hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğundur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin qərarında verilmiş göstərişlərə əməl olunmadığı barədə dəlilləri də əsassızdır. Belə ki, apelyasiya instansiyası qeyd etmişdir ki, «hazırkı iş üzrə Ali Məhkəmənin iddiaçının müvafiq maddi ziyanın ödənilməsi tələbi ilə müraciətinin cavabdehə çatdırılmasına dair sübutun iş materialla rında mövcud olmaması və iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı qeyd edir ki, iş materiallarının 15-ci səhifəsində olan İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 05.12.2017-ci il tarixli, 61 №-li pretenziya məktubunda İddiaçına 208.610 manat məbləğində maddi ziyanın ödənilməsinə dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarının 23-cü səhifəsinə əlavə edilmiş poçt qəbzində göndərən İddiaçı qəbul edən Bakı şəhər İcra Hakimiyyəti ştrix kod- SS458001819AZ, sifarışli xəbərnamə qeyd edilmiş, xəbərnamə ad, soyad göstərilməməklə 12.12.2017-ci il tarixdə qəbul edilmişdir.İş materiallarına əsasən iddiaçının hazırkı iddia tələbində qeyd edilən məbləğlə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi və cavabdeh tərəfindən müraciətin qəbul edildiyi müəyyən edilir». Məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləğinin müəyyən edilməməsi barədə kassatorun dəlili əsassızdır. Çünki cavabdehin təqsiri müəyyən edilmədiyinə görə, qərar çıxarılması üçün zərərin müəyyən edilməsinə zərurət yoxdur. Həmçinin digər üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin məhkəmədə prosessual iştirakının təmin olunmaması, ona da işlə bağlı heç bir sorğu göndərilmədyi barədə dəlillər də əsassızdır. Çünki üçüncü şəxsin məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclası təxirə salınaraq təkrar bildiriş göndərilmiş, lakin üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 21(103)-1451/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar