Məhkəmə qərarları › İş №2-1(102)-856/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-856/2025

09.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-856/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yalnız qara mühasibatlıq sənədləri əsasında vergi hesablanmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Sadıqov Əsəd Məmmədcəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ca vabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2679/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirləri keçirilmişdir.

2. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli ****** ****69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar götürülmüş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli DVX seriyalı 002759 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə rəsmiləşdirilmişdir.

3. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında iddiaçıya ümumilikdə 277.494,96 manat əlavə vergi hesablanmışdır. Əsası: Fərdi sahibkarın təsərr üfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayı üzrə satış dövriyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2.338.474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796.835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1.541.638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir ki, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277.494,96 manat ƏDV məbləği yayındırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət ed ərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vergi Məcəlləsinin müddəalarını pozmaqla Aktda vergiləri sadəcə elektron yaddaş qutusunda olan məlumatlar və hər hansı təsdiqi olmayan “dövriyyə” rəqəmləri əsasında hesablamışdır. Cavabdeh digər vergi orqanının burada sözü gedən səyyar vergi yoxlamasından əvvəl və səyyar vergi yoxlamasına aidiyyəti olmayan operativ vergi nəzarəti zamanı götürülmüş və heç bir dəlil və rəsmi sənədlərlə təsdiqlənməyən rəqəmlər əsasında iddiaçıya əsassız olaraq külli miqdarda vergi hesablanmışdır. Lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vergi orqanı əldə edilmiş rəqəmlərin ilk növbədə həqiqiliyini sübuta yetirməli və vergiləri yalnız vergi ödəyicisinin (iddiaçının) və ya onun nümayəndəsinin rəsmi izahatları nəzərə alınmaqla və bunlara əsasən hesablamamalı idi. Cavabdeh sözügedən təsdiqsiz və həqiqiliyi yoxlanılmamış rəqəmləri 2022-ci il iyul ayında əldə etdiyi halda, 2022-ci ilin sentyabrında başlanmış yoxlamada həmin rəqəmlərə istinad etməklə tələb etdiyi Aktda vergiləri hesablamışdır. Cavabdeh vergi orqanı yuxarıda sözügedən dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etməli, onların həqiqətə uyğunluğunun yoxlanılması məqsədilə xronometraj keçirməli və yalnız həmin dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etdikdən sonra hər hansı vergi məbləğlərini hesablaya bilərdi. Bunları yoxlamaq üçün yoxlama dövründə kifayət qədər vaxtı və imkanları olduğuna baxmayaraq cavabdeh bu istiqamətdə heç bir tədbir görməmişdir. Digər tərəfdən götürülmüş cədvəllərdə göstərilmiş məbləğlərə gəldikdə isə vergi orqanı həmin məbləğlərin qəpiklə, manatla, dollarla, rubl və ya digər valyutada göstərilməsini müəyyən etmədən birbaşa öz mülahizəsinə əsasən həmin məbləğlərin manatla göstərildiyi qənaətinə gəlmişdir. Bütün bu xüsusiyyətlər nəzərə alınmaqla cavabdeh vergi orqanı həmin rəqəmlərin həqiqiliyini mütləq araşdırmalı idi. Lakin, yuxarıda göstərildiyi kimi cavabdeh vergi orqanı sözü gedən və vergilərin hesablanması üçün istifadə olunmuş dövriyyə rəqəmlərin heç birini araşdırılmamışdır. Cavabdeh tərəfindən vergilərin hesablanması üçün istifadə olunmuş həmin məlumatlarda göstərilən rəqəmlər ümumiyyətlə həqiqəti əks etdirmir və oradakı rəqəmləri iddiaçıya ai diyyəti yoxdur. İddiaçı tərəfindən bütün alış və satışlar ciddi hesabat sənədləri ilə aparıldığına görə hər hansı əlavə uçot aparılmamışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayı üzrə satış dövriyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2.338.474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796.835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1.541.638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir k i, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277.494,96 manat ƏDV məbləği yayındırılmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********897300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə 277.494,96 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********823400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqla rının hesablanması barədə" qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən yenidən keçirilmiş kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 277.494,96 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının verginin hesablanması üçün əsas olmuş sənədlərin və məlumatların həqiqiliyini cavabdeh tərəfindən sübuta yetirilmədiyi iddiasına münasibətdə bild irilir ki, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların iddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə ol an dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6239/2023 nömrəli qərarı (X1) ilə iddia təmin edilmiş, ə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə e tdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nəticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur. Belə ki, operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən həmin tədbir nəticəsində əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz. Bu mənada cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi qanuni deyil. - yoxlama tədbiri cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparıldığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları hazırkı işə şamil oluna bilməz. La kin yoxlama Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən aparılsa da, yoxlama materiallarında hər hansı başlanmış cinayət işinə istinad və ya cinayət işinin başlanması haqqında qərar yoxdur. Odur ki, məhkəmə həmin operativ nəzarət tədbirinin cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparılan yoxlamalara aid olduğu qənaətində deyil. - Vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanına münasibətdə məhkəmə qeyd etmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlı q fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların ödəyici tərəfindən inzibati icraat çərçivəsində, xüsusilə kameral vergi yoxlaması zamanı mübahisələndirilməsi və faktiki halların araşdırılmasını tələb etməsi (məsələn, şahid ifadələri, üzləşmələr və s.) ağlabatan və mümkün hesab edilmir. Odur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergilərin hesablanması kameral vergi yoxlamasının məqsədlərinə uyğun hesab edilə bilməz.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2 023-cü il tarixli, 2-1(103)-2464/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-561/2024 nömrəli qərarı (X9 (məruzəçi), X5 və X2) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiya məhkəməsi hesab et mişdir ki, - iddiaçı elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razı olmadığını, həmin məlumatların onun işi ilə əlaqəli olmadığını, orda qeyd edilən bir çox avadanlıqların ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçı cədvəldə göstərilən məlumatların doğruluğu ilə bağlı məlumatları imzaladığını, lakin həmin cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmunun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini, cədvəlin altında yazılanların cavabdeh inzibati orqanın əməkdaşlarının göstərişi əsasında yazdığını və onun tərəfindən imzalandığını bildirmişdir. İddiaçı operativ vergi nəzarəti ilə bağlı hansı sənədləri imzaladığını və hansı məsuliyyət daşıdığını dərk etmişdir. Qeyd olunanların əksini sübut edəcək sənədlər iş materiallarında yoxdur. Digər tərəfdən, cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmununun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini qeyd edən iddiaçı latın əlifbası ilə lazımi şəkildə qeydlər etmiş və həmin qeydlərin ona məxsus olmamasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmə iclasında qeyd etdiklərini işdəki sübutlarla, o cümlədən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birlikdə yoxlamalı, onları tam və hərtərəfli tədqiq etməli, yalnız bundan sonra qiymətləndirməli idi. Bu zaman, həm də nəzərə alınmalı idi ki, iddiaçı sıradan bir şəxs deyil, sahibkarlıq subyektidir və o, sahibkarlıq fəaliyyətini müqavilələr (o cümlədən, əmək müqavilələri) və digər əqdlər bağlamaqla, uçot-hesabat sənədləri (o cümlədən, vergi hesabatları) tərtib etməklə həyata keçirir. Belə olan halda, iddiaçının ona imzalamaq üçün təqdim olunan sənədlərin məzmununun aydın olmadığına, latın əlifbasını yazıb-oxumaqda çətinlik çəkdiyinə dair dəlillərini işdəki sübutlarla birgə tədqiq etmədən qeyd-şərtsiz qəbul etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. - Elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsinin cavabdeh tərifindən sübuta yetirilmədiyinə, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olmasının və onun fəaliyyəti ilə bağlı reallığı əks etdirməsinin müəyyən edilmədiyinə dair qənaətə gəldikdə, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti, - yuxarıda qeyd olunduğu kimi, - iddiaçının məhkəmə iclasındakı izahatında göstərilənlərə əsaslanır. Belə olan halda, məhkəmə iddiaçının məhkəmə iclasında qeyd etdiklərini işdəki sübutlarla, o cümlədən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birlikdə yoxlamalı, onları tam və hərtərəfli tədqiq etməli, yalnız bundan sonra qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2679/2024 nömrəli qərarı (X13 (sədrlik edən və məruzəçi), X10 və X11) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, - cav abdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri (flaşkart) əsasında hesablama aparmışdır. Yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. - iddiaçıdan götürülən elektron məlumatlar vergilərin hesablanması üçün yetərli hesab oluna bilməz. İlk növbədə həmin elektron fayla müdaxilə imkanı mövcuddur ki, cavabdeh həmin faylın məhz götürüldüyü fo rmada açılmasına dair heç bir sübut təqdim etməmişdir. Digər vacib məsələ isə vergi orqanının götürdüyü məlumatların vergi hesablanması üçün yetərli informasiyaları əks etdirməməsidir. Hazırkı işdə cavabdehin təqdim etdiyi elektron məlumatlarda malın (işin, xidmətin) adı, növü, əməliyyatların alış, satış, borc və s. olması, əks olunan rəqəmlərin pul vəsaitini ifadə edib-etməməsi müəyyən deyildir. “qara mühasibatlıq” sənədləri “sənəd” statusunda qiymətləndirilə bilməz, yalnız məlumat xarakteri daşıya bilər. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Hazırkı işdə “qara mühasibatlıq” “sənədl əri” yuxarıda qeyd edilən qaydada rəsmiləşdirilmədiyi üçün hüquqi qüvvəsi də ola bilməz. İddiaçının “flash kart”ından götürülən “məlumatlar” o zaman mötəbər hesab oluna bilərdi ki, həmin məlumatlar müvafiq qaydada çap edilərək hər səhifəsinin ona aid olduğunu iddiaçı öz imzası və ya möhürü ilə təsdiq etsin və ya həmin “flash kart”ın götürülməsi zamanı sonradan kənar müdaxilənin yolverilməziliyinin təmin edilməsi qaydasına riayət edilsin.(bir şərtlə ki, həmin məlumatlar vergi ödəyicisinin uçot sənədləri ilə o cümlədən iddiaçının satdığı və aldığı malla və ya xidmətlə, o cümlədən iddiaçının fəaliyyət sahəsi uyğunluq təşkil etməlidir) İş materiallarında da buna dair hər hansı sübut mövcud deyil. Eyni zamanda iddiaçıya məxsus olan “flash kart”a hər hansı müdaxilənin olub–olmaması, (hansı ki, h əmin “flash kart”a müdaxilə kifayət qədər rahat prosesdir) həmin məlumatlarda dəyişiklik edilməməsinə dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların İddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c. İşdə iştirak edən şəxslərin izahatları:

20. Cavabdehin vək ili və nümayəndəsi kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

21. İddiaçının vəkili (nümayəndəsi) şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində ic raat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının apellyasiya şikayətindən irəli gələn tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərarın ləğv edilmə əsaslarının mövcudluğu ilə bağlı məsələni laz ımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayı üzrə satış dövriyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2.338.474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796.835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1.541.638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir ki, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277.494,96 manat ƏDV məbləği yayındırılması müəyyən olunmuşdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir.

30. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlil i ondan ibarətdir ki, vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir.

32. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

33. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gə lmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilmədiyindən, mübahisələndirilən qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

35. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.

36. Təkrar apellyasiya baxışı zamanı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıdan götürülən elektron məlumatlar vergilərin hesablanması üçün yetərli hesab oluna bilməz. İlk növbədə həmin elektron fayla müdaxilə imkanı mövcuddur ki, cavabdeh həmin faylın məhz götürüldüyü formada açılmasına dair heç bir sübut təqdim etməmişdir. Digər vacib məsələ isə vergi orqanının götürdüyü məlumatların vergi hesablanması üçün yetərli informasiyaları əks etdirməməsidir. Hazırkı işdə cavabdehin təqdim etdiyi elektron məlumatlarda malın (işin, xidmətin) adı, növü, əməliyyatların alış, satış, borc və s. olması, əks olunan rəqəmlərin pul vəsaitini ifadə edib-etməməsi müəyyən deyildir.

37. Məhkəmə kollegiyası əlavə olar aq qeyd edir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1083/2024 nömrəli, xx.xx.2024 tarixli, 2-1(102)-583/2023 nömrəli, xx.xx.2023 tarixli, 2-1(102)-1902/2021 nömrəli 26 oktyabr 2021-ci il tarixli, 21(102)-851/2022 13 iyun 2022-ci il tarixli, 2-1(102)- 1255/2022 nömrəli 5 iyul 2022-ci il tarixli, 2-1(102)-1245/2022 nömrəli 15 iyul 2022-ci il tarixli qərarları).

38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüqu qi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(102)-561/2024 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, iş üzrə tərəflərin təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmışdır.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2679/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar