Məhkəmə qərarları › İş №2-1(102)-863/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-863/2024

25.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-863/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi qərarının ləğv edilməsi; riskli vergi ödəyicisi ilə əməliyyat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********644500 nömrə li qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2545/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə "Minor Group 13” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 17 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı razılaşma protokoluna uyğun olaraq malmaterial dəyərləri təklif etməyi, alıcı isə həmin mal-material dəyərinin ümumi məbləğini ödəməklə e-qaimə ilə rəsmiləşdirilmiş qaydada qəbul etməyi üzərinə götürmüşdür. 2. xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokolu ilə müqavilə üzrə malın dəyəri 49930 manat müəyyən edilmiş, eyni tarixli təhvil-təslim aktın a əsasən mallar təhvil verilərək həm alıcı, həm satıcı tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

3. EBBJ seriyalı, 602017 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən, "xxxx" MMC-dən 3 çeşiddə 11 ədəd mal olmaqla, ümumilikdə 49930 manat dəyərində mallar alınmışdır.

4. İddiaçı və "Evras ST” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 14/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcını dəftərxana, təsərrüfat, ərzaq və ofis malları ilə təmin etməyi, alıcı isə malı qəbul edərək müqavilə üzrə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 5. xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokoluna əsasən, müqavilə üzrə malın dəyəri 75610 manat müəyyən edilmiş, eyni tarixli təhvil -təslim aktına əsasən, mallar təhvil verilərək həm alıcı, həm də satıcı tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

6. EBBK seriyalı, 022554 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən, "xxxx" MMC-dən 3 çeşiddə 5 ədəd mal olmaqla, ümumilikdə 75610 manat dəyərində mallar alınmışdır.

7. İddiaçı və "Bentika SS” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09-1 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcını dəftərxana, təsərrüfat, ərzaq və ofis malları ilə təmin etməyi, alıcı isə malı qəbul edərək, müqavilə üzrə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 8. xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokoluna əsasən, müqavilə üzrə malın dəyəri 73050 manat müəyyən edilmiş, eyni tarixli təhvil təslim aktına əsasən mallar təhvil verilərək həm satıcı, həm də alıcı tərəfindən imza və möhürlə t əsdiq edilmişdir.

9. EBBL seriyalı, 069919 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən, "xxxx" MMC-dən 9 çeşiddə 16 ədəd mal olmaqla, ümumilikdə 73050 manat dəyərində mallar alınmışdır.

10. Cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə aparılan araşdırma zamanı 2021-ci il ərzində "xxxx" MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73050 manat, "xxxx" MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610 manat və "xxxx" MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930 manat məbləğində alınan malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi nəticəsində kənarlaşma yarandığı müəyyən edilərək, xx.xx.2022-ci il tarixli **********644500 nömrəli vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə qərarla vergi ödəyicisinə 2021-ci ilin hesabat dövrü üzrə - 2021-ci ilin mənfəət vergisi üzrə 39718 manat əlavə vergi məbləği hesablanmışdır.

11. İddiaçı xx.xx.2022-ci il tarixdə həmin qərardan Dövlət Vergi Xidmətinə şikayət vermiş, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********546300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmişdir.

12. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barə də xx.xx.2021-ci il tarixli **********92600 nömrəli qərara əsasən "xxxx" MMC, xx.xx.2021-ci il tarixli **********823100 nömrəli qərara əsasən "xxxx" MMC, xx.xx.2021- ci il tarixli **********300400 nömrəli qərara əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********644500 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının elektron qaimə-faktura əsasında ümumilikdə 198590 manat dəyərində mal aldığı 3 hüquqi şəxs - "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC təqdim etdikləri malların alışına dair müvafiq təsdiqedici sənədləri olmadığına görə, vergi orqanı tərəfindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxslərdən aldığı mallara münasibətdə əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi kimi qiymətləndirilməklə, 2021-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirdiyi 198590 manat xərc əsassız hesab edilməklə silinmişdir. Halbuki, iddiaçı malların alışını qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmiləşdirmiş, buna dair müvafiq təsdiqedici sənədləri (malların alışına dair elektron qaimə-faktura, təhvil-təslim aktı və alqı-satqı müqavilələri, o cümlədən malların şəkilləri) cavabdeh vergi orqanına təqdim etmişdir. Lakin cavabdeh vergi orqanı öz uçot bazasında o lan uyğunsuzluq səbəbindən iddiaçı ilə satıcılar arasında olan əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı əməliyyat aparan zaman Dövlət Vergi Xidmətinin rəsmi internet saytında satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığını müəyyən etmiş və vergi orqanının uçot bazasında mövcud olan digər məlumatlardan xəbərdar olmamışdır və ola da bilməzdi. Həmçinin, istər vergi qanunvericiliyində, istərsə də işgüzar adətlərdə alıcının üzərinə satın aldığı mallara dair satıcının müvafiq alış sənədinin olub-olmasını müəyyən etmək öhdəliyi qoyulmamışdır. Bundan başqa, "Minor Group 13” MMC, "Evrast ST” MMC və "Bentika SS” MMC iddiaçı ilə alqı-satqı əməliyyatını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, bu da iddiaçının həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi olduqlarını və ya malların alışına dair sənədlərinin olmadığını əvvəlcədən bilmək və ya təxmin etmək imkanını istisna və mümkünsüz edir. Həmçinin, "Minor Group 13” MMC, "Evrast ST” MMC və "Bentika SS” MMC-dən faktiki olaraq alınmış malların şəkilləri məktubla cavabdeh vergi orqanına göndərilmişdir. Göründüyü kimi, iddiaçı qanunla üzərinə qoyulmuş öhdəlikləri tam icra edərək aparılan alqı-satqı əməliyyatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmiş, əməliyyat həyata keçirilən tarixdə satıcı hüquqi şəxslərin riskli vergi ödəyicisi siyahısında olmadığını müəyyən etmişdir ki, bu da həmin əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsinin və mənfəət vergisi məqsədləri üçün xərclər siyahısından xaric edilməsinin qanunsuz və əsass ız hesab edilməsinə səbəb olur.

15. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı iddiaçının Benetika SS” MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçıya "2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2 022-ci il tarixli **********29100 nömrəli məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********004500 nömrəli cavab məktubu ilə 2021-ci il ərzində "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73050 manat, "xxxx" "MMC-dən əldə edilmiş elektron qaimə fakturalar üzrə ümumi dəyəri 75610 manat, "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930 manat olmaqla, ümumilikdə 198590 manat dəyərində malların həqiqətən alındığı və həmin əməliyyatların əmtəəli olduğunun əlavə təsdiqi üçün alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil-təslim aktları və qiymət razılaşma protokollarının təqdim edildiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqa nının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi hesabatında riskli vergi ödəyiciləri hesab edilən "xxxx" MMCdən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBL seriyalı 069919 nömrəli elektron qaiməfakturalar üzrə ümumi dəyəri 73050 manat, "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBK seriyalı 022554 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610 manat və "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 602017 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930 manat məbləğində mallar alındığına görə, Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********792600 nömrəli, xx.xx.2022-cİ il tarixli **********00400 nömrəli və xx.xx.2022-ci il tarixli **********823100 nömrəli qərarlarına əsasən müvafiq olaraq, "xxxx", "xxxx" və "xxxx" MMC-lər riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən 2021-ci ilə görə mənfəət vergisi bəyannaməsinə 39718 manat əlavə vergi məbləği hesablanmışdır. İddia ərizəsində əməliyyatların adıgedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əlaqədar qeyd edilənlərin də heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının alqı-satqı əməliyyatları apardığı vergi ödəyiciləri həm riskli vergi ödəyiciləri olub, həm də aparılan əməliyyatlar əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 09 fevral 2023-cü il tarixli e-21(112)-2598/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********644500 nömrəli qərar ləğv edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutubtutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları təqdim edən hüquqi şəxslərdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışına dair 198590 manat məbləğində xərci qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iddiaçı ilə alqı-satqı əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilə bilməzdi. Həmçinin məhkəmə qeyd etmişdir ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı vergi qanunvericiliyin in tələblərinə əsasən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış mallarla bağlı iddiaçının xərclərini VM-nin 14, 141 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməli olduğu halda, iddiaçı "xxxx" MMC tərəfindən 2019cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışı ilə bağlı 198590 manat məbləğində xərci kameral vergi yoxlaması nəticəsində tam şəkildə silmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sü but təqdim edilmədiyindən, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC əməliyyatlar baş tutan tarixdə riskli vergi ödəyiciləri siyahısında olmadığından, satıcılarda malların alışına dair təsdiqedici sənədin mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və vergi orqanı iddiaçının xərclərini Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinə əsasən hesablamaq əvəzinə tam şəkildə sildiyindən, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********644500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır.

18. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansi yası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 25 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2545/2023 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-2598/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

22. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCnin səlahiyyətli nümayəndələrini üçüncü şəxs kimi işə cəlb edərək idxal etmədikləri və almadıqları malların hansı formada iddiaçıya satışının həyata keçirilməsini aydınlaşdıra, habelə, həmin malların həqiqətən mövcud olmasını əks etdirən müvafiq sübutları tələb edə bilərdi. Lakin məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Bundan başqa, əslində müəssisələrin riskli hesab edilməsi üçün riskli hesab edilmiş əməliyyatlar aparılmalı, həmin əməliyyatların riskli olması müəyyən edilməli, daha sonra riskli vergi ödəyiciləri müəyyən edilməklə qərar qəbul edilməlidir. İşdə olan sənədlərlə sübut olunur ki, alınmamış mallar iddiaçıya satılmışdır ki, alınmamış malların satılması da mümkü n deyildir. Yəni, alıcı həmin malları həqiqətdə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.81. Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habel ə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.... Maddə

23. Vergi orqanlarının hüquqları 24.1.1. Vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır.... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1.1. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; 24.1.2. Vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.... 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqan ının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.... Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır....

25. Azərbay can Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfa t subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zaman ı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbə ri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən b ütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə

47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir....

27. Azərbaycan Respublikasının İnzibati Pro sessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. A pellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı, "Minor Group 13” MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 17 nömrəli alqı-satqı müqaviləsinə əsasən, dəyəri 49930 manat olan, "Evras ST” MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 14/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən, dəyəri 75610 manat olan və "Bentika SS” MMC ilə bağlanmış xx.xx.2021-c i il tarixli 09-1 nömrəli alqı-satqı müqaviləsinə əsasən, dəyəri 73050 manat olan malları almış və satıcı tərəfindən bu barədə (malların satılmasına dair) müvafiq elektron qaimə fakturalar verilmişdir. Cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə aparılan araşdırma zamanı 2021-ci il ərzində "xxxx" MMC (VÖEN **********) əldə edilmiş elektron qaiməfakturalar üzrə ümumi dəyəri 73050 manat, "xxxx" MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610 manat və "xxxx" MMC (VÖEN **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930 manat məbləğində alınan malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aş kar edilməsi nəticəsində kənarlaşma yarandığı müəyyən edilərək, xx.xx.2022-ci il tarixli **********644500 nömrəli vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə qərarla vergi ödəyicisinə 2021-ci ilin hesabat dövrü üzrə - 2021-ci ilin mənfəət vergisi üzrə 39718 manat əlavə vergi məbləği hesablanmışdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC həmin əməliyyat aparılan dövrdə riskli vergi ödəyiciləri olmamışdır. Belə ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********92600 nömrəli qərara əsasən "xxxx" MMC, xx.xx.2021-ci il tarixli **********823100 nömrəli qərara əsasən "xxxx" MMC, xx.xx.2021- ci il tarixli **********300400 nömrəli qərara əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

21. Göründüyü kimi, iddiaçı ilə müvafiq hüquqi şəxslər arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olması barədə qərarlar qəbul edilmişdir.

22. İddiaçı tərəfindən riskli vergi ödəyiciləri hesab edilmiş hüquqi şəxslərlə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və xidmətlərin həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edildiyi üçün bu halın əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi və kənarlaşmanın yaranma sına səbəb olması barədə cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu qərarın 25-ci bəndində qeyd edilən normanın tələblərinə əsasən, aparılmış əməliyyatın riskli əməliyyat hesab oluna bilməsi üçün zəruri olan hallar - elektron qaimə üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi və ya iddiaçının adı çəkilən hüquqi şəxslərlə apardığı alqı-satqı əməliyyatının əmtəəsiz olması sübuta yetirilmədiyindən cavabdehin kassasiya şikayətinin bu dəlili əsassızdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təqdim edilmiş elektron qaimələr üzrə iddiaçının vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərindən fərqli mal çeşidlərinin göstərilməsi və yaxud iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onun aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması, eləcə də həmin müəssisə tərəfindən təsdiqedici sənədlərlə alınmamış malların satıldığının müəyyən edilməsi səbəbilə əməliyyatın riskli hesab edilməsi iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.

24. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmil əşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.

25. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiq inə əsas verməməlidir.

26. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.

27. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına gör ə, iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3185/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar