Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-865/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Neftçala rayonu X9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının etibarsız hesab edilməsi; iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Neftçala rayonu X9 qarşı “Neftçala rayon X8 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2-1(106)-416/2024 n ömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Neftçala rayon Aşağı Surra kənd sakini X7 və ailə üzvlərinə Neftçala rayon Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 saylı qərarı ilə 0,10 hektar torpaq sahəsi ayrılmış və bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-041A (kod ********) nömrəli Şəhadətnamə tərtib edilmişdir.
2. RX ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ilə Neftçala rayon X8 torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır.
3. Neftçala rayon X8 17 fevral 2017-ci il tarixli, 04 saylı iclas protokoluna əsasən Aşağı Surra kənd sakini X5 Aşağı Surra kəndində 5 ildən artıq yaşaması və pasport qeydiyyatında olması nəzərə alınaraq ona X8 alqı-satqı predmeti olan kəndin yaşayış sahəsi fonduna aid 0,10 ha torpaq sahəsi (RX 1015293) fərdi yaşayış evi tikintisi məqsədi ilə (hərracdan kənar) kənd sakini X5 xüsusi mülkiyyətinə satılmışdır. 4. xx.xx.2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və RX ******* nömrəli çıxarış ilə X5 torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Neftçala rayon X8 xx.xx.2017-ci il tarixli, 04 saylı qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsi xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırı lmışdır ki, Neftçala rayonunda 1997-ci il tarixdə aqrar islahat keçirilmiş, Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli 23 saylı qərarı ilə ona 0.15 ha torpaq sahəsi ayrılmışdır. Həmin komissiya torpaq sahəsi ayrılması qənaətinə gələrkən vətəndaşların həyətyanı torpaq sahələrinə aid cədvəl sənədinə və şəhadətnaməyə istinad etmişdir. Aqrar İslahat Komissiyasının qərarına əsasən onun sıra saylı adlı siyahı üzrə 40 kimi qeyd edilmişdir. Həmin ayrılmış torpaq sahəsindən əlavə, onun həyətyanı sahəsinə bitişik 0.10 ha zəbt etdiyi torpaq sahəsi olmuşdur. Qeyd edilən torpaq sahəsi 20 ildir ki, zəbt edilmiş torpaq sahəsi kimi onun istifadəsində olmuşdur. 20 il müddətində istifadə etdiyi torpaq sahəsini almaq məqsədilə cavabdeh X9 müraciət etmiş və bələdiyyənin xx.xx.2020-ci il tarixl i 160 saylı məktubundan ona məlum olmuşdur ki, onun hasarı daxilində olan 0.10 ha torpaq sahəsi ondan xəbərsiz X8 xx.xx.2017-ci il tarixli 04 saylı iclas qərarına əsasən qardaşı, iş üzrə 3-cü şəxs X1. Famil Hüseynova da 1997-ci ildə keçirilən Aqrar islahat Komissiyasının qərarına əsasən 0.10 ha torpaq sahəsi ayrılıb. Onun zəbt etdiyi və istifadəsində olan torpaq sahəsi ilə bitişik sahədir. Cavabdeh özünün alqı-salqı saxtakarlığına dön geyindirmək üçün həmin alqı-satqını yenidən, Neftçala rayon Dövlət Notariat Ofisinin xx.xx.2017-ci il tarixli AN-İ, ******* nömrəli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Bundan sonra F.Hüseynov həmin torpaq sahəsinə DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsindən müvafiq çıxarış almışdır. Belə ki, üçüncü şəxsə ayrılan həmin torpaq sahəsi onun sahibliyində və uzun müddət istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Belə ki, üçüncü şəxsə ayrılan həmin torpaq sahəsi iddiaçının sahibliyində və uzun müddət istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında və ona məxsus hasarın daxilində yerləşmişdir. Cavabdeh X12 torpaq sahəsini 3-cü şəxsə satmaqla torpaq və digər qanunvericiliyin tələblərini və eyni zamanda iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. 04 saylı, xx.xx.2017-ci il tarixli qərar bələdiyyə tərəfindən inzibati icraat haqqında hüquq normalarının və digər maddi hüquq normalarının pozulması nəticəsində qabil edilmiş inzibati akt olduğundan ləğv edilməlidir. Belə ki, Aqrar İslahat Komissiyasının 10 oktyabr 1997-ci il tarixli 23 saylı qərarına əsas olan həm İddiaçı və həmdə Famil Hüseynova aid ilkin torpaq sənədlərini məhkəmə obyektiv araşdırarsa və düzgün hüquqi qiymətləndirərsə, hazırda mübahisəlandirilən X8 qərarı ilə Famil Hüseynova satılmış torpaq sahəsinin, onun istifadəsində və sahibliyində və ona aid olan hasarın daxilində olması müəyyən olunar. Onun istifadəsində və sahibliyində olmuş torpaq sahəsi, əhatələndiyi köhnədən qalmış hasarla müəyyən olunur ki, hazırda Bələdiyyə tərəfindən Famil Hüseynova satılmış torpaq sahəsi, həqiqətən onun sahibliyində olmuş torpaq sahəsidir. Bunu yerində baxış keçirməklə və ekspertiza rəyi ilə də müəyyən etmək olar. Belə ki, həmin köhnə hasar, onun istifadəsində olan torpaq sahəsinin köhnə, ilkin sərhədlərini müəyyən etməyə imkan verir. Eyni zamanda, X12 özün ün xx.xx.2020-ci il tarixli 160 saylı məktubu ilə də təsdiq edir ki, Bələdiyyənin 17 fevral 2017-ci il tarixli, 04 saylı iclas qərarı ilə X4 mübahisəli torpaq sahəsi, onun uzun müddət sahibliyində və istifadəsində olmuş, onun tərəfindən zəbt edilən torpaq sahəsi olmuşdur. Belə ki, adı çəkilən məktubda göstərilir ki, 20 il həmin torpaq sahəsini zəbt etməklə, ondan istifadə etdiyi üçün torpaq sahəsini almaq məqsədilə X9 müraciət etmiş və X12 xx.xx.2020-ci il tarixli 160 saylı məktubla cavab vermişdir ki, guya iddiaçının ailə üzvlərinin razılığı ilə və iddiaçı həmin vaxt qeyd olunan torpaq sahəsində yaşamadığından zəbt olunmuş 0.10 ha torpaq sahəsi ona satılmışdır. Göründüyü kimi Bələdiyyə müraciətə cavab məktubunda, həqiqətən həmin torpaq sahəsinin onun tərəfindən zəbt edildiyini və əvvəllər onun sahibiyində və istifadəsində olması faktını təsdiq edir. Ona və ailə üzvləri tərəfindən onlara məxsus torpaq sahəsinin digər şəxsə satılmasından xəbəri olmamış və buna dair heç vaxt razılıq verməmişdir. X6 və ailə üzvlərinin razılığını əks etdirən ərizəni indiyədək ona və məhkəmələrə təqdim edə bilməmişdir. Belə bir sənəd mövcud deyil, əvvəlki məhkəmə iclaslarında, əksinə bələdiyyə sədrinə ünvanlanmış suala cavab olaraq da, sədr onun və ailə üzvlərinin yazılı razılıqlarının olmadığını dəfələrlə bildirmişdir. Eyni zamanda məktubda göstərilən onun və ailə üzvlərinin həmin ünvanda yaşamadıqları fikri ilə də razılaşmır. Bütün bunlara baxmayaraq bələdiyyə tərəfindən yalan məlumatları əks etdirən məktub tərtib edilmiş və guya onun və ailə üzvlərinin razılıqlarından sonra torpağı digər şəxs ə satdıqları məzmunda cavab məktubu hazırlanmışdır. Bundan başqa iddiaçının 20 il istifadə etdiyi və hasarın daxilində yerləşən torpaq sahəsini başqasına satılmasına razılıq verməsi inandırıcı deyil. X8 17 fevral 2017-ci il tarixli 04 saylı Protokolunun çıxarışdan görünür ki, 0.10 ha torpaq sahəsini hər 1 sotu 30 manata olmaqla cəmi 500 manata satılmışdır. Həmin torpaq sahəsini almaqda üstünlük hüququna malik olan ona 500 manata bu sahəni almaqdan imtina etməsi inandırıcıda deyildir. Həmçinin, cavabdeh Famil Hüseynov mübahisəli torpaq sahəsini ona satılması üçün X9 ərizə ilə müraciət etmiş, ərizəsində müraciət etmə tarixi göstərilməmişdir. Ərizə qeydiyyata salınmamış, sadəcə üzərində xx.xx.2016-cı il tarixli “İclasda baxmaq” dərkənarı qoyulmuşdur. Neftçala rayon İHB-nın Aşağı Surra kənd in zibati ərazi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli 882 saylı məktubunda göstərilir ki, X11 3 ildən artıqdır ki, Neftçala rayon Aşağı Surra kəndində qeydiyyatdadır və orada yaşayır. Göründüyü kimi, F.Hüseynovun hansı tarixdən nümayəndəliyin ərazisində qeydiyyatda olması göstərilməmiş, rəsmi sənəd olan həmin arayış boş sözlə əsaslandırılmışdır ki, bu onu həqiqiliyinə şübhə doğurur. Bundan başqa arayışdan görünür ki, F.Hüsevnov həmin ərazidə 5 il yaşamışdır. İddiaçı isə həmin torpaq sahəsini 20 il əvvəldən istifadə etməklə zəbt etmişdir. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədə n aidiyyəti üzrə geri qaytarılmalıdır. Qanunun 16.1-ci maddəsinə görə, Qevri-qanııni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri- qanuni istifadə edilən bələdivvə torpaqlarının gen i qavtarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hiiqııqi şəxslərin mülkivvəlinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasın da həmin şəxslərin adına rəsmiləşdirilir. Göstərilən normaların tələbindən göründüyü kimi, özbaşına tutulmuş torpaq sahəsi əvvəlcə geri qaytarılmalı və qaytarılması mümkün olmadığı halda ondan istifadə edən şəxlərin adına rəsmiləşdirilməli idi, yəni həmin sahələri almaqda üstünlük hüququ ona məxsusdur. Lakin, X12 tərəfindən heç vaxt iddiaçıdan 1997-ci ildən zəbt edərək istifadə etdiyi 0.10 ha torpaq sahəsinin geri qaytarılması tələb edilməmiş, bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Bununla da, onun zəbt etdiyi torpaq sahəsini digər şəxsə satmaqla, bələdiyyə qanunsuzluğa yol vermişdir. Bundan əlavə, xx.xx.2017-c i il tarixli A 149133 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəddən və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarışdan” görünür ki, mübahisəli 0.10 ha torpaq sahəsinin X8 mülkiyyətində olmasına dair həmin tarixli sənəd alınmışdır. Faktiki isə qanunvericiliyə əsasən Bələdiyyə orqanlarına dair mülkiyyət hüququ barədə vahid Çıxarış olmalı və torpaq sahələri həmin çıxarışda əsasən satılmalıdır. Bundan başqa bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və torpaq sahələrinin ayrılması qaydaları barədə digər normativ hüquqi aktların tələblərinə riayət edilməmişdir. Beləliklə, Neftçala rayon X12 tərəfindən Torpaq Məcəlləsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq onun 1997-ci ildən zəbt edərək, istifadə etdiyi və həyətyanı sahəsinə bitişik olmaqla hasarı daxilində yerləşən 0.10 ha torpaq sahəsini ondan geri tələb edilməmiş, onun satılması barədə iddiaçıya xəbərdarlıq edilməmiş, satılarkən birinci növbədə iddiaçıya satmalı olduğu halda, torpaq sahəsinin X2 gizli yollarla aparmaqla onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19cu maddəsi ilə isə müəyyən edilmişdir ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 384.0.3 -ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36.1.-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və va olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Konkret halda, cavabdehin qərarının etibarsız hesab edilməsi haqqında iddia tanınma haqqında iddia növünə aiddir. Belə olan halda isə, İPM-in 36.1-ci maddəsinin tələbindən göründüyü kimi, bu qəbildən olan iddia vasitəsi ilə iddiaçı inz ibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “İnzibati İcraat haqqında” AR Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Bələdiyyələrin statusu haqqında” AR Qanununun 48-ci maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
7. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 aprel 2024- cü il tarixli, 21(120)-356/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyətə verilir və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Neftçala rayon X8 17 fevral 2017-ci il tarixli, 04 nömrəli qərarı ilə X3 tor paq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan iddiaçı iddia tələbində haqlı deyildir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2-1(106)-416/2024 nömrəli qərarı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, F.Hüseynov və P.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” 65.1.1, 65.1.2, 65.1.3, 65.1.4, 65.1.5, 65.1.6, 65.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, X8 xx.xx.2017-ci il tarixli 04 saylı qərarının etibarsız sayılmasının əsasları müəyyən olunmur.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində aşağıdakı dəlilləri qeyd etmişdir: - Bələdiyyə Qanunun tələbinə uyğun olaraq üçüncü şəxsə yalnız qeyd olunan torpaq sahəsini açıq hərrac keçirməklə satıla bilərdi ki, Bələdiyyə Qanunun tələbinə əməl etməyərək yenidən eyni əsasla vətəndaşa yaşayış evinin tikintisi üçün torpaq sahəsini öz qərarına əsasən ayırması əsassız olmaqla, Qanunun tələbinə zidd olmuşdur. - Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-67-5/2-185/2023 nömrəli məktubuna görə sözügedən torpaq sahəsi X8 təqdim etdiyi müvafiq sənədlərə əsasən hal-hazırda İddiaçı qonşuluğunda yaşayan və qardaşı X5 istifadəsində olmasını qeyd etsə də, iddia ərizəsində qeyd edildiyi kimi zəbt olunan torpaq sahəsi 20-30 ildən çoxdur ki, iddiaçının istifadəsində olmuş və hal-hazırda da istifadədir. Həmin hal təqdim etdiyi fotoşəkillərlə də öz təsdiqini tapır. X7 yaşayış evi tikmək üçün 0.10 hektar torpaq sahəsi ayrılmasına əsas olmuş Neftçala rayon Aşağı Surra kənd X10 İcraiyyə komitəsinin 1983-1985-ci il Təsərrüfatbaşına kitabından olan qeydə əsasən iddiaçı da torpaq sahəsi aldığından, 19831985-ci illərdən qeyd olunan Bələdiyyə torpağı, iddiaçının qanuni istifadəndə olan torpaqla birləşik olmaqla həmin vaxtdan istifadəsində olmuş və həmin illərdən hasara alınm ış hazırda da iddiaçının hasarı daxilindədir. - Zəbt torpağının yeri düzgün müəyyənləşməmiş, həmin torpaq sahəsi əvvəl iddiaçının evini arxasında olsa da sənəddə iddiaçının evinin qarşısında olması qeyd edilərək, guya iki qonşunun arasında olması müəyyən edilmişdir. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin halın müəyyən edilməsi üçün müvafiq sənədlər tələb edilməmiş, ekspertiza təyin edilməmiş, heç gedib əraziyə baxılması üçün yerli baxış da təyin edilməmişdir.
14. Kassasiya şikayətinin hüquqi əsasını “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3.0.3, 8.0.1, 9.1, 16.3, 16.4-cü və “İnzibati icraat haqqında” 65.1-ci maddələri təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz t əqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkə tləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şika yətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisə nin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qism ən, məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil o lunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
22. Qeyd olunmalıdır ki, iddia qaldırmaq səlahiyyəti iddianın mümkünlük şərtlərinə aiddir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanun vericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddianı qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyər ləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
24. Bu baxımdan işin hallarına nəzər salınanda görünür ki, iddiaçının hüquqi marağı Neftçala rayon X8 xx.xx.2017-ci il tarix li, 04 saylı qərarın etibarsız hesab edilməsinə yönəlmişdir.
25. İş materiallarından müəyyən olunur ki, RX ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ilə Neftçala rayon X8 torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır.
26. Bundan sonra cavabdeh tərəfindən 17 fevral 2017-ci il tarixli, 04 saylı iclas protokolunun qərarı ilə iddiaçının Aşağı Surra kəndində 5 ildən artıq yaşaması və pasport qeydiyyatında olması nəzərə alınaraq ona X8 alqı-satqı predmeti olan kəndin yaşayış sahəsi fonduna aid 0,10 ha torpaq sahəsi (RX 1015293) fərdi yaşayış evi tikintisi məqsədi ilə (hərracdan kənar) xüsusi mülkiyyətinə satılmışdır.
27. Göründüyü kimi, bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsi barədə sərəncam verərək həmin torpaq sahəsini üçüncü şəxsə hərracdan kənar satılması barədə qərar qəbul etmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin üçüncü şəxsə torpaq sahəsinin satılması barədə qərarı mübahisələndirməsi üçün onun subyektiv tələb hüququna malik olması zəruri mümkünlük şərtidir.
29. Belə bir hüquqa malik olması üçün iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair hər hansı bir hüququn olması ilə bağlı sübut təqdim edilməli idi.
30. İddiaçı tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi və uzun müddət istifadə etməsi isə hüquqi əsas sayılmır və bu, mülkiyyət və ya istifadəyə dair hüququn yaranması üçün yetərli deyil.
31. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ istisna olunur.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulduğundan kassasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2-1(106)-416/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.