Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-877/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1870/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DVX Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarı ilə "xxxx" ASC-yə kameral yoxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 3.630,36 manat əlavə vergi məbləği hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 52.032.007,63 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta ha qqı - 52.035.637,99 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 3.630,36 manat). Qərarda qeyd olunmuşdur ki: Araşdırma nəticəsində 2021-ci il ərzində "xxxx" MMC əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 18.151.80 manat dəyərində mallar alınmışdır. Qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır.
2. DVX-nin xx.xx.2021-ci il tarixli **********397600 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi 2021-ci il üzrə mənfəət vergi bəyannaməsinin kameral yoxlaması aparılmış, nəticədə 10 fevral 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar qəbul edilmişdir. Qərara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3630,36 manat əlavə vergi öhdəliyi müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən qərar belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə və bu Müqavilə çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 2021-ci il ərzində icraçı tərəfindən 18151,80 manat həcmində mallar təhvil verilmiş, təqdim olunan elektron qaiməfakturalar üzrə alınmış mallar və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərlə uzlaşmaması səbəbi ilə kənarlaşmaların yarandığı qeyd edilmişdir. Qərar çıxarılmasına səbəb olan xx.xx.2023-cü il tarixli “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kən arlaşmaya dair yazılı izahatın təqdim edilməsi” barədə bildirişdən belə anlaşılır ki, bankla icraçı arasında olan əməliyyatlar vergi orqanı tərəfindən “əmtəəsiz əməliyyat” kimi dəyərləndirilmişdir. Vergi Məcəlləsinin 13.2.81- ci maddəsinə əsasən “əmtəəsiz əməliyyat” dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədi ilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 141-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılı r. Bu əsasla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti malların alqısatqısı ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi nəzərə almamış və beləliklə, 3630,36 manat əlavə vergi öhdəliyi hesablamışdır. Halbuki mallar və xidmətlər təhvil-təslim aktları əsasında iddiaçı tərəfindən faktiki olaraq təhvil verilmiş, vergi orqanı tərəfindən isə əməliyyatların əmtəəsiz olması ilə bağlı nə təsdiqedici sənəd, nə də hansısa formada əsaslandırma təqdim edilmişdir. İddiaçı tərəfindən Bildirişə cavab olaraq vergi orqanına elektron kargüzarlıq sistemi vasitəsi ilə cavab məktubu və ona qoşma qismində 18 sayda hesab-fakturalar, təhvil-təslim aktları, elektron kargüzarlıq sistemindən əldə olunmuş təsdiqlənmiş elektron qaim ə-fakturalar təqdim edilsə də, vergi orqanı tərəfindən həmin sənədlər nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qanunun bu normaları pozulmuş, bank tərəfindən təqdim olunan sənədlərin həqiqəti uyğun olmadığını iddia etməmiş, beləliklə, onların mötəbərliyini sual altında qoymuşdur. Bununla bağlı əsaslı şübhələri olsa belə, vergi orqanı tərəfindən müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görülməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7622/2023 nömrəli, 15 dekabr 2023cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və iş sizlik sığortası haqlarının hesablanması” barədə **********190500 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, cavabdeh qurum iddiaçı ilə üçüncü şəxs arasında 2021-ci il üzrə aparılmış 32967.80 manat dəyərində əməliyyatdan 18151.80 manat həcmində olan hissəsini əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş (14816 manat həcmində əməliyyat isə əmtəəsiz hesab edilməmişdir) və çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi nəzərə almamış və 3630.36 manat əlavə vergi öhdəliyi hesablamışdır. Həmin 32967.80 manat dəyərində mallar və xidmətlər iddiaçı tərəfindən təqdim edilmiş təhviltəslim aktları ilə təsdiq olunur. Cavabdeh qurum tərəfindən isə əməliyyatların əmtəəsiz olması ilə bağlı məhkəməyə təsdiqedici sənəd və ya bu barəəd hər hansı dəlil təqdim edilməmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1870/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Məmmədov və Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci i l tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanmasına münasibətdə ləğv edilməsi hissəsində) və həmin hissədə iddia təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının vergi ödəyicisi "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə (cəmi 14888,80 manat) mallar alınması ilə bağlı əməliyyatlar apardığı vaxt o, riskli vergi ödəyicisi olmamışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının həmin MMC ilə xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə (cəmi 3263,0 manat) apardığı əməliyyatlar isə həmin MMC riskli vergi ödəyicisi hesab edildikdən sonrakı dövrə təsadüf edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyat larının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmind ən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya eqaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə aparılan əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi öd əyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin hazırda mübahisələndirilən 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarı xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanması hissəsində əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Lakin cavabdehin qeyd olunan qərarı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanması hissəsində əsaslı olduğu üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmədiyi hissədə tam ləğv edilməsini və yeni qərar qəbul edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş, bu barədə qərarlar qəbul edilmişdir. Belə ki, hazırkı mübahisələr üzrə əməliyyatlar aparılan şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın tarixinin həmin əməliyyatların əmtəəsiz hesab edilməsinə heç bir təsiri yoxdur. Əksinə həmin əmtəəsiz əməliyyatlar nəticəsində vergi ödəyicisinin riskli hesab edilməsi barədə qərarlar qəbul edilir.
13. Ali Məhkəmənin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1212/2023 saylı qərarına əsaslanmışdır. Qərarda qeyd edilmişdir ki, istinad etdiyi "Faborlik Tikinti” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir.
14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırmışdır ki, müvafiq məhkəmə baxışı zamanı iddiaçı tərəfindən əldə edilmiş mal lara dair faktiki sübutlar, həmin malların hamısının müvafiq filial və binalarında yerləşdirilmiş olmasını və hazırda istifadə edildiyini əks etdirən fotoşəkillər əlavə edilmiş və bir daha aparılan əməliyyatın əmtəəsiz olmasına dair şübhə qalmaması üçün bütün mümkün mötəbər sübutlar təqdim edilmişdir. Bunun əksinə, vergi orqanının nümayəndəsi bütün məhkəmə iclaslarında heç bir əsas gətirmədən tərtib edilən aktı mötəbər saymış, davamlı olaraq işi yubadaraq sübut gətirmək, üçüncü şəxsi cəlb etmək kimi bəhanələrlə prosesi uzatmağa çalışmışdır. Əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə
109. Gəlirdən çıxılmayan xərclər 78.4. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəs iz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.
17. İnzibati Prosessual Məcəll ə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Mad də 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmalıdır.
21. Hazırkı işin hallarına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarından görünür ki, "xxxx" ASC-yə kameral y oxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 3.630,36 manat əlavə vergi məbləği hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 52.032.007,63 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 52.035.637,99 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 3.630,36 manat). Həmin qərarda qeyd olunur: Araşdırma nəticəsində 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 18.151.80 manat dəyərində mallar alınmışdır. Qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidin in cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır.
22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********397600 nömrəli qərarına görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
23. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********190500 saylı xx.xx.2023-cü il tarixli qərarını ləğv etmişdir.
24. Apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən verilmiş ap ellyasiya şikayətini qismən təmin etmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı qismən ləğv edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanmasına münasibətdə ləğv edilməsi hissəsində) və həmin hissədə iddia təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılm ışdır.
25. Apellyasiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən müəyyən etmişdir ki, iddiaçının vergi ödəyicisi "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə (cəmi 14888,80 manat) mallar alınması ilə bağlı əməliyyatlar apardığı vaxt o, riskli vergi ödəyicisi olmamışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının həmin MMC ilə xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə (cəmi 3263,0 manat) apardığı əməliyyatlar isə həmin MMC riskli vergi ödəyicisi hesab edildikdən sonrakı dövrə təsadüf edir. “Riskli vergi ödəyicisi” konsepsiyası
26. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edi lmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
27. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödə yicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qismən ləğv edilən hissəsi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir.
30. Hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışınd a məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
31. Vergi Məcəlləsinin 78.4-cü maddəsinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əld ə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qurum iddiaçı ilə üçüncü şəxs arasında 2021-ci il üzrə aparılmış 32967.80 manat dəyərində əməliyyatdan 18151.80 manat həcmində olan hissəsini əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş (14816 manat həcmində əməliyyat isə əmtəəsiz hesab edilməmişdir) və çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi nəzərə almamış və 3630.36 manat əlavə vergi öhdəliyi hesablamışdır. Həmin 32967.80 manat dəyərində mallar və xidmətlər iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktları ilə təsdiq olunur. İddiaçı tərəfindən əldə edilmiş mallara dair faktiki sübutlar, həmin malların hamısının müvafiq filial və binalarında yerləşdirilmiş olmasını və hazırda istifadə edildiyini əks et dirən fotoşəkillər əlavə edilmiş və bir daha aparılan əməliyyatın əmtəəsiz olmasına dair şübhə qalmaması üçün bütün mümkün mötəbər sübutlar təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən isə əməliyyatların əmtəəsiz olması ilə bağlı məhkəməyə təsdiqedici sənəd və ya bu barədə hər hansı dəlil təqdim edilməmişdir.
33. Eyni zamanda, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, müəssisənin riskli kimi qiymətləndirilməsi onun həyata keçirdiyi əməliyyatın mütləq əmtəəsiz olduğunu göstərmir.
34. Beləliklə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı - “Bakı İnzibati Məhkəməsinin e-2-1(112 )7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı qismən ləğv edilsin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanmasına münasibətdə ləğv edilməsi hissəsində) və həmin hissədə iddia təmin edilməsin” hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1870/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1870/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı - “Bakı İnzibati Məhkəməsinin e-2-1(112)7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı qismən ləğv edilsin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli el ektron qaiməfakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanmasına münasibətdə ləğv edilməsi hissəsində) və həmin hissədə iddia təmin edilməsin” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.