Məhkəmə qərarları › İş №2-1(102)-881/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-881/2025

20.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-881/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüququn olmaması, iddianın qeyri-mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “iş yerində bədbəxt hadisə ilə bağlı işçiyə əmək qabiliyyətinin itirilməsinə görə ödənilən müavinət məbləğinin iddiaçının gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-1(103)3908/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkə zi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən X1 xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (Hakim: L.S.Musayeva) 2024-cü il 29 avqust tarixli, e-2-1(112)-7520/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 2024-cü il 28 noyabr tarixli, 21(103)-3908/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən işəgötürən işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olmasına baxmayaraq iddiaçı tərəfindən qanunun tələblərinə əməl edilmədiyi müəyyən olunmuş və nəticədə işçinin əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Hazırki vəziyyətdə iddiaçı həmin bədbəxt hadisənin baş verməsi nəticəsində işçisinə 14 gündən artıq ödədiyi müavinətin müəssisənin gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdiri lməsini tələb edir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, qanunun tələbinə görə, iddiaçı şirkət işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdeh olmuşdur, iş yerində işçilərin əməyin mühafizəsi normalarını və qaydalarını düzgün yerinə yetirməməsi işəgötürənin məsuliyyət sferasına aid edilir. Belə olan halda iddiaçı şirkət iş yerində baş vermiş bədbəxt hadisə ilə bağlı işçiyə 14 gündən artıq ödədiyi müavinətin onun deyil, cavabdeh qurum tərəfindən ödənilməsini tələb etməkdə subyektiv hüquqa malik deyildir. Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçı işçiyə 14 gündən artıq müddət üçün müvafiq müavinətin tərəfindən ödənildiyinə istinad edərək həmin müavinət məbləğlərinin ona qaytarılmasını deyil, gələcəkdə müəssisə tərəfindən ödən iləcək ödənişlərlə əvəzləşdirilməsini tələb edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, iddiaçının istinad etdiyi hal- müəssisənin işçiyə 14 gündən artıq müddət üçün müavinətin ödənilməsi ilə bağlı cavabdeh qurumun hər hansı tapşırıq verməsi və həmin pul vəsaiti iddiaçı trəəfindən ödəniləcəyi təqdirdə onun qaytarılacağına vəd verməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə sübut iş materiallarında mövcud olsaydı belə, iddiaçı ödədiyi müavinətin ona qaytarılmasında yalnız tələbi əsaslı olacağı təqdirdə haqlı olardı. Hazırki vəziyyətdə isə bu kimi halların mövcudluğu təsdiqini tapmır. Bundan başqa, iddiaçının işçisinə 14 gündən artıq müddət üçün ödədiyi müavinətin onun gələcəkdə ödəyəcəyi ödənişlərlə əvəzləşdirilməsi barədə tələbi həm qeyri-müəyyən, həm də gələcəkdə bu barədə məhkəmə qərarının icrasız qalıb, kağız parçasına çevirə bilər. Nəzərə alınmalıdır ki, iddiaçının müəssisə olaraq hansı müddətə fəaliyyət göstərəcyi və cavabdeh quruma adı çəkilən ödənişləri ödəyəcəyi bəlli deyildir.

6. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Q ərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsasla ndırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi m övcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkəts izliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1687/2024 nömrəli qərarları və s.)

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

12. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davra nmaq üçün əsaslar yoxdur.

13. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 noyabr tarixli, 2-1(103)-3908/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmsın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar