Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-890/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin keçmiş dövr üzrə ödənilməyən hissəsinin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əv vəlki dövr üzrə sosial müavinətlərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-1875/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən 24 iyun 1999-cu il tarixdə verilmiş № ******* saylı vəsiqəyə əsasən İddiaçı müharibə veteranıdır.
2. İddiaçı 10 dekabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək ona müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün təyin olunmasını xahiş etmişdir.
3. İddiaçıya Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq 1 aprel 2019-cu il tarixdən müddətsi z 80 manat məbləğində təqaüd təyin edilmişdir. 4. iddiaçı 29 yanvar 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona 1 aprel 2019-cu il tarixdən əvvəlki dövrlər üzrə sosial müavinət məbləğlərinin hesablanıb ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh 3 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulan bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Qeyd olunanları əsasən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinc i instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 2016-cı ildən 2019-cu ilə qədər cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, vətən müharibəsinin iştirakçısı olmuş, bu barədə veteran vəsiqəsi mövcuddur. 2019-cu ilin aprelindən müharibə iştirakçı kimi prezident təqaüdü alır. 2016-cı ildən 2019-cu ilə qədər olan 3 il müddətində müharibə veteran kimi ödənilməli olan müavinətin ödənilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 10 dekabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək ona müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün təyin olunmasını xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq 1 aprel 2019-cu il tarixdən müddətsiz 80 manat məbləğində təqaüd təyin edilmişdir. İddiaçı 29 yanvar 2021-ci il tarixdə 1 saylı Bakı “DOST” Mərkəzinə yenidən müraciət edərək, ona 1 aprel 2019-cu il tarixdən əvvəlki dövrlər üzrə sosial müavinət məbləğlərinin hesablanıb ödənilməsini xahiş etmişdir. Həmin müraciətə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılaraq cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müa vinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki dövr üzrə ödənişlərin həyata keçirilməsi yolverilməzdir. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin təqdim edildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. İddiaçı 10 dekabr 2020-ci il tarixdə prezident təqaüdü almaq üçün müraciət etsə də, güzəşt olar aq ona təqaüd ödənişləri 1 aprel 2019-cu il tarixdən etibarən həyata keçirilmişdir. İş üzrə icraat materiallarından göründüyü kimi, iddiaçı müharibə veteranı vəsiqəsini 24 iyun 1999-cu il tarixdə almasına baxmayaraq ona müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün təyin olunması üçün 10 dekabr 2020-ci il tarixdə müraciət etmişdir. Beləliklə, həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq 1 aprel 2019-cu il tarixdən etibarən müddətsiz olaraq 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilir. 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı olan şəxslərə onların müraciətinə əsasən ünvanlı ödəniş kimi müavinət yox, təqaüd verilməyə başlamışdır. Həmin təqaüdün əvvəlki dövrlər üçün ödənilməsi ilə bağlı Fərmanda heç bir müddəa nəzərdə tutulmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-5117/2021 nömrəli qərarı (hakim X4) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulan bu vəsait artıq sosial müavinət statuslu ödəniş dey il və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçının istinad etdiyi “Sosial müavinətlər haqqında” Qanun 1 yanvar 2006-cı ildə qüvvəyə minmişdir. İddiaçıya isə müharibə veteranı statusu 24 iyun 1999-cu il tarixdə verilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun müddəaları bu qanun qüvvəyə mindikdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. İddiaçı “Sosial müavinətlər haqqında” Qanunda qeyd edilən müavinətin alınması ilə bağlı əvvəllər orqana m üraciət etməmişdir. Belə ki, iddiaçı 10 dekabr 2020-cu il tarixdə təqaüd təyin olunması üçün cavabdeh orqana müraciət etmiş və inzibati orqanın qərarı ilə ona 1 aprel 2019-cu il tarixdən təqaüd təyin olunmuşdur. Həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 18 sentyabr 2021-ci il tarixli sorğuya cavab məktubu i lə müəyyən olunmuşdur ki, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı yarımbəndinə əsasən iddiaçıya 1 oktyabr 2008-ci il tarixdən 20 oktyabr 2010-cu il tarixədək 25 manat, 20 oktyabr 2010-cu tarixindən 1 yanvar 2012-ci il tarixədək 30 manat, 1 yanvar 2012-ci il tarixdən 13 sentyabr 2013-cü il tarixədək 33 manat, 13 sentyabr 2013-cü il tarixdən 1 aprel 2014-cü il tarixədək 37 manat, 1 aprel 2014-cü il tarixdən 15 iyul 2015-ci il tarixədək 45 manat məbləğində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə” aylıq müavinət təyin edilib ödənilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəx slərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 9 sentyabr 2008-ci il tarixli, № 823 nömrəli Fərmanına əsasən müharibə ilə əlaqədar İİ dərəcəli əlilliyə görə iddiaçıya 1 oktyabr 2008-ci il tarixdən 1 yanvar 2012-ci il tarixədək 70 manat, 1 yanvar 2012-ci il tarixdən 13 sentyabr 2013-cü il tarixədək 77 manat, 13 sentyabr 2013-cü il tarixdən 17 aprel 2014-cü il tarixədək 85 manat, 17 aprel 2014-cü il tarixdən 18 fevral 2016-cı il tarixədək 130 manat, 18 fevral 2016-cı il tarixdən 23 may 2017-ci il tarixədək 143 manat məbləğində aylıq prezident təqaüdü təyin edilib ödənilmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il t arixli, № 641 nömrəli Fərmanına əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci yarımbəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Sözügedən Fərmana əsasən 1 aprel 2019-cu il tarixdən iddiaçıya 80 manat məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqa üdü” təyin edilib və ödənilir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-1875/2021 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən 24 iyun 1999-cu il tarixdə verilmiş, Azərbaycan Respublikası Prezidentinin məlum 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İddiaçıya inzibati orqanın qərarı ilə 1 aprel 2019-cu il tarixdən aylıq 80 manat məbləğində təqaüd təyin olunmuşdur. İddiaçı “Sosial müavinətlər haqqında” Qanunda qeyd edilən müavinətin alınması ilə bağlı əvvəllər orqana müraciət etməmişdir. Əvvəlki illərin ödənilməsi üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində işin faktiki halları, birinci instansiya və apellyasiya məhkə məsinin qərarının əsasları və bir sıra qanunvericilik normaları qeyd edilmişdir. Əlavə olaraq kassasiya şikayətində qeyd edilmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarı ilə İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi hüququnu pozmuş, əsassız olaraq mübahisənin məhkəmə qaydasında həll edilməsinə mane törətmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1048/2020 saylı, 17 iyun 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinət in ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Qanun: Maddə
2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qan undan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə
3. Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir... 20. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. (-). Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. (-). Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mi ndiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 21. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı: 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun:
2. Müəyyən edilsin ki, 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əmə liyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya in stansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlil lərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya məhkəməsi müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 2016-cı ildən 2019-cu ilə qədər cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraf lı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Nəzərə almaq lazımdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-1875/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qəra