Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-909/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)3972/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı i craat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh xxxnə qarşı “Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətinə cavab verilməsinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna-Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11439/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-3972/2023 nömrəli qərardadı ilə (hakimlər: R.Səmədov - səd rlik edən və məruzəçi, A.Oruczadə və M.Tağızadə) iddiaçının apellyasiya şikayəti mümkün sayılmamışdır.
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11439/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti 07 sentyabr 2023-cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, İPM-də məhkəmənin qəbul etdiyi qərarların tərəflərə təqdim edilməsi nəzərdə tut ulub. Təqdim edilmə dedikdə isə qərarın poçt vasitəsi ilə göndərilməsi deməkdir. Əgər belə olmasaydı inzibati məhkəmələr öz qərarlarını xəbərnaməli poçt vasitəsi ilə göndərməzdilər. Hesab edir ki məhkəmənin vahid mövqeyi olmalıdır. Bütün işlərdə qərarların təqdim edilməsini poçt göndərişi və xəbərnaməsi ilə təsdiq edilir.
8. Həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi 21 iyul tarixində qəbul etdiyi qərarı 18 avqust tarixində elektron sistemə yerləşdirmiş, 24 avqust tarixində isə poçta təqdim edilmiş, 28 avqust tarixində iddiaçıya ünvanının olduğu poçt şöbəsinə çatdırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə (İPM) a) Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qey dlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kasas iya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
12. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsind ə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
14. Prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad et məsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
15. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
16. Həmin məcəllənin 23.1-ci maddəsinə əsasən isə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
17. İş materialları ilə müəyyən olunur ki, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermə müddətinin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini mümkün saymamışdır. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərardadı həmin tarixli məktubla iddiaçıya göndərilmiş, məktub 22 avqust 2023-cü il tarixdə tərəfindən qəbul edilmiş, apellyasiya şikayəti isə 7 sentyabr 2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə verilmiş və həmin tarixdə qəbul edilmişdir.
18. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış məhkəmə bildirişində ona apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi barədə məlumat verilmiş və müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən prosessual müddətin ötürülməsini üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.
19. İddiaçı isə kassasiya şikayətində qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərardadı 18 avqust tarixində elektron sistemə yerləşdirilmiş, 24 avqust tarixində poçta təqdim edilmiş, 28 avqust tarixində isə iddiaçıya ünvanının olduğu poçt şöbəsinə çatdırılmışdır.
20. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş olan poçt qəbzindən görünür ki, iddiaçı məhkəmə qərardadını xx.xx.2023-cü il tarixdə alıb, lakin apellyasiya şikayətini 7 sentyabr 2023-cü i l tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müddət axını iddiaçının dəlilinə uyğun hesablansa belə, o, yenə də qanunvericilikdə müəyyən olunmuş 10 gün müddətini ötürmüşdür.
22. Odur ki, apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-3972/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.