Məhkəmə qərarları › İş №2-1(102)-91/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-91/2025

19.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-91/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2024-cü il tarixli, 2-1(104)-342/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9490 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərar alınmışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “X24”nin vakansiya göndərişlərin surətlərindən görünür ki, X17, X16, X7, X8, X9, X11, X19 və X2 Tural Bəndər oğluna məxsus obyektdə işaxtaran kimi qeydiyyatdan keçirilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X27 Mərkəzi ilə İddiaçı a rasında xx.xx.2023-cü il tarixdə “ofisiant” və “otel xadiməsi” peşələri üzrə kursların birgə təşkili ilə bağlı müqavilə bağlanılmış, əməkdaşlıq çərçivəsində xx.xx.2023-cü il tarixdə 7 nəfər “ofisiant”, 6 nəfər “otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir.

5. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, X19, X3, X11, X16, X17, X8, X7, X12 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********8827 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********8827 nömrəli Qərarı ilə İddiaçı 8 nəfər şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “X31” MMC-də operativ vergi nəzarəti tədbirləri həyata keçirmiş və həmin tarixdə akt tərtib etmişdir. Tərtib olunmuş akta görə müəssisədə 15 nəfər şəxsin işə cəlb olunması, onlardan 8 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi qeyd olunmuşdur. Bundan sonra, xx.xx.2023-cü il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə materiallara birgə baxılmışdır. Araşdırma zamanı iddiaçının səlahiyyətli nümayəndəsinin təqdim etdiyi əsaslı sənədlərə baxmayaraq, yekunda qeyd edilən maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, araşdırma zamanı cavabdeh orqana təqdim olunmuş “X27 Mərkəzi” publik hüquqi şəxslə “X31” MMC arasında bağlanmış 22 iyun 2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, müqavilənin əsas predmetini məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz, işaxtaran, əlilliyi olan, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, həssas təbəqədən olan vətəndaşların “Ofisiant” və “Otel xadiməsi (təmizl ik işləri)” peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, müasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsini təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin əsas məqsədi işsiz, işaxtaran, əlilliyi olan, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, həssas təbəqədən olan vətəndaşların peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlb olunması, onların təcrübə keçməsi və gələcəkdə iş yerləri ilə təmin olunmaqdan ibarət olmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının fəaliyyət göstərdiyi müəssisəyə 7 nəfə r “Ofisiant”, 6 nəfər “Otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə “Ofisiant” peşəsi üzrə 6 nəfər, “Otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “X24” vasitəsilə vakansiyaya göndəriş göndərilməklə, həmin şəxslərin işə qəbul olunması xahiş olunmuşdur. Bundan sonra, göndəriş əsasında həmin şəxslərlə əmək müqaviləsi bağlanmış və 8 nəfər işçi işə qəbul edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi cavabdeh orqan 8 nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb olunmasına əsaslanaraq, sözügedən əsassız qərarı qəbul etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə görə Mərkəz təminat verir ki, hazırk i müqavilə çərçivəsində bilavasitə istehsalat müəssisəsində təcrübəyə cəlb edilmiş şəxslər Müəssisə tərəfindən müəyyən edilmiş yerlərdə təcrübə keçməyə səlahiyyətlidirlər, bununla bağlı qanunverciliklə tələb olunan bütün hərəkətlər Mərkəz tərəfindən həyata keçiriləcəkdir. Bu normanın pozuntusu ilə bağlı hər hansı dövlət və ya qeyri-dövlət orqanı, eləcə də üçüncü şəxslər tərəfindən Müəssisəyə irəli sürülən hər hansı iradlar Mərkəzə yönəldiriləcəkdir. Göründüyü kimi, cavabdeh orqan 8 nəfər şəxsin işə qəbul edilməsi ilə məsələləri bir başa Mərkəzdən tələb etməli olduğu halda, iddiaçının fəaliyyət göstərdiyi müəssisədə yoxlama aparmaqla kifayətlənmişdir.

8. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivə sində iddiaçının ünvan 2 ünvanda sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. Operativ vergi nəzarəti tədbiri KY231960256 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Həyata keçirilmiş yoxlama nəticəsində 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçilər- X23, X17, X12, X7, X16, X8, X11, X4 müxtəlif vəzifələrdə işə cəlb edilmişlər. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin m ötəbərliyi təsdiqlənmədiyindən qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, “X27 Mərkəzi” Publik hüquqi şəxslə “X31” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin icrası ilə bağlı X5 məktubundan görünür ki, ofisiant və otel xadiməsi peşəsi üzrə “təlim kursları”nın müddəti 2 ay olmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. xx.xx.2023-cü il tarixli 001908 nömrəli aktdan isə görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri keçirilərək, 8 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif iş lərə cəlb edildiyi aşkar olunmuşdur. Hər iki sənədi müqayisəli təhlil edərək belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda, yəni xx.xx.2023-cü il tarixdə 001908 nömrəli aktda qeyd olunmuş şəxslər “müvafiq kursu” bitirmişlər, bu baxımdan həmin tarixdə onların hələ də peşə hazırlığına cəlb edilməsi ilə bağlı iddiaçının dəlili əsaslı qəbul edilməməlidir. Belə ki, operativ vergi nəzarəti zamanı həmin şəxslər təqdim etdiyi izahatlarında göstərdikləri əmək fəaliyyəti müqabilində 345 manat məbləğində aylıq əmək haqqı aldıqlarını, eləcə də onlar barəsində iş saatı tətbiq edildiyini, iş saatının saat 12:00-dan 20-00-a kimi davam etdiyini qeyd etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli müqavilədə də İddiaçı aktda adları göstərilmiş şəxslərə hər hansı ödəniş etm əsi ilə bağlı öhdəliyi nəzərdə tutulmamışdır. Əksinə NK-nın 07 İyun 2017-ci il tarixli 261 nömrəli Qərarına əsasən peşə hazırlığı ilə bağlı bütün xərcləri X10 çəkir. Qaydaların 2.5-ci bəndinə əsasən peşə hazırlığına cəlb olunmuş işsiz, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Beləliklə həm NK-nın qərarından, həm də xx.xx.2023-cü il tarixli müqavilədən görsənir ki, iddiaçının “peşə hazırlığına” cəlb edilmiş işçilərə hər hansı ödəniş verməklə bağlı hüquqi öhdəliyi olmamışdır. Aktda istinad edilmiş şəxslərə iddiaçı tərəfindən aylıq əmək haqqının verilməsi, eləcə də onlar barəsində iş saatının tətbiq edilməsi xüsusatları onu deməyə əsas verir ki, operativ vergi nəzarəti nəticəsində aşkar edilmiş işçilər İddiaçılə əmək münasibətlərində olmuş və müvafiq işlərə əmək müqaviləsi olmadan cəlb edilmişlər. Vergi qanunvericiliyinin tələblərinə əməl edilərək yoxlama zamanı foto çəkilişdən istifadə edilmişdir. Sözügedən şəxslərin iddiaçı tərəfindən müxtəlif işlərə cəlb edildiyi fotolarla da sübut olunur.

9. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) 2-1(114)-902/2024 saylı, 25 yanvar 2024-ci il tarixli qərarı ilə iddia təmin edilərək 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.202 3-cü il tarixli, **********8827 nömrəli qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “X27 Mərkəzi” publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilə Məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz və işaxtaran vətəndaşların “Ofisiant”, “Otel xadiməsi (təmizlik işləri)” peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, müasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsi barədə razılığa gəlinmişdir. Əməkdaşlıq çərçivəsində xx.xx.2023-cü il tarixdə 7 n əfər “ofisiant”, 6 nəfər “otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir. Bundan əlavə, hazırlıq kurslarını bitimiş şəxslərdən X19, X3, X11, X16, X17, X8, X7, X12 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, hazırlıq kurslarına cəlb olunmuş şəxslər xx.xx.2023-cü il tarixdə hazırlıq kurslarını başa vurmuş və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlarla əmək müqaviləsi bağlanmış, günün sonunda isə müqavilələr müvafiq sistemə yerləşdirilmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xah iş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R. Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və A.V.İsgəndərova) 4 iyul 2024-cü il tarixli, 2-1(104)-342/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-902/2024 sayl qərarı ləğv edilmişdir. İş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

13. Apellyasiya mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən də göründüyü kimi İddiaç ı həmin müqavilə üzrə tərəf olmamış və onun müqavilə üzrə hər hansı hüquq və öhdəlikləri müəyyən edilməmişdir. İddiaçının əsas fəaliyyət növü “restoranlar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarətdir və vergi orqanının xx.xx.2023-cü il tarixli, **********9490 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə vergi nəzarəti tədbiri həyata keçirilmiş və tədbir zamanı X19, X3, X11, X16, X17, X8, X7, X12 ilə İddiaçı arasında faktiki əmək münasibətlərinin olması öz təsdiqini tapmışdır. Vergi orqanı tərəfindən keçirilən nəzarət tədbiri zamanı yuxarıda adları çəkilən şəxlərin xx.xx.2023-cü il tarixli izahatları alınmış və ümumilikdə həmin şəxslərdən yeddisi müəssisə rəhbəri kimi İddiaçı tanıdıqlarını, işəg ötürən tərəfindən onlara əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması barədə onlara məlumatın verilmədiyini, göstərdikləri əmək fəaliyyətinə görə nağd formada aylıq 345 manat əmək haqqı aldıqlarını, həftənin 5 günü saat 12:00-dan 20:00-dək iş saatlarının olmasını bildirmişlər. Həmçinin adları qeyd olunan şəxslərdən X3 öz izahatında həmin gün gəldiyi üçün heç bir sənədə imza etmədiyi və işəgötürən tərəfindən ona əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Beləliklə, iddiaçı həmin fiziki şəxslərlə aralarında faktiki əmək münasibətlərinin mövcud olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə olan halda, sözügedən şəxslərin operativ vergi nəzar əti keçirilərkən vergi orqanına verdikləri izahatlar mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 41.

1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəz arəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyi cisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məb ləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identif ikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfl i, tam və obyektiv araşdırmağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 73.1. Qanunda başqa qayda nəzərdə tutu lmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin i nzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə k assasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşin faktiki hallarına əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə cavabdehin qənaətinə görə əmək müqaviləsi bağlamadan 8 nəfər fiziki şəxsin, yəni X17, X16, X7, X8, X9, X11, X19 və X6 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2023cü il tarixli 001908 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir.

26. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlə t ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

27. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə pr osesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

28. İş materiallarına əlavə edilmiş “X27 Mərkəzi” publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” mü qavilə ilə Məşğulluq Strategiyası və Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz və işaxtaran vətəndaşların “Ofisiant”, “Otel xadiməsi (təmizlik işləri)” peşə ixtisası üzrə qısamüddətli peşə hazırlığına cəlbi, təlim proqramına uyğun təcrübə saatları həcmində nəzərdə tutulmuş zəruri peşə kvalifikasiyalarına yiyələnməsi, müasir səriştələrin, bacarıqların bilavasitə istehsalat müəssisəsində (əmək bazarı iştirakçılarının yanında) həyata keçirilməsi üçün birgə fəaliyyət göstərilməsi barədə razılığa gəlinmişdir.

29. Əməkdaşlıq çərçivəsində xx.xx.2023-cü il tarixdə 7 nəfər “ofisiant”, 6 nəfər “otel xadiməsi” peşələri üzrə 2 aylıq hazırlıq kurslarına cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə “ofisiant” peşəsi üzrə 6 nəfər, “otel xadiməsi” peşəsi üzrə 4 nəfər hazırlıq kurslarını bitirmişdir.

30. Bundan əlavə, hazırlıq kurslarını bitirmiş şəxslərdən X19, X3, X11, X16, X17, X8, X7, X12 ilə işəgötürən İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, göründüyü kimi hazırlıq kurslarına cəlb olunmuş şəxslər xx.xx.2023-cü il tarixdə hazırlıq kurslarını başa vurmuş və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlarla əmək müqaviləsi bağlanmış, günün sonunda isə müqavilələr müvafiq sistemə yerləşdirilmişdir.

32. Bundan başqa, nəzərə alınmalıdır ki mövcud qanunvericilikdə bağlanmış əmək müqavilələrinin iş günün hər-hansı saatında müvafiq bazaya işlənməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Hazırlıq kurslarını bitirmiş şəxslərin məhz kursun bitməsi günündən sonrakı gün həm in müəssisəyə gələrək işə başlamaları onların müqaviləsiz işə cəlb edilmələri ilə bağlı cavabdehin dəlillərinin əsassız olmasını deməyə əsas verir.

33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbi qanuni və əsaslıdır, bu səbəbdən iddia təmin edilməlidir.

34. Odur ki, kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2024-cü il tarixli, 21(104)-342/2024 nömrəli qərar ı ləğv edilsin. İddia tələbi təmin edilsin. 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********8827 nömrəli qərarı ləğv edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar