Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-911/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Şəhər İcra Hakimiyyətinin 1 3.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1(107)-668/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək sahibkarlıq məqsədilə Şəki şəhərİ, S.Mümtaz küçəsinin qərbində "xxxx" ASC-nin icarəsinə verilmiş 0,44 ha dövlət asudə fond torpağının "xxx x" ASC-nin idarə heyətinin sədrinin razılığına əsasən uzun müddətli icarə qaydasında istifadəsinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti ilə əlaqədar onun iştirakı ilə Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbindən, Kiş çayının istinad divarlarına yaxın ərazidən, boş və istifadəsiz olan dövlət ehtiyat fondu torpaqlarından 0,44 ha torpaq sahəsi seçilərək sahəni seçmə aktı tərtib edilmiş və həmin akt müvafiq təşkilatların nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Şəki ŞİH başçısının 13.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə iddiaçıya sözügedən ərazidən 0,44 ha torpaq sahəsi ayrılmış və onunla Şəki ŞİH arasında 13.01.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. İddiaçıya ayrılmış torpaq sahəsinin yerl əşdiyi ərazinin planı Şəki ŞİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı, Şəki Şəhər İcra Hakimiyyətinin 13.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin sonuncu 20.04.2018-ci il tarixli **********30 nömrəli məktubla bildirmişdir ki, ərizəyə 0,44 ha torpaq sahəsinin icarə qaydasında ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyətinin 13.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı, 13.01.2016-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi və baş memar tərəfindən təsdiq edilmiş yerləşmə sxemi əlavə edilsə də, torpaq sahəsi barədə müvafiq dövlət qurumları tərəfindən verilməli olan rəylər təqdim edilməmişdir və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq qeydiyyat üçün tələb olunan sənədlər, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı idarəyə təqdim edilməmişdir. Bu s əbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyətinin 13.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 13.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə "xxxx" ASC-nin icarəsinə verilmiş 0,44 ha torpaq sahəsi istifadə olunmadığı üçün bu sərəncamın 1-ci bəndi ilə geri alınmışdır. Bundan sonra o, Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək sahibkarlıq məqsədilə 0,44 ha dövlət asudə fond torp ağının uzun müddətli icarə qaydasında istifadəsinə verilməsini xahiş etmişdir. Onun iştirakı ilə Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbindən, Kiş çayının istinad divarlarına yaxın ərazidən, boş və istifadəsiz olan dövlət ehtiyat fondu torpaqlarından 0,44 ha torpaq sahəsi seçilərək sahəni seçmə aktı tərtib edilmiş və həmin akt Şəki ŞİH (Şəki ŞİHB-nın birinci müavini və şəhərin baş memarı), DTXK-nin Şəki rayon şöbəsi, 9 saylı ərazi X3 şöbəsi, 9 saylı kabel sahəsi, X5 və X4 İdarəsi tərəfindən imzalanaraq möhürlənmişdir. Şəki ŞİH başçısının 13.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə ona 0,44 ha torpaq sahəsi ayrılmış və onunla Şəki ŞİH arasında 13.01.2016-cı il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmçinin, ona ayrılmış torpaq sahə sinin yerləşdiyi ərazinin planı Şəki ŞİH Memarlıq və Tikinti Şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Lakin cavabdeh həmin torpaq sahəsi üzərində icarə hüquqlarını qeydə almaqdan, torpaq sahəsi barədə müvafiq dövlət qurumları tərəfindən verilməli olan rəylərin təqdim edilməməsi və torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi səbəbindən imtina etmişdir. Halbuki, torpaq sahəsinin ayrılmasına dair seçmə aktı tərtib edilərkən müvafiq təşkilatlardan rəylər alınmışdır. Həmçinin, elektrik xəttinin keçməsi torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina üçün əsas deyildir. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın əsassız olduğunu bildirmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-929/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, xidmət haqqı və dövlət rüsumu iddiaçı tərəfindən ödənildikdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin 13.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinə iddiaçının icarə hüququnun qeydə alınmasından, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin imtina etməsi qanunsuzdur. Əks yanaşma, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, el əcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-668/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Əliyev, hakimlər: M.M.Hüseynov və G.Q.Abbasov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-929/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 2-1(107)-668/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iş üçün əhəmiyyətli hesab edilən hallar sübut olunmadığından Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-1 (107)-668/2018 saylı qərarı ləğv olunmalıdır. Belə ki, 0.44 ha torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin X2 Dayaq Məntəqəsinin ərazisindən ayrılmışdır və 0,1250 ha hissəsi 6 kv-luq yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən və torpaq sah əsinin ayrılmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin rəyi olmadığından iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Halbuki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə, dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olu nmuş cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən – qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı eti razla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı Şəki Şəhər İcra Hakimiyyətinin 13.01.2016-cı il tarixli, 01 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etmişdir. İddianın təmin edilməli olduğuna dair mövqeyini apelyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, hazırkı torpaq sahəsinin iddiaçının ic arəsinə verilməsi üçün FHN X6 Agentliyinin rəyinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin yerquruluşu planının və X1 Təşkili üzrə Dövlət Agentliyinin razılıq məktubunun tələb edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların icarədə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərə fli araşdırılması təmin olunmamışdır. Belə ki, iddiaçının tələbi 0,44 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşdən isə görünür ki, məhkəmə həmin tələbin əsaslılığına qiymət verərkən torpağın kateqoriyasını və bundan irəli gələn torpaqdan istifadə qaydalarına dair qanunvericilikdə təsbit olunmuş tələbləri nəzərə almamışdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müə yyən olunmuş qaydada aparılır.(2-ci maddə). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. (12.1-ci maddə). İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.(23-cü maddə) Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əs asən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi ü zrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan unun 15.1-ci maddəsində sadalanmışdır. Həmin hallar aşağıdakılardan ibarətdir: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulm uş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkə n müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 4cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu M əcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii - təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə t ədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilm əsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında ifadə edilən hüquqi mövqeyinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təy inatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı işdə olan, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 nömrəli, 13.01.2016-cı il tarixli sərəncamından görünür ki, iddiaçıya icarəyə verilən ərazidə boş və istifadəsiz olan torpaq sahəsi dövlət ehtiyat fondu torpaqlarına aiddir. Torpaq Məcəlləsinin 33.4 və 33.5-ci maddələrində isə təsbit edilmişdir ki, ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqori yadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Qeyd olunmalıdır ki, iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamda icarəyə verilən torpağın ehtiyat fondu torpaqlarına aid olması qeyd edilmişdir. Həmin torpaq sahəsinin müvafiq kateqoriyaya keçirilməsi barədə işdə heç bir sübut yoxdur. Halbuki, ehtiyat fondu torpaqlarının müvafiq kateqoriyaya keçirilmədən istifadəyə, yaxud icarəyə verilməsi qanunun tələblərinə ziddir. Odur ki, təkrar apelyasiya b axışı zamanı iddiaçıya sahibkarlıq məqsədi ilə icarəyə verilən ehtiyat fondu torpağının müvafiq kateqoriyaya keçirilməsi yoxlanılmalı, eləcə də iddia tələbinin əsaslılığına həmçinin torpaqların məqsədli təyinatı və hüquqi rejimi ilə bağlı müddəalar nəzərə alınmaqla qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə araşdırma aparılmamış, eləcə də mübahisəyə Torpaq Məcəlləsinin istinad olunan müddəaları baxımından münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını nəzərə almamış, bununla da işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələblərini pozmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və yuxarı da istinad edilən maddi və prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd edilən halların araşdırılması, beləliklə də maddi və iş prosessual hüquq normalarının tələbləri təmin edilməklə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-668/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-911/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-911/2019
10.04.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver