Məhkəmə qərarları › İş №2-1(102)-912/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-912/2025

17.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-912/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X1nin dublikatının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2-1(103)-2659/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və bununla bağlı Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən ona xx.xx.1999-cu il tarixdə M/V seriyalı 028487 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 1999-cu il tarixdə verilmiş M/V seriyalı 028487 nömrəli “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli 4/3-4272 məktubla bildirmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə xx.xx.1994-cü il tarixdən sonrakı müddətdə xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığında, hərbi hissəni özbaşına tərk etdiyinə görə ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “X1nin dublikatının verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsində qeyd etmişdir ki, 24 noyabr 1977-ci il tarixdən 27 sentyabr 1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, 1988-1994-cü illəri əhatə edən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, buna görə də, “müharibə veteranı” adı və X1 almışdır. Tərəflərindən təqdim edilən AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə həq iqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş, Müdafiə Nazirliyinin xx.xx.1979-cu il tarixli, 231 saylı əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bakı şəhər Binəqədi rayon Prokurorluğu tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Səfər oğlu həqiqətən Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Prezidentin müvafiq Fərmanına əsasən veteran sayılır və müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. Buna uyğun olaraq ona Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən 1999-cu il tarixdə M/V seriyalı, 028487 nömrəli X1 verilmişdir (surəti əlavə olunur). Həmin vəsiqə əsasında o, uzun müddətdir ki, müharibə veteranları üçün nəzərdə tutulan müavinət alır. Sonradan bütün müharibə veteranlarından onların vəsiqələri geri alınmış və yenisi ilə əvəz ediləcəyi bildirilmişdir. Lakin, cavabdeh tərəfindən hələ də, yeni vəsiqə ona təqdim edilməmişdir. Məsələ ilə əlaqədar tərəfindən cavabdehə ərizə ilə müraciət edilmiş və ona məxsus X1nin dublikatının verilməsi xahiş edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 4/3-4272 nömrəli cavab məktubu ilə müraciətimdən imtina edilmişdir. Cavabdeh öz imtinasını bununla əsaslandırmışdır ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə xx.xx.1994-cü il tarixdən sonrakı müddətdə xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına və hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20 23-cü il tarixli iclasında barəsində müsbət rəy verilməmişdir. Lakin bildirir ki, müraciəti ona veteran adının və vəsiqəsinin verilməsi ilə əlaqədar olmamışdır. Onun müharibə veteranı adı və X1 mövcud olmuş, qeyd edilən hallar tərəfindən təqdim edilən sübutlarla təsdiq olunmuşdur. Hal-hazırda faktiki olaraq müharibə veteranı adına sahibdir və müharibə veteranları üçün nəzərdə tutulan 80 (səksən) manat təqaüdü alır. Müraciəti cavabdeh tərəfindən yeni ilə əvəz edilmə məqsədi ilə geri alınmış və qaytarılmamış ona məxsus X1nin dublikatının verilməsi ilə bağlı olmuşdur. Lakin, cavabdeh qanunsuz olaraq vəsiqənin dublikatınn verilməsindən imtina etmişdir.

6. Cavabdeh iddiaya etiraz verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 22 fevr al 2024-cü il tarixli, 2-1(112)-1514/2024 nömrəli qərarı ilə (A.Abdullayeva) iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “X1nin dublikatının” verilməsi ilə bağlı tələbinin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya əvvəllər bu status verilmiş, vəsiqə ilə təmin olunmuş, hazırki vaxtadək veteranlar üçün qanunla nəzərdə tutulan müavinəti alan şəxsdir, beləliklə, ona “müharibə veteranı” adının verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati aktı qüvvədədir, ləğv edilməmiş və geri çağırılmamışdır, sadəcə hazırki vəziyyətdə iddiaçı itirdiyi üçün vəsiqəsinin dublikatının verilməsini tələb edir ki, həmin tələbi n də təmin olunmasından imtina etmək üçün iş üzrə hər hansı qanuni əsasın mövcud olmadığı müəyyən olunur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2-1(103)-2659/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 11. “İnzibati icraat haqqında” Qanunun 19, 27, 24.2, 62.1, 67-ci və «Veteranlar haqqında» Qanunun 3, 7-ci maddələrinə, eləcədə Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti imtina məktubu eləcə də, iddia dair etiraza uyğun tərtib edilmiş, əlavə olaraq isə qeyd edilmişdir ki, iddiaçıya "Müharibə veteram” adı və vəsiqəsi Azərbaycan Respublikası Səfər bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmişdir. Belə olan halda "Müharibə veteranı” adının və vəsiqəsinin dublikatının həmin təşkilat tərəfindən baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Çünki, "Müharibə veteram” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər elə həmin teşkilatın özündədir. Bu əsaslarla iş üzrə Müdafiə Nazirliyi cavabdeh ola bilməz.

14. Kassator Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə etiraz təqdim edil məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hall arı hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaq la, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax ( Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, dax ili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut ed ən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göst ərilmiş şəxslərə şamil olunmur.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə d üşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən ş əxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümk ün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnı z hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. İddiaçının hüquqi marağı hazırkı mübahisədə ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsinə yönəlmişdir.

27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 80 nömrəli arayışa əsasən İddiaçı həqiqətən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və bununla bağlı Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən ona xx.xx.1999-cu il tarixdə M/V seriyalı 028487 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.

28. Bundan əlavə işdə olan iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsinə əsas olmuş adlı siyahıda iddiaçının adı 16-cı sırada qeyd edilmişdir.

29. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-7/2-S-7808/2024 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən müharibə veteranlarına 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü alır. Təyinatın başlama tarixi xx.xx.2019-cu il, təyinatın bitmə tarixi müddətsiz qeyd olunmuşdur.

30. Belə olan halda, işin araşdırılmış halları ilə müəyy ən olunur ki, iddiaçıda əvvəllər “müharibə veteranı” vəsiqəsi olmuş, eləcə də o, hazırki vaxtadək veteranlar üçün qanunla nəzərdə tutulan müavinətın almışdır. Həmçinin ona “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi barədə inzibati aktın qüvvədən düşməsi, ləğv edilməsi və ya geri çağırılması barədə cavabdeh tərəfindən heç bit sübut təqdim edilməmişdir.

31. Göründüyü kimi iddiaçının hazırkı tələbi “müharibə veteranı” statusunun deyil, artıq onda olmuş həmin status əsasında vəsiqənin dublikatının alınmasıdır. İddiaçı “müharibə veteranı” statusunda olması hazırkı mübahisənin predmetini təşkil etmir.

32. Belə olan halda, cavabdehin iddiaçıya “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməli dir.

33. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 16-19(a) bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinə uyğun olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli 21(103)-2659/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar