Məhkəmə qərarları › İş №2-1(102)-914/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-914/2025

30.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-914/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3887/2024 nömrəli qərarından cavabdeh Azərb aycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı hərbi biletindəki qeydlərə əsasən 31 mart 1993-cü il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 31 yanvar 1997-ci il tarixdə hərbi xidmətdən tərxis olunaraq, xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Səbail rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. 2. 799 saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 32 №-li əmrindəki qeydlərə əsasən, İddiaçı Seyfəlli ərazisində döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilmiş hesab olunmuşdur (Qeyd: əmrdə atasının adı göstərilməmişdir və əmr olduğu kimi köçürülmüşdür.). 3. 799 saylı hərbi hissə komandirinin “ 799 saylı hərbi hissədən şəxsi heyətin sonrakı xidmət üçün N saylı hərbi hissəyə keçirilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 35 №-li əmri ilə İddiaçı N saylı hərbi hissəyə keçirilmişdir (Qeyd: əmr olduğu kimi köçürülmüşdür).

4. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 1 №-li əmrindən çıxarışda (surəti) göstərilmişdir ki, 1995-ci il tarixdən 470, 475, N və N saylı hərbi hissələrdən növbəti həqiqi hərbi xidmətlərini davam etdirmək üçün gəlmiş aşağıdakı hərbi qulluqçılar bölmənin, şəxsi heyətinin bütün növ təminatlara daxil edilmiş və aşağıdakı vəzilərə təyin edilmişlər: - 58. sıravi İddiaçı – İİİ kəşfiyyat bölüyünün sürücüsü. Əsas: Azərbaycan Silahlı Qüvvələrin Milli Baş Qərargahının əmri. Respublika. xx.xx.1995-ci il tarixli, № 3/4 – N (Qeyd: Əmrdə hərbi hissənin adı “ Milabad” yox, “İlabad” göstərilmişdir və əmr olduğu kimi köçürülmüşdür.).

5. N №-li hərbi hissə tərəfindən İddiaçı verilmiş xx.xx.199N-cı il tarixli, 193 №-li arayışda (surəti) qeyd olunmuşdur ki, o, döyüş bölgəsində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət etmişdir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 3N717704 4İ-3222 №-li arayışında göstərilmişdir ki, AR Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumatlara əsasən xx xxxx 1975-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuş İddiaçı məhkumluğu yoxdur.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8373 saylı məktubunda qeyd olunmuşdur ki; - Səbail RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3 №-li əmrilə (əsas: §-2, sıra-330, səh-47) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək təsərrüfat tağımının avtomobil manqasında sürücü-yanacaqdolduran vəzifəsinə təyin olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrində (əsas: §- 1, sıra-8, səh-21, əmrdə atasının adı yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısında İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3N №-li əmrində (əsas: §- 1, sıra-N5, səh-28) xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, Sabail RHK-nın çağırışçısı İddiaçı adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin iyul 1993-cu il tarixdən may N-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 1 №-li əmrində (əsas: §-4, sıra-58, səh-3) həqiqi xidmətlərini davam etdirmək üçün 470, 475, 47N, 77N №-li hərbi hissələrdən gəlmiş və xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, kəşfiyyat bölüyündə bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında, 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuş, sıravi İddiaçı adı qeyd edilmişdir - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 28 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-na göndərilmişdir.

8. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 2/2-1045, № 2/2-1048, № 2/2-1079 cavab məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8N82 nömrəli arayışına əsasən iddiaçının N və 7NN nömrəli hərbi hissədə xidmə ti barədə məlumatlar var, lakin N nömrəli hərbi hissə komandirinin iyuldekabr 1993-cü, yanvar-dekabr N-cü, may 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitabından çıxarışda xidməti barədə məlumat aşkar olunmadığına, 77N nömrəli hərbi hissədə hərbi xidməti Atəşkəs dövrünə (xx.xx.1995-ci il) təsadüf etdiyinə, həmçinin 799, 44N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən Arxiv sənədlərinə və hərbi biletində aparılan qeydlərlə 31 mart 1993-cü il tarixindən 31 yanvar 1997-ci il tarixinə qədər olan 3 il 10 ay hərbi xidmətdə olduğu dövrdə xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinə qədər, yəni 10 may N-cü il tarixində elan olunan atəşkəsə qədər 4 ay 7 gün müddətində Tərtər bölgəsinin ən təhlükəli mövqelərindən biri olan Çaylı kəndi istiqamətində N saylı hərbi hissənin tərkibində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunduğu üçün ona “Müharibə Veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Sonradan xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi biletinin surətindən və Müdafiə Nazirliyinin arxiv sənədlərindən də göründüyü kimi, İ Qarabağ Müharibəsi zamanı torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərin qızğın vaxtlarında, yəni 31 mart 1993cü il tarixində 18 yaşı tamam olan kimi Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Məhz həmin məqsədlə çağırış məntəqəsində də bildirmişdir ki, o, cəbhə bölgəsind ə döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etmək istəyir. Ona görə də öz arzusu ilə onu Yaşma qəsəbəsində olan Xüsusi Təyinatlı kəşfiyyat hərbi hissəsinə göndərmişdirlər. Yaşma qəsəbəsində ilk döyüş hazırlıqlarını keçib 14 may 1993-cü il tarixində hərbi andı qəbul etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin 0N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün Şəmkir rayonunda olan Seyfəlli döyüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi hərbi hissə tərəfindən N iyul 1993-cü il tarixli 35 №li başqa bir əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün digər hərbi hissəyə keçirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilən və ərizəyə əlavə etdiyi hərbi hissənin 0N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün döyüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra digər hərbi hissəyə keçirilmişdir. Hərbi biletinin 4cü səhifəsində aparılan qeydlərə əsasən xx.xx.1993-cü il tarixində Müdafiə Nazirliyinin hərbi hissə komandiri tərəfindən verilən 133 saylı əmri ilə şəxsi heyətinin siyahısına daxil edilmiş və xx.xx.N-cü il tarixində hərbi hissə komandiri tərəfindən verilən N9 saylı əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. xx.xx.N-cü il tarixindən xx.xx.1995-ci il tarixinə q ədər hərbi biletində xidməti barəsində məlumat olmasa da, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissənin N may 1995-ci il tarixli 1 №li əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün 470, 475, N və N saylı hərbi hissələrdən xeyli sayda hərbi qulluqçuların yeni yaradılmış N saylı hərbi hissəyə göndərilməsi barəsində əmrdə onun adı 58-ci şəxs kimi qeyd olunaraq göstərilmişdir ki, o, N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi biletinin 3cü səhifəsində göstərilmişdir ki, 31 yanvar 1997-ci il tarixində Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 3 №li əmrinə əsasən ehtiyata buraxılaraq, hərbi qeydiyyata durmaq üçün Bakı şəhəri Səbail Rayon H ərbi Komissarlığına göndərilmişdir.

12. Cavabdeh iddiaya dair etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir və qeyd etmişdir ki, Mərkəzi Arxivin 2021-ci il tarixli arayışına əsasən, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmadığından, 77N nömrəli hərbi hissədə xidməti atəşkəsdən sonra olduğundan, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 21N №li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 30 iyul 2024-cü il tarixli, 2-1(112)7218/2024 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən istinad olunan Arxiv arayışındakı məlumatlardan da göründüyü kimi, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrinə (əsas: §-1, sıra-8, səh21, əmrdə atasının adı yazılmamışdır) əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3N №-li əmrində xidmət ini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında, onun adı qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, N №-li hərbi hissə komandirinin iyul 1993-cu il tarixdən may N-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumatın aşkar olunmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olunan şərtlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdə görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyünün hərbi q ulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 28 №-li əmrilə (əsas: §-1, səh-51, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Səbail RHK-ya göndərilmişdir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3887/2024 nömrəli qərarı ilə (hakimlər: E.Ə.Əliyev (sədrlik edən və məruzəçi hakim), R.Ə.Səmədov və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı müvafiq döyüş bölgəsində xidmət etmiş, döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində olmuş və qanuni əsaslarla ehtiyata buraxılmışdır. Bu səbəbdən, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs sayılır və müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının xidmət etdiyi hərbi hissələr (xx.xx.N-cü ilə kimi olan dövrə aiddir) döyüş əməliyyatlarında iştirak etməyiblər, N nömrəli hərbi hissədə isə xidməti mötəbər sübutlarla təsdiqlənməmişdir.

20. Arxiv arayışında N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixli 35 nömrəli əmrinə istinad olunaraq, göstərilmişdir ki, iddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir.

21. Bu informasiya isə iddiaçının N nömrəli hərbi hissədə xidmətini sübut etmir, çünki o, ora getməyib, o, orada olsaydı, adı həmin hərbi hissənin şəxsi heyətin siyahısına salınardı, qazan təminatına alınardı, əmrlərində, əlifba qeydiyyatı kitablarında olardı.

22. Yəni şəxsin həmin hərbi hissəyə (703) gedib çatması təsdiq olunmayıb.

23. Arxiv arayışından görmək olar ki, N nömrəli hərbi hissənin iyul 1993-dekabr N, may 1995-ci il tarixli nizami hissə ü zrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Yəni iddiaçı N nömrəli hərbi hissədən sonra N nömrəli hərbi hissədə xidmət keçməyib.

24. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli əmrindən də görmək olar ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət etməyib. Orada 470, 475, 47N, 77N nömrəli hərbi hissələrdən gəlmiş hərbi qulluqçuların adları arasında iddiaçı qeyd olunmuşdur.

25. Hətta, iddiaçının HZ seriyalı N5077N78 nömrəli hərbi biletinin uçot kartasında onun N nömrəli hərbi hissədə xidmət etməsi barədə bir söz belə yoxdur (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 1204 nömrəli məktubun surəti v ə ona əlavə olunmuş sənəd əlavə olunur).

26. Orada iddiaçının 799 (xx.xx.1993), 475 (4.12.1993-1.04.N) və 212 (1.05.1995xx.xx.1997) nömrəli hərbi hissələrdə xidmət etməsi göstərilmişdir.

27. Məhkəmə qərarından görmək olar ki, iddiaçının xidməti barədə həmin quruma sorğu edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydal arı və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 21N saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni mi llətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfi ndən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

31. Azərbaycan Respublikasının xidmətkeçmə haqqında” Əsasnamə: Qanunu ilə təsdiq edilmiş “Hərbi Maddə

20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələl ərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9N.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Ka ssasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12-ci, 58-ci maddələrin in tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdır.

37. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsasını iddiaçının N və 7NN nömrəli hərbi hissədə xidməti barədə məlumatlar olduğu halda, N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1993-cü, yanvar-dekabr N-cü, may 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitabından çıxarışda xidməti barədə məlumat aşkar olunmadığı, 77N nömrəli hərbi hissədə hərbi xidməti atəşkəs dövrünə (xx.xx.1995-ci il) təsadüf etdiyi, həmçinin 799, 44N və N nömrəli hərbi hissələr Silahlı Qüvvə lərin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin mümkün olmaması təşkil edir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı müvafiq döyüş bölgəsində xidmət etmiş, döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində olmuş və qanuni əsaslarla ehtiyata buraxılmışdır. Bu səbəbdən, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs sayılır və müharibə veteranı adı və vəsiqəsi almaq hüququna malikdir.

39. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının N saylı hərbi hissədə xidmət etməsi sübut olunmayıb. Nə əmrlərdə, nə şəxsi heyət qeydiyyat kitabında, nə də hərbi biletdə bu barədə məlumat y oxdur. Arxiv arayışında sadəcə “göndərilmə” qeyd olunub, lakin ora “çatıb-xidmət etməsi” təsdiqlənməyib.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı əsasla döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində xidmət keçmiş şəxs hesab edilməsini əsaslandırmamış, cavabdehin imtina dəlilinə düzgün hüquqi qiymət verməmişdir.

41. Bu qərarın 30-cu bəndində istinad edilən normaların müddəalarına görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

42. Odur ki, müharibə veteranı adının verilməsi üçün şəxsin xidmət etdiyi hərbi hissənin və şəxsin özünün həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktının təsdiq edilməsi vaci bdir.

43. İş materiallarında olan cavabdeh tərəfindən istinad edilən arxiv arayışındakı məlumatlardan da göründüyü kimi, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 32 №-li əmrinə əsasən döyüş tapşırığını yerinə yetirmək üçün Seyfəli rayonuna göndərilən təminat bölüyünün şəxsi heyətinin siyahısına iddiaçının adı daxil edilsə də, həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3N №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında adı qeyd olunsa da, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü il tarixdən may N-cü il tarixədək olan nizami hərbi hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir.

44. Beləliklə, cavabd eh orqan N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması ilə razılaşsa da, iddiaçının həmin hərbi hissədə döyüş əməliyyatlarında iştirakı faktını qəbul etmir.

45. Yuxarıda istinad olunan normaların dispozisiya şərtləri baxımından, iddiaçının N nömrəli hərbi hissədən xx.xx.1993-cü il tarixli 3N №-li əmrlə N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra N nömrəli hərbi hissədə N-cü il mayın 12-dək faktiki döyüş əməliyyatlarında iştirak edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır.

46. Nəzərə almaq lazımdır ki, iddiaçının döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsi qənaətinə gəlmək üçün onun döyüş əməliyyatları aparan hərbi hissələrin nizami hərbi hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları nda onun xidməti barədə məlumat olub-olmadığı müəyyən edilməlidir. Qeyd olunan hallar müəyyən edilmədən hazırkı iddiaya mahiyyəti üzrə baxılıb obyektiv qərar qəbul edilə bilməz. Odur ki, təkrar apellyasiya baxışında işin düzgün həlli üçün mühüm əhəmiyyət daşıyan bu halların müəyyən edilməsi istiqamətində tam və hərtərəfli araşdırma aparılması təmin edilməlidir.

47. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin 4/3-10402 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna dair Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının sədrinə ünvanlanmış xx.xx.2022-ci tarixli məktubdan görünür ki, iddiaçının adı döyüş əməliyyatlarında iştirak etmiş, lakin məhkum olunmaları barədə məlumat aşkar edilməmiş şəxs lər sırasında qeyd edilmişdir.

48. Göründüyü kimi, cavabdeh bir tərəfdən qeyd edir ki, N saylı hərbi hissənin əmrlərində və qeydiyyat kitablarında iddiaçının xidməti barədə məlumat yoxdur, digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin yuxarıda qeyd edilən məktubunda iddiaçının adı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasında göstərilmişdir.

49. Kollegiya qeyd edilən iş materiallarına istinad edərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən sübutları qanunvericiliklə müəyyən edilmiş qaydada mümkünlüyü, eləcə də mötəbərliyi ilə bağlı təhlil etməmiş, ziddiyyətli məqamların aradan qaldırılma istiqamətində hər hansı prosessual hərəkət etməmişdir.

50. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxış ı zamanı yuxarıda qeyd edilən ziddiyyətli hal müəyyən edilməli, işdə olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırılmalı, lazımı sorğular verilməklə iddiaçının N №-li hərbi hissədə iştirakı dəqiqləşdirilməli və bunun nəticəsində asılı olaraq qərar qəbul edilməlidir.

51. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkə mə aktı kimi qiymətləndirilə bilməz.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

53. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3887/2024 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-ci il tarixli, 21(103)-3887/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar