Məhkəmə qərarları › İş №2-1(102)-917/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-917/2025

07.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-917/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Prezident təqaüdünün təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.05.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosi al Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1424/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus 15 noyabr 1973-cü il və xx.xx.1995-ci il tarixlərdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki o, “Azərsud-Tikinti” Baş İdarəsinin Şoran torpaqların duzdan təmizlənməsinin təşkili İdarəsində, xx.xx.1973-cü ildə torpaq-meliorasiya laboratoriyasına texnik-laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1974-cü ildə yardımçı fəhlə vəzifəsinə keçirilmişdir; xx.xx.1975-ci ildə fiziki sınaqlar üzrə İİ dərəcəli laborant vəzifəsinə keçirilmişdir; xx.xx.1975-ci ildə kimyəvi sınaqlar üzrə İİİ dərəcəli laborant vəzifəsinə keçirilmişdir; xx.xx.1975-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.1975-ci ildə texniki vəsaitlər laborantı vəzifəsinə qəbul edilmişdir. Bakı şəhəri 56 №-li məktəbdə: xx.xx.1976-cı ildə pioner baş dəstə rəhbəri vəzifəsinə qəbul edilmişdir; xx.xx.1977-ci ildə Sovet Ordusu sıralarında xidmətlə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan SSR X8 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda; xx.xx.1980-ci ildə təsərrüfat müqaviləsi əsasında Şirvan-Şabran arxeoloji ekspedisiyasına baş laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1980-ci ildə Yeni tikinti sahələrinin arxeoloji şöbəsinin baş laborant vəzifəsinə qəbul edilmişdir; xx.xx.1981-ci ildə Sovet dövrü etnoqrafiyası şöbəsinə keçirilmişdir; xx.xx.1981-ci ildə “Etnoqrafiya” ixtisası üzrə əyani aspiranturaya qəbul olmuşdur; xx.xx.1984-cü ildə Təhsil müddəti qurtardığı üçün aspiranturadan azad edilmişdir; Azərbaycan SSR X8 İnstitutu Arxeologiya və Etnoqrafiya sektorunda: xx.xx.1985-ci ildə Sovet dövrü etnoqrafiyası şöbəsinə ştatda boş olan kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.1987-ci ildə tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan SSR X5 Komitəsində: xx.xx.1987-ci ildə Azərbaycan SSR X5 komitəsinin təlimatçısı vəzifəsinə qəbul edilmişdir; xx.xx.1988-ci ildə Azərbaycan SSR X11 komitəsinin təlimatçısı vəzifəsindən azad edilməklə, rayonu partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmişdi r. xx.xx.1991-ci ildə Rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı vəzifəsindən azad edilməklə, Respublika Elmlər Akademiyasında partiya komitəsinin katibinin müavini vəzifəsinə təyin edilmişdir; xx.xx.1991-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan Milli Elmlər X6 İttifaqında: xx.xx.1991-ci ildə etibarən ştat cədvəlinə əsasən Azərbaycan Respublikası Elmlər Akademiyasında BHK təlimatçısı vəzifəsinə təyin edilmişdir; xx.xx.1995-ci ildə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" Azərbaycan-X4; xx.xx.1995-ci ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasından köçürülmə yolu ilə "xxxx" Azərbaycan-X7 baş direktorun maliyyə məsələləri üzrə müavinin vəzifələrini müvəqqəti icra edən vəzifəsinə qəbul edilmişdir; xx.xx.1996-cı il tarixdə ixrac-idxal, marketinq və konyunktura şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir; xx.xx.1998-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda: xx.xx.1998-ci ildə əvəzçi baş elmi işçi vəzifəsinə qəbul edilmişdir; xx.xx.2001-ci ildə tam ştata keçirilmişdir; xx.xx.2012-ci ildə işdən azad edilmişdir; "xxxx" MMC-də: xx.xx.2012-ci ildə cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir; xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. 2. 23.12.1987-ci il tarixli SSR Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası X9 təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, SSRİ Elmlər Akademiyasının N.N.Miklu xo Maklay adına X1 hissəsinin Şurasının xx.xx.1987-ci il tarixli qərarı ilə (protokol № 6) İddiaçı “tarix elmləri namizədi elmi dərəcəsi” verilmişdir.

3. Azərbaycan Milli Elmlər X10 İttifaqının xx.xx.2023-cü il tarixli, arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci ilə kimi Azərbaycan Milli Elmlər X10 İttifaqında təlimatçı vəzifəsində işləmişdir.

4. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir.

5. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əvəzçi böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işləmişdir.

6. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 07 dekabr 2022ci tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləm əyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

7. DSMF Sosial Ödəni şlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********1 №-li 29 dekabr 2022-ci tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezi dent təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək cəmi 23 il 6 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün sizə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

8. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 15 fevral 2023-cü ta rixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılm ışdır. “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.22-ci maddəsinə əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxslərdir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci abzasına əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Azərbaycan Milli Elm lər X2 İttifaqında işlədiyiniz dövrlər elmi müəssisə və təşkilatlarda sığorta stajı kimi nəzərə alınmamışdır. Təkrar müraciəti ilə əlaqədar bir daha bildirirlər ki, təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (19 il 9 ay 4 gün) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssi sələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən “Prezident təqaüdü”nün təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 noyabr 2022-ci ildə 65 yaşının tamam olması ilə bağlı yaşa görə pensiyaya çıxmışdır. Ona SSRİ Elmlər Akademiyasının N.N.Mikluxo Maklay adına X1 hissəsinin Elmi Şurasının 21 may 1987-ci il tarixli qərarı ilə tarix elmləri namizədi elmi dərəcəsi verilmişdir. O, tarix elmləri namizədi elmi dər əcəsi almamışdan əvvəl də və elmi dərəcə aldıqdan sonra da Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir. O, pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan “Prezident təqaüdü”nün təyin edilməsi ilə bağlı ərizə ilə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin onun müraciəti təmin olunmayaraq qanunsuz və əsassız olaraq ona “Prezident təqaüdü”nün təyin olunmasından imtina olunmuşdur və bu barədə ona həmin filialdan 07 dekabr 2022ci il tarixli ******* ***4 №li məktubla cavab verilmişdir. Həmin məktubda ona bildirilmişdir ki, “...təqdim edilmiş əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az (23 il 6 ay) olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

11. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, İddiaçı 22 noyabr 2022ci il tarixdə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin edilməsi barədə ərizə ilə “DOST” mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 19 il 02 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən “əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə gör ə 300 manata çatdırılmışdır. M.X13 təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sığorta stajı 19 il 09 ay 04 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(112)-7405/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-1424/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə sədrlik edən və məruzəçi, C.Yusifov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan SSR X11 Komitəsində işlədiyi dövrlər - xx.xx.1987-xx.xx.1991 (03 il 09 ay 09 gün) staj kimi nəzərə alınmışdır. Hətta həmin dövrlər nəzərə alınsa belə (19 il 9 ay 04 gün +03 il 09 ay 09 gün) tələb olunan staj (25 il) tamamlanmır. İddiaçının xx.xx.1991-xx.xx.1995-ci il tarixdə Azərbaycan Milli Elmlər X10 İttifaqında təlimatçısı vəzifələrində işlədiyi dövrlərlə bağlı məhkəmə ko llegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Milli Elmlər X10 İttifaqının xx.xx.2023-cü il tarixli, 065/10-43 №-li arayışında göstərilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 7.1.1-ci bəndinə görə alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedoqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri elmi fəaliyyətin subyektləri ola bilərlər. İddiaçı xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə Azərbaycan Milli Elmlər X6 İttifaqında işlədiyi təlimatçı vəzifəsi elmi fəaliyyət hesab edilə bilməz. Azərbaycan Milli Elmlər X6 İttifaqının Nizamnaməsinə əsasən Azərbaycan Milli Elmlər X6 İttifaqı Azərbaycan Milli Elmlər Akademiyasına daxil оlan institutların, elmi – istehsalat birliklərinin, elmi mərkəzlərin, filialların, kоnstruktоr bürоlarının, təmir - tikinti idarələrinin və digər müəssisələrin (istehsalat kооperativləri, assоsiasiyalar, kiçik və birgə icarə müəssisəsi və s.) bütün işçilərini könüllülük prinsipi ilə demоkratik əsasda birləşdirən kütləvi ictimai qurumdur. AMEA AHİ-nin əsas məqsədi üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək, əmək və məişət şəraitini təmin edən sosial proqramlar hazırlamaq və həyata keçirməkdən ibarətdir. Göründüyü kimi, AMEA AHİ elmi müəssisə və təşkilatlar və ya təhsil müəssisəsi hesab edilmədiyinə görə iddiaçının təlimatçı işlədiyi dövr də Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanının təsiri altına düşmür. İddiaçının AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əvəzçi böyü k elmi işçi, tarix üzrə fəlsəfə doktoru (0,5 əvəzçi) vəzifəsində işlədiyi dövrlərlə bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasından da göründüyü kimi qeyd edilən dövrlə üst-üstə düşən ayrı-ayrı illərdə fərqli vəzifələrdə çalışmışdır. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsası kimi çıxış edən Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanında isə konkret olaraq tələb olunan şərtlərdən biri -Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışma ilə bağlıdır. Beləliklə, hazırkı halda iddiaçı ona Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020ci il tarixli, 1229 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini zəruri edən f aktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və işdə olan sübutlar əsasında iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının sığortalı əmək stajı 25 ildən çoxdur və belə olan halda "Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanı ilə elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən "Prezident təqaüdü"nün təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin iddiaçıya şamil edilməsi hüququ yaranmışdır.

18. Lakin iddiaçının əmək stajında xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə qədər (03 il) “Etnoqrafiya" ixtisası üzrə əyani aspiranturada aldığı hazırlıq müddətini, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan SSR X5 komitəsində işlədiyi dövrü (0 il, 07 ay, 11 gün) və xx.xx.1991xx.xx.1995-ci il tarixdə (3 il, 11 ay, 26 gün) Azərbaycan Milli Elmlər X10 İttifaqında təlimatçı vəzifələrində işlədiyi (ümumilikdə 7 il, 7 ay, 7 gün) dövrlərin nəzərə alınmaması maddi hüquq normalarının pozulması kimi qəbul olunmalıdır.

19. Belə ki, hələ sovet dönəmində xx.xx.1980-ci il tarixdə mərkəzi hakimiyyət tərəfindən (yəni bütün sovet məkanında, o cümlədən Azərbaycan SSR-də qüvvəsi olan) qəbul edilmiş "Aspirantura haqqında əsasnamədə" qeyd olunur ki, Aspirantura elmipedaqoji və elmi kadrların hazırlanması istiqamətində əsas formadır və bu zaman aspirantın elmi fəaliyyətlə məşğul olduğunu özündə ehtiva edir.

20. Başqa sözlə iddiaçı elmi fəaliyyətin subyekti olan Azərbaycan Milli Elmlər X3 elmi fəaliyyətini davam etdirməklə elmi mövzu üzərində işləmişdir. 21. "Elm haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.11-сi maddəsinə əsasən elmi fəaliyyət subyektləri - elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi f əaliyyətin iştirakçılarıdır. Məhkəmə isə özü belə qənaətə gəlir ki, Azərbaycan Milli Elmlər X6 İttifaqı ictimai qurumdur, başqa sözlə ictimai birlikdir. Belə olan halda, Azərbaycan Milli Elmlər Akademiyasının elmi fəaliyyətlə məşğul olan işçilərinin birləşmiş olduqları ictimai birlik olan X12 çalışan iddiaçı elmi fəaliyyət subyektidir.

22. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın tam ləğv edilməsini və işdə olan sübutlar əsasında iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mü bahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırma ğa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məlum olduğu kimi, İddiaçı A zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kimi ona pensiyaya çıxdığı vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən “Prezident təqaüdü”nün təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qə rar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, “İddiaçı 22 noyabr 2022ci il tarixdə ona fəlsəfə doktoru elmi dərəcəsinə görə “Prezident təqaüdü”nün təyin edilməsi barədə ərizə ilə “DOST” mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı 19 il 02 ay 4 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğuna görə iddiaçıya elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir.”

28. Apellyasiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərmişdir ki, “Mübah isəli dövrlər: xx.xx.1981-xx.xx.1984-cü il tarixlərdə 3 il Azərbaycan Respublikası Elmlər Akademiyasının tabeliyində olan Tarix İnstitutunda “Etnoqrafiya” ixtisası üzrə əyani aspiranturada təhsil aldığı dövr, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə Azərbaycan SSR X11 komitəsində təlimatçı, xx.xx.1988-xx.xx.1991-ci il tarixlərdə Bakı şəhəri 26 Bakı Komissarları rayon partiya komitəsində Azərbaycan SSR X11 təşkilatı üzrə kurator, xx.xx.1991-xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR X11 komitəsinin katibinin müavini, xx.xx.1991-xx.xx.1995-ci il tarixdə Azərbaycan Milli Elmlər X10 İttifaqında təlimatçısı vəzifələrində işlədiyi dövrlər.”

29. Bundan sonra həmin qərarda apellyasiya məhkəməsinin adlandırdığı sözügedən “Mübahisəli dövrlərin” müxtəlif səbəblərdən “Azərbaycan Respublikasının Prezidentin in xx.xx.2020-ci il tarixli, 1229 №-li Fərmanın təsiri altına düşmür” göstərilmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi adıçəkilən qənaətlə razı deyil və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qənaətə gəlməsinin səbəbi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 nömrəli Fərmanının müddəalarının yanlış təhlili nəticəsində, doğru olmayan təfsiridir.

31. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1229 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası P rezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

32. Məhkəmə kollegiyası hesab edir ki, Fərmanın sözügedən 1-ci bəndində açar sözlər “əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində” sözləridir.

33. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarında “mübahisəli dövrlər” adlandırdığı dövrlərdə iddiaçı hər hansı bir müəssisədə, təşkilatda, zavodda, fabrikdə deyil, məhz Azərbaycan Respublikası Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışmış, bununla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Burada həmçinin qeyd edilməlidir ki, Fərmanının 1-ci bəndində “azı 25 il çalışmış” cümləsi yazıl mışdır, yəni “azı 25 il elmi işçi kimi çalışmış” qeyd edilməmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işin bu hallarını tam və hərtərəfli araşdırmayaraq, onları nəzərə almamışdır, halbuki apellyasiya məhkəməsinin qərarında “mübahisəli dövrlər” adlandırdığı hissəyə daxil etdiyi iddiaçının iş stajını diqqətə alsa idi, iddiaçının əsas iş yeri üzə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 il çalışdığı müəyyən olunur ki, bu da sözügedən Fərmanın 1-ci bəndinin tələblərinə uyğundur.

35. Burada mütləq nəzərə alınmalıdır ki, iddiaçı hansı təşkilatın əməkdaşı (işçisi) olmuşdur. Yəni, hansı müəssisənin ştatında olmuşdur.

36. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndinə əsasən, müəss isə – mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.

37. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci bəndinə görə, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

38. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə m əşğul olan fiziki şəxs.

39. Həmin Məcəllənin 3-cü maddəsinin 4-cü bəndinə əsasən, əmək kollektivi – işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin birliyi.

40. Həmin Məcəllənin 4-1-ci maddəsinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intiza m qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

41. Həmin Məcəllənin 5-ci maddəsinə müvafiq olaraq, əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

42. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda göstərilmiş halları tam və hərtərəfli araşdırmalı, bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apell yasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1424/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar