Məhkəmə qərarları › İş №2-1(102)-919/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-919/2022

22.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-919/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Açar sözlər: (pensiya fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu-sədrlik edən və məruzəçi, Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və pen siya fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-971/2022 nömrəli, 7 fevral 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE ********, FİN kod: xxxxxxx) xx xxxxxxx 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi verərək, ölmüş ərinin pensiyasının yenidən hesablanması zamanı üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinət, ixtisas dərəcəsinə görə əlavələr və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 15 faiz əlavə nəzərə alınmaqla pensiya hüququnun yarandığı vaxtda n yenidən hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2-1(81)5600/2016 saylı qərarı ilə iddia təmin edilmişdir.Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-787/2017 nömrəli, 15 mart 2017-ci il tarixli qərardadı ilə (hakimlər E.Vəliyeva- sədrlik edən, H. Həmidov və E. Nağıyeva) cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, xx.xx.2016cı il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün DSMF-nin Yasamal rayon şöbəsinə göndərilmişdir.

6. DSMF-nin Yasamal rayon ş öbəsi xx.xx.2018-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının icra olunduğunu bildirmişdir. 7. xx.xx.2018-ci il tarixdə iddiaçı vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 iddiaçının hüquqi varisi hesab edilmişdir.

8. İddiaçının hüquqi varisi X2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixli məhkəmə qərarının tam şəkildə icra olunmadığı üçün həmin qərarın məcburi icraya yönəldilməsini xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

10. Bakı şəhəri Yasa mal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra hərəkətlərinin yerinə yetirilməsi səbəbi ilə xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir.

11. İddiaçının hüquqi varisi X2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə qərarı tam şəkildə icra olunmadığından, Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Yasamal rayon İcra və Probasiya şöbəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərar ı ləğv edilmiş, icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır.

13. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3091/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-5600/2016 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(81)-5600/2016 saylı qərardadı ilə iddiaçının hüquqi varisi X1 ərizəsi təmin edilmiş, Yasamal rayon İcra və Probasiya Şöbəsinin 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 2-1(81)-5600/2016 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2010-cu il tarixli qərarı ləğv edilmiş, icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır.

15. Məhkəmənin həmin qərardadı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

16. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 10 fevral 2021-ci il tarixli, 2-1(81)-5600/2016 saylı qərardadında cavabdehin etirazı hissəsində qeyd edilmiş “fərq məbləğinin” sözlərinin “pensiya məbləğinin” sözləri ilə əvəz olunmasını xahiş etmişdir.

17. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının hüqu qi varisi X1 tələbi aidiyyəti üzrə Mərkəzi Filialda araşdırılmış və onun mərhum anasına (iddiaçıya) məhkəmə qərarı əsasında xx.xx.2005-xx.xx.2018-ci illər ərzində ödənilməli olan fərq məbləğinin 91471,24 manat olduğu müəyyən edilmişdir. Hazırkı iş üzrə iddia ərizəsinə qarşı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş etirazın ikinci abzasında “fərq məbləği sözləri qeyd edilmişdir. Bildirilir ki, 91471,24 manat vəsait şəxsə məhkəmə qərarı iddiaçıya ödənilməli olan fərq məbləğini deyil, xx.xx.2005-xx.xx.2018-ci il tarixləri arasında ödənilməli olan pensiya məbləğini (aylıq pensiya ödənişi və keçmiş dövr üzrə fərq məbləğlərinin cəmini) təşkil edir.

18. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli, 2-1(81)-5600/2016 saylı qərardadı ilə cavabdehin ərizəsi təmi n edilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, ərizədə qeyd olunan xüsusat qərardadla həll olunan məsələnin mahiyyətinə təsirsiz olmaqla zəruri düzəlişin edilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, zəruri düzəlişlərin edilməsi barədə ərizə məhkəmə qərarının təqdim olunduğu vaxtdan 2 həftə ərzində verilə bilər. Lakin cavabdeh qərardadın ona təqdim olunduğu vaxtdan 7 ay keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməməlidir.

20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-971/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərardadı ilə (hakiml ər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin onun məhkəməyə təqdim etdiyi ərizəsinin məzmununa uğun kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2005-xx.xx.2018-ci illər ərzində ödənilməli olan fərq məbləğinin 91471,24 manat olduğu müəyyənləşdirilmişdir. DSMF-nin Ya samal rayon şöbəsi tərəfindən vətəndaşa 86034,14 manat fərq məbləği ödənilmişdir. Mərkəzi filialın araşdırması nəticəsində yaranmış 5437,10 manat məbləğ xx.xx.2021-ci il tarixdə E.Babayevin kart hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən **********9 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş sözügedən inzibati iş üzrə iddia ərizəsinə etirazın ikinci abzasında “fərq məbləği” sözləri qeyd edilmişdir. Bildirilir ki, qeyd olunan 91471,24 manat vəsait vətəndaşa məhkəmə qərarı əsasında ödənməli olan fərq məbləğini deyil, xx.xx.2005-xx.xx.2018-ci il tarixləri arasında ödənilməli olan pensiya məbləğini (aylıq pensiya ödənişi və keçmiş dövr üzrə fərq məbləğinin cəmi) təşkil edir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəmsinin 7 fevral 2022-ci il tarixli qərardadının ləğv edilm əsi xahiş olunur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 76.1 Məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Maddə 76.2 Məhkəmə qərarının mətnində düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Maddə 77.1 Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. Maddə 77.2 Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya məh kəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab o luna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin bu qərarın 25-ci bəndində istinad olunan normaları baxımından məhkəmə qərardadına düzəlişin olunması ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-971/2022 nömrəli, 7 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar