Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-921/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şrtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı, cavabdehin vəkili Vəkil2 oğlunun iştirakı ilə, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Xüsusi Şrtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2702/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Ziyəddin oğlu xx.xx.1952-ci ildə Ucar rayonun Qaradağ kəndində doğulmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı onun adına açılmış əmək kitabçasında əksini tapmış məlumatlara görə xx.xx.1970-ci ildən xx.xx.1970-ci ilə qədər Keşlə dəmir yolu stansiyasında markalayıcı, xx.xx.1970-ci ildən xx.xx.1971 -ci ilə qədər xxxxndə yol montyoru, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilə qədər xxxxnin hərəkət xidmətində stansiya növbətçisi, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər 1 nömrəli evtikmə kombinatında armatur sexində fəhlə, xx.xx.1978ci ildən xx.xx.1987-ci ilə qədər tor və karkas qaynaqçısı, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə qədər Keşlə stansiyasında qatar tərtibçisinin köməkçisi, xx.xx.1989-cu ildən xx.xx.1991ci ilə qədər yük qəbuledicisi və təhvilvericisi, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilə qədər tramvay-trolleybus idarəsinin hərəkət xidmətində hərəkət dispetçerliyinin operatoru, xx.xx.1999-cu ildən xx.xx.1999-ci ilə qədər “Təmirçi” KM-də təchizatçı, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilə qədər və xx.xx.2010-cu ildən xx.xx.2010-ci ilə qədər “xxxx” MMC-də texniki təhlükəsizlik müh əndisi işləmişdir. Həmçinin iddiaçının adına xx xxx 1971-ci ildə verilmiş 593636 saylı diplomda onun 1968-1971-ci illərdə Bakı Dəmir yolu nəqliyyatı Texnikumunda təhsil aldığı, hərbi biletində xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə qədər orduda xidmət etdiyi əksini tapmışdır. İddiaçıya xx.xx.1993-cü ildə 3-cü qrup əlilliyə görə pensiya təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə isə xx.xx.2006-cı il tarixədək olan 23 il 4 ay sığorta stajı nəzərə alınaraq iddiaçıya yaşa görə pensiya təyin edilib ödənilir. İddiaçı DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. DSMF-nin Binəqədi rayon şöbəsi iddiaçıya xx xxx 2018-ci il tarixli, 09-1251 saylı məktubla cavab verərək bildirmişdir ki, ona xx.xx.1993-cü i ldə 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir, sonradan onun xx.xx.2006-cı il tarixədək olan 23 il 4 ay sığorta stajı nəzərə alınaraq xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir və pensiyasının yenidən hesablanması tələbinin təmin edilməsi barədə müraciətini təmin etmək mümkün deyildir. Bundan sonra iddiaçı DSMF-nin Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 2009-cu ildən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İşin sonrakı gedişində cavabdeh DSMF-nin Binəqədi rayon şöbə si əsl cavabdeh olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şrtlərlə Təyinat İdarəsi ilə əvəz olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına imkan verən 20 il 3 ay iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı əsasında 12,5 il stajı olan işçilər 57 yaşa çatdıqda pensiya almaq hüququna malikdirlər. Lakin cavabdeh orqan onu 57 yaşdan təqaüdə çıxartmayıb. Cavabdehin etiraz dəlilləri: Cavabdehin birinci instansiya məhkəməsində irəli sürdüyü etiraz dəlilləri, yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2047/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanıb yaranmış borc məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci “Ümumi peşələr” bölməsində kəsməklə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flyüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçılarına, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçılarına, 21-ci “Nəqliyyat” bölməsində qatar tərtibçilərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçının gördüyü işlər həmin işlərə uyğundur. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayıb apelyasiya şikayəti vermiş, qərarın ləğv olnması və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-130/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasnın xx xxxx 2019cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 1 nömrəli Evtikmə Kombinatında xx.xx.1978 - xx.xx.1978-ci il tarixlərdə armatur sexində işlədiyi fəhlə, xx.xx.1978 - xx.xx.1987-ci il tarixlərdə tor və karkas qaynaqçısı (8 il 9 ay), habelə Keşlə Stansiyasında xx.xx.1987-xx.xx.1989-cu il tarixlərdə işlədyi vaqonların hərəkət sürətinin tənzimləyicisi və qatar tərtibçisi (2 il 3 ay) peşələri (cəmi 11 il 2 ay) yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilsə də, bu Siyahıda iddiaçının işlədiyi qalan peşələr göstərilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2702/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin apelyas iya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2047/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, «xxxx» ASC Keşlə Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı Keşlə stansiyasında xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər yük və baqaj təhvilçisi vəzifəsində işləyib (Bu vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda - 21.4. «Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər»). Cavabdehin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2702/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 57 yaşı tamam olduğu üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 2006-cı il 1 yanvar tarixində qüvvəyə mindiyi nəzərə alınarsa, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının həmin tarixə kimi 25 il sosial siğorta stajının olması zərur idir. Lakin iş materiallarında olan iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1970-ci ildən xx.xx.1970-ci ilə qədər Keşlə dəmir yolu stansiyasında markalayıcı, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilə qədər xxxxndə yol montyoru işləmiş, xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə qədər orduda xidmət etmiş, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilə qədər xxxxnin hərəkət xidmətində stansiya növbətçisi, 1 nömrəli evtikmə kombinatında xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər armatur sexində fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1987-ci ilə qədər tor və karkas qaynaqçısı, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə qədər qatar tərtibçisinin köməkçisi, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər yük qəbuledicisi və təhvilvericisi, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilə qədər tram vay-trolleybus idarəsinin hərəkət xidmətində hərəkət dispetçerliyinin operatoru, xx.xx.1999-cu ildən xx.xx.1999-ci ilə qədər “Təmirçi” KM-də təchizatçı işləmişdir və onun cəmi 23 il 4 ay iş stajı vardır. Odur ki, iddiaçının qanunvericiliklə zəruri olan 25 il sosial siğorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdeh orqanın imtinası tam əsaslı olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsa sən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qərar çıxarılmalıdır. Belə ki, iddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur və 57 yaşı xx.xx.2009-cu ildə tamam olmuşdur. İddiaçının 57 yaşı tamam olan vaxt «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin x xxxx 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərd ə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu normadan göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: həmin şəxs istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyah ısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun; 57 yaşına çatmış olsun; bu şəxs azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayı Siyahıda göstərilən işlərdə işləmiş olsun. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının 1968-1971-ci illərdə texnikumda ortaixtisas təhsili aldığı dövrü də əmək stajına daxil etməklə onun 57 yaşına çatdıqda 25 ildən çox stajı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən işlərdə 12.5 il staja malik olması barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üz rə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında da göstərildiyi kimi iddiaçının 1 nömrəli Evtikmə Kombinatında armatur sexində xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə işlədiyi fəhlə, xx.xx.1978-xx.xx.1987-ci il tarixlərdə işlədiyi tor və karkas qaynaqçısı (8 il 9 ay), habelə Keşlə Stansiyasında xx.xx.1987-xx.xx.1989-cu il tarixlərdə işlədyi vaqonların hərəkət surətinin tənzimləyicisi və qatar tərtibçisi (2 il 3 ay) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qeyd edilmişdir. Bu dövr cəmi 11 il 2 ay təşkil edir. Ali Məhkəmə eyni zamanda həmin qərarında göstərmişdi ki, Siyahının «Dəmiryol n əqliyyatı, dəmiryol lokomotiv birqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər» adlanan 21.4-cü bölməsində yalnız «kükürdlü neft və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib təhvil verən fəhlələr» qeyd olunmuşdur. Ona görə Ali Məhkəmə iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək X2 «yük qəbul edib təhvil verən» kimi icra etdiyi işin Siyahının 21.4-cü bölməsinə uyğunluğunu müəyyən etmək üçün həmin stansiyada «kükürdlü neft və aşındırıcı maddələri tökübaxıtma məntəqəsi»nin olub olmamasının arşdırılmasını zəruri hesab etmişdir. Lakin apelyasiya instansiyası bu cür araşdırma aparmamış, «xxxx» ASC Keşlə Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışı işə əlavə etmiş və həmin arayışın məzmununa istinad etmişdir. Halbuki, həmin arayışda yalnız iddiaçının Keşlə stansyasında xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər yük və baqaj təhvilçisi vəzifəsində işlədiyi göstərilmişdir və iddiaçının icra etdiyi işlərin Siyahıya aid olub olmaması qeyd olunmamışdır. Ümumiyyətlə məhkəmə iş üçün əhəmiyyət kəsb edən faktı - stansiyada «kükürdlü neft və aşındırıcı maddələri töküb-axıtma məntəqəsi»nin olub olmadığını araşdırmamışdır. Apelyasiya məhkəməsinin bu cür araşdırma aparmaq vəzifəsi Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsindən irəli gələn vəzifəsi idi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Keşlə stansyasında xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər işlədiyi yük və baqaj təhvilçisi işi, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən kateqoriyaya aid deyildir. Çünki Nazirlər Kabi netinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın «Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər» adlanan bölməsində məhz hansı işləri icra edən fəhlələrə şamil edilməsi dəqiqləşdirilmişdir. İddiaçının əmək kitabçasında göstərilən «yük və baqaj təhvilçisi», Siyahının həmin bölməsində qeyd olunan «kükürdlü neft və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib təhvil verən fəhlələr» bəndinə oxşardır, lakin eyni deyildir. Çünki bu Siyahı dəmiryol nəqliyyatında adi yük və baqajı qəbul edib təhvil verən fəhlələrin icra etdiyi işləri deyil, məhz kükürdlü neft və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib təhvil verən fəhlələrin icra etdiyi işi güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməyə imkan verən işlər kateqoriyasına aid etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda da (2300100a-17244) «kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul və təhvil edənlər» qeyd olunmuşdur. Lakin iddiaçının yük və baqajı qəbul edib təhvil verən kimi kükürdlü neft və aşındırıcı maddələri töküb-axıtma məntəqəl ərində məşğul olması sübut olunmur. Həmçinin apelyasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, Azərbaycan Respublikası “xxxx” QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1970-ci il tarixdən xxxxn Yol Xidmətinə 2-ci dərəcə ilə yol montyoru peşəsinə qəbul edilmiş, xx.xx.1971-ci il tarixdən işdən azad olunmuşdur. Həmçinin arayışda qeyd edilmişdir ki, yol montyoru – yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24 %, gecə işinə görə 40% ödənc hesablanır. Apelyasiya instansiyası məhkəməsi qərarında bu arayışa istinad etsə də, həmin arayışda göstərilən işin güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən iş kimi hansı Siyahıda və hansı bölmədə, hansı ad altın da nəzərdə tutulduğunu müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, iş yerindən verilən bu məzmunda arayışlar hər bir halda məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi qaydalarına uyğun olaraq araşdırılmalıdır. İddiaçının metropolitendə işlədiyi «yol montyoru» istər Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda, istərsə də xx xxxxxx 2007-ci il tarixli qərarla təsdiq olunmuş Siyahıda güzəştli şərtlərlə pensiya təyin olunan peşələrə (işlərə) aid edilməmişdir. Həmin Siyahılarda yol montyorları «Dağ-mədən işləri», «Metallurqiya», «Tikinti materialları istehsalı» və «Nəqliyyat» bölmələrində nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi iddiaçı dağ-mədən işlərində, metallurqiya və tikinti materialları istehsalı sahəsində tşləməmişdir. Onun xx.xx.197 0-ci il tarixdən xx.xx.1971-ci ilədək yol montyoru işlədiyi sahə metropoliten olmuşdur. Sözügedən Siyahılarda isə «Metropolitenlər» bölmələrində yol montyorları qeyd olunmamışdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçının Keşlə stansyasında xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər işlədiyi yük və baqaj təhvilçisi işləməsini və xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci ilədək yol montyoru işləməsini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün imkan verən işlər kimi qiymətləndirməklə səhvə yol vermişdir. Həmin peşələr (işlər) güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən, adıçəkilən Siyahılarda qeyd olunan peşələrlə (işlərlə) eyni deyildir. İddiaçı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfin dən təsdiq olunan siyahısında göstərilən işlərdə cəmi 11 il 2 ay işləmişdir ki, bu da ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün yetərli deyildir. Ona güzəştli şərtlərlə pensiya təyin olunması əsaslar yoxdur və iddia tələbi təmin oluna bilməzdi. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qə rara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2702/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-921/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-921/2020
10.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver