Məhkəmə qərarları › İş №2-1(102)-924/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-924/2025

06.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-924/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə tələbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyiciləri siyahısından çıxarılma; qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri si yahısından çıxarılması, 1 may 2023-cü il tarixli “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” və 2022-ci il gəlir dövrü üzrə 3 oktyabr 2023-cü il tarixli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2985/2024 saylı, 7 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Vergi ödəyicisinin riskli vergi ödəyici hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********358400 nömrəli qərarından görünür ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi onunla əsaslandırılmışdır ki, v ergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə, cəmi 47 min manat dəyərində təqdim edilmiş, qaimə fakturalar üzrə satışda “vinil, poster, stiker, konvert, kupon və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. 2. “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********002400 nömrəli, 3 oktyabr 2023-cü il tarixli Qərardan görünür ki, iddiaçı barəsində 2022-ci il dövr üzrə gəlir vergisi üzrə 12.900 AZN əlavə vergi hesablanmışdır. Qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 3. 7 noyabr 2018-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən, icraçı İddiaçı şəxsind ə, digər tərəfdən “Sifarişçi” "xxxx" MMC-nin direktoru X1 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür. 4. 24 fevral 2020-ci il tarixli, 02 nömrəli müqaviləyə əsasən, icraçı İddiaçı şəxsində, digər tərəfdən “Sifarişçi” "xxxx" MMC-nin direktoru X3 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür. 5. 24 fevral 2020-ci il tarixli, 03 nömrəli müqaviləyə əsasən, icraçı İddiaçı şəxsində, digər tərəfdən “Sifarişçi” "xxxx" MMC-nin direktoru X3 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür. 6. 24 fevral 2020-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, bir tərəfdən icraçı İddiaçı şəxsində, digər tərəfdən “Sifarişçi” "xxxx" MMC-nin direktoru X3 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan) qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür. 7. 56 manat dəyərində EBCK seriyalı 320890 nömrəli xx.xx.2022-ci il tarixli qaiməfaktura, 477 manat dəyərində EBCK seriyalı 320850 nömrəli xx.xx.2022-ci il tarixli qaiməfaktura, 1126 manat dəyərində EBCK seriyalı 320790 nömrəli x x.xx.2022-ci il tarixli qaiməfaktura ləğv edilmişdir. 8. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********4 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanda iddiaçının reklam ofisi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşdirilmələr və əlavə verərək fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın və 2022-ci il gəlir dövrü üzrə 3 oktyabr 2023-cü il tarixli **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən fəaliyyət göstərdiyi dövr ərzində çap xidmətləri göstərilmişdir. Yəni o mal satışı ilə məşğul olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş qaimələrə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, qaimələr çap xidmətlərinin görülməsi üçün "xxxx", "xxxx" və "xxxx" MMClər ilə müqavilə bağlanılmış və iş xidmətlər göstərilmişdir. Riskli vergi ödəyicisi hesab edilmə barədə **********358400 saylı xx.xx.2023-cü il tarixli qə rar qəbul edilməzdən əvvəl sahibkar ona ünvanlanmış məktubda qeyd edilənlərin araşdırılması ilə əlaqədar göstərilən telefon nömrəsi ilə əlaqə saxlamış, vergi orqanının müvafiq işçisinə müraciət etmişdir. Müraciətlər 2023-cü ilin əvvəlində şifahi və qeyri-rəsmi olaraq edilmişdir. Sahibkar riskli vergi ödəyicisi hesab edilməmişdən öncə öz qaimələrindən 3 ədədini ləğv etmişdir. Bu ləğv etmə aparılan zaman sahibkar riskli vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Sadəcə qaimə-fakturanı səhv tərtib etməsi ilə əlaqədar ləğv etmişdir. Sahibkar həmçinin qanunvericiliyə uyğun olaraq xidmətləri müqavilələr, həmçinin təhvil-təslimi elektron qaimə ilə etməsinə baxmayaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar müvafiq obyektini xx.xx.2023cü il tarixdə yəni riskli vergi ödəyicisi hesab edilməzdən öncə v ergi orqanında uçota aldırmışdır. Həmçinin riskli vergi ödəyicisi hesab edilmə barədə qeyd edilən ikinci əsas kimi göstərilən malların alış sənədinin olmaması hissəsi ilə əlaqədar bildiririk ki, sahibkar faktiki olaraq Dövlət Vergi Xidmətinin müəyyənləşdirdiyi fəaliyyət kodlarından istifadə edərək konkret olaraq e-qaimələrdə iş xidmətlərin göstərildiyini əks etmişdir. Onun tərəfindən təqdim edilən e-qaimələrdə mal satışı mövcud deyildir. Yəni qərarda qeyd edilən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda Vinil, poster, stiker, konvert, kupon və s. qeyd olunduğu bu hissə inzibati orqan tərəfindən əsassız olaraq qeyd edilmişdir. Bütün bu qeyd edilənlər ilə əlaqədar, sahibkar ümumiyyətlə 1 may 2023-cü il tarixli qərarın çı xarılmasını tamamilə əsassız hesab edir. Çünki qərarda qeyd edilənlər faktiki olaraq mövcud olmamışdır. Yəni sözügedən qərarda Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına əsasən nə qeyd edilən 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifa rişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) kimi hallar, nə də 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi halı mövcud olmamışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********358400 saylı qərara əsasən İddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Yuxarıda göstərilənlər barəsində iddiaçı tərəfindən vergi orqanına müra ciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. xx.xx.2023-cü il tarixində daxil olan **********761700 nömrəli bildirişə əsasən orada qeyd olunan nömrə ilə əlaqə saxlanılmış və qaimələri yazarkən qeyd olunan məlumatları sadəcə kopyalayıb yazdığını, əslində əsasən satış yox, dizayn və montaj xidməti ilə məşğul olduğunu, aldığı malların ümumi qaimədə görülən işlərin çox cüzi hissəsində istifadə olunduğunu və ya ümumiyyətlə olunmadığını qeyd etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya həmin qaimələri ləğv edəcəyi və obyekt icarəyə götürəcəyi təqdirdə riskli vergi ödəyiciləri siyahısına daxil edilməyəcəyini bildirdi. İddiaçı qeyd olunanları etsə də, yenidən xx.xx.2023-cü il tarixində **********834300 nömrəl i bildiriş daxil oldu və yenidən riskli halların aşkarlandığı qeyd olundu. İddiaçı öz növbəsində **********070000 və **********224200 nömrəli ərizə və məktublarla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə müraciət etmiş, lakin problemin həllinə köməklik göstərə biləcək bir cavab ala bilməmişdir. İddiaçı vergi hesabatlarını vaxtında göndərir, ödənişləri gecikdirmir. **********834300 nömrəli bildirişdə riskli vergi ödəyicisi olduğu şübhəsi qeyd olunmuşdur. Lakin bu anlaşılmazlığın başlıca səbəbi mühasibatlıq sahəsindən anlayışının olmaması, yazdığı qaimələrin hamısında oxşar sözləri kopyalayıb yazmağıdır. Belə ki, başlıca fəaliyyəti müştərilərə yerində və distant xidmətlərin göstərilməsidir.

11. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən Qərarlar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənziml əyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1. 3cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********358400 nömrəli Qərar qəbul edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı, təqdim edilmiş 3 elektron qaimə-fakturanın ləğv olunduğu müəyyən edilsə də digər riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zam an özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********315500 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsini təqdim etmə klə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 12900 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəli r və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicis i hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır.

12. Bakı İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-1(112)-1770/2024 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə həvalə edilməsi, Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********358400 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” və 2022-ci il dövrü üzrə gəlir vergisi üzrə 3 oktyabr 2023cü il tarix li **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndində riskli əməliyyat kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməməsi qeyd edilmişdir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda alqı-satqı predmeti olan malların vinil, poster, stiker, Konvert, kupon və.s göstərilməsinə baxmayaraq, iddiaçının aldığı və ya satdığı məhsullar vinil, poster, stiker, Konvert, kupon və s deyil, başqa bir mal olardı. Cavabdeh tərəfindən belə bir halın mövcud olmasını təsdiq edən məlumatlar və sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş Meyarlarda istinad edilən digər hal, yəni iddiaçının təsərrüfat subyektinin (obyekti) olmaması ilə bağlı isə, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektini n (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********4 nömrəli arayışa əsasən ünvan 1 ünvanda iddiaçının reklam ofisi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. 14. 2022-ci il üçün gəlir vergisi üzrə əlavə olaraq 12900 manat ödənilməsi ilə bağlı cavabdehin iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərardan göründüyü kimi, iddiaçıya gəlir vergisinin əlavə hesablanması üçün əsas iddiaçının riskli vergi ödəyicisi olması ilə bağlı, bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirərək kənarlaşmanın yaranmasına səbəb olması göstəri lmişdir. İddiaçının cavabdeh tərəfindən riskli vergi ödəyicisi hesab olunması və bu barədə xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsinə dair qəbul etdiyi qərarının qanuna uyğun hesab edilmədiyi barədə mövqeyi, cavabdehin xx.xx.2023-cü il tarixli **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi üçün əsasdır. Hazırda məhkəmə tərəfindən iddiaçının riskli vergi ödəyicisi olmadığı aşkar edilmiş və ona 75 faiz güzəşt hüququnun tətbiq edilməsinin qanuna uyğun olması qənaətinə gəlinmişdir. Odur ki, mikro sahibkarlıq subyekti olan iddiaçı sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Belə olan halda, cavabdehin xx.xx.2023-cü il t arixli **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir.

15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2985/2024 saylı, 7 noyabr 2024-cü il tarixli (sədrlik edən-məruzəçi hakim C.A.Yusifov, hakimlər: A.P.Oruczadə və G.M.Abbasova) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı, təqdim edilmiş 3 elektron qaimə-fakturanın ləğv olunduğu müəyyən edilsə də digər riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarının 2.1-ci bəndində qərarda qeyd edi lən meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. 3 (üç) elektron qaimə-fakturaları ləğv olunsa da həmin fakturalara görə ödənilən pul vəsaitləri bank hesabından qaytarılmamışdır. Bundan əlavə iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemindən göründüyü kimi iddiaçı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Lakin iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********358400 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabine tinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 16:53:47-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Bu da prosessual müddətin ötürüldüyünu bir daha sübut edir.

20. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********315500 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixl i **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 12900 manat əlavə vergi məbləği hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixli, **********358400 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Qərarda əsas olaraq göstərilmişdir: 1) xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş. xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir; 2) İddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı aşkar edilmişdir. Birinci əsasla bağlı bildirir ki, iddiaçı tərəfindən fəaliyyət göstərdiyi dövr ərzində çap xidmətləri göstərilmişdir. Təqdim edilmiş qaimələrdən də iddiaçının mal satışı ilə məşğul olmadığı təsdiqini tapır. Qaimələrə əsasən çap xidmətlərinin görülməsi üçün "xxxx", "xxxx" və "xxxx" MMC-lər ilə müqavilə bağlanıb və iş xidmətləri göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəf indən qeyd edilən hal tərəflərindən təqdim edilən elektron qaimə-fakturalarda alqısatqı predmeti olan malların vinil, poster, stiker, konvert, kupon və s. göstərilməsinə baxmayaraq iddiaçının alışında və ya idxalında başqa malların təsbit edildiyi halda mövcud ola bilərdi. Hazırkı iş üzrə belə hal müəyyən edilməmiş və bununla bağlı hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. 22. “Riskli vergi ödəyicisi hesab edilmə barədə” **********358400 saylı xx.xx.2023-cü il tarixli qərar qəbul edilməzdən əvvəl sahibkar ona ünvanlanmış məktubda qeyd edilənlərin araşdırılması ilə əlaqədar göstərilən telefon nömrəsi ilə əlaqə saxlamış, vergi orqanının müvafiq işçisinə müraciət etmişdir. Müraciətlər 2023-cü ilin əvvəlində şifahi və qeyri-rəsmi olaraq edilmişdir. Sahibkar riskli vergi ödəyicis i hesab edilməmişdən öncə öz qaimələrindən 3 ədədini ləğv etmişdir. Bu ləğv etmə aparılan zaman sahibkar riskli vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Sadəcə qaimə-fakturanı səhv tərtib etməsi ilə əlaqədar ləğv etmişdir.

23. Cavabdehin “riskli vergi ödəyicisi hesab edilmə barədə” qərarında göstərilən 2-ci halla bağlı isə bildirir ki, sahibkar həmçinin qanunvericiliyə uyğun olaraq xidmətləri müqavilələr, həmçinin təhvil-təslimi elektron qaimə ilə etməsinə baxmayaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar müvafiq obyektini xx.xx.2023-cü il tarixdə yəni riskli vergi ödəyicisi hesab edilməzdən öncə vergi orqanında uçota aldırmışdır. 24. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********002400 saylı qərarın əsassız və qanuns uz olması ilə bağlı bildirir ki, hazırda məhkəmə tərəfindən işin faktiki halları araşdırıldıqdan sonra iddiaçının riskli vergi ödəyicisi hesab edilməsini qanunsuz hesab edilməsi aşkar edilmişdir. Odur ki, yuxarıda istinad edilən normalardan və işin hallarından göründüyü kimi həmin qərar əsassızdır. Cavabdeh orqan yuxarıda qeyd edilən halları nəzərə almayaraq hərtərəfli, obyektiv araşdırma aparmadan “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.

25. Elektron qaydada təsdiqlənməmiş qərarla bağlı iddia müddəti tətbiq edilə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəll ə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Ma ddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə

102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi (2024-cü il 1 yanvar tarixinədək olan redaksiyada) 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borc ludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümləd ən riskli əməliyyatların Meyarları” 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəs iz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);...

3. Riskli əməliyyatların meyarları 3.1.Vergi ödəyi cisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)....

4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları na görə apellyasiya məhkəməsi İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə və vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı q iymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması; 2) Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********358400 saylı ”Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi; 3) 2022-ci il dövrü üzrə gəlir vergisi üzrə 3 oktyabr 2023-cü il tarixli **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi.

37. Vergi ödəyicisinin riskli vergi ödəyici hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə, cəmi, 47 min manat dəyərində təqdim edilmiş, qaimə fakturalar üzrə satışda “vinil, poster, stiker, konvert, kupon və s.” qeyd olunduğu müəyyən edilməmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3- cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.

38. Hazırkı iş üzrə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci bəndlərinə istinad etsə də, hansı halların mövcudluğuna görə həmin maddi hüquq normalarına istinad etməsi müəyyən deyildir. Cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.

39. Cavabdehin iddiaçının təsərrüfat subyektinin (obyekti) olmaması ilə bağlı istinad etdiyi hala münasibətdə qeyd edilməlidir ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********4 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanda iddiaçının reklam ofisi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

40. Cavabdehin xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən malların (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməməsi ilə bağlı istinad etdiyi hala münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən "xxxx", "xxxx" və "xxxx" MMC-lər ilə müqavilələr bağlanılmış və iş xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən mal satışı həyata keçirilməsi iş materialları ilə müəyyən edilmir, cavabdeh tərəfindən də bunu təsdiq edən sübutlar təqdim edilməmişdir.

41. Bundan başqa, iddiaçı tərəfindən 56 manat dəyərində EBCK seriyalı 320890 nömrəli xx.xx.2022-ci il tarixli qaimə-faktura, 477 manat dəyərində EBCK seriyalı 320850 nömrəli xx.xx.2022-ci il tarixli qaimə-faktura, 1126 manat dəyərində EBCK seriyalı 320790 nömrəli xx.xx.2022-ci il tarixli qaimə-faktura ləğv edilmişdir.

42. Cavabdeh kassasiya şikayətində 3 (üç) elektron qaimə-fakturaları ləğv olunsa da həmin fakturalara görə ödənilən pul vəsaitlərinin bank hesabından qaytarılmadığını bildirmişdir.

43. Hazırkı işin halları ilə həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olması müəyyən edilmir, cavabdeh tərəfindən də bununla bağlı təsdiqedici dəlillər təqdim edilməmişdir.

44. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün cavabdehin qərarında göstərdiyi risk meyarlarına cavab verməsi iş materialları ilə müəyyən olunmur.

45. Odur ki, Meyarların 4.5.1-ci bəndinə əsasən riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.

46. Hazırkı halda iddiaçı cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********358400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ləğv olunmasını tələb etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi il ə razılaşaraq qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarda istinad etdiyi halları əsaslı sübutlarla təsdiq edərək qərar qəbul etməmiş, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

47. Bununla yanaşı, qeyd edilməlidir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə **********002400 nömrəli, 3 oktyabr 2023-cü il tarixli Qərardan görünür ki, iddiaçı barəsində 2022-ci il dövr üzrə gəlir vergisi üzrə 12.900 AZN əlavə vergi hesablanmışdır. Qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli əməliyyatların apar ıldığı müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

48. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin dispozisiya şərtinə əsasən yalnız bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların 75 faiz güzəşt hüququndan istifadə imkanı mövcuddur.

49. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz.

50. Kollegiya qeyd edir ki, mübahisə predmetini təşkil edən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanm ası barədə **********002400 nömrəli, 3 oktyabr 2023-cü il tarixli Qərarın bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlı olduğundan, iddiaçının riskli vergi ödəyici hesab edilməsi barədə qərar ləğv edildiyindən, riskli vergi ödəyiciləri siyahısından çıxarıldığından “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********002400 nömrəli qərar da əsassız hesab olunaraq ləğv edilməlidir.

51. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasınd a özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

52. Məhkəmə kollegiyası cavabdehin iddia müddəti ilə bağlı kassasiya şikayətində əks etdirdiyi dəlillə əlaqədar olaraq bildirir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqınd a iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

53. Cavabdeh qəbul edilmiş qərarın iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə oxunduğunu bildirir və sübut qismində “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”a istinad edir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”da, inzibati orqan tərəfindən qəbul edilərək iddiaçının elektron kabinetinə göndərilən qərarın onun tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 16:53-də oxunduğu qeyd edilmişdir.

55. Lakin cavabdehin mübahisələndirilən qərarı “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun deyildir. Belə ki, qeyd edil ən qanunun müddəalarına əsasən, elektron üsulla elektron kabinetə göndərilmiş hər hansı sənədin elektron qaydada həqiqiliyi təsdiqlənmiş olmalıdır. Hazırkı iş materiallarına əlavə edilən qərardan, göndərilmiş sənədin elektron qaydada təsdiqləndiyi müəyyən edilmir. Odur ki, elektron qaydada təsdiqlənməmiş qərarla bağlı iddia müddəti tətbiq edilə bilməz.

56. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2985/2024 saylı, 7 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar