Məhkəmə qərarları › İş №2-1(102)-925/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-925/2025

07.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-925/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarın mübahisələndirilməsi; kameral vergi qərarının ləğvi; vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotunun T əşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2-1(103)-3167/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası İŞİN HALLARİ 1. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********345200 nömrəli qərara əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 6,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Bumaqa, vaniş, əski balaca və s.” qeyd olunmasına baxmayaraq, ele ktron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir.

2. Bundan əlavə, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********424200 nömrəli qərar ilə kameral yoxlama nəticəsində iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 19140,98 manat məbləğində əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********345200 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********424200 nömrəli qərarların ləğv olunmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ildə rəsmi qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə 121595,9 manat dəyərində “X1” ASC və "xxxx" MMC üçün mebel avadanlıqları quraşdırmışdır. Göstərilən avadanlıqların quraşdırılması üçün əldə etdiyi materialların rəsmi elektron qaimə-faktura ilə alınması imkan xaricində olmuşdur. Bundan sonra, vergi orqanı onu riskli vergi ödəyicisi qrupuna salmaqla, gəlir vergisi bəyannaməsindən bütün xərclərini silmiş və bütün gəliri xalis gəlir kimi qəbul edərək barəsində qanunsuz vergi hesablamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********345200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barəd ə” qərarında Meyarların aşağıdakı bəndinə istinad olunmuşdur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Lakin o, heç bir halda fərqli mal çeşidi alıb satmamışdır. Bundan sonra cavabdeh təqdim olunan gəlir vergisi bəyannamələrini qəbul etməmiş və ona gəlir məbləğinə mütənasib xərc məbləği hesablamamışdır. Mübahisələndirilən dövrdə alqı-satqı əməliyyatları deyil, qarşılıqlı müqavilə əsasında elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə, digər şəxslərə xidmətlər göstərmiş və 2022-ci ilin gəlir vergisi hesabatında, o cümlədən dəqiqləşdirilmiş bəyannamədə həmin xidmətlərin göstərilməsi ilə əlaqədar ümumi gəlirinin 121595,90 manat həcmində olduğunu bəyan etmişdir.

5. Cav abdeh iddiaya dair yazılı etirazında işin hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, təhlil zamanı vergi ödəyicisinin cari tarixədək riskli əməliyyatlarla əlaqədar təqdim etdiyi qaimə-fakturaları ləğv etmədiyi, o cümlədən əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və onun riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 07 may 2024-cü il tarixli, 2-1(112)-3873/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********34 5200 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********424200 nömrəli qərarlar ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əşyaların istehsalı və quraşdırılması fəaliyyəti ilə məşğuldur və “X1” ASC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) üçün 121595,9 manat dəyərində mebel avadanlıqları quraşdırılması xidməti göstərmişdir. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələrə əsasən iddiaçı tərəfindən məhz xidmət göstərilmişdir. Digər tərəfdən, təqdim edilən mal və xidmətin xüsusiyyəti nəzərə alınaraq, əldə edilmiş xammal əsasında hazırlanıb təhvil verilməsinin mümkünlüyü cavabdeh tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının təqdim etdiyi xidmət nəticəsi ndə gəlirini qəbul etdiyi təqdirdə, həmin xidmətin göstərilməsi nəticəsində xərc çəkilməsinin mümkünlüyünü nəzərə almamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov/sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 07 noyabr 2024-cü il tarixli, 2-1(103)-3167/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir k i, cavabdeh qanunsuz olaraq iddiaçının gəlirini və xərc sənədlərini müəyyən edə bilmədikdə, öz praktikasında belə hallarda Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələrinə əsasən şərti rentabellik tətbiq etdiyi təqdirdə, konkret halda, iddiaçıya münasibətdə bu qaydanın tətbiq edilməsindən çəkinmiş və vergi ödəyicisi (iddiaçı) barasində əlverişsiz inzibati aktlar, yəni hazırda mübahisələndirilən qərarları qəbul edərək onun hüquqlarını pozmuşdur.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etm işdir.

13. Bundan əlavə, iddiaçı mebel avadanlığının hazırlanması üçün tələb olunan materialları əldə edir (alır), daha sonra mebel avadanlığı hazırlayır və alıcıya təqdim edir. Yekunda iddiaçı bu proseduru avadanlıqların quraşdırılması halını təqdim etdiyi qaimədə “xidmət” kimi vurğulayır. Əslində isə bu hal “xidmət“ deyil, “təqdim etmə” kimi qeyd olunmalı idi. Digər tərəfdən, qeyd olunan dövr üzrə mebel avadanlıqlarının quraşdırılması haqqının 121595,90 manat təşkil etməsi, təkcə “xidmət“ haqqından formalaşan dəyərin ağlabatan olmamasını göstərir. Göründüyü kimi, məhkəmə təqdim edilmiş sübutları nəzərə almadan, iş materiallarını ətraflı araşdırmadan qərar qəbul etmişdir.

14. Həmçinin, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququ ki mi təsbit edilmişdir. Vergi ödəyicisi özünə həmin maddənin müddəalarına uyğun vergi hesablaya bilməz və qanunvericilkdə də vergi ödəyicisi üçün bu kimi səlahiyyət nəzərdə tutulmamışdır. Əksinə, gəlir və xərclərin düzgün uçotunun aparılması, nəticədə buna uyğun tərtib edilmiş bəyannamələri vergi orqanına təqdim etməklə hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 saylı Qərarı ilə inzibati orqan tərəfindən şərti rentabellik normasının tətbiq edilməsinə gəldikdə isə bu cür hesablama aparılarkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər vergi orqanı tərəfindən həmin normanın tə tbiq edilməsi məcburi xarakter daşısaydı, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidən yayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması formasında özünü göstərmiş olardı. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” (əvvəlki “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”);

18. Azərbaycan Respublikasının İnzibati Prosessu al Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə 14.Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübut lar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti v axtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia tələbinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edil məsi barədə” **********45200 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeydlər

22. Hazırkı iş üzrə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarların qəbul edilməsinin əsasını iddiaçı (vergi ödəyicisi) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 6,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Bumaqa, vaniş, əski balaca və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilməməsi təşkil edir.

23. İddia tələbini bu hissədə əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən dövrdə alqı-satqı əməliyyatları deyil, qarşılıqlı müqavilə ə sasında elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə, digər şəxslərə xidmətlər göstərməsinə istinad etmişdir. Kassator (cavabdeh) isə iddiaçının mal təqdim etdiyini, apellyasiya instansiyası məhkəməsinin işin hallarını araşdırmadığını, yalnız iddiaçının dəlillərinə istinadən onun xidmət göstərməsi nəticəsinə gəldiyini bildirir.

24. Məhkəmə kollegiyası razılaşır ki, hazırkı halda iddiaçının mal təqdim etməsi və xidmət göstərib-göstərməməsi məsələsinin araşdırılmasına aşağıdakı səbəblərdən zərurət yoxdur.

25. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.

26. Hazırkı halda iddiaçı cavabdehin onun barəsində qəbul etdiyi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesqab edilməsi barədə” **********45200 nömrəli xx.xx.2023 -cü il tarixli qərarın ləğv olunmasını tələb etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Cavabdeh mübahisələndirilən qərarda iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 6,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Bumaqa, vaniş, əski balaca və s.” qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilmədiyinə istinad etsə də, iddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalar üzrə “Bumaqa, vaniş, əski balaca və s.” qeyd olunmasına dair sübutları təqdim etməmişdir. Başqa sözlə, iddiaçının “Bumaqa, vaniş, əski balaca və s.” adlı mal satması cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

28. Belə olan təqdirdə, cavabdehin qərarı mötəbər sübutlarla təsdiqlənməyən hallara əsaslandığından qanunsuzdur və aşağı instansiya məhkəmələrinin həmin qərarın ləğvi ilə bağlı nəticələri əsaslıdır. İddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********424200 nömrəli qərar nın ləğvi” hissəsi ilə bağlı qeydlər

29. Hazırkı iş üzrə işin apellyasiya instansiyası tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 2022-ci ilin gəlir vergisi bəyannaməsində gəlirlər 121.595,90 manat, xərclər 101.329,91 manat göstərilmiş və büdcəyə ödənilməli gəlir vergisi 4.053,20 manat müəyyən edilmişdi r.

30. İddiaçının gəlirlərinin həcmi tərəflər arasında mübahisələndirilmir. Bununla belə, iddiaçı həm də etiraf edir ki, onun xərclərini təsdiq edən sənədlər yoxdur və bəyannamə təqdim edərkən şərti rentabellik norması əsasında vergini hesablamışdır.

31. Cavabdeh iddiaçı barəsində qəbul etdiyi qərarında gəlir vergisini hesablayarkən yalnız sənədlərlə təsdiq olunan xərci nəzərə almış (5,625 manat) və iddiaçının bəyan etdiyi vergini də nəzərə almaqla mübahisələndirilən qərarla əlavə 19.140,98 manat vergi hesablamışdır.

32. İşə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xərc sənədləri tam olmadığından, cavabdeh iddiaçı barəsində Vergi Məcəlləsinin 67.14-cü maddəsini tətbiq etməli idi. Kassator isə hesab edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergiləri h esablamaq vergi orqanının hüququdur, vəzifəsi deyil.

33. Məhkəmə kollegiyası qeyd edir ki, gəlir vergisi gəlirlə xərc arasındakı fərqdən hesablanır. Vergi ödəyicisinin isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsidir (16.1.3-cü maddə). Hazırkı halda, iddiaçı gəlirlərinin uçotunu aparsa da, gəlirdən çıxılmalı olan xərclərinin uçotunu aparmamışdır.

34. İddiaçı (vergi ödəyicisi) xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qayda təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1ci maddəsinə əsasən, kameral vergi yoxl amasının aparılması zamanı sənədlər təqdim edilmədikdə... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda... həmçinin, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur.

35. Məhkəmə kollegiyası razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi özünə həmin maddənin müddəalarına uyğun vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır.

36. Bununla belə qeyd edilməlidir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Odur ki, hazırkı halda qiymət verilməli olan hal, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir.

37. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesabla nması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur.

38. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

39. Odur ki, iddiaçının gə lir vergisi hesablanarkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmadığından mübahisələndirilən qərar qanunsuzdur və həmin qərarın ləğvi ilə bağlı aşağı instansiya məhkəmələrinin nəticəsi əsaslıdır.

40. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 21(103)-3167/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar