Məhkəmə qərarları › İş №2-1(102)-926/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-926/2025

24.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-926/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət inin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-242/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********211000 saylı qərarı ilə iddiaçıya kameral vergi yoxlaması ilə 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır. Əsası: 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 5.735.897,94 manat fərq yaranmışdır ki, bu da xərclərin şişirdilməsi kimi qi ymətləndirilmiş və bununla əlaqədar iddiaçıya göndərilmiş məktuba dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış yazılı izahat təqdim edilməməsi.

2. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********138902 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2017- İyun 2020-ci illəri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmişdir.

3. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-cü il tarixdə başa çatdırılmış, yoxlamanın nəticələri xx.xx.2020-ci il tarixli, **********139943 nömrəli aktla rəsmiləşdirilmişdir.

4. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyə tə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarla iddiaçıya: - 2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyası - 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyası - 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV və Vergi Məcəlləsinin 5.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLAR İ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 9 iyun 2020-ci il tarixli, **********211000 nömrəli qərarın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08 yanvar 2021-ci il tarixli, **********143580 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun elektron kabinetinə daxil olmuş məktub nəticəsində bəlli olmuşdur ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********748100 nömrəli qərarına əsasən iddiaçıya iyul 2017-iyun 2020 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Dah a sonra cavabdehin qərarına əsasən yoxlamaya ekspert dəvət edilmişdir. Yoxlamanın bundan sonrakı gedişatı haqqında iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla bağlı cavabdehə xx.xx.2020-ci il tarixdə yazılı müraciət olunsa da, həmin müraciətə cavab verilməmişdir. Daha sonra elektron kabinetə daxil olmuş məktubdan aydın olmuşdur ki, cəmiyyətdə keçirilən səyyar vergi yoxlaması nəticələndirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli, **********13943 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktın əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması iddiaçının nümayəndəsinin iştirakı təmin olunmadan həyata keçirilmiş və cavabdeh qanunveric iliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh vergi qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirilən ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyini, səyyar vergi yoxlaması aktını və məsuliyyət qərarını iddiaçıya təqdim etməmiş və bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Səyyar vergi yoxlaması aktı və qərar yalnız iddiaçı tərəfindən müraciət olunduqdan sonra təqdim olunmuşdur. Bundan başqa, iddiaçıya 2017-2019-cu illərin mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Hesablama isə ekspert rəyi əsasında aparılmışdır. Belə ki, bu zaman ekspert elektron vergi hesab-fakturasında olan malların bir vahidinin qiymətini tətbiq etmişdir. Halbuki, elektron qaimə-fakturada bir neçə və fərqli qiymətdə olan malların siyahısı öz əksini tapmışdır. Bu isə ekspertin rəyinin və dolayısı ilə cavabdehin aktının əsassızlığını və obyektiv, dolğun aparılmadığını göstərir. Ekspert rəyi hazırkı vaxtadək iddiaçıya təqdim olunmadığından gəlinən nəticədən xəbərdar deyil. Bundan başqa, cavabdeh iddiaçının mənfəət vergisində sənədlərlə təsdiqini tapmayan xərcləri silmiş və yalnız sənədi olan xərcləri qəbul edərək, ona müvafiq hesablama aparmış və bu zaman Nazirlər Kabinetinin 55 saylı qərarı nəzərə alınmamışdır. İddiaçı dondurulmuş toyuq əti məhsullarının idxalı və satışı ilə məşğuldur. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, quş ətinin satışı ƏDV-dən azaddır. Lakin buna baxmayaraq, cavabdeh toyuq ətinin satışını ƏDV-yə cəlb edərək, cəmiyyətə ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Eyni za manda 2019-cu ilin vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərara əsasən cəmiyyətə 1.147.179,59 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra 2019-cu il üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində həmin kameral hesablama qüvvədə saxlanılmış, əlavə olaraq 172.799,51 manat vergi hesablanmışdır.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin olunmaması, xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkünsüz sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Bakı inzibati məhkəməsinin 06 may 2021-cil tarixli, 2-1 (112)-3808/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:  İlkin mühasibatlıq sənədləri və vergi bəyannamələri nəzərə alınmaqla İddiaçı MMCnin 2017-ci ilin iyul ayından 2020-ci ilin iyul ayına qədər olan hesabat dövrləri üzrə ödəməli olduğu ƏDV və 2017-2019-cu illər üzrə ödəməli olduğu mənfəət vergisi məbləği nə qədər təşkil edir?  İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla, yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) 6.184.998 (altı milyon bir yüz səksən dörd min doqquz yüz doxsan səkkiz) manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunurmu?  Gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı?  İddiaçı MMC-də yoxlama ilə əhatə edilən dövr üzrə ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan, əvəzləşdirilməsinə yol verilən və ÖMV üzrə vergiyə cəlb edilən dövriyyə məbləği nə qədərdir?

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3793 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları (ƏDV, mənfəət) arasında fərq olmadığı üçün ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilə rin az hesablanması müəyyən edilmədi. Hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC tərəfindən 670,60 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilir.

10. Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(112)-594/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********211000 nömrəli qərarı, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respub likasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv olunmuş, iddia qalan hissədə təmin olunmamışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində cavabdehin mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarın iddiaçıya 2018-2020-ci illər üzrə 670,6 manat məbləğində ÖMV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 335,3 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin olu na bilməz.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1486/2022 nömrəli qərarı ilə (hakimlər C.Yusifov-sədrlik edən və məruzəçi, E.Kazımov və N.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin, həmin qərarın yoxlanılan hissədə əsass ız olduğuna, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə dair dəlilləri ilə razılaşmır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)493/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-1486/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. İşə baxmış məhkəmə kollegiyası aşağıdakı göstərişlərlə apellyasiya məhkəməsinin qərarını ləğv etmişdir: - iyun 2 020-ci il tarixli qərarla cavabdeh vergi orqanı iddiaçıya 2019-cu ilin mənfəət vergisi üzrə 1147179,59 manat vergi məbləği hesablamışdır. Vergi orqanı malların faktiki, yəni invoys qiymətləri ilə statistik qiymətləri arasında 5735897,94 manat fərq müəyyən etmişdir. Ona görə də iddiaçının həmin dövr üzrə həm mənfəət vergisi bəyannaməsi, həm də kameral bəyannamə işə əlavə olunmalı və idxal sənədləri ilə üzləşdirilməli, iddiaçının xərclərdə invoys yoxsa statistik dəyəri göstərdiyi araşdırılmalıdır. Cavabdeh vergi orqanının xərclərdə iddiaçının statistik dəyəri göstərdiyini iddia etməsinə rəğmən, buna dair təsdiqedici sənədlər (yük gömrük bəyannamələri və iddiaçının həmin dövr üzrə sonuncu bəyannaməsi) iş materialına əlavə olunmamışdır. - Səyyar yoxlama zamanı iddiaçının NKA vasitəsilə pərakən də satışının olubolmaması cavabdeh tərəfindən araşdırılmamışdır. Halbuki, NKA vergi orqanında qeydiyyatdan keçir, onun qeydiyyatı üçün də obyekt qeydiyyatı mütləqdir. Əslində cavabdeh həmin məlumatları özü görə bilərdi. İddiaçı da tələbnaməyə uyğun olaraq yoxlama zamanı NKA çeklərini təqdim etməməsinin səbəblərini açıqlamamışdır - İddiaçının bəyannamədə göstərdiyi gəlirin məbləğinin həm topdansatış, həm də pərakəndə satış ticarət fəaliyyətindən formalaşdığının müəyyən olunması üçün iş materiallarında olan sənədlər yetərli deyil. Belə ki, iş materiallarında iddiaçının e-qaimə fakturaları və NKA çekləri( satış sənədləri) mövcud olsa da, 2017- 2019-cu illər üzrə iddiaçının təqdim etdiyi bəyannamələr, həmçinin idxal sənədləri iş materiallarına əlavə olunmamışdır. Belə olan halda, nə cavabdehin yoxlama nəticəsində hesabladığı vergilərin, nə də iddiaçının həmin dövrlərdə bəyannamələrdə əks etdirdiyi dövlət büdcəsinə ödənilməli vergilərin düzgün hesablanıb-hesablanmaması müəyyən olunmur. - İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspert qarşısında konkret suallar qoyulmasına baxmayaraq, ekspert tərəfindən həmin suallar dolğun cavablandırılmamış, yoxlama dövrünə aid ayrı-ayrı vergi növləri üzrə iddiaçının ödəməli olduğu vergi məbləğləri müəyyən olunmamışdır. - Cavabdeh vergi orqanı tərəfindən iddiaçının elektron vergi hesab-fakturaları əsasında orta satış qiyməti müəyyən olunmuşdur. Həmin qiymət Vergi Məcəlləsinin 67.1.1 və 67.1.2-ci maddəsi anlamında əlaqəli məlumatdır. Lakin həmin qiymətin iddiaçının göstəricilərinə hansı qaydada tətbiq olunması və yekun hesablanmış vergi məbləğinin alınması ardıcıllığı iş materiallarına əlavə edilmiş sənədlərdən görünmür. Həmçinin ekspert araşdırması zamanı da qeyd olunan məbləğin hansı ardıcıllıqla hesablanmasına qiymət verilməmişdir. - Vergi orqanı iddiaçının NKA ilə satdığı malları sənədsiz satış kimi qiymətləndirdiyi üçün, həmin hissəni bəyannamədə ƏDV-yə cəlb olunan hissədən azad olunan hissəyə keçirmiş, bununla da ƏDV üzrə əvəzləşdirmənin xüsusi çəkisini azaltmışdır. Lakin bütün bunların həyata keçirilməsi ardıcıllığı konkret rəqəmlərlə iş materiallarında öz əksini tapmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3002/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertiz ası təyin edilmişdir.

19. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 9/9801 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, təqdim edilmiş iş materiallarına əlavə edilmiş elektron qaimə-faktura və NKA çeklərinə əsasən cəmiyyətin 2017-ci il üzrə topdansatış fəaliyyətindən gəliri 321.562,10 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 8.817.392,54 manat (ƏDV-siz), 2018-ci il üzrə topdansatış fəaliyyətindən gəliri 2.159.359,95 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 21.093.150,76 manat (ƏDV-siz) və 2019-cu il üzrə topdansatış fəaliyyətindən gəliri 9.478.994.77 manat (ƏDV-siz), pərakəndə satış fəaliyyətindən gəliri 28.890.355,33 manat (ƏDV-siz) müəyyən edildi. Tədqiqat zamanı müəyyən edilmiş gəlirlərə dair təsdiqedici sənədlər e lektron qaimə faktura və NKA çəklərindən, xərclərə dair təsdiqedici sənədlər isə idxala dair yük gömrük bəyannamə məlumatları və alışa dair elektron qaimə fakturalardan və vergi orqanının özünün də qəbul etdiyi bəyannamə göstəricilərində öz əksini tapmış əmək haqqı, rabitə xidməti, icarə haqqı, sosial ödənişlər, bank xidməti üzrə xərclər və s. ibarət olması müəyyən edildi. Həmçinin qeyd edilir ki, müəssisə 2017-2019-cu illər üzrə gəlir və xərclərinin uçotunu hesablama metoduna uyğun olaraq həyata keçirmiş və bu səbəbdən də tədqiqat zamanı da vergilər iş materiallarına əlavə edilmiş ilkin sənədlərinə müvafiq olaraq hesablama metoduna uyğun olaraq hesablandı. Yekun olaraq xx.xx.2020ci il tarixli, **********139943 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçındə ƏDV və m ənfəət vergiləri üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur, eyni zamanda hazırkı tədqiqat nəticəsində İddiaçı tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində 2017-ci il üzrə 27.908,11 manat, 2018-ci il üzrə 57.644,59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesablamışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-242/2024 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, M.Tağızadə və G.Abbasova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə sinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 90,179.48 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun” hissəsində ləğv olunmuş, iddia həmin hissədə rədd olunmuşdur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsasıandırmışdır: - cavabdeh vergi orqanı mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********211000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qanunla müəyyən edilmiş qaydada elektron imza vasitəsilə imzalamamışdır. Eyni zamanda, həmin qərar şəxsən və ya poçt rabitəsi vasitəsilə də iddiaçıya təqdim edilməmişdir. Oxşar iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli və 15(102)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında da mövqe bu cür əsaslandırılmışdır. Həmin məhkəmə qərarlarının məzmunundan da aydın olduğu kimi inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər cavab verməlidir. Belə ki, elektron sənədin həqiqiliyi təsdiqlənməli, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməli, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmalı, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməlidir. Beləliklə, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********211000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir - Cavabdeh vergi orqanı 2019-cu il üzrə yekun hesablamanı səyyar vergi yoxlaması ilə fərqli əsaslarla həyata keçirsə və kameral vergi yoxlaması ilə həyata keçirilmiş hesablama faktiki olaraq öz qüvvəsini itirsə də, cavabdeh vergi orqanı kameral vergi yoxlamasının nəticəsinə dair 9 iyun 2020-ci il tarixli qərarı ləğv etməmişdir. Bu səbəbdən də iddiaçı 9 iyun 2020-ci il tarixli qərarı da mübahisələndirməyi məcbur olmuşdur. Həmin qərara münasibətdə qeyd edilmişdir ki, 2019-cu il üzrə kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə əlavə vergi məbləği vergi bəyannaməsində xərclərin 5,735,897.94 manat şişirdilməsi (xərclərin statistik dəyər əsasında bəyan edilməsi) əsası ilə hesablanmışdır. Bununla bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli 9/9801 nömrəli ekspert rəyində 2019-cu il üzrə iddiaçının mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 38,369,350.10 manat, gəlirdən çıxılan xərcləri 37,636,231.50 manat, vergiyə cəlb edilən mənfəəti 733,118.60 manat, ödəməli olduğu mənfəət vergisi isə 146,623.72 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının gəlirdən çıxılan xərcləri kameral vergi yoxlaması zamanı 32,586,508.27 manat, səyyar vergi yoxlaması zamanı 38,008,937.04 manat, ekspertiza tədqiqatı zamanı isə 37,636,231.50 manat müəyyən edilmişdir. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması nəticəsində kameral vergi yoxlaması zamanı özünün müəyyən etdiyi xərclərə dair göstərici ilə razılaşmamış və 5,422,428.80 manat artıraraq 38,008,937.04 manat müəyyən etmişdir. İddiaçı özü təqdim etdiyi mənfəət vergi bəyannaməsində xərclərini 38,322,406.21 manat bəyan etmişdir, bu halda kameral vergi yoxlaması zamanı xərclər üzrə müəyyən edilmiş 5,735,897.94 manat kənarlaşmanın düzgünlüyü heç cavabdehin özü tərəfindən də təsdiq edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində isə ilkin uçot sənədlərinə əsasən iddiaçının x ərclərinin səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş xərclərin məbləğindən 372,705.50 manat az olması aşkar edilmişdir. Kameral vergi yoxlaması nəticəsində xərclər üzrə müəyyən edilmiş göstəricinin düzgünlüyü nə səyyar vergi yoxlaması, nə ekspertiza tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. - İddiaçıya məxsus Merkuri-112FK markalı 00101416 zavod nömrəli nəzarət kassa aparatı xx.xx.2016-cı il tarixdə vergi orqanında uçota alınmış və cavabdeh tərəfindən iddiaçıya buna dair **********3 nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsi verilmişdir ki, bu da vergi orqanının iddiaçının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olduğundan xəbərdar olduğunu göstərməklə yanaşı, həm də razılığını ifadə edir. xx.xx.2016-cı il tarixdən səyyar vergi yoxlaması keçirilən günədək cavabdeh vergi orqan ı tərəfindən iddiaçıya NKA vasitəsilə malların pərakəndə qaydada satışına dair hər hansı etiraz bildirilməmişdir. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən mübahisələndirilən dövrdə məhsullar vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edildiyi halda, həmin məhsulların kassa aparatı vasitəsilə pərakəndə satışının həyata keçirildiyini bilirdi və ya, ən azından, bilməli idi. Bununla belə səyyar vergi yoxlaması zamanı bununla bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. - Cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 43.11-ci maddəsinə müvafiq olaraq sənədlərin və nümunə kimi əşyaların vergi orqanına təqdim edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2134/2021 nömrəli qərarı ilə iddia təmin edildiyi halda, cavabdeh həmin qərarın icrasını gözləmədən xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlamasını başa çatdırmışdır. Cavabdeh iddiaçının NKA vasitəsilə pərakəndə satış həyata keçirdiyini bildiyi halda, bununla bağlı lazımı həcmdə araşdırma aparmadan, əlavə sübutlar toplamadan və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2134/2021 nömrəli qərarının icrasını gözləmədən, iddiaçının vergiyə cəlb edilən gəlirini (dövriyyəsini) yalnız elektron vergi hesab fakturalar (elektron qaimə fakturalar) əsasında müəyyən edilmiş orta satış qiymətinə əsasən hesablamışdır - Cavabdehin “İdxal edilmiş mallar əsasında satış” cədvəlin 6-cı sətrində malların çeşidlər üzrə bir vahidinin satış qiyməti qeyd edilsə də, həmin satış qiymətinin necə hesablandığı müəyy ən deyil. Belə ki, hər hansı çeşid üzrə elektron vergi hesab fakturalar üzrə ümumilikdə hansı həcmdə (çəkidə) və məbləğdə mal təqdim edildiyi, həmin göstəricilərə əsasən orta satış qiymətinin necə hesablandığı səyyar vergi yoxlaması aktında və ya vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarda əsaslandırılmamış və məhkəməyə, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinə buna dair hər hansı sübut təqdim edilməmişdir. - Cədvəlin 8-ci sətrində 2017-2020-ci illərdə çeşidlər üzrə malların dövrün sonuna manatla qalıq dəyəri qeyd edilsə də, məhkəmə araşdırması zamanı həmin qalıqların necə hesablandığını müəyyən etmək mümkün olmadı. Belə ki, cədvəldə həmin qalıqların mənfəət vergisi bəyannamələrinə əsasən müəyyən edildiyi yazılsa da, bəyannamələrdə malların ayrı-ayrılıqda çeşidlər üzrə qalıqlarına dair hər hansı qeyd aşkar edilmədi və buna dair cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı hər hansı sübut təqdim edilmədi. - İdxal barədə məlumatlara əsasən toyuq əti çeşidlərinin özlərinin də müxtəlif adda fərqli növləri (məsələn, toyuq budunun “Qualiko”, “Ukranian Chicken”, “Sultanah”, “Asillah” nişanlı fərqli növləri) olduğu halda, cavabdeh vergi orqanı hər hansı fərqləndirmə aparmadan bir çeşid üçün vahid qiymət müəyyən etmişdir. - Cavabdeh vergi orqanı iddiaçının ƏDV üzrə vergiyə cəlb edilən və ƏDV-dən azad olunan dövriyyəsinin bölgüsünü düzgün həyata keçirməmişdir - Quş ətinin satışı ƏDV-dən azad olunmasına baxmayaraq, iddiaçı NKA vasitəsilə həyata keçirdiyi pərakəndə satışlara 18% ƏDV tətbiq (əlavə) etdiyi üçün həmin əməliyyatlar ƏDV-nin məqsədləri üçün vergitu tma obyekti (vergiyə cəlb edilən əməliyyat) hesab edilir. Buna baxmayaraq, cavabdeh vergi orqanı vergilərin hesablanması zamanı ƏDV-yə cəlb edilən əməliyyat qismində yalnız elektron vergi hesab faktura əsasında əməliyyat qismində yalnız elektron vergi hesab faktura əsasında 18% ƏDV tətbiq edilməklə həyata keçirilmiş satış əməliyyatlarını nəzərə almış, geri qalan dövriyyəni hər hansı əsas olmadığı halda, ƏDV-dən azad olunan dövriyyəyə daxil etmişdir. Halbuki, vergi qanunvericiliyində ƏDV-dən azad edilən malların və ya xidmətlərin vergi ödəyicisi tərəfindən ƏDV tətbiq (əlavə) edilməklə təqdim edilməsinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV-dən azad olunan mallara (xidmətlərə) ƏDV tətbiq edildiyi halda, həmin əməliyyat ƏDV-nin məqsədləri üç ün vergiyə cəlb edilən əməliyyat olur. - xx.xx.2024-cü il tarixli 9/9801 nömrəli ekspert rəyində gəlinən nəticəyə əsasən iddiaçı büdcəyə ödənilməli mənfəət vergisini 2017-ci il üzrə 27,908.11 manat, 2018-ci il üzrə 57,644.59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesablamışdır. iş materiallarının və ekspertiza rəyinin qarşılıqlı tədqiqi nəticəsində iddiaçının mənfəət vergisini 2017-ci il üzrə 27,908.11 manat, 2018-ci il üzrə 57,644.59 manat, 2019-cu il üzrə 4,626.78 manat, ümumilikdə isə 90,179.48 manat az hesabladığı müəyyən edildi.

22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd olunması haqqında yeni qərarın çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏ LİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağıdakılar olmuşdur: - Vergi orqanını uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyət növləri içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının ixtisaslaşdırılmamış topdan satışı (əsas fəaliyyət növü), içki və tütün məmulatları da daxil olmaqla ərzaq mallarının topdan satışı üzrə agentlik fəaliyyəti, alkoqollu və digər içkilərin topdan satışı, yanacağın topdan satışı, saxlama və anbarlara yığma, gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi, mərkəzi ofislərin fəaliyyəti, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi fəaliyyətlərindən ibarət olmuşdur. Yoxlamanın həyata keçirildiyi dövrdə isə cəmiyyətin faktiki fə aliyyəti ət və ət məhsullarının topdan satışından ibarət olmuşdur. Pərakəndə ticarət fəaliyyət növü olmamışdır. Vergi ödəyicisi tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti nəzarət-kassa aparatının çeki ilə deyil, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan fəaliyyətdir. Məhkəmə iş üzrə tətbiq edilməli olan, lakin tətbiq edilməyən Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndini nəzərə almamışdır. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Məlumat üçün bildiririk ki, iddiaçının yoxlama həyata keçirilən ünvanda qeydiyyata aldığı obyekt yalnız anbardan ibarət olmuşdur ki, məhkəmə bu hala da diqqət etməmiş və iddiaçının pərakəndə satış üçün mağazalarının qeydiyyatda olub-olmamasını və ya faktiki olaraq olub-olmamasını araşdırmamışdır. Vergi ödəyicisinin nəzarət-kassa aparatının olması o anlama gəlməməlidir ki, topdansatış qaydada təqdim edilən mallara görə NKA çeki təqdim edə bilər. - xx.xx.2017-xx.xx.2017-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 9 sayda çek qeydiyyata alınmışdır ki, həmin 9 sayda çekin ümumi məbləği 586.831 manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 65.203 manat təşkil edir ki, bir şəxsin istehlak üçün bu məbləğdə ət məhsullarını satın alması ağlabatan deyildir. Həmçininxx.xx.2017-xx.xx.2017-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 13 sayda çekin ümumi məbləği 809. 034 manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 62.233 manat müəyyən olunur. Həmçininxx.xx.2017-xx.xx.2017-ci il üzrə NKA-nın fiskal məlumatına əsasən bir ay ərzində 16 sayda çekin ümumi məbləği 914.416 manat təşkil etmişdir. Orta hesabla bir çekin məbləği 57.151 manat müəyyən olunur. Beləliklə nümunələrdən göründüyü kimi istehlak üçün bu məbləğlərdə ət və ya ət məhsullarının alınması qeyri-mümkündür. İddiaçının fəaliyyəti birmənalı şəkildə topdansatış fəaliyyətindən ibarət olmuş və NKA-nın çekləriisə mötəbər sənəd hesab edilmədiyi üçün gəliri təsdiq edən sənəd kimi qəbul edilməməlidir - İddiaçı tərəfindən ekspertizaya NKA çeki təqdim etməsinin işin taleyi üçün heç bir əhəmiyyəti yoxdur. Çünki yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı real gəlirlərini dəfələrlə gizlətmiş və m ənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində sadəcə ağlına gələn rəqəmləri əks etdirmişdir - Yoxlama zamanı müəssisənin elektron-qaimələr əsasında satdığı mallarla bağlı dövriyyəsində hər hansı bir dəyişiklik edilməmişdir. Hesablanmış vergilər sırf satış sənədi təqdim edilməyən məhsullarla bağlıdır. Bu məhsullara isə tam ədalətli olaraq müəssisənin elektron qaimələrindəki hər məhsul növü üçün orta satış qiyməti müəyyən edilərək tətbiq edilib vergilər hesablanmışdır. Digər tərəfdən, elektron qaimə faktura və ya elektron vergi hesab faktura tərtib edilməyən malların bir vahidinin qiyməti yük gömrük bəyannamələrində qeyd edilən malların çəkisi və dəyəri nəzərə alınmaqla hesablanmışdır. - Yoxlama ilə vergi ödəyicisinin fəaliyyətinin quş ətinin satışından ibarət olduğu, quş ətinin satışı i sə ƏDV-dən azad olan əməliyyat hesab edildiyi halda, vergi ödəyicisi tərəfindən bəzi hesabat aylarında quş ətinin satışı ƏDV tutulan əməliyyatlara cəlb edildiyi və buna müvafiq olaraq bəzi hallarda mal alanlara ƏDV tətbiq etməklə qaimə-fakturalar təqdim etdiyi, eyni zamanda, alınmış mallara görə əldə etdiyi e-VHF və YGB üzrə ƏDV məbləğini əvəzləşdirdiyi müəyyən edilmişdir. Yoxlama Vergi Məcəlləsinin 159.8-ci maddəsinin tələblərini nəzərə almaqla ƏDV tətbiq etməklə (qaimə-fakturalarda göstərilən) aparılan əməliyyatlar ƏDV tutulan əməliyyatlara, qalan mallar mənfəət vergisinin 1 nömrəli əlavəsində göstərilən mal qalığı nəzərə alınmaqla ƏDV-dən azad olan əməliyyatlara aid edilmişdir. Yoxlanılan dövr üzrə əvəzləşdirilmiş ƏDV məbləği isə xüsusi çəki əsasında müəyyən edilmişdir. Satış sənədi təq dim edilməyən mallar üzrə dövriyyə məbləğləri isə qanunvericiliyə əsasən ƏDV-dən azad olunan dövriyyəyə aid edilmiş, həmin dövriyyə üzrə müəssisənin etdiyi ƏDV əvəzləşmələri ləğv edilmişdir.

24. Kassator şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Vergi Məcəlləsinin 13.2.63, 53.3, 67, 71-1, 94.0.2, 104, 108, 130.2, 159.1, 159.8 və 175.4-cü maddələrinə və İPM-in 1.2, 11.2, 12, 58.7-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiya larını və digər məcburi ödənişləriödəmək... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdəmühasibatuçotusənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron auditvergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlamasıtəqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir.Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə

55. Vergi qanunvericiliyinin pozulmasında şəxsi n təqsirini istisna edən hallar 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:... 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; Maddə

159. Vergitutma obyekti... 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə

164. ƏDV-dən azadolmalar və güzəştlər 164.1 Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:... 164.1.37. heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə; Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV... 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tut ulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri n mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı

29. Avropa Məhkəməsinin “Avşar Türkiyəyə qarşı iş üzrə 2001-ci il tarixli qərarı

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarı Plenumunun

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarı Plenumunun KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sü butlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli və iş ləğv olunan hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən - “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 90,179.48 manat mənfəət ver gisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun” hissəsində ləğv olunması, iddia həmin hissədə rədd olunması qərara alınmışdır.

36. Həmin qərardan iddiaçı kassasiya şikayəti verməyərək apellyasiya məhkəməsinin qərarı ilə razılaşmışdır.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarla hesablanmış mənfəət vergisi barədə

38. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı vergi ödəyicisində 2017-2019-cu illər üzrə səyyar verg i yoxlaması aparılarkən iddiaçıdan tələb olunmuş gəlir və xərc sənədlərinin təqdim olunmadığı əsas gətirilərək, ona əlavə vergilər hesablanmışdır.

39. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 20172019-cu illər ərzində onun gəliri aşağıdakı kimi olmuşdur: 2017-10.851.739 manat, 2018-23.177.691 manat, 2019-39.032.390 manat olmuşdur.

40. Cavabdeh vergi orqanı tərəfindən isə səyyar vergi yoxlaması zamanı iddiaçının mənfəət vergisi məqsədləri üçün malların təqdim edilməsindən ümumi gəlirini 2017-ci il üzrə 14.124.756,19 manat, 2018-ci il üzrə 33.829.077,14 manat, 2019-cu il üzrə 45.318.817,23 manat, ümumilikdə 93,272,650.56 manat müəyyən etmişdir.

41. Bu uyğunsuzluq nəticəsində də iddiaçıya əlavə mənfəət vergisi hesablanmışdır.

42. İşdən görünür ki, iddiaçı idxal e tdiyi quş əti məhsullarının satışını həyata keçirilmişdir. İddiaçı tərəfindən quş əti məhsullarının satışının bir hissəsi elektron qaimələr əsasında bir hissəsi isə NKA vasitəsilə həyata keçirilmişdir.

43. Yoxlama zamanı müəssisənin elektron-qaimələr əsasında satdığı mallarla bağlı dövriyyəsində hər hansı bir dəyişiklik edilməmişdir.

44. Cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı nəzarət kassa aparatının çekləri ilə rəsmiləşdirilmiş pərakəndə satış əməliyyatlarını “sənədləri təqdim edilməmiş quş əti məhsullarının satışı” kimi qiymətləndirmiş və iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar barədə məlumatlar əsasında quş əti məhsullarının hər çeşidinin illər üzrə orta satış qiymətlərini müəyyən etmişdir. İdxal edilmiş mallar üzrə satışlara dair cədvəldə idxal edilən m əhsulun çəkisi, e-qaimə əsasında satılmış malların miqdarı, malların qalığı, vahidinin satış qiyməti, cəm məbləğ, malların dövrün sonuna qalıq dəyəri, e-qaimə əsasında satılmış malların dəyəri, yekun məbləğ qeyd edilməklə müvafiq hesablamalar aparılmışdır.

45. Digər tərəfdən cavabdeh iddia edir ki, elektron qaimə faktura və ya elektron vergi hesab faktura tərtib edilməyən malların bir vahidinin qiyməti yük gömrük bəyannamələrində qeyd edilən malların çəkisi və dəyəri nəzərə alınmaqla hesablanmışdır.

46. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir.

47. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması keçirilən zaman satışı təsdiq edən NKA çekləri təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının elektron vergi hesab-fakturaları əsasında orta satış qiyməti m üəyyən olunmuşdur. Belə ki, satış sənədi təqdim olunmayan quş əti məhsullarının hər çeşidi üzrə illər üzrə orta satış qiymətləri tətbiq edilməklə müəssisənin ümumi gəlir məbləğləri müəyyən edilmişdir. İdxal edilmiş mallar üzrə satışlara dair cədvəldə idxal edilən məhsulun çəkisi, e-qaimə əsasında satılmış malların miqdarı, malların qalığı, vahidinin satış qiyməti, cəm məbləğ, malların dövrün sonuna qalıq dəyəri, e-qaimə əsasında satılmış malların dəyəri, yekun məbləğ qeyd edilməklə müvafiq hesablamalar aparılmışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən müəyyən edilmiş həmin qiymət Vergi Məcəlləsinin 67.1.1 və 67.1.2-ci maddəsi anlamında əlaqəli məlumatdır və vergi orqanın tərəfindən əlaqəli məlumatlardan istifadə etməklə vergi məbləğinin hesablamaq hüququ vardır.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən NKA çekləri yalnız məhkəmə icraatı zamanı təqdim edilmişdir. Həmin çeklərə nəzər yetirəndə müəyyən olunur ki, çeklərdə əks olunan satış əməliyyatlarının real ticarət məzmunu, malların faktiki vahid qiymətləri və miqdarı göstərilməyib, yalnız böyük məbləğlərdə çeklər NKA-ya daxil edilmişdir, bu da satışın real strukturunu təhlil etməyə imkan vermir.

50. Başqa sözlə, iddiaçı tərəfindən hansı malın hansı miqdarda satışına dair muhasibat uçotu məlumatları təqdim edilməmişdir. Pərakəndə satışda NKA və ya bank məlumatları yalnız kassaya daxil olan pul məbləğlərini əks etdirir.

51. Qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə m üəyyən edilmiş müddətdəmühasibatuçotusənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin borcudur (VM-nin 16.1.3 və 16.1.7-ci maddələri).

52. Beləliklə, mühasibat uçotu elə formada aparılmalıdır ki, hansı malın hansı həcmdə hansı qiymətə satıldığını müəyyən etmək mümkün olsun. Bu hal isə iddiaçı tərəfindən dövriyyənin əsassız olaraq azaldılması ilə bağlı nəticəyə gəlməyə əsas verir.

53. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

54. Bundan əlavə Vergi Məc əlləsinin 53.3-cü maddəsinə əsasən Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

55. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarı qəbul edərkən faktiki şərtlərin mövcudluğu ilə bağlı sübutları təqdim etmişdir. İddiaçı isə öz növbəsində NKA çeklərini məhkəməyə təqdim etməsinə baxmayaraq həmin məlumatlarının mötəbər olması yəni, təqdim edilmiş malların çeklərə uyğun qiymətə satılması, yəni alternativ mühasibat uçotu barədə heç bir sübut təqdim etməmişdir.

56. Göstərilənlə bağlı kollegiyası qeyd edir ki, hazırkı işin hallarına görə həddindən artıq ağır sübutetmə yükü cavabdehin üzərinə qoyula bilməz.

57. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərə findən NKA çeklər vasitəsilə satılan ayrı-ayrı mallar üzrə vahid qiyməti müəyyən edilməsi, eləcə də çeklərdə olan malın sayını müəyyən edilməsi istiqamətində araşdırma aparılmamışdır. Halbuki hazırkı mübahisədə araşdırılmalı və müəyyən edilməli əsas məsələ məhz budur. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarla hesablanmış ƏDV barədə

58. İş materiallarından görünür ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********143580 nömrəli qərarla iddiaçıya 1231614,28 manat əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 615807,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

59. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı yoxlanılan dövr ərzində quş ətinin satışı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin xx.xx.2020-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən quş ətinin satışı – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

60. Bundan əlavə, Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDVdən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.

61. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı NKA vasitəsilə həyata keçirdiyi bütün satışları, elektron vergi hesab faktura üzrə satışların isə bir qismini ƏDV tətbiq etməklə həyata keçirdiyindən və həmin əməliyyatlar Vergi Məcəl ləsinin 159.8ci maddəsinə əsasən vergitutulan əməliyyat hesab edildiyindən, idxal zamanı ödədiyi ƏDV məbləğlərini həmin satış əməliyyatlarının ümumi dövriyyədəki xüsusi çəkisi həcmində əvəzləşdirmək hüququna malik olmuşdur.... cavabdeh vergi orqanı vergilərin hesablanması zamanı ƏDV-yə cəlb edilən əməliyyat qismində yalnız elektron vergi hesab faktura əsasında 18% ƏDV tətbiq edilməklə həyata keçirilmiş satış əməliyyatlarını nəzərə almış, geri qalan dövriyyəni hər hansı əsas olmadığı halda, ƏDV-dən azad olunan dövriyyəyə daxil etmişdir.

62. Cavabdehin dəlillərinə görə quş ətinin satışı ƏDV-dən azad olan əməliyyat hesab edildiyi halda iddiaçı tərəfindən idxal zamanı ödədiyi ƏDV məbləğini əvəzləşdirmə məqsədinə nail olmaq üçün quş ətinin satışının ƏDV-yə cəlb etmişdir.

63. Lakin yuxarıda art ıq qeyd edildiyi kimi, iddiaçı malları həm NKA çekləri ilə, həm də ki elektron vergi hesab faktura ilə satmışdır. Cavabdeh NKA çekləri ilə satılmış malları satış sənədi təqdim edilməyən mallar kimi müəyyən etmiş və həmin dövriyyə üzrə məbləğlər ƏDV-dən azad olunan dövriyyəyə aid edilmişdir, nəticədə həmin dövriyyə üzrə müəssisənin etdiyi ƏDV əvəzləşmələri ləğv edilmişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən NKA çeklərində əks olunan malların vahid qiymətləri və miqdarı dair əsaslandırılmış məlumat təqdim edildikdən sonra, həmin çeklərin vergi uçotu məqsədləri üçün qəbul edilib-edilməməsinə və ƏDV əvəzləşdirməsinin hüquqiliyinə qiymət verilməsi mümkündür.

65. Bu səbəbdən hazırkı halda, NKA çekləri üzrə ƏDV-nin düzgün əvəzləşdirilməsi və ya rədd edilməsi barədə qəti hüq uqi nəticəyə gəlmək mümkün deyil.

66. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı elektron vergi hesab faktura üzrə satışların bir qismini ƏDV tətbiq etməklə həyata keçirilmişdir.

67. Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlə rin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

68. Bu səbəbdən iddiaçı idxal zamanı ödədiyi ƏDV məbləğlərini həmin satış əməliyyatlarının ümumi dövriyyədəki xüsusi çəkisi həcmində əvəzləşdirmək hüququna malik olmuşdur.

69. Lakin hazırkı halda iddiaçının ümumi dövriyyəsinin müəyyən edilməsi işin araşdırılmalı hallarından olduğundan, ümumi dövriyyədəki xüsusi çəkini müəyyən etmək mümkün deyil.

70. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştira kçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

72. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

73. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əs aslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

74. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 26-27a, 28-31-ci bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2-1(103)-242/2024 nömrəli qərarı "xxxx" ASC-nin cavabdehin xx.xx.2021-ci il tarixli **********143580 №li qərarının ləğvinə dair iddianın təmin olunan hissəsində ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə gönd ərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 21(103)-242/2024 nömrəli qərarı "xxxx" ASC-nin cavabdehin xx.xx.2021-ci il tarixli **********143580 №li qərarının ləğvinə dair iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 21(103)-242/2024 nömrəli qərarı qalan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar