Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-935/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynov Zəmilə Əli qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-673/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı 24.09.2019-cu il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.
2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və 25.12.2019-cu il tarixli, İQ-284/2 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir.
3. İddiaçı 25.12.2019-cu il tarixli, İQ-284/2 №-li qərardan inzibati şikayət vermiş, cavabdehin 27.02.2020-ci il tarixli, 63 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25.12.2019-cu il tarixli, İQ-284/2 saylı qərarının qanunsuz hesab edilərək ləğv olunması və ailə üzvlərinə qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, iddiaçı Əfqanıstan vətəndaşı və Qəzni vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə həzaradır. Ərizə-anketdə göstər ilmiş anket məlumatlarını təsdiqləyir. O, orta təhsilini Jaghoridə başa vurub Khatami Nabi Universitetinin Hüquq fakültəsinə qəbul olub və 3 il orada təhsil alıb. Hər iki valideyni hazırda Əfqanıstanda yaşayır. Onun dörd qardaşı və üç bacısı var və onlar Əfqanıstanda yaşayırlar. O, 2018-ci ildə Sultani Zakia ilə evlənib. 2012-ci ilin dekabr ayında Əfqanıstanda Milli Təhlükəsizlik Agentliyində işləməyə başlayıb və 2019-cu ilin avqust ayına qədər orada işləyib. O, bir il Qarabağ vilayəti, bir il Ghazni vilayəti, altı ay Loghar vilayəti və üç il yarım Jagori vilayətində işləyib. Qalan vaxtlarda isə Ghazni vilayətində müxtəlif departamentlərdə işləyib. Sözlərinə görə, onun əsas işi Talibana cəsusluq edən şəxsləri müəyyən və həbs etməkdən ibarət olub. İddiaçı Taliban tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Onun sözlərinə görə, o, 2019-cu ilin avqust ayında icazə olmadan Əfqanıstan Milli Təhlükəsizlik Agentliyindəki işinə yenidən təyin olunub və həmin vaxtdan Taliban tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. 2018-ci ilin noyabr-dekabr aylarında Talibanın Jaghoru vilayətinə hücumundan sonra onlar əhali arasında məktublar paylayaraq hökumətə işləyən şəxslərin hamısını öldürəcəklərini bildiriblər. O, məktubu gördüyünü iddia etmişdir. Həmçinin, 2018-ci ildə tanımadığı şəxslər tərəfindən axtarıldığını qeyd edib. Taliblər onun valideynləri və arvadının yaşadığı Ghazni vilayətindəki evlərinə gedərək onun harada olmasını soruşublar. Valideynləri və arvadı onları tanımayıb. Əlavə olaraq, 2015-ci ildə onun silahının bir puştun tərəfindən oğu rlandığını və bu səbəbdən 25000 manat məbləğində cərimə ödədiyini bildirib. O, 11 sentyabr 2019-cu ildə Azərbaycana gəlib. 24 sentyabr 2019-cu ildə sığınacaq vəsatəti ilə müraciət edib. Cavabdeh onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. Müsahibədə bildirib ki, onun dini inancı olmadığına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 25 dekabr 2019-cu ildə DMX-nin İQ-284/2 saylı qərarı ilə onun sığınacaq vəsatəti rədd edilib. DMX qərarını onunla əsaslandırıb ki, onun iddiaları əsaslı deyil. O, cavabdehin qərarından inzibati şikayət verib. 63 saylı 27.02.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. Eləcə də, cavabdeh iddiaçının müsahi bəsi zamanı tərcüməçinin iştirakını təmin etməyib.
6. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3976/2020 saylı qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia əsassızdır.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-673/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfər ov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3976/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı üçün vətəndaşı olduğu ölkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiy a məhkəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlmiş, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə
10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikası nın müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın st atusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
16. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosess ual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşaöıdakı səbəblərdən irəli gəlir.
21. Cavabdeh orqanın imtina qərarından görünür ki, q anunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.
22. İddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, o, 11.09.2019-cu il tarixdə Azərbaycana gəlmiş, 24.09.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, vəsatət qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulus vilayətinin Bedasay-Razi Xudeydad kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 1997-2008-ci illərdə Cağoridə “Əl Biruni” liseyində orta təhsil aldığını, 2016-2019-cu illərdə Cağoridə “Xatəmi Nəbi” universitetin in hüquq fakültəsində 3 il oxuduğunu, əmək fəaliyyətinə rəsmi şəkildə 2012-ci ilin dekabr ayından başladığını, Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin Cağori ulus valiliyi şöbəsində baş leytenant kimi fəaliyyətə başladığını, burada 2019-cu ilin avqust ayına qədər işlədiyini qeyd etmişdir. Ərizəçi bu qurumun Qarabağ ulus valiliyindəki (1 il), Qəzni vilayətindəki (1 il), Logar vilayətindəki (6 ay), Cağori vilayətindəki (3 il yarım), qalan müddətlərdə isə Qəznidəki şöbələrində işlədiyini, əsas işinin dövlət əleyhinə casusluq edən, taliblərə məlumatlar ötürən, onlarla əməkdaşlıq edənlərin ifşası və həbs edilməsi olduğunu bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən X1 2018-ci ildə Sultani Zakia adlı xanımla ailə qurduğunu, ailədə 8 uşaq olduqlarını, Fatimə adlı bacısının 3 ildir İn giltərənin London şəhərində yaşadığını, digər ailə üzvlərinin isə Əfqanıstanda yaşadıqlarını bildirmişdir. Ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı Əfqanıstanı dövlət əleyhinə olan qüvvələrin, əsasən də taliblərin təhdidindən yaxa qurtarmaq üçün tərk etdiyini, 2015-ci ildə xidmət zamanı bir puştun tərəfindən xidməti silahının oğurlandığını, buna görə 25 min manat cərimə edilərək cəzalandırıldığını, həmçinin 2018-ci ilin noyabr-dekabr aylarında taliblərin Coğariyə hücum etdiklərini, bu zaman məktub yazaraq Cağoridə dövlət işində işləyənlərin öldrüləcəyi barədə məlumatlar yaydıqlarını, buna görə də özü üçün təhlükə hiss etdiyindən işdən çıxdığını və arvadı ilə birlikdə Özbəkistandan keçməklə 11 sentyabr 2019-cu ildə Azərbaycana gəldiyini söyləmişdir.
23. Ərizə-anketin qeydiyyatı və müsahi bəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun cavabdeh inzibati orqan tərəfindən təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dövlət işində işlədiyinə görə taliblər tərəfindən təhdid olunduğunu, 2018-ci ilin noyabr ayında atasından və arvadından onun harada olması barədə soruşulduğunu, taliblərin məktub yazaraq Cağoridə dövlət işində işləyənlərin öldürüləcəyi barədə məlumatlar yaydıqlarını, həmin məktubu gördüyünü bildirsə də o bu məktubun nə əslini, nə də surətini işə əlavə etmək üçün təqdim edə bilməmiş, dediyinə görə həmin məktubda şəxsən ərizəçinin təhdidi ilə bağlı heç bir məlumat olmamış və 2018-ci ilin noyabr ayından keçən müddət ərzində heç bir təhdidə məruz qalmamışdır. Bütün bu qeyd olunanlar ərizəçinin həyatı üçün ciddi təhlükənin olmadığını deməyə əsas vermiş və mənşə ölkəsində təqibə məruz qalması ilə bağlı iddiasını şübhə altına almağa imkan vermişdir.
24. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o və ailə üzvləri vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalma mışlar.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.
26. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-673/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.