Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-935/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamənin vərəsəlik şəhadətnaməsini əvəz etməməsi; iddianın mümkünsüzlüyü; hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respu blikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2024-cü il tarixli 2-1(105)-909/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinə əsasən mərhum X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzildən ibarət mirasın Hüseynova (Dərvişova) Fəridə Lazu qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.
2. Həmin qətnamə əsasında iddiaçı cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-333/2023 nömrəli iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəf kimi işə cəlb edilməmiş, məhkəmənin 15 fevral 2023-cü il tarixli qətnaməsi idarəyə daxil olmamış və üzərinə heç bir öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat
4. İddiaçı cavabd ehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası X3 məxsus olmuşdur. Atası 16 iyul 2007-ci il tarixdə vəfat etmiş, ölən günədək həmin mənzildə yaşamışdır. Atasının vəfatından sonra ondan miras qalmış həmin fərdi yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Buna görə də Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etm iş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququna dair çıxarış verilməsini xahiş etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı iddiaçının Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2A ünvanda yerləşən 41 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinin aşkarlanmadığı, iddiaçının müraciətinin Abşeron Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsinin icrası barədə olduğu, lakin hazırkı iddia ərizəsinin sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə olduğu müəyyən olunmuşdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-4115/2023 nömrəli qərardadı ilə (hakim C.Məmmədov) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqana müraciətin olmaması əsası ilə iddia mümkün sayılmamalıdır.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(105)-296/2024 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə görə iddiaçının hazırkı iş üzrə hüquqi marağı məhkəmə qətnaməsi ilə tərəfindən qəbul edilmə faktının müəyyən edildiyi miras əmlak – hazırda mübahisələndirilən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınmasıdır. Hansı ki, cavabdeh orqana müraciəti zamanı da hüquqi marağı, eləcə də ərizənin məzmunu məhz bu formada olmuşdur. c. Birinci instansiya məhkə məsindəki ikinci icraat
12. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-3884/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli və 14 oktyabr 2022-ci il tarixli qərarlarında qeyd olunanlar ona dəlalət edir ki, vərəsəlik haqqında şəhadətnamə mirasın qəbulu faktını rəsmiləşdirən sənəddir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təsdiq edilmiş faktın yenidən notariat orqanı tərəfindən tə sdiq edilməsinə zərurət yoxdur. Mərhumun birinci növbə vərəsəsi hesab edilən vərəsələri özlərinə çatası paydan notarial qaydada təsdiq edilmiş ərizə ilə imtina etmişdilər. Belə olan halda, X1 rayonunun Qırız Dəhnə kəndində yerləşən və mərhum atasından miras qalmış 0,12 ha torpaq sahəsinin yeganə vərəsəsidir. Qeyd olunan fakt Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2155/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-333/2023 nömrəli, xx. xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mərhum X2 miras qalmış mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilməlidir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2024-cü il tarixli, 2-1(105)-909/2024 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, T.Axundov və V.Hacıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə görə miras əmlak üzərində vərəsənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması yalnız vərəsəlik şəhadətnaməsi əsasında həyata keçirilə bilər.... iddiaçının tələbinin əsası kimi istinad etdiyi miras əmlakın qəbul edilməsi faktına dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 fevral 2023-cü il tarixli, 2(012)-333/2023 nömrəli qətnaməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı kimi qəbul edilə bilməz.... hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddi açı öz məqsədinə çatmaq üçün, ilk növbədə, notariat orqanına müraciət edərək mübahisəli mənzilə dair vərəsəlik şəhadətnaməsi almalı, daha sonra həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair cavabdeh inzibati orqana müraciət edə, imtina cavabı ilə aldıqda isə bununla bağlı məhkəmədə iddia qaldıra bilər.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - eyni sədrlik edən şəxs tərəfindən apellyasiya şikayətinə əsasən inzibati işə baxılarkən birinci dəfə mümkün sayılmayan iddianı ləğv edərək, iddianın mümkün sayılması qənaətinə gəlind iyi halda, ikinci dəfə onun məntiqi nəticəsində mümkün sayılan iddia üzrə gəlinən nəticəni ləğv edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlməklə hüququ müəyyənlik prinsipinə zidd məhkəmə aktı qəbul edilmişdir. - Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarına istinad etmişdir. Lakin nəzərə almamışdır ki, inzibati orqan tərəfindən hər hansı bir faktın tanınmasının müəyyən edilməsi deyil, artıq tanınmış faktın icrasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsi təşkil edir. Hüquqi əhəmiyyətli fakt üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qü vvəyə mindiyindən, həmin fakt üzrə hər hansı dəyərləndirilmə aparılması məntiqsiz olmaqla, tətbiq edilməli olan maddi hüquq normasının tətbiq edilməməsi nəticəsində düzgün olmayan nəticəyə gəlinmişdir. - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinin məzmununa görə daşınmaz əmlak üzərində hüquqların qeydə alınma əsaslarından biri də məhkəmə aktıdır. Miras əmlakın qəbul edilməsi faktı məhkəmə aktı ilə təsdiq edilmişdir. Mirasın qəbul edilməsi miras əmlak üzərində şəxsin mülkiyyət hüququnu yaradır və yaranmış hüquq da qanunvericiliyə əsasən da dövlət reyestrində qeydə alınmalıdır. Mirasın qəbul edilməsi məhkəmə aktı ilə təsdiq edilmişdir. Məhkəmə aktı qanuni qüvvəyə mindiyindən, həmin məhkəmə aktı yaranmış hüququn qeydə alınması üçün əsasdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə etiraz göndərməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin i crası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə y oxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlə dən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarı 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydın lıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
27. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.
29. Hazırkı işə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, atasının ölümündən sonra iddiaçı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əvvəlcə notariat ofisinə müraciət etmiş, lakin bununla bağlı vərəsələr arasında mübahisə olduğundan o, Abşeron rayon məhkəməsinə müraciət etmiş və mirasın onun tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilmişdir.
30. Beləliklə, iddiaçı tələbinin əsası kimi miras əmlakın (mənzilin) tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad edərək, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. İddiaçı hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların qeyd ə alınma əsaslarından biri kimi çıxış edir.
31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan qətnamə mirasın Hüseynova (Dərvişova) Fəridə Lazu qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barəsindədir və həmin qətnamə ilə cavabdehin üzərinə hər hansısa bir öhdəlik qoyulmamışdır. 32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarında da qeyd edilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmam asına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir.
33. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. 34. “İnzib ati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
35. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qənaəti ilə razılaşır ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün, ilk növbədə, notariat orqanına müraciət edərək mübahisəli mənzilə dair vərəsəlik şəhadətnaməsi almalı, daha sonra həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair cavabdeh inzibati orqana müraciət edə, imtina cavabı ilə aldıqda isə bununla bağlı məhkəmədə iddia qaldıra bilər.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noya br 2024-cü il tarixli 2-1(105)-909/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.