Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-938/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(107)-533/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün iddiaçıya satılması nəzərdə tutulan 9 kv.m torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olduğuna və alqı-satqının məqsədəmüvafiq hesab edildiyinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 76 nömrəli rəy verilmişdir.
2. Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli protokol qərarı ilə iddiaçıya mağaza tikmək üçün H.Ə liyev küçəsində 3x3 metr ölçüdə 9 kv.m torpaq sahəsinin satılması qərara alınmış və bununla bağlı həmin qərar əsasında Balakən bələdiyyəsinin sədri tərəfindən xx.xx.2004-cü il tarixli, 102 nömrəli sərəncam verilmişdir.
3. Sözügedən torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmiş və tərəflər arasında torpaqların alqı-satqısına dair xx.xx.2004-cü il tarixli akt tərtib olunmuşdur. Həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində xx.xx.2004-cü il tarixdə 278 nömrə ilə qeydiyyata alınmışdır.
4. Sözügedən torpaq sahəsinin yerquruluşu planı hazırlanaraq Balakən bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair A 423249 nömrəli “T orpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmışdır.
5. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yer fərqlidir.
7. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli iclas qərarı ilə iddiaçıya ünvan 1 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsi naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlara aiddir və mülkiyyət növü dövlət mülkiyyətidir. İddia olunan torpaq sahəsinin faktiki istifadəçisi iddiaçıdır. Həmin torpaq sahəsinin ölçüləri, yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi A 423249 nömrəli “Torpaq sahəsinin planı v ə ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İlkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi ilə A 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, alqı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasınıi xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsini iddiaçı alqı-satqı yolu bələdiyyənin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarına əsasən almışdır. İddiaçı bələdiyyənin həmin qərarını İcra Hakimiyyətinə təqdim edərək, memarlıq şöbəsinin razılığı əsasında onların göstərdiyi smeta sənədi və layihə əsasında həmin torpaq sahəsi üzərində mağaza tikmişdir. Həmin tarixdən indiyədək iddiaçı həmin mağazadan istifadə edir. Həmin torpaq sahəsinə dair A 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmin sənəd xx.xx.2013-cü il tarixdə 33 nömrəsi ilə dövlət torpaq kadastr kitabında uçota alınm ış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən təsdiq olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən yerləşmə yeri ilə faktiki istifadə olunan yer fərqlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən müraciətin təmin olunmasından imtina edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən Balakən bələdiyyəsi adi cəlbetmə qaydasında, Əmlak Məsələləri Dövlət Xidməti isə zəruri cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
12. Şəki İnzibati Məhkəməsinin (hakim: Fərid İsmayılzadə) 10 avqust 2023-cü il tarixli, e-2-1(116)-540/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, bələdiyyələr yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülkiyyətə, istifadəyə və ya icarəyə vermək hüququna malikdirlər. Lakin məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Mütəxəssis rəyində qeyd olunmuş dur ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli iclas qərarı ilə iddiaçıya ünvan 1 ünvanında ayrılmış 9 kv.m torpaq sahəsi naturada ölçüləri 12 kv.m olmaqla Balakən şəhərinin hüdudları daxilində TEKUİS məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlara və mülkiyyət növü isə dövlət mülkiyyəti kimi işlənilmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi qərarı qəbul etmiş bələdiyyə, yəni daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan Balakən bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına əsasən iddiaçının adına verilmiş ünvan 1 ünvanında yerləşən, dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, mülkiyyət növü isə dövlət mülkiyyətinə aid ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsini n dövlət mülkiyyətinə nə vaxt keçməsi barədə məlumat idarədə aşkar edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının adına verilmiş ünvan 1 ünvanında yerləşən, dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin iddiaçıya verildiyi tarixdə kimin mülkiyyətində olması barədə məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapmamışdır.
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 18 yanvar 2024cü il tarixli, 2-1(107)-19/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elşanə Vəliyeva /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1344/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv e dilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin alqı-satqısına dair verilmiş xx.xx.2004-cü il tarixli, 76 nömrəli rəyindən görünür ki, həmin torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazi olması müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində isə mübahisəli torpaq sahəsinin mülkiyyət növünün TEKUİS məlumat bazasına əsasən dövlət mülkiyyəti kimi işləndiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi TEKUİS məlumat bazasının nə vaxt, kim tərəfindən yarad ılmasını, mübahisəli torpaq sahəsinin nə vaxt, kim tərəfindən, hansı qərara əsasən dövlət mülkiyyəti kimi işlənməsini, həmçinin sözügedən torpaq sahəsinin satıldığı zaman bələdiyyənin mülkiyyətində olub-olmadığını, müvafiq bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair sənədləri (bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahəsi barədə xəritə və ayrıc aktlarını) tələb edərək mübahisəli ərazinin 2004-cü ildə bələdiyyə mülkiyyətinə aid əraziyə aid olub-olmadığını araşdırmamışdır.
22. Həmçinin, iddiaçı mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən bütün mağaza binalarının altındakı torpaq sahələrinin eyni qaydada bələdiyyədən alındığını, mağazalar tikildiyini və həmin torpaqların dövlət qeydiyyatına alındığını bildirir. İddiaçının təqdim etdiyi sənədlərlə eyni olan sənədləri təqdim etmiş digər şəxslərin hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması məhkəmə araşdırması nəticəsində öz təsdiqini taparsa, həmin hal iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni və əsaslı həlli baxımından hazırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə qiymət verilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Şəki Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının (hakimlər: Tural Həsənov /sədrlik edən və məruzəçi/, Elçin Hüseynov və Əyyub Kərimov) 05 noyabr 2024-cü il tarixli, 2-1(107)-533/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin üzərinə alqı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən, dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 33 nömrə ilə uçota alınmış A seriyalı 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeydə alınmış 9 kv.m sahibkarlıq təyinatlı torpaq sahəsinin hazırda istifadə etdiyi yerdə, yəni tikdiyi mağazanın yerləşdiyi yerdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi qoyulmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə Ali Məhkəmənin göstərişinə əsasən aparılmış məhkəmə araşdırması nəticəsində Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı ilə iddiaçıya ayrılarkən 9 kv.m torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətində olduğu, lakin cavabdeh inzibati orqanın DWG elektron məlumat bazasında həmin torpaq sahəsinin mülkiyyət növünün göstərilmədiyi, 2009-cu ildə tərtib edilmiş Balakən bələdiyyəsinin ərazisində mülkiyyətə verilmiş torpaqların yerquruluşu planında isə həmin ərazinin dövlət mülkiyyətində olan torpaq sahəsi kimi işlənildiyi müəyyən edilmişdir. Hazırkı işin halları baxımından aydın olur ki, Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 nömrəli qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmi ş inzibati akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə bələdiyyə qərarı əsas götürülməklə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Hüququn əmələ gəldiyi anda mübahisəli torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətində olan ərazi olması müəyyən olunmuşdur. Sonradan həmin ərazinin dövlət mülkiyyətində olan torpaq sahəsi kimi işlənməsi isə iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz.
25. O da qeyd olunmalıdır ki, iddiaçı torpağı əldə edərkən alıcı kimi bələdiyyə və dövlət orqanlarına müraciət edərək pulunu ödədikdən sonra, həmin torpaq sahəsi üzərində mağaza binası tikmiş və 20 ilə yaxın bir müddət ərzində hər hansı bir orqan, o cümlədən cavabde h həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması ilə bağlı iddiaçıya etirazlarını bildirməmişdir. Cavabdeh orqanın imtina məktubunda göstərdiyi arqumentlər daha sonra birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Yəni iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi, ilkin torpaqayırma sənədlərində göstərilən torpaq sahəsi və A 423249 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi eyni torpaq sahələridir. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsi 12 kv.m olsa da, onun tələbi mağaza binasının altında yerləşən 9 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır və həmin torpaq sahəsinin də mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında döngə nöqtələrinin koordinatları aydın şəki ldə göstərilmişdir.
26. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. Qanunvericiliyə əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
27. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyə t hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdi yyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənm əklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yara nması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi a ktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquq i şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əh atə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədə r hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ma ddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin imtinasının dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbə rlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu ba xımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(107)-533/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.