Məhkəmə qərarları › İş №2-1(102)-948/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-948/2020

19.08.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-948/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmtəə nişanının ləğvi 19.08.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X21, üçüncü şəxs “xxxxxxx” MMC-nin nümayəndələri X6, Babaşov Emin Söhbət oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs “xxxxxxx” MMC-bundan sonra üçüncü şəxs) “cavabdehin xx xxxxx 2018-ci il tarixli, E-1531 saylı qərarının tamamilə ləğv edilməsi və “Вкус Детства с вафельно-трюфельным вкусом” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2649/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçıların verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “xxxxxxx” MMC-yə məxsus “VkusDetstva” adlı kombinasiya edilmiş əmtəə nişanı 30cu sinifin “qənn adı məmulatları, xüsusən də konfetlər” əmtəələri üzrə və 35-ci sinfin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə xx.xx.2016-cı il tarixdə üçüncü şəxsin adına Azərbaycan Respublikasında 2016 1433 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016). xx.xx.2018-ci il tarixdə iddiaçıların nümayəndəsi tərəfindən üçüncü şəxsə məxsus “VkusDetstva” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı Apelyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Apelyasiya şurası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” xx xxxx 1998-ci il tarixli, 5C4-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci və 4-cü maddələrinin tələblərini nəzərə alaraq etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. İddi açılar x xxxx 2018-ci il tarixdə cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1531 saylı qərarının tamamilə ləğv edilməsi və “Вкус Детства с вафельнотрюфельным вкусом” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə əsasən ilk cavabdeh Ləğv prosesində olan Azərba ycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi əsl cavabdeh Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmiş, xx.xx.2018-ci il tarixli qərardadla “xxxxxxx” MMC 3-cü şəxs qismində işə cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(81)-3423/2018 saylı iş) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1531 saylı qərarı ləğv edilmiş və “ВкусДетства с вафельнотрюфельным вкусом” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, mə hkəmə araşdırması dövründə hər iki istehsalçının fərqli adlarla “Mamulin Tort” və “Vkus Detstva” adı ilə istehsal etdikləri şirniyyatların qablaşdırıldığı qutularına məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, vizual olaraq hər iki qablaşdırma eyni görünüşə malikdir. Həmin şirniyyat məhsullarının ilkin baxışda bir-birindən fərqləndirilməsi ümumiyyətlə mümkün deyildir və eyni təsəvvür yaradırlar. Belə ki, hər iki nişanın qrafik hissələrinin mərkəzində tortun iki hissəsi göstərilib, bu hissələrin yerləşdirilməsi, forması və görünüşü tam olaraq eynidir. Tortların üstü şokoladla örtülüb və onların yanında həmçinin tam olaraq eyni olan qəhvə fincanları göstərilir. Eyni zamanda hər iki nişanda tam eyni olan ürək formasında iki ədəd vafli müşahidə olunur. Nişanın mərkəzində hə mçinin ana və qızın şəkilləri göstərilib. Hər iki müqayisə edilən əmtəə nişanlarda eyni şəxslərin ana və qızın şəkilləri göstərilir və insan təsvirlərinin belə eyni olmasının təsadüf olması mümkünsüzdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X13məruzəçi, X7 və X8, 2-1(103)-606/2019 saylı iş) xx xxxxx 2019-cu il tarixli qərarla üçüncü şəxsin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X14 və X15, 2-1(103)-2530/2019 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə üçüncü şəxsin kasasiya şikayəti qismən təmin ed ilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxx 2019-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi aşağı instansiya məhkəmələri tərəfindən təmin edilsə də, iş materiallarında sözügedən şəhadətnamə mövcud deyildir. Nə birinci instansiya, nə də ki apelyasiya instansiyası məhkəməsi iddia predmetlərindən biri olan şəhadətnaməni İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin müəyyən etdiyi kimi sübut olaraq tələb etməmiş, nəticə etibarı ilə də araşdırmamış və həmin sənəd işdə ümumiyyətlə olmadığı halda məhkəmələr ona hüquqi qiymət vermiş, yəni, birinci instansiya məhkəməsi şəhadətnaməni etibarsız hesab etmiş, apelyasiya instansiyası məhkəməsi is ə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X18məruzəçi, X16 və X11, 2-1(103)-2649/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə üçüncü şəxsin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-34232018 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, istehsalat Birliyi “Konti” XSC-nin işçisi X9 tərəfindən yaradılmış “Mamulin Tort” təsvirlərinin əmtəə nişanı kimi nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır. Həmin təsvirlərlə üçüncü şəxsə məxsus olan “VkusDetstva” adlı kombinasiya edilmiş əmtəə nişanı müqayisə edilə b ilməz. Buna görə də iddiaçıların “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na istinad etməsi əsassızdır. Həmçinin iş materiallarından görünür ki, X9 ilə iddiaçı istehsalat Birliyi “Konti” XSC arasında xx xxxxxxx 2014-cü il tarixdə əsərin yaradılması haqqında akt imzalanmışdır. Lakin iddiaçı iddia ərizəsində bu məhsulun 2010-cu il tarixdən “xxxxxxx” MMC tərəfindən idxal edildiyini bildirmişdir ki, buna münasibətdə kollegiya qeyd etmişdir ki, aktın imzalanmasından əvvəl məhsulun idxal olması mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş x xxxxx 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərinə və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesabfakturalar, qaimələr, spesifikasıyalara əsasən “Mamulin Tort” nişanlı qənnadı məmulatlarının “xxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi müəyyənləşdirilmişdir. İddiaçılar x xxxxxx 2019-cu il tarixdə apelyasiya məhkəməsinin qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri: “xxxxxxx” MMC-nin Konti şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti şirkəti və “xxxxxxx” MMC arasında qənnadı məmulatların və tort məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxxxxx” MMC Kont i şirkətinin qənnadı məmulatlarının və tort məmulatların Azərbaycanda satışını təşkil edirdi. Konti şirkəti və “xxxxxxx” MMC arasındakı münasibətlərdən irəli gələn və iddia ərizəsinə əlavə olunan sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatlarından) görünür ki, Konti şirkəti “xxxxxxx” MMC-ni qənnadı məmulatları və tort məhsulları ilə Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “Мамулин торт” adlı məmulat mövcüd idi. Yük bəyannaməsinə həmçinin yükün spesifikasiyası, daşınma ilə bağlı sənədlər, “xxxxxxx” MMC-nin adına verilmiş hesab faktura da əlavə edilmişdir. Həmin sənədlər Ukrayna Respublikasında notarial qaydada təsdiq olunmuş, sonradan Azərbaycan dilinə tərcümə edilmiş və həmin tərcümə isə 1 saylı not ariusda təsdiq edilmişdir. Yük bəyannaməsinə əlavə edilmiş spesifikasiyasında (hansı ki “xxxxxxx” MMC tərəfindən səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhür ilə təsdiq edilmişdir) mübahisəli olan “Мамулинторт” məmulatın adı mövcuddur. Beləliklə, “Мамулинторт” adlı məmulatın Azərbaycan Respublikasının ərazisinə Konti şirkəti tərəfindən ixrac olunması sübuta yetirilir. Birinci instansiya məhkəməsi isə öz qərarında Dövlət Gömrük Komitəsinin x xxxxx 2018-ci il tarixli mübahisəli cavab məktubuna istinad etmişdir. Həmin məktubda “Мамулинторт” əmtəə nişanlı konfetlərin idxal olunması barədə məlumatın olmaması göstərilmişdir. Lakin, məsələ orasındadır ki, gömrük orqanı idxal olunan məmulatların əmtəə nişanların adları ilə qeydiyyat aparmır. Qeydiyyat ümumi formada aparılır, məs. “Konti nişanl ı peçenyelər”, “Konti nişanlı karamelli konfetlər” və s. Beləliklə, nəticədə məhkəmə bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmayaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmişdir. Konti şirkətinə məxsus “Мамулин торт” təsvirləri” – proqram təminatı vasitəsilə yaradılan rəsmlərdir və onların yaradıcısı var. İddia ərizəsinə əlavə olunan və müəlliflik hüququnu təsdiq edən sənədlərdən görünür ki, həmin təsvirlər xx xxxxxxx 2014-cü il tarixində Ukrayna Respublikasının Kiyev şəhərində X9 tərəfindən onun işəgötürəni Ukrayna Respublikasının Konti İB-nin tapşırığı ilə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının Konti İB-yə keçm işdir. Bundan əlavə materiallarda “Мамулин торт” adlı məmulatı üçün nəzərdə tutulmuş qutuların çap sifarişlərini təsdiq edən sənədlər mövcuddur, məhkəmə isə həmin sənədləri ümumiyyətlə nəzərdən keçirməmişdir. Həmin sənədlər ilə müəyyən olunur ki, Konti şirkətinə məxsus “Мамулин торт” təsviri “xxxxxxx” MMC-nin əmtəə nişanının ilkinlik tarixindən əvvəl artıq mövcud olmuşdur və həmin məhsul MDB ölkələrin bazarlarında artıq satılırdı. Həmin sənədlər Ukrayna Respublikasında notarial qaydada təsdiq olunmuş, sonradan Azərbaycan dilinə tərcümə edilmiş və həmin tərcümə isə 1 saylı notariusda təsdiq edilmişdir. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. Üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni mə hkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı hesab edir ki, üçüncü şəxs “Mamulin Tort” adlı əmtəə nişanını qeydiyyata alaraq onun müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən iddiaçı cavabdehə müraciət edərək üçüncü şəxsin adına qeydə alınmış şəhadətnamənin etibarsız sayılmasını xahiş etmiş, cavabdeh bundan imtina etdiyindən, cavabdehin apelyasiya şurasının xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və “VkusDetstva” əmtəə ni şanının üçüncü şəxsin adına qeydə alınmasına dair x xxxxxx 2016-cı il tarixli şəhadətnamənin etibarsız sayılmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. “Mamulin Tort” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsvir hissələri xx xxxxxxx 2014-cü il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində X9 tərəfindən onun işəgötürəni İddiaçı1 tapşırığı ilə yaradılmışdır və bu barədə xx xxxxxxx 2014-cü il tarixli akt tərtib olunmuşdur. Üçüncü şəxsin adına “VkusDetstva” əmtəə nişanı xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmışdır. X12 nişanına dair Şəhadətnamədə qeyd edilmişdir ki, “Konti” İstehsalat Birliyi xx xxxx 2013-cü ildə qeydiyyata alınıb və qeydiyyatda olma müddəti xx xxxx 2021-ci ildə başa çatır. İş materiallarında olan müqavilələr qaiməl ər, hesab-fakturalar, spesifikasiyalardan, eyni zamanda, Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubuna əlavə olunmuş “Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumat”dan görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında xx xxxxxxx 2010-cu il tarixində imzalanmış 1241/8/10 nömrəli və xx xxxxxx 2011-ci il tarixinədək qüvvədə olan, xx xxxxxx 2012-ci il tarixində imzalanmış 1266/8/12 nömrəli və xx xxxxxx 2013-cü il tarixinədək qüvvədə olan və x xxxx 2016-cı il tarixində imzalanmış 0108/8/16 nömrəli və xx xxxxxx 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən üçüncü şəxs iddiaçının qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etmişdir. Tər əflər arasında olan axırıncı müqavilənin müddəti xx xxxxxx 2016-cı il tarixdə bitmişdir. İddiaçı ilə üçüncü şəxsin imzaladığı və müəssisələrin möhürü ilə təsdiq edilmiş cədvəllər təsdiq edir ki, 2016-cı ilin mart ayında bağlanmış müqavilənin icrası olaraq digər mallarla yanaşı Tort vaflili, qəhvə-trüfel dadlı içlikli, qənnadı mina ilə minalanmış “Mamulin Tort” əmtəə nişanlı mal iddiaçı tərəfindən üçüncü şəxsə verilmişdir. O cümlədən, gömrük bəyannamələrinə baxış keçirilərkən, bəyannamələrə dair əlavə vərəqlərdə “Mamulin Tort” əmtəə nişanlı məhsulun iddiaçı tərəfindən “xxxxxxx” MMC-yə göndərildiyi, yəni “xxxxxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Apelyasiya məhkəməsi qərarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş x xxxxx 2018-ci il tarixl i müşayiət məktubuna istinad edərək bildirmişdir ki, təqdim edilmiş idxal sənədlərinə və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasıyalara əsasən “Mamulin Tort” nişanlı qənnadı məmulatlarının “xxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyini müəyyənləşdirmişdir. Apelyasiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanladığı xx xxxxx 2019-cu il tarixli məktubunu nəzərə almamışdır. Həmin məktubda qeyd edilmişdir ki, komitənin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada əmtəə nişanı üzrə kodlaşdırma nəzərdə tutulmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Dövl ət Gömrük Komitəsinin bildirdiyinə görə malların idxalı və ixracı zamanı əmtəə nişanı üzrə kodlaşdırma aparılmadığından gömrük bəyannamələri və digər gömrük sənədlərində “Mamulin Tort” nişanlı qənnadı məmulatının adının sənədlərdə birbaşa qeyd edilməməsi həmin malların idxal olunmadığını ehtiva etmir. Əksinə olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hər iki məktubuna əlavə edilən gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatlarda x xxxxxx 2016-cı ildən xx xxxxxx 2016-cı ilədək olan dövrdə “Kont-Rus” nişanlı vaflilər və sair qənnadı məmulatların üçüncü şəxs tərəfindən idxal edildiyi qeyd edilmişdir. Odur ki, üçüncü şəxsin iddiaçıya məxsus qənnadı məhsullarını idxal etmədiyini mübahisələndirən dəlilləri əsaslı olmamışdır və yuxarı da sadalanan hallar iddiaçıya məxsus əmtəə nişanlı malın üçüncü şəxs vasitəsilə satılmasına dair sənədlərin 2016-cı ildə tərtib edilməsini və həmin il Azərbaycan Respublikasına idxal olunduğunu təsdiq etdiyindən bununla bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Qeyd olunanlar üçüncü şəxsin iddiaçının məhsulları ilə yaxından tanış olduğunu göstərməklə, onun “VkusDetstva” adlı əmtəə nişanı vasitəsi ilə istehlakçılar arasında yanlış təəssürat yaratmaq məqsədi güddüyünü büruzə verir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında bazar araşdırması sahəsində fəaliyyət göstərən “xxxxxxxxxxxxx” MMC-nin istehlakçılar arasında apardığı sorğunun nəticəsində respondentlərin 37 %-i məhz “МамулинТорт” nişanını tanımış, 30%-i isə həmin əmtəə nişanını 2 ildən artıq müddət dir ki tanıdıqlarını bildirmişlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun normalarından göründüyü kimi, istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdən qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. İstinad edilən sənədlərə əsasən üçüncü şəxs iddiaçıya mənsub “Mamulin Tort” adlı əmtəə nişanının təsviri olan malların Azərbaycan Respublikasında satışı ilə məşğul olmuşdur. Buna baxmayaraq üçüncü şəxs iddiaçıya mənsub “Mamulin Tort” adlı əmtəə nişanlı malların o xşarı olan “ВкусДетства с вафельнотрюфельнымвкусом” təsvirli əmtəə nişanını 30-cu sinif əmtəələri üzrə xx.xx.2016-ci il tarixdə öz adına Azərbaycan Respublikasında 2016 1433 nömrəsi ilə qeydiyyata aldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 1999-cu il tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın Mühafizə qabiliyyətinin meyarları adlanan 3-cü bəndində qeyd edilir ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildi rməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Qaydaların 29.3-cü bəndinə əsasən, bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, üçüncü şəxsin adına qeydiyyata alınmış “ВкусДетства с вафельнотрюфельнымвкусом” əmtəə nişanı və iddiaçıya mənsub “Mamulin Tort” adlı əmtəə nişanının təsviri qarışdırılacaq dərəcədə bənzərdir. Belə ki, “Mamulin Tort” adı ilə istehsal edilən qablaşdı rılmanın üz qabığında “Konti” və qablaşdırmanın yan üzündə İddiaçı2 sifarişi ilə sözləri yazılmışdır. “VkusDetstva” adı ilə istehsal edilən qablaşdırmanın üz qabığında isə “Konfirella” və qablaşdırmanın yan üzündə isə “Azərbaycan Məhsuludur, “xxxxxxxx” MMC” sözləri yazılmışdır. Konti loqotipinə aid olan şəhadətnamələrdən görünür kimi, Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Konstiantinovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İddiaçı1 tərəfindən verilmiş iddia ərizələri əsasında “Konti” loqotipi və həmçinin bu loqotipin elementləri də ayrıca olaraq 2011-2012-ci illərdə əmtəə nişanları kimi bir neçə siniflərin əmtəələri üzrə (o cümlədən 30-cu sinifin əmtəələri üzrə) həm Ukrayna Respublikasında, həm də R usiya Federasiyasında qeydiyyata alınmışlar. Üçüncü şəxsin adına 30-cu sinfin əmtəələri üzrə 2016-cı ildə qeydiyyata alınmış “VkusDetstva” adlı kombinasiya edilmiş əmtəə nişanında “Konfirella” loqotipi mövcuddur. Müqayisə edilən, “Mamulin Tort” və “VkusDetstva” əmtəə nişanlarında istifadə edilən həm “Konti” loqotipi, həm də “Konfirella” loqotipi eyni şriftlə, eyni rənglə yazılı və eyni yerdə yerləşdirilib, hətta hər iki loqotipin üstündə eyni olan şabalıd ağacının yarpaqları stilizə olunmuş formada yerləşdirilib (beş yarpaq). “Konfirella” sözü “Konti” sözünün deformasiyası nəticəsində ortaya çıxmışdır və nəticədə hər iki işarədə sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışı (hər ikisində əllə yazılmış hərflər), hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür, işarəni təşkil edən səslərin yaxınlığı, işarənin üst-üstə düşən hissələrinin xarakteri və sözlərin ilk hecası həm fonetik, həm də qrafik cəhətdən tam eynidir. Həmçinin loqotiplərin müqayisə edilən nişanlarda yerləşdirilməsi, forması və görünüşü tam olaraq eyni olduğu müəyyən edilir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır və eyni zamanda 29.6.129.6.3-cü maddələrinə əsasən, sözlərdən ibarət nişanların oxşarlığı səs li (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlıqlarla müəyyən edilir. Konkret halda, mübahisələndirilən hər iki məhsulun işdə olan təsvirləri müqayisəli təhlil olunduqda görünür ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar (balıqqulağı) görünüşə və formaya malikdır. Adi gözlə vizual olaraq baxdıqda, hər iki məhsul tamamilə eyni təsəvvür yaradır. Yəni, hər iki nişanın qrafik hissələrinin mərkəzində tortun iki hissəsi göstərilib, bu hissələrin yerləşdirilməsi, forması və görünüşü tam olaraq eynidir. Tortların üstü şokoladla örtülüb və onların yanında həmçinin tam olaraq eyni olan qəhvə fincanları göstərilir. Eyni zamanda hər iki nişanda tam eyni olan ürək formasında iki ədəd vafli müşahidə olunur. Nişanın mərkəzində həmçinin ana v ə qızın şəkilləri göstərilib. Hər iki müqayisə edilən əmtəə nişanlarda eyni şəxslərin ana və qızın şəkilləri göstərilir və insan təsvirlərinin belə eyni olmasının təsadüf olması mümkünsüzdür. Odur ki, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymayaraq qeyd edir ki, “Mamulin Tort” təsvirlərinin əmtəə nişanının təsvirləri ilə üçüncü şəxsə məxsus “VkusDetstva” adlı kombinasiya edilmiş əmtəə nişanının müqayisə edilə bilinməməsinə dair məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır və “ВкусДетства с вафельно-трюфельнымвкусом” əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə, həmin nişanda olan təsvir 2014-cü ildə iddiaçının adına Ukraynada qeydə alınmışdır. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. xx xxxxxxxx 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsində (3) bənddə qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənş ə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. 6 bıs maddəsi (İşarələr: məlum əmtəə işarələri) (l) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin, yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu Konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarəni n təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. (1) 6-serties maddəsi (2) (İşarələr: sahibkarın icazəsi olmadan onun agenti, yaxud nümayəndəsi tərəfindən qeydiyyat) A.(1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (d istributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:...ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)... “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları adlanan 5-ci bəndində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərə findən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları... “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsində qeyd edilir ki, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:... Əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiya sı”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Sadalanan normativ hüquqi aktların tələbinə görə iddiaçıya mənsub “Mamulin Tort” adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında qeydə alınmasa da, Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na əsasən mühafizə olunur. Əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında oxşar əmtəələr onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə (distrubuterinə) onun istifadəsinə icazə veri lmədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Əmtəə nişanı qüvvədə olduğu müddətdə “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, şəhadətnamə etibarsız sayılır. “Paris Konvensiyası”nın üzv ölkəsi olan Azərbaycan Respublikasında nişan sahibi olan üçüncü şəxs əvvəllər iddiaçının Azərbaycan Respublikasında distributeri olmuş, ona mənsub malların o, cümlədən satışı və dağıtımı ilə məşğul olmuşdur. Üçüncü şəxsə məxsus “ВкусДетства с вафельнотрюфельнымвкусом” əmtəə nişanı iddiaçıya mənsub nişanın təqlidi olmuşdur. İddiaçının üçüncü şə xsə verilmiş “ВкусДетства с вафельнотрюфельнымвкусом” nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. Üçüncü şəxs iddiaçının razılığı olmadan ona mənsub peçenyenin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olub qanunsuz olaraq “Peçenye təsvirli” əmtəə nişanı almışdır. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə görə haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Üçüncü şəxs tərəfindən adı çəkilən Qanunun tələbləri pozularaq iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. Bəhs olunanlara əsasən, cavabdehin apelyasiya şurasın ın qərarının ləğv olunması və əmtəə nişanının üçüncü şəxsin adına qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız sayılması barədə iddia əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İddiaçı şikayətində apelyasiya məhkəməsinin qərarının ləğv edilərək işin apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi üçün İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Odur ki, kasasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, İPM-in 96.5-ci maddəsinə əsasən iddianın təmin barədə yeni qərar qəbul edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə sinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2649/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apelyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1531 saylı qərarı ləğv edilsin. “ВкусДетства с вафельнотрюфельнымвкусом” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, № 2016 1433 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar