Məhkəmə qərarları › İş №2-1(102)-949/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-949/2025

15.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-949/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Ağdaş rayonu Kükəl bələdiyyəsinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin uqodiyasının dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Ağdaş rayonu Kükəl bələdiyyəsinə) q arşı “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin “Torpaq sahəsinin kadastr ölçüləri” qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(107)487/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2013-cü il tarixli 3M-01-77 reyestr nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavil əyə əsasən, Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən 28 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək) iddiaçıya icarəyə verilmişdir.

2. Həmin icarə müqaviləsi əsasında icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq, bu barədə, adına xx.xx.2013-cü il qeydiyyat tarixli seriya RX ******* saylı, **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

3. İddiaçının müraciəti əsasında həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verilmiş, həmin sənədin “Torpaq sahəsinin kadastr ölçüləri” hissəsində torpaq sahəsinin uqodiyası örüş kimi göstərilmişdir.

4. İddiaçı həmin torpaq sah əsinin planı və ölçüsü sənədinin “Torpaq sahəsinin kadastr ölçüləri” qrafasında müvafiq dəyişikliklər aparılaraq, torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Aparılan araşdırma nəticəsində iddiaçının icarəsində olan 28 ha torpaq sahəsinin Kükəl bələdiyyəsinin xəritə materiallarında (DWJ - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, örüş uqodiyalı torpaqlar olması müəyyən ed ilmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə və Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanına əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Ağdaş rayonu Kükəl bələdiyyəsinin xəritə materialları (DWJ - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azə rbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1 X2nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış Ağdaş rayonu Kükəl bələdiyyəsinin (“X1 X2”ndə olan) xəritəsi eynilik təşkil edir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı təmiz örüş uqodiyalı torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyya tının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin “torpaq sahəsinin kadastr ölçüləri” qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaqların elektron X2ndə qeyd edilmiş məlumatlara uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini bu qərarın 1-3-cü bəndlərind ə qeyd edilən hallara istinad etməklə əsaslandırmışdır.

3. Cavabdeh iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 08 aprel 2024-cü il tarixli 21(116)-701/2024 nömrəli qərardadı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 30 may 2024-cü il tarixli, 21(116)-701/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin “Torpaq sahəsinin kadastr ölçüləri” qrafasında müvafiq dəyişikliklər aparılaraq, torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin İddiaçı verilməsi öhdəliyi qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın iddia tələbinə qarşı dəlili torpaq sahəsinin uqodiyasının örüş olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan bildirir ki, DWJ - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş uqodiyalıdır. Həmin məlumatlar “X1 X2”ndə olan məlumatlarla eynilik təşkil edir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı təmiz örüş uqodiyalı torpaq sahəsidir. Cava bdeh orqanın mövqeyinə görə, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Hazırkı inzibati mübahisə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı yox, uqodiyanın düzgün qeyd edilməsi ilə bağlıdır. Yəni, hər bir halda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı olmaqla davam edir. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mübahisə ilə bağlı hər hansı inzibati fəaliyyətin həyata keçirilməsi zərurəti yoxdur. Cavabdeh inzibati orqan torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi ilə “X1 X2”ndə olan məlumatların eynilik təşkil etdiyini və hər iki bazada torpaq sahəsinin uqodiyasının “örüş” olduğunu bildirsə də, iş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda sözügedən torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, uqodiyası və alt uqodiyası çoxillik əkmələr olaraq göstərilmişdir. Yəni, faktiki olaraq cavabdeh orqan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından, faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasını təmin edərək, torpaq sahəsinin uqodiyasını çoxillik əkmələr olaraq müəyyən etmişdir. Torpaq sahəsinin aid olduğu Ağdaş rayonu Kükəl bələdiyyəsi də, sözügedən torpaq sahəsinin əvvəllər örüş sahəsi olsa da, sonradan əkin və meyvə bağları ilə əhatə olunan torpaq sahələri ilə həmsərhəd ərazidə yerləşdiyindən və kənddən xeyli uzaq olduğuna görə həmin torpaq sahəsinin örüş kimi istifadə olunmasına hər hansı zərurət olmadığından faktiki olaraq örüş kimi istifadə olunmamasını, bununla bağlı, qonşu sahələrin hüquq sahibləri ilə bələdiyyə arasında ümumi razılığın əldə olunmasını, faktiki istifadə vəziyyətinə görə yeni elektron daşıyıcıya edilmiş qeydlərə əsasən həmin torpaq sahəsinin uqodiyasının çoxillik əkmələr olmasını bildirmişdir. Odur ki, cavabdeh torpaq sahəsinin çoxillik əkmələr olması ilə bağlı torpaqların kadastr X2ndə dürüstləşdirilmiş məlumata malik olduğu halda, torpaq sahəsinin islahat uqodiyasına istinad etməklə imtina cavabı verməkdə h aqlı olmamışdır.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, E.B.İsayev və Ə.V.Kərimov) 27 noyabr 2024-cü il tarixli, 21(107)-487/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğraf i informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən, X1 X2nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X1 X2nə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərin də hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevla x Ərazi İdarəsi tərəfindən təqdim edilmiş DWJ torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş uqodiyalıdır. Həmin məlumatlar “X1 X2”ndə olan məlumatlarla eynilik təşkil edir. Həmin məlumatlar artıq xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə məhkəməyə bildirilmiş, qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, uqodiyası və alt uqodiyası çoxillik əkmələr olaraq göstərilmişdir. Uqodiya və alt uqodiyasının çoxillik əkmələr kimi qeyd edilməsinin səbəbi isə iddiaçı tərəfindən həmin torpaq sahəsinin aqrotexniki qulluq göstərilməsi səbəbindən torpaq sahəsinin uqodiyasının iddiaçının hərəkətlərinə uyğun olaraq dəyişdirişilməsi və “Azərbayca n Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmanın tələblərinə uyğun olaraq yerində müayinə olunan zaman elektron bazaya naturada görülən formada qeyd edilməsi təşkil etmişdir. Lakin qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin uqodiyası örüş olaraq saxlanılmış və dəyişdirilməmişdir. Ağdaş rayonu Kükəl bələdiyyəsi məhkəmə kollegiyasına təqdim etdiyi apellyasiya şikayətinə etiraz məktubunda mübahisə predmeti olan torpaq sahəsinin hazırkı istifadə vəziyyətinə görə uqodiyasının çoxillik əkmələr olduğunu göstərsə də, qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin uqodiyası örüş olaraq saxlanılmış, dəyişdirilməmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verər ək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uy ğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 9.3 (xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyada). Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 9.3 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimi yyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 10.1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 10.2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şami l edilir. Maddə 10.3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Maddə 10.4-1 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Yay və qış otlaqları, örü ş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır. Maddə 10.5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Maddə 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpa qlar sayılır. Maddə 12.2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Maddə 12.3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir. Maddə 12.4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 18.1 Şəhər, qəsəbə və kəndlərin hüdudları daxi lindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 18.2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasi yaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriya lar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri 15. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 04 avqust tarixli, 176 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: 2.1 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsi nin 3-cü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.1-1 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 2.1-2 (xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyada) həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 16. “Daşınmaz əmlakın Respublikasının Qanunu dövlət reyestri haqqında” Azərbaycan Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquq ların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağ ıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səl ahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habe lə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyət cə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2013-cü il tarixli 3M-01-77 reyestr nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin “Torpaq sahəsinin kadastr ölçüləri” qraf asında müvafiq dəyişikliklər aparılaraq, torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının qeyd edilən məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olun muş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı həmin əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında və həmin sənədlərin məzmununa uyğun olaraq aparılır. Nəzərə almaq lazımdır ki, cavabdeh həmin hüquqmüəyyənedici sənədlərin məzmununa bağlıdır və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatları və göstəriciləri özbaşına dəyişdirmək haqqına malik deyildir. Bu baxımdan, iddiaçı hazırkı məzmunda tələbinin təmin olunması üçün mübahisəli torpaq sahəsinin ayrılmasına dair ilki n hüquqmüəyyənedici sənədlərə istinad etməli və həmin sənədləri təqdim etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən belə sənədlərin təqdim edildiyi görünmür.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(107)-487/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar