Məhkəmə qərarları › İş №2-1(102)-951/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-951/2024

13.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-951/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (piket keçirilməsinə icazə, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “qərarın ləğv edilməsi və piket keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2- 1(103)-4050/2023 saylı qərardadınd an iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı şəhərində və onun ətraf ərazisində avtomobil tıxaclarının dözülməz həddə gəlməsi ilə bağlı 10 iyul 2023-cü il tarixdə Nazirlər Kabineti binasının qarşısında piket keçirmək üçün 1 iyul 2023-cü ildə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdir. 2. 6 iyul 2023-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya aşağıdakı məzmunda cavab göndərmişdir: “Sizin piket keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, toplantı keçirilməsi haqqında müraciətiniz “X1 haqqında “Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələblərinə cavab vermir. Yuxarıda q eyd olunanı nəzərə alaraq 10 iyul 2023-cü il tarixdə planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik.” Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərar Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin götürdüyü beynəlxalq öhdəliklərə ziddir. BŞİH öz qərarının əsası kimi göstərir ki, toplantı keçirməsi haqqında müraciətimiz “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələbinə cavab vermir. “X1 haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndində deyilir: “Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zər uri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.” Müraciətdən də göründüyü kimi, tədbirin yeri və vaxtı konkret göstərilmiş, eləcə də, piket haqqında müraciət Bakı şəhər İcra Hakimiyyətinə 5 iş günü qabaqcadan verilmişdir. Son illərin təcrübəsi göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər keçirilməsi haqqında müraciətləri, bir qayda olaraq, təmin etmir və faktiki olaraq Azərbaycanda piket, mitinq keçirilməsinə qadağa qoyulmuşdur. Azərbaycan hökuməti tərəfindən belə diskrimin ativ davranış Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi, Avropa Konvesiyasının 14-cü maddəsi ilə ziddir. Cavabdeh belə qanunazidd qərarları ilə hökumətin yarıtmaz fəaliyyətini ört-basdır edir, yaranmış problemlərin həlli istiqamətində qəti tədbirlər görülməsinin qarşısını alır, son nəticədə də insanlar süni yaradılmış tıxaclardan mütəmadi həm maddi, həm də mənəvi zərər çəkirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra-“iddiaçı” ) xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin (bundan sonra-“cavabdeh” və ya “BŞİH”) qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçının piket keçirməsinə icazə verilməsinə dair inzibatı akt qəbul edilməsi vəzifəsinin cavabd ehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində və onun ətraf ərazisində avtomobil tıxaclarının dözülməz həddə gəlməsi ilə bağlı 10 iyul 2023-cü il tarixdə Nazirlər Kabineti binasının qarşısında piket keçirmək üçün 1 iyul 2023-cü ildə BŞİH-ə müraciət etmişdir. Müraciətdə deyilir: “X1 haqqında Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulmuş və “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 1-5-ci və digər müvafiq maddələri ilə verilmiş hüquqlardan istifadə etməklə, 10 iyul 2023-cü il tarixdə saat 15:00-dan 16:00-dək Bakı şəhəri, Lermontov küçəsi 68-də, Nazirlər Kabinetinin qarşısında, 50 metr məsafədə “Tıxaclara son qoyulsun”, “Sürücülərə və sərnişinlərə hörmətsi zliyə son”, “Sürücülərə yaşıl işıq” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırıq. Etiraz piketində 50 (əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə sizə məlumat verməklə piketin keçirilməsi üçün lazımi şərait yaradılmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirəm. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlərimizi onunla əsaslandırırıq ki, son bir neçə il ərzində heç bir köklü, obyektiv səbəblər olmadan yollarda tıxaclar adi hala çevrilmişdir. Son illər bu sahədə - tıxacların birdəfəlik həlli üçün köklü dəyişikliklər aparılmamış və aparılması da gözlənilmir. Azərbaycan Respublikasının dövlət büdcəsindən bu problemin həlli üçün kifayət qədər vəsait ayrılmasına baxmayaraq, problem daimi xarakter almış, bununla da sürücülərin, onların ailə üzvlərinin, sərnişinlərin hüquqları pozulmaqda davam edir. 6 iyul 2023-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya elektron poçt vasitəsi ilə aşağıdakı məzmunda cavab göndərmişdir: “Sizin piket keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, toplantı keçirilməsi haqqında müraciətiniz “X1 haqqında “Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanı nəzərə alaraq 10 iyul 2023-cü il tarixdə planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik.” Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərar Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin götürdüyü beynəlxalq öhdəliklərə ziddir. BŞİH öz qərarının əsası kimi göstərir ki, toplant ı keçirməsi haqqında müraciətimiz “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələbinə cavab vermir. “X1 haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndində deyilir: “Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilat çılar tərəfindən əsaslandırılmalıdır.” Müraciətdən də göründüyü kimi, tədbirin yeri və vaxtı konkret göstərilmiş, eləcə də, piket haqqında müraciət Bakı şəhər İcra Hakimiyyətinə 5 iş günü qabaqcadan verilmişdir. Son illərin təcrübəsi göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər keçirilməsi haqqında müraciətləri, bir qayda olaraq, təmin etmir və faktiki olaraq Azərbaycanda piket, mitinq keçirilməsinə qadağa qoyulmuşdur. Azərbaycan hökuməti tərəfindən belə diskriminativ davranış Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi, Avropa Konvesiyasının 14-cü maddəsi ilə ziddir. Cavabdeh belə qanunazidd qərarları ilə hökumətin yarıtmaz fəaliyyətini örtbasdır edir, yaranmış problemlərin həlli istiqamətində qəti tədbirlər görülməsinin qarşısını alır, son nəticədə də insanla r süni yaradılmış tıxaclardan mütəmadi həm maddi, həm də mənəvi zərər çəkirlər.

5. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12257/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim-L.Musayeva).

6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı, planlaşdırdığı tədbirlə bağlı müraciət etdiyi cavabdehin cavab məktubunda sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati qərar kimi qiymətləndirmişdir. Belə ki, imtina məktubunun qanunsuz sayılması tələbi irəli sürülmüşdür.

7. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məq sədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

8. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı cavabdehə dinc piket keçirilməsi barədə xəbərdarlıq göndərmiş, həmin xəbərdarlığa cavab olaraq dinc piketə razılıq verilməməsi barədə cavabdeh tərəfindən hər hansı bir inzibati aktın qəbul etməsi barədə sübut inzibati iş materiallarında mövcud deyildir, habelə belə bir inzibati aktın məhkəmə tərəfindən qanunsuz hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə bir qərar barədə məlumat verilməmişdir.

9. İddiaçının iddia ərizəsində istinad etdiyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.20 23-cü il tarixli məktubu isə cavabdehin ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıyan və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul etdiyi akt deyildir, eyni zamanda həmin məktub iddiaçı və ya digər şəxslər üçün hüquqi nəticə yaradan sənəd olmamaqla iddiaçının hüquqi statusunu yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malik deyildir.

10. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur.

11. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzif ənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər-Ş.Məmmədova/ sədrlik edən, C.Yusifov və P.Hüseynov) 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-4050/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12257/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tam razılaşmış və qərardadını birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin olunmasını və Avropa Konvensiyasının 6, 10 və 11-ci maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri 16. “X1” haqqında Qanunun 1.5-ci maddələri hər kəsin təklikdə və başqa şəxslərlə birlikdə sərbəst hər kəsin toplaçıb öz fikrini ifadə etmək hüququnu müəyyən edir.Ölkədə pandemiyanın mövcudluğu bu hüququ məhdudlaşdıra bilməz.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd edilmişdir ki, Bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunun maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə, öhdəliklərin icrası və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun y oxlamalıdırlar. 20. “İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər....” KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predm etini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

27. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

28. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

29. Hazırkı qərarın 19-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

30. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin p redmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

31. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz.

32. Belə ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz.

33. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sa yılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə pozduğunu sübut etməlidir.

34. Qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərə fdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir.

35. Beləliklə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 21(103)-4050/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar