Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-955/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnun xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun (təvəllüd: xx.xx.1962) cavabdeh xxxnun xxxna qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2-1(103)-3420/2023 nömrəli qərarından cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979 - xx.xx.1984-cı illərdə texniki peşə məktəbində təhsil almış, xx.xx.1981 - xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasına əsasən xx.xx.1984-cü ildən hal hazıradək əmək fəaliyyəti ilə məşğul olur. 3. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışa əsasən iddiaçı həqiqətən “Turan” çoxsahəli kiçik müəssisəsində xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1998-ci il tarixindən 20.11,2006-cı il tarixinədək 75 saylı icarə-hamam sağlamlıq kompleksində 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.2012-ci il tarixindən xx.xx.2021-ci il tarixinə dək "xxxx" QSC-nin Yük daşımaları departamentinin Bakı vaqon təmiri zavodunun Vaqon sexində 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.2021-ci il tarixindən hal-hazıra kimi "xxxx" QSC-nin Yük daşımaları departamentinin Yük vaqonlarının təmiri xidmətinin Bakı vaqon təmiri zavodunun Vaqonyığma sexində elektrik qaynaqçısı peşəsində çalışır. Bu peşələr üzrə İddiaçı iş stajı 22 il 08 ay təşkil edir. Elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 35-ci bəndinə müvafiq olaraq 68-ci abzasında, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.x x.2007-ci il tarixədək qüvvədə olmuş) "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı’’nda isə 33-cü bölmənin 50-ci abzasında (kod: 23200000—19906) nəzərdə tutulmuşdur.
4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının “Turan” çoxsahəli kiçik müəssisəsində və icarə hamam sağlamlıq kompleksində işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Fondun sığortaolunan kimi qeydiyyatda olmadığı və mə cburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının stajına aid etmək mümkün deyil. Bu səbəbdən İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 4 ay 21 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1994-cü il, xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 3 ay 23 gün (xx.xx.2012-ci il tarixdən bugünədək)) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmış, əlavə olaraq cavabdehin imtinası ilə bağlı qeyd etmişdir ki, o, müəssisənin sosial sığorta haqqı ödəyib ödəməməsinə məsuliyyət daşımır. Onun tərəfindən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərtlər ödənilmişdir. Belə ki, onun 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmuş və tələb olunan yaş həddinə çatmişdir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(112)-3825/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edi lməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2-1(103)-3420/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinad edərək qeyd etmişdir ki, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmi ş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu.
13. Apellyasiya məhkəməsi bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 13.1, 13.2, 15.1, 19.1, 23.1, 24-cü, “Əmək pensiyaları haqqında” Qanunu 1.0.2, 7, 9.1, 21.1, 21.2.3, 23.2, 32.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrinə istinad etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu eləcə də iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuş, əlavə o laraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.1994-xx.xx.1998 və xx.xx.1998- xx.xx.2006 illərdə işlədiyi müddət ərzində işlədiyi müəssisə xxxnda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından qeyd olunan dövrlər (xx.xx.1994-xx.xx.1998 və xx.xx.1998- xx.xx.2006) sosial sığorta stajına daxil edilməmişdir.
16. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1, 25-ci, eləcə də İPM-in 12.1-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə dair et iraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiya) Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifəl ərin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə ça lışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXXİİİ (Ümumi peşələr) bölmə, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906)
23. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati o rqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi v asitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasi ya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Lakin bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
31. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin ( istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
32. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən isə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin ed ilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
33. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi, 12 il 6 ay güzəştli stajının olması, müvafiq yaş həddinə çatması, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləməsi tələb olunur.
34. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin müəyyən olunmuş halları ilə sübuta yetirilir. Belə ki, iddiaçının 25 ildən çox ümumi stajının olması əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
35. Eyni zamanda, "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan 12 il 6 aydan çox xüsusi stajının olması müəyyən edilir. Eləcə də iddiaçının işlədiyi qaynaqçı peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda həmdə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdi q edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur.
36. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Belə ki, həmin Qanunun 1-ci maddəsində qeyd edili r ki, “Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.”
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, göstərilən maddi hüquq norması hazırkı mübahisəyə şamil edilmir.
38. İddiaçının tələbindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir və hazırkı qərarın 20-ci bəndində göstərilən qanunvericiliyin dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Belə ki, qanunvericiliyin hazırkı şərtlərində güzəştli pensiyasının təyin olunması üçün pensiya kapitalı tələbi yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi istin ad elədiyi normanın hazırkı mübahisənin həllində tətbiqinə ehtiyac olunmasa da, lakin məhkəmə mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
40. İPM-in 96.7-ci maddəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.
41. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
42. Məhkəmə kol legiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
43. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şik ayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 21(103)-3420/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.