Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-957/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müavinətin yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müavinətin yenidən hesablanaraq ödənilməsi və yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(103)-3445/202 4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sabiq hərbi qulluqçu polkovnik - leytenant İddiaçı Dövlət Sərhəd Xidməti rəisi X2 xx.xx.2016-cı il tarixli 1314 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu (öz arzusu ilə) maddəsinə müvafiq olaraq, Sərhəd Nəzarətində (əvvəlki “Hava Nəqliyyatında” X7) həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
2. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsi stemi vasitəsilə əldə edilmiş məlumata əsasən, İddiaçı “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” təyin edilməmişdir. Həmin altsistemdə olan məlumata əsasən, iddiaçıya xx.xx.2019-cu il tarixdən müharibə veteranı kimi 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənişi davam etdirilir.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 0036 nömrəli vəsiqəyə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən Silahlı Qüvvələrin veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 4. 13.03.2013-cü il tarixli kirayə müqaviləsinə əsasən, kirayəyə verən X1 xx.xx.2013- cü il qeydiyyat tarixli seriya RX ******* saylı çıxarışa əsasən özünəməxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 1 nömrəli mənzili İddiaçı kirayəyə vermişdir.
5. Reyestrdə 3M-186 nömrə ilə qeyd edilən xx.xx.2017-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə əsasən, kirayəyə verən X4 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 46 m2 olan 3 otaqlı mənzili İddiaçı kirayəyə vermişdir.
6. İddiaçı müavinətin yenidən hesablanaraq ödənilməsi və yeni məlumat vərəqinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2-1(112)-611/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xi dmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-351/2023 nömrəli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2152/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərbi qulluqçulara xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının qanunsuz olaraq tutulmuş 25 faizinin hesablanaraq ödənilməsi, 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü ərzində ödənilməli olan müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsi, həmin günlər (90 təqvim günü) üçün mənzil kirayə kompensasiyasının hesabl anaraq ödənilməsi, tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməyən növbəti məzuniyyət günlərinin 90 təqvim gününü ümumi xidmət illərinə 135 gün əlavə edilməklə, hesablanaraq yeni “Məlumat vərəqi”nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci il Dövlət Sərhəd Xidmətinin rəisinin sərəncamına uyğun olaraq, xx.xx.2016-cı ildə vəzifəni təhvil-təslim edərək Lənkərandan Bakıya gəlmiş, xx.xx.2016-cı il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublika sı Qanununun 120-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən növbəti 3 aylıq məzuniyyətdən istifadə etməmişdir. İddiaçı istifadə etmədiyi 3 aylıq məzuniyyətə görə kompensasiya ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Ali Məhkəməninin xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsində ilkin idda tələbinin təmin olunması barədə qərar qüvvəsində saxlanılmışdır. Məhkəmənin qərarı icra edilmiş, iddiaçı müvafiq kompensasiyanı tam almışdır. Lakin kompensasiyanin ödənilməsinə baxmayaraq, həmin dövr, yəni 3 aylıq müddət iddiaçının ümumi xidmət illərinə daxil edilməmişdir.
10. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, qoşmaya əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə xx.xx.2023-cü il tarixli 0291 nömrəli “X6 Nəzarəti Dəstəsi rəisinin nizami hərbi hissə üzrə xx.xx.2016-cı il tarixli 0233 nömrəli əmrinə dəyişiklik edilməsi haqqında” əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatını 75 faiz həcmində almağa layiqdir. Polkovnik-leytenant İddiaçı xx.xx.2016-cı il tarixə xidmət illəri təqvimi - 25 il, 03 ay, 20 gün, güzəştli 11 il, 09 ay, 18 gün olmaqla, cəmi 37 il, 01 ay, 08 gün təşkil edir. Yuxarıda adıçəkilən əmrə dəyişikliyin əsası olaraq isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)-351/2023 nömrəli qərarı qeyd edilmişdir. İddiaçının hərbi qulluqçulara xidmət ili ərzində vəzifələrin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının (13,14) qanunsuz olaraq tutulmuş 25 faizinin hesablanaraq ödənilməsi tələbinə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) 4.81-ci bəndinə görə, qoşunlarda y üksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Həmin Əsasnamənin 4.83-cü bəndinə əsasən, hərbi qulluqçulara mükafatın ödənilməsi hərbi hissə komandirinin əmri əsasında həyata keçirilir. Əmrdə mükafatın kimə və hansı faiz həcmində ödənilməli olduğu əks etdirilir. Beləliklə, iddiaçı sabiq hərbi qulluqçu polkovnikleytenant İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən barəsində yuxarıda adıçəkilən hərbi hissə komandirinin əmrində ona birdəfəlik pul mükafatı 1,5 misli həcmində (75 faiz) qeyd edildiyi üçün əlavə 2 5 faizin ödənilməsi mümkün deyildir. Birdəfəlik pul mükafatı adından da göründüyü kimi, qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə verilir. Yəni, birdəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır və daimi xarakter daşımır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə, müvafiq əmrlə pul mükafatı verilir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 25 iyun 2024-cü il tarixli, 2-1(112)-3109/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 05 noyabr 2024-cü il tarixli, 2-1(103)-3445/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasi ya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73 ……………. Maddə 73.3.1. İnzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qər ardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlill əri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə bir daha qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona: 1) hərbi qulluqçulara xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə 2016-cı ildə verilmiş birdəfəlik pul mükafatının qanunsuz olaraq tutulmuş 25 faizinin hesablanaraq ödənilməsinə; 2) 2016-cı ildə ehtiyata buraxılarkən tərxislə bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş növbəti məzuniyyətin 90 təqvim günü ərzində ödənilməli olan müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsinə, 3) həmin günlər (90 təqvim günü) üçün mənzil kirayə kompensasiyasının hesablanaraq ödənilməsinə; 4) tərxislə bağlı məsələləri həl l etmək üçün istifadə edilməyən növbəti məzuniyyət günlərinin 90 təqvim gününü ümumi xidmət illərinə 135 gün əlavə edilməklə, hesablanaraq yeni “Məlumat vərəqi”nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə nail olmaqdan ibarətdir.
26. İddiaçnın iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd olunmalıdır ki, “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.83-cü bəndinə əsasən, hərbi qulluqçulara mükafatın ödənilməsi hərbi hissə komandirinin əmri əsasında həyata keçirilir. Əmrdə mükafatın kimə və hansı faiz həcmində ödənilməli olduğu əks etdirilir, birdəfəlik pul mükafatı daimi xarakter daşımamaqla yanaşı, hərbi hissə rəhbərliyinin hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçunun birdə fəlik pul mükafatına layiq görüləcəyi qənaətinə gəlmək və mükafatın dəyərini müəyyənləşdirmək inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Sözügedən Əsasnamə xx.xx.2018-ci il tarixdə qəbul edilsə də, qeyd edilən dövrdə fərqli tənzimləmə olduğu müəyyən edilmir. İddia tələbinin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsasında mənzil kirayə kompensasiyasının və müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi ilə bağlı mübahisənin həll edilməsi üçün iddiaçıya münasibətdə hesablanmalı olan hərbi xidmət illərinin müddətinin müəyyən edilməsi vacibdir. İddiaçı 3 ay (90 təqvim günü) ərzində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində faktiki olaraq hərbi xidmətdə olmadığına və hərbi vəzifələrini ye rinə yetirmədiyinə görə həmin 3 aylıq dövrə münasibətdə ona birdəfəlik pul mükafatının, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin mənzil kirayə kompensasiyasının ödənilməsini, həmçinin həmin müddətin ümumi xidmət illərinə əlavə olunmasını tələb etməyə də “qanuni gözlənti”si yoxdur.
27. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.9-cu bəndinə əsasən, hərbi qulluqçulara verilməli olan və vaxtında ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul tə minatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Sözügedən Əmrlə təsdiq edilmiş Əsasnamədən görünür ki, hərbi qulluqçuların, o cümlədən ehtiyatda olan hərbi vəzifəlilərin almadığı pul təminatının sonradan tələb edilməsi hüququ tanınmış, lakin hüquq müddətlə məhdudlaşdırılmışdır.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya iddia tələbinin bütün hissələri ilə bağlı əsasların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri tə krarlamağa lüzum qalmır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(103)-3445/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.