Məhkəmə qərarları › İş №2-1(102)-962/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-962/2021

02.06.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-962/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, qanuni əsaslarla tərxis, amnistiya aktına əsasən cinayət məsuliyyətində azad olunma) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, cavabdehin vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 21(103)-1576/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1S/-11866 saylı, 05 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin 23 iyul 2019-cu il tarixli 9/2-10264 nömrəli arayışına əsasən onun müalicədən sonra xidmət yerinə qayıtmadığı barədə məlumat yoxdur. Müalicədə olmağı ilə əlaqədar müvafiq sənəd (və ya arayış) sənədlərə əlavə olunar aq təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən baxılaraq müvafiq qərar qəbul oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N saylı hərbi hissədə 30.11.1992-ci ildən N.04.1995-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında könüllü iştirak etdiyinə görə müharibə veteranı adı və vəsiqəsini almışdır. Qaradağ rayon Hərbi komissarlığı tərəfindən 1998-ci ildə iddiaçıya ****** saylı vəsiqə verilmişdir. Vəsiqəyə əsasən o, müharibə veteranları üçün Azərbaycan Respublikasını n qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malik olmuşdur. Lakin qeyd edilən vəsiqə heç bir əsas olmadan qanunsuz olaraq ləğv olunmuşdur. 4.Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, “müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. İddiaçının barəsində isə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr mövcud deyildir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. 5.Birinci inst ansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 10 aprel 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı Füzuli hərbi prokurorluğuna müraciəti ilə bağlı barəsində CPM-in 39.1.12-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 6.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin *** saylı, 20 may 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı N saylı hərbi hissədə xidmət keçmiş, 16.03.1994-cü il tarixdə yaralanmış, lakin tərxis olmamışdır. 7.Füzuli rayon Hərbi Prokurorluğunun “Amnistiya qərarına əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 18 aprel 2001-ci il tarixli qərar ından müəyyən olunur ki, İddiaçı 22 aprel 1995-ci il tarixdə qarın nahiyəsindən güllə yarası alaraq müalicə olunması üçün hospitala göndərilmiş, müalicədən sonra hərbi həkim komissiyasına təqdim olunmaq üçün Mərkəzi Hərbi Hospitala göndərilmiş, ailə vəziyyəti ilə əlaqədar hərbi hospitala deyil, evlərinə getmiş və bir daha geri qayıtmamışdır. İddiaçı milli ordu sıralarında xidmət zamanı döyüşlərdə iştirak edib yaralandığını, əməlindən səmimi peşman olduğunu Füzuli hərbi prokurorunun adına yazmış olduğu ərizədə göstərərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli Amnistiya haqqında qərarının tətbiq olunaraq cinayət işi başlanılmamasını xahiş etmişdir. Qəbul edilmiş qərarla İddiaçı haqqında Amnistiya qərarına əsasən cinayət işinin başlanılması rədd edilmişdir. 8.Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2-1(116)-395/2020 saylı (hakim – M.C.Qarayeva) qərarı ilə iddia tələbi təmin edilməmişdir. 9.Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi istisna edilir. 10.Məhkəmə qeyd etmişdir ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı haqqında amnistiya aktına əsasən bəra ətverici əsas olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi işin təkzibedilməz halıdır. Əsasnamədə, həmçinin, imperativ qaydada müəyyən edilmişdir ki, müharibə veteranı statusu və vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq komissiyalar tərəfindən verilir. Lakin iş materiallarında iddiaçının sonuncu xidmət keçdiyi və ya qulluq etdiyi yerdən ehtiyata buraxılması barədə məlumat aşkar edilmir. Belə olan halda, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. 11.İddiaçı apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkə məsindəki icraat 12.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2-1(107)-1576/2020 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – İ.S.Şirinov və X.N.Cəmilova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2-1(116)-395/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 14.İddiaçı kassasiya şikayəti verərək həmin qərarı ləğv edib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 15.İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası da yaralanmağını şəhadətləndirmişdir. İşdə olan sənədlər bir mənalı şəkildə onun döyüşlərdə iştirakını, yaralanmağını təsdiq edir. Ona “çavuş” hərbi rütbəsi verilmiş, bölmə komandiri vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissənin tərkibində döyüş yolu keçmişdir. Hospitala gedib qayıtmadığı üçün N nömrəli hərbi hissə komandirinin əmri ilə ştatdan kənar edilmişdir. Lakin N saylı hərbi hissə komandirinin sonrakı əmri ilə hərbi hospital getmiş hesab edilərək qida təminatına yazılmışdır. N saylı hərbi hissə komandirinin bu ziddiyyətli əmrlərinə hüquqi qiymət verilməmişdir. Lakin rəsmi sənədlərlə t əsdiq olunmuşdur ki, 17.03.1994 və 01.04.1995-ci illərdə aldığı yaralar “Hərbi travmalar, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 18.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19.«Veteranlar haqqında» Qanun: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 3 Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsini n ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Bənd 1. “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-c ü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və y a döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən h ərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-c i il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 21.İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 22.Kasasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 23.İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 24.Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Kassasiya şikay ətlərinin dəlillərinə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. 26.Hazırki işin müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, iş materiallarında mövcud olan sənədlərdə iddiaçının ehtiyata qanuni əsaslarla buraxılması təsdiq olunmur. İddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri isə şəxsin nəinki döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həm də qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunvericilikdə sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. 27.İddiaçının tələbi həm də «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin qeyd hissələrinin müddəalarına əsasən də əsassızdır. Çünki, iddiaçı yaralanması ilə əlaqədar müalicə aldıqdan sonra hərbi xidmət yerinə qayıtmamış, bununla bağlı olaraq isə daha sonra o, amnistiya aktına əsasən bəraətverici əsas olmadan cinayət məsuliyyətindən azad edilmişdir. N.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 21(103)-1576/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar